çılpaqgöz 2021

çılpaqgöz
çılpaqcalar
çılpaqgözlər 2021
OBASTAN VİKİ
Zolaqlı çılpaqgöz
Zolaqlı çılpaqgöz (lat. Ablepharus bivittatus) — çılpaqgözlülər fəsiləsinə aid növ. Kiçik kərtənkələ olaraq 6 sm uzunluğa malikdir. Quyruğu 1,5 dəfə böyükdür. Dişilərlər erkəklərdən həcmcə böyük olur. Göz qapağları yoxdur. Onlar əsasən dağlıq ərazilərdə qayaların üzərində, hündürlüyü 2100 m olan ərazilərdə yaşayırlar. Təklükə zamanı uçqunların altında gizlənirlər. Günlük aktiv həyat sürürlər. Əsasən Cücülərlə qidalanırlar.
Asiya çılpaqgözü
Asiya çılpaqgözü (lat. Ablepharus pannonicus) — Çılpaqgözlülər cinsinə aid növ. == Təsviri == Çənəarası qalxancıq qısa tikişlə alın qalxancıqa toxunur. Alınönü qalxancıq 2, alıntəpə qalxancığı 1 dənədir. Təpəarası qalxancıqı 1 dənədir. Gözüstü qalxancığın xarici kənarına 3–4 dənə xırda kirpik qalxancığı söykənir. Gözaltı qalxancıqdan öndə 4, nadir hallarda 3 dənə üst dodaq qalxancığı yerləşir. Göz dənəvər pulcuqlarla əhatə olunmuşdur. Gicgahın birinci cərgəsində 3 qalxancıq yerləşir. İki aralı anal qalxancıq vardır.
Avropa çılpaqgözü
Avropa çılpaqgözü (lat. Ablepharus kitaibelii) — Uzunayaqlar fəsiləsinə daxil olan Çılpaqgözlülər fəsiləsinə aid növ. Növün Latın adı botanik Paul Kitaybelin şərəfinə adlandırılıb (1757–1817). Uzunluğu 10–13,5 sm arasında dəyişir. Növ əsasən Balkan yarımadası, Egey dənizi adalarında , Kipr və Rodos adalarında, Kiçik Asiya, Suriya, İsrail, İordaniya, İraq və Sinay yarımadasında yayılmışdır. Onlar əsasən daşlıqlarda, krserofit çöllərdə və aşırımlarda yaşayırlar. Qışlamadan martın çıxırlar. İsti və qızmar yay aylarında dərələrin dib hissəsinə enirlər. Sentyabr ayında isə üzə çıxıırlar. Cəldliyi ilə fərqlənir.
Çılpaqgözlülər
Çılpaqgözlülər (lat. Ablepharus) — Uzunayaqlar fəsiləsinə aid cins. Çılpaqgözlülər əsasən kiçik ölçüyə malik olurlar. Onların ümumi uzunluğu 15 olur. Bədənləri yumru və yumşaq pulcuqlarla örtülü olurlar. Bu cinsə daxil olan kərtənkələlərin özünəməxsus xüsusiyyəti ondadır ki, onların göz qapaqları yoxdur. Bu xüsusiyyət oları ilanlara bənzədir. Çılpaqgözlülər Cənubi Avropa, Cənubi Qafqaz, Önasiya, Mərkəzi Asiya və Pakistanın şərqi, Hindistanın qərbi kimi ərazilərdə yayılmışdır. Onlar əsasən otluqlarda və qumlu ərazilərdə yaşayırlar. Bu növə daxil olan kərtənkələlər yumurta qoymaqla çoxalırlar.