ÇIXMAQ

f.
1. Bir yerdən (binadan, otaqdan və s.-dən) kənar olmaq, içəridən dışarıya varmaq, getmək, xaric olmaq. Evdən çıxmaq. Kabinetdən çıxmaq.
– Çay hazır olanadək mən özümə əlcəklər alım, – deyib Sona otaqdan çıxdı. N.Nərimanov.

2. Bir yerə getməyə başlamaq, yola düşmək. Qatar saat 2-də çıxır.
– Əgər Şahmar bu gün çıxmasa, həm Nərminədən əli üzüləcək, həm də imtahanlara gecikəcəkdi. B.Bayramov.

3. Doğmaq, tülu etmək, görünmək. Gün çıxdı.
– Çıxdı günəş, doldu cahan nur ilə; Cütçü sürür tarlada cüt şur ilə. M.Ə.Sabir.
Yavaş-yavaş çıxmaqda olan Ay öz sarımtıl işığını ətrafa yayırdı. M.İbrahimov.

4. Yuxarı qalxmaq, başıyuxarı getmək, qalxmaq. Yuxarı mərtəbəyə çıxmaq. Yoxuşu çıxmaq.
– Zeynal könülsüz addımlarla sakin olduğu evin pilləkənlərini yuxarı çıxırdı. S.Hüseyn.
Xaspolad kəndin ortasındakı hündür təpəyə çıxdı. M.Hüseyn.

5. Göyərmək, bitmək, yerdən çıxmaq, cücərtisi görünmək. Pambıq yenicə çıxmışdı.
– İndi əkdiklərin nə vaxt çıxar; Bu çıxınca səni zəmanə yıxar. M.Ə.Sabir.

6. riyaz. Bir ədədi (rəqəmi) başqa bir ədəd (rəqəm) qədər azaltmaq. 10-dan 3 çıxmaq.
– Hacı Kərim hər zaman alış-verişini nağd edər, faizini də verəcəyi puldan çıxardı. S.Hüseyn.

7. İşini, vəzifəsini buraxmaq, tərk etmək, işlədiyi yerdən getmək, əlaqəsini kəsmək. İşdən çıxmaq. Vəzifəsindən çıxmaq.
– Atam ruhani idarəsindən çıxmağa məcbur olmuşdu. A.Şaiq.

8. Öz işini görüb qurtararaq getmək, yerini tərk etmək.
Fərhad qulluqdan çıxanda daha bir yanda əylənməyir, tez evə qayıdırdı. C.Cabbarlı.

9. Birdən-birə zahir olmaq, görünmək, qarşısına çıxmaq. Yoluma bir maşın çıxdı. – Bağlar arası ilə uzanan bir yolla gedirdim.
Bu halda qarşıma bir neçə çadralı qadın çıxdı. S.Hüseyn.

10. Bir şeyin üstünə qalxmaq, dırmaşaraq qalxmaq. Dama çıxmaq. Ağaca çıxmaq.
[Tapdıq] atasını incitməyə, onun çiyninə çıxmağa başladı. Ə.Vəliyev.
Mühəndis təpənin üstünə çıxıb, qumu bir xeyli kürəklədi. Mir Cəlal.

11. Müəyyən hündürlükdə olmaq. Su döşə çıxır.
– Palçıq çıxır qurşağa; Quzulamış səngərdə. R.Rza.

12. Bir işi görmək üçün getmək, gəlmək. İməcliyə çıxmaq. Ova çıxmaq.
[Adil:] Səhər tezdən alverə çıxan ( f.sif. ) kimi bir çarxçını küçədə əylədim. B.Bayramov.

13. Qurtarmaq, sonu çatmaq, keçmək, ötmək. Yaz çıxdı. Gecə çıxdı.
– Qış yenicə çıxmış, yaz girmişdi. M.İbrahimov.

14. Çap olunmaq, nəşr olunmaq, dərc edilmək, buraxılmaq. “Molla Nəsrəddin” məcmuəsi 1906-cı ildən çıxmağa başlamışdır. Kitab bu ay çıxacaqdır.
– Bir də ki, Tahirzadənin əlindəki nüsxə təzəcə çıxmış, hələ də yayılmamışdı. Mir Cəlal.
Canbalayevin isə ilk tənqidi məqalələri otuzuncu illərdə çıxmışdı. İ.Hüseynov.

15. Təhlükəli, xətərli yerdən uzaqlaşmaq.
Bu gecə keçmişi vurduq, yıxdıq; Dağlardan üzə sağlam çıxdıq. M.Müşfiq.

16. məc. Olmaq.
[Gəray ağa:] Yox, yox, nə [Ağaxandan], nə də məndən premyer çıxar! S.Rəhimov.

17. Yerin altından hasil edilmək, əldə edilmək. Respublikamızda yüksək keyfiyyətli neft çıxır. Sibirdə almaz çıxır.
– Çayqırağındakı yamaclarda ev ağartmaq üçün göy rəngə çalan şirə … çıxırdı. Ə.Əbülhəsən.

// İstehsal olunmaq, alınmaq. Süddən yağ çıxır.
18. Doğulmaq, törəmək, yetişmək, meydana gəlmək. Şamaxıdan görkəmli şairlər çıxmışdır. Ailəmizdən iki mühəndis çıxmışdır.
[Komandir:] Mən özüm də kənddən çıxmışam, atamın da əli bax belə qabar-qabardır. S.Rəhimov.

19. Yaşamaq, salamat qalmaq, müəyyən vaxta qədər sağ-salamat yaşamaq. Yemsizlikdən qoyunlar yaza çıxmadı.
– Seyyid, hanı şərabın, ötür fəsli-növbahar; Bir də baharə çıxmağının etibarı yox. S.Ə.Şirvani.
Muzdurlar və yoxsullar dünənki gecəni bu günə qatıb, aprelin otuzuna çıxmışdılar. Ə.Əbülhəsən.

20. İstehsal edilmək, buraxılmaq, hazırlanmaq.
Həmzə ilə Qadir də … biri alman topçu tüfəngini, ikincisi isə … alman zavodundan çıxmış ( f.sif. ) mauzerini gic yerə doldurur, boşaldırdılar. Ə.Əbülhəsən.

21. Verilmək, qəbul olunmaq, elan edilmək. Yeni qərar çıxdı.
– Qayda belədir, həmişə manifest çıxanda ruznamələr onun məzmununu və mənasını camaata bildirirlər ki, hər bir kəs baxəbər olsun. C.Məmmədquluzadə.

22. Boşanmaq, ərindən ayrılmaq. Arvad ərindən çıxdı.
[Bəhlul:] Kişi bu şərtlə [anamı] aldı ki, “düşmənin uşağı”nı atıb çıxsın. B.Bayramov.

23. İcad olunmaq, kəşf olunmaq, düzəldilmək, buraxılmaq. Zavoddan yeni markalı maşın çıxdı.
– Koroğlu demişkən: “Tüfəng çıxalı; Mərdlik də dünyadan baş aldı, getdi”. B.Vahabzadə.

24. Eşidilmək, qulağa gəlmək. Səs çıxmaq. Hay-küy çıxmaq.
– Qərənfiləm, qalxaram; Açılmağa qorxaram; Gecə cınqırın çıxsa; Yerimnən dik qalxaram. (Bayatı).
Səttarzadə isə eşitdikləri ilə kifayətlənmirmiş kimi bir neçə dəfə çağırdı: alo! alo!… Cavab çıxmadı. Mir Cəlal.

25. Hesab etmək.
[Qədir:] Dirigözlü adamı öldüyə çıxırlar. Mir Cəlal.

26. Bir sıra isimlərdən sonra gətirilərək, mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: yoxa çıxmaq, əldən çıxmaq, yoldan çıxmaq, özündən çıxmaq, yaddan çıxmaq və s.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÇIXMAQ 1. ÇIXMAQ (Günəş, Ay və s. haqqında) Səhər hava tamam açıldı, gün çıxdı (H.Abbaszadə); ÇIRTLAMAQ [Əbdülrəhman:] Bala, indicə gün çırtlayacaq yola düşü
  • ÇIXMAQ burxulmaq
  • ÇIXMAQ götürmək — almaq
  • ÇIXMAQ tutmaq
  • ÇIXMAQ cücərmək — göyərmək — bitmək
  • ÇIXMAQ doğmaq — qalxmaq — yüksəlmək
  • ÇIXMAQ qalxmaq
  • ÇIXMAQ getmək
  • ÇIXMAQ atılmaq — sıçramaq
  • ÇIXMAQ gəzmək — dolanmaq
  • ÇIXMAQ böyümək — yetişmək
  • ÇIXMAQ dırmanmaq — qalxmaq

Antonimlər (əks mənalı sözlər)

  • ÇIXMAQ ÇIXMAQ – GİRMƏK Zənən hamamı kimi biri girir, biri çıxır (C.Cabbarlı)
ÇIXMA
ÇIXMAZ
OBASTAN VİKİ
Qaranlıqdan çıxmaq
"Qaranlıqdan çıxmaq" (ivr. ‏עלטה‏‎, ərəb. ظلام‎, ing. Out in the Dark) — israilli rejissor Mixael Mayerin 2012-ci ildə, dram janrında çəkilmiş filmi. Filmin təqdimatı ilk dəfə Toronto Film festivalında, 2012-ci ilin sentyabr ayında baş tutmuşdu. İsrail kinoteatrlarında film seyircilərə 28 fevral 2013-cü ildə təqdim olunmuşdu. Bu, İsraildə anadan olmuş və hal-hazırda Los Ancelesdə yaşayan rejissor Mixael Mayerin ilk tammetrajlı debüt filmi hesab olunur. Baş rolda Nikolas Yakob (Nimr Məşravi obrazında) və Mixael Aloni (Roy Şefer obrazında) oynamışdırlar. 96 dəqiqə davam edən dram filmi, İsrail-Fələstin münaqişəsinin müxtəlif tərəflərindən olan iki homoseksual kişi arasında baş vermiş romantik əlqələrdən bəhz edir. == Filmin xülasəsi == Nimr xaricdə təqaüd almaq arzusunda olan iddialı Fələstinli psixologiya tələbəsidir.
Pornoqrafiyaya qarşı çıxmaq
Pornoqrafiyaya qarşı çıxma səbəbləri arasında dini etirazlar, feminist narahatlıqlar və pornoqrafiya asılılığı kimi zərərli təsirlərin sübutları var. == Dini baxışlar == Əksər dünya dinlərinin müxtəlif səbəblərdən pornoqrafiyaya qarşı mövqeləri var. Bütün fəqih və din alimlərinə görə, əxlaqsız şəkillərə və təhrikedici və şəhvətsevərlərə baxmaq qadağandır. Quran 24: 30 -da buyurulur: "Tanınan kişilərə de ki, gözlərini aşağı salsınlar və eyblərini qorusunlar, çünki bu onlar üçün daha təmizdir. Allah nə etdiklərinizdən xəbərdardır." == Feminist baxışlar == Bəzi feministlər, qadınları istismar edən və qadınlara qarşı zorakılığın ortağı olan bir sahə olduğunu iddia edərək, pornoqrafiyaya qarşı çıxırlar. == Mühafizəkar baxışlar == == Zərərə əsaslanan fikirlər == 1982 -ci ildə Zillman tərəfindən edilən bir araşdırma, pornoqrafiyaya uzun müddət məruz qalmağın həm kişiləri, həm də qadınları cinsi şiddət qurbanlarına qarşı həssaslaşdırdığını göstərdi. Zillman kimi bəzi tədqiqatçılar, pornoqrafiyanın cinsi təcavüz nisbətlərini artıraraq cəmiyyətə birmənalı ziyan vurduğuna inanırlar.
Dənizə Çıxmaq Qorxuludur (1973)
== Məzmun == Kinolentdə 1919-cu ildə Rusiyaya lazım olan yanacağı Bakıdan Həştərxana dəniz yolu ilə, həm də gizlin şəkildə çatdıran xüsusi dəniz ekspedisiyasının fəaliyyətindən bəhs olunur. == Film haqqında == Film yazıçı Hüseyn Abbaszadənin eyniadlı hekayəsinin motivləri əsasında çəkilmişdir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Əsərin müəllifi: Hüseyn Abbaszadə Quruluşçu rejissor: Ənvər Əbluc Ssenari müəllifi: Vera Qonçarova, Ramiz Fətəliyev, Ənvər Əbluc Quruluşçu operator: Fəraməz Məmmədov Quruluşçu rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Xəyyam Mirzəzadə Səs operatoru: Kamal Seyidov === Rollarda === Sadıq Həsənzadə — Ələsgər Rauf Qəniyev — Murtuz Fərhad İsrafilov — Novruz Anatoli Falkoviç — ingilis zabiti A.Firsov — ağqvardiyaçı === Filmi səsləndirənlər === Yusif Vəliyev — Ələsgər (Sadıq Həsənzadə) (titrlərdə yoxdur) Həsən Əbluc — Murtuz (Rauf Qəniyev) (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 220; 310.
Dənizə çıxmaq qorxuludur (film, 1973)
== Məzmun == Kinolentdə 1919-cu ildə Rusiyaya lazım olan yanacağı Bakıdan Həştərxana dəniz yolu ilə, həm də gizlin şəkildə çatdıran xüsusi dəniz ekspedisiyasının fəaliyyətindən bəhs olunur. == Film haqqında == Film yazıçı Hüseyn Abbaszadənin eyniadlı hekayəsinin motivləri əsasında çəkilmişdir. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Əsərin müəllifi: Hüseyn Abbaszadə Quruluşçu rejissor: Ənvər Əbluc Ssenari müəllifi: Vera Qonçarova, Ramiz Fətəliyev, Ənvər Əbluc Quruluşçu operator: Fəraməz Məmmədov Quruluşçu rəssam: Elbəy Rzaquliyev Bəstəkar: Xəyyam Mirzəzadə Səs operatoru: Kamal Seyidov === Rollarda === Sadıq Həsənzadə — Ələsgər Rauf Qəniyev — Murtuz Fərhad İsrafilov — Novruz Anatoli Falkoviç — ingilis zabiti A.Firsov — ağqvardiyaçı === Filmi səsləndirənlər === Yusif Vəliyev — Ələsgər (Sadıq Həsənzadə) (titrlərdə yoxdur) Həsən Əbluc — Murtuz (Rauf Qəniyev) (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 220; 310.

Digər lüğətlərdə

волк заземля́ться индонези́йка не спеша́ прися́жный рассверли́ть ско́пщина безбу́рность биндю́жник ка́ста невозбра́нность отдыха́ть платфо́рменный подба́лтывание сальвадо́рский бузовать Еникале buffalo earnest harmonically panther softening ату курить пересняться