ÇƏKMƏ
ÇƏKMƏ
OBASTAN VİKİ
Çəkmə
Çəkmə (texnika) — maşın hissəsinin hazırlanma üsuludur.. Çəkmə (geyim) — Ayaqqabı. Çəkmə plov — Düyüdən hazırlanmış plov növüdür.
Mərz çəkmə
Bütün bir izahla demək olar ki yer ölçmə işləri təbiətdə olan alçaq-ucaların ya da qayırma alçaq-ucaların sorğulaması və ölçməyidir. == Yer ölçmümünün iş bölmələri == Yer ölçmə işləri bütünlükdə iki böyük bölməyə bölünür:Yer üzünün necə olduğu göstərmək. (plani metre). Yerin bəlli bir sahəsinin alçaq-ucalarını xəritə üstündə göstərmək(alti metre). == Yer düzənlik işləri == Bir gözə alınmış yer sahəsinin alçaq-ucaları, yol və ya çayların tuşu,yolların kəsişmə nöqtaları,tikintilərin durumu və daha ayrı alçaq-ucalar bir xəritə üzərində çəkilməsidir.örnək:(d) tuşunu plan üzərində çəkmək üçun, bir nəfər (A) nöqtəsinın üstundə durur və (AL),(AM)və ayrıca... boyları ölçür habelə bu ölçülərin (AN)-ə görə bücaqlarıda ölçülür.bu ölçülər ələ gəldikdən sonra nəqqalə və xətkeş ilə (d) tuşunu səhifə üzərinə çəkmək olar.N həman quzey tuşudur və (AN)ə Azimut ya jizman deyilir. Bir sahənin topoqrafiyası üçün görülən nöqtələrin durumu gərək əldə ola bu durumlar topoqrafiya kanovası ilə (Topoqrafiya toru) ələ galir bu kanovalar özləri Geodeziya nöqtələrinə bağlıdırlar. == Topoqrafiya toru yaratmağının nədəni == Əgər bir-birindən ayrı sahələri ölçüb və sonradan onları birləşdirsək, onların kanovası gərək bir-birinə bağlı ola, əgər olmasa Xəritələr diqqətli bir-birlərinə bağlanmazlar. == Alti metre işləri == hər bir nöqtəyə (X,Y)((coğrafiya boy,en))i verilir ki bir bəlli koordinat sistemin seçərkən nöqtələri səhifə üzərinə gətirmək olar. alçaq-ucanı(X,Y,Z)kimi göstərmək üçün ayrıca yollar var.
Çarmıxa çəkmə
Çarmıxa çəkmə — bir-birinin üzərinə çarpaz qoyulmuş iki taxtadan ibarət dar ağacına çəkilmə. Keçmişdə cinayətkarların üzərinə bağlamaq və ya mismarlamaq surətilə cəzalandırılmasında yayğın olaraq işlədilmişdir. == Etimologiya == Fars dilindən türk dillərinə keçən çarmıx sözü dörd və mismar sözcüklərindən yaranmışdır. Qərb dillərindəki cross və kruco kimi qarşılıqlarından yaradılmış çarmıxa gərmə mənasındakı crucifixion və krucumado kimi qavramlar əslən yunan dili kökənli olub iki kəlimədən ibarətdir: ana-stauro (ἀνασταυρόω); stauros kəlməsi "payaya bağlamaq", apo-tumpanizo kəlməsi də "taxta üzərində acı çəkdirmək" mənasına gəlir və bu iki söz birləşdiyində "anaskolopizo" (ἀνασκολοπίζω "payaya keçirmək") sözünü meydana gətirir. Köhnə Yunan-Roman qaynaqlarında "XYLON" sözü "odun parçası" mənasında da işlədilirdi, amma bu söz daha çox dar ağacları üçün etibarlı idi, payalar üçün deyil. Məsələn, Aristofanın "Qurbağalar" komediyasında də bu mənada işlənir: "Əgər tökəzlərsən, heç olmazsa şərəfli bir ağacdan asılarsan". Buna görə latınca "crux" sözü dar ağacı ya da paya mənasına gələ bilər.* == Tarixçə == Keçmişdə qurulu din və nizama qarşı cinayət törətdiyi üçün edamına qərar verilənlər çarmıxa çəkilərək öldürülərdilər. Bunun üçün məhkumun bədəni və ayaqları çarmıxın şaquli taxtasına bağlanar, qolları yana açılaraq əlləri üfüqi taxtaya mıxlanırdı. Günlərlə açıqda, ac, susuz və taxtaya mismarlı qalan məhkum, yavaş yavaş və işgəncə çəkərək ölərdi. Romali qubernator Pontius Pilate dövründə də İsa yəhudi din alimi olan fariseylər tərəfindən belə çarmıxa gərilmişdi.
Çəkmə (geyim)
Çəkmə — Kişi və qadınlara aid ayaq geyim forması == Haqqında == Çəkmə — altlığı aşılı göndən, ayaqlığı kosaladan, "qunc" adlanan uzun boğazı xrom, tumac və ya müşküdən tikilən uzunboğaz çəkmə kişi və qadın geyim dəstinə daxildir. Çəkmənin ayaqlığı biçim etibarilə başmaqla tipoloji oxşarlıq təşkil edir. Çəkmənin boğazlığı arxa tərəfdən calandıqdan sonra topuğa və pəncəyə birləşdirilir. Çitməsi (uc hissəsi) geriyə doğru qatlanıb əyilmiş uzunboğaz çəkməni, əsasən, at belində gəzən kişilər geyərdilər. Uzaq yol gedən zaman atı mahmızlamaq üçün çox vaxt çəkmənin dabanına "mahmız" keçirərdilər. Varlı elat qadınları da çox vaxt səfərə atla çıxdıqlarından, ayaqlarına uzunboğaz çəkmə geyərdilər. XIX–XX əsrin əvvəllərində gəlin köçən qızların ayağında uzunboğaz çəkmənin olması vacib idi. Uzunboğaz çəkmə maldar elatların yuxarı təbəqələri arasında daha geniş yayılmışdır. Quncundan (boğazından) tutulub yuxarı "çəkmə" (dartma) üsulu ilə geyildiyi üçün ona "çəkmə" deyilirdi. == Azərbaycanda çəkmə istehsalının tarixi == Çəkmə tipli ayaq geyiminin Azərbaycanda qədim tarixi vardır.
Çəkmə (texnika)
Çəkmə en kəsiklərinin ölçülərini kiçiltmək və ya daha hamar səth almaq məqsədilə, tökülmüş və ya preslənmiş çubuq şəkilli pəstahların deşikdən keçirməklə deformasiyaya uğradılması ilə aparılan emal üsuludur. Pəstahın çəkmə gözlüyündən (alətin deşiyindən) keçərək digər tərəfdən çıxan ucu xüsusi tutqaclarla tutularaq müəyyən qüvvə ilə dartılır. Nəticədə pəstah deşiyin formasını və ölçüsünü alır, onun en kəsiyi kiçilir və eyni zamanda uzunluğu artır. Çəkmə gözlüyünün profili dəyişən olub, dörd zonadan ibarətdir: yağlama, deformasiyaedici, kalibrləyici, buraxıcı və ya çıxarıcı. Deformasiyaedici zonanın mailliyi 6÷24° arasında dəyişir. Birinci zona sürtünməni azaltmağa, ikinci zona pəstahı sıxmağa, üçüncü zona sıxılmış pəstaha lazımı ölçünü verməyə, dördüncü zona pəstahın gözlükdən asanlıqla çıxmasına xidmət edir. Çəkmə gözlüyü alət poladlarından, bərk xəlitə və süni almazdan hazırlanır. Çəkmədə ölçüsü 0,01 mm-dən də kiçik olan məftilləri hazırlamaq mümkündür. Sürtünməni azaltmaq üçün pəstah qalın yağla örtülür. Boruların çəkilməsi 3 üsulla aparılır: sağanaqsız, qısa hərəkətsiz sağanaqda və uzun hərəkətli sağanaqda.
Rezin çəkmə atma festivalı
Rezin çəkmə atma festivalı — iştirakçıların rezin çəkməni mümkün qədər uzağa atmasını tələb edən yarış.Yeni Zelandiyanın Taihape qəsəbəsi sakinləri və ziyarətçiləri rezin çəkmə ataraq hər il dünya rekordunu qırmaq üçün çalışır.
Mərkəz (məhəllə, Çəkməköy)
Mərkəz — İstanbulun Anadolu tərəfindəki Çekmeköy rayonunun 17 məhəlləsindən biri. İnzibati sərhədlərinin şərqində hərbi zona, cənubunda Mimarsinan və Ümraniye rayonları, şimalında isə Beykoz rayonu yerləşir.
Yataqda siqaret çəkməyin (film, 1986)
== Məzmun == Elmi-kütləvi filmdə təsvir olunan əhvalat həyatdan götürülmüşdür. Burada siqaret çəkməyin insan sağlamlığına vurduğu böyük ziyandan danışılır. Eyni zamanda filmdə siqaret yandırılan odun laqeyidlik nəticəsində ətrafdakılar üçün nə qədər təhlükə törədə biləcəyi barədə söhbət gedir. Buna misal olaraq filmdə mehmanxanada baş verən yanğın göstərilmişdir. == Film haqqında == Film SSRİ Daxili İşlər Nazirliyi Yanğından Mühafizə Baş İdarəsinin sifarişi ilə çəkilmişdir.
Yaşıl Çəkmələr
"Yaşıl Çəkmələr"- Everest dağının əsas şimal-şərq silsiləsi yolunda əlamətdar bir alpinistin naməlum cəsədinə verilən addır. Şəxsiyyəti rəsmi olaraq təsdiqlənməsə də, 1996-cı ildə Everest dağında dünyasını dəyişən Hindistanlı alpinist Tsewang Paljor olduğu güman edilir. Yaşıl Çəkmələr termini, cəsədin ayaqları üzərində yaşıl alpinizm çəkmələrindən yaranmışdır. Şimal tərəfdən edilən bütün ekspedisiyalar, 8,500 metr (27,900 ft) hündürlükdəki əhəng daşı mağarasında cəsədlə qarşılaşdılar. 2006-cı ildə fərqli bir alpinist Devid Şarp tək qalxma zamanı"Yaşıl Çəkmələrin Mağarası" olaraq bilinən yerdə öldü. 2014-cü ilin may ayında Yaşıl Çəkmələrin itkin düşdüyü, ehtimal ki, basdırıldığı bildirildi. 2017-ci ildə şayiələrə görə bir çox alpinist geri döndükdə, o yenə eyni yüksəklikdə görüldü. == Tarix == Yaşıl Çəkmələrin ilk qeydə alınan video görüntüləri 21 may 2001-ci ildə Fransız alpinist Pierre Paperon tərəfindən lentə alındı. Videoda Yaşıl Çəkmələr zirvəyə baxan sol yamacda uzanırdı. Paperonun sözlərinə görə, şerpi ona altı ay əvvəl dırmaşmağa cəhd edən Çin alpinistinin cəsədi olduğunu söylədi.Vaxt keçdikcə cəsəd həm şimal yolundakı əlamət olaraq, həm də Devid Şarpın ölümü ilə əlaqəli olaraq tanındı.
Çöllüyə çəkmək taktikası
Çöllüyə çəkmək taktikası — qədim türklərdə yaranmış, Səlcuq imperiyası tərəfindən də istifadə olunmuş döyüş taktikası. Ordunun avanqard bölmələri gecə-gündüz fasiləsiz olmaq şərti ilə qarşıdan irəliləyən düşmən qüvvələrinə sağ və sol cinahdan hücum edir. Bu taktiki hücum kiçikmiqyaslı olsa da, düşmən ordusunu yorur. Hücumu həyata keçirən əsas ordu çöllüyə doğru geri çəkilir. Burada əsas məqsəd düşmən qüvvələrini susuzluqla baş-başa buraxmaqdır. Düşmən qüvvələrinin keçdiyi yol boyu su quyuları məhv edilir. Düşmən qüvvəsinin ordusu susuzluq və yorğunluqdan hərəkət qabiliyyətini itirir. Bu taktika ilə məqsədə çatılır.
Çəkməköy
Çəkməköy (türk. Çekmeköy) — İstanbul ilinin ilçəsi. Əvvəllər Ümraniyyə ilçəsinə bağlı bələdiyyə olan Çəkməköy, 2009-cu ildə Ömərli, Aləmdağ və Daşdələn birinci dərəcəli bələdiyyələrin hüquqi şəxslərinin fəaliyyətinin dayandırılması və bu bələdiyyələrə tabe olan 17 məhəllə və 5 kəndin birləşdirilməsi ilə yaradılmışdır.İlçənin şimal-qərbində Bəykoz, şimal-şərqində Şilə, cənub-qərbində Ümraniyə, cənub-şərqində isə Sancaqtəpə və Pendik yerləşir.
Çəkməli Pişik
Çəkməli Pişik—Şarl Perronun nağılı. "Çəkməli Pişik" (qısa məzmunu). Biri varmış,biri yoxmuş bir dəyirmançı və üç oğlu varmış. Bir ğün dəyirmançı öləcəyini bilir və oğullarına vəsiyyət edir. Böyük oğluna dəyirman, ortancıla eşşək, kiçik oğluna isə pişik düşür. Oğlan çox məyus olur və deyir ki,"indi mən acından öləcəm" Pişik ğedir ov ovlayır, hamısını da sahibinin adından padşaha ğətirir. Padşah bundan çox razı qalır. Bir ğün də o,ğözəl qızı ilə yəzməyə çıxır. Pişik tez sahibinə deyir ki, tez ol ğet o çayda çim. Oğlan çayda ikən padşah da oradan keçirdi.
Çəkməli Pişik (cizgi filmi, 2011)
Çəkməli Pişik (ing. Puss in Boots) — 27 oktyabr 2011-ci ildə DreamWorks tərəfindən istehsal edilmiş qısametrajlı animasiya filmidir. Baş rolu Antonio Banderas ifa edir. == Məzmun == Hekayə Çəkməli Pişiyin Şreklə qarşılaşmazdan əvvəlki həyatına aiddir. Hansı ki, həmin vaxtlar qorxubilməz qəhrəman zəifləri müdafiə edər, hər kəsin sevimlisinə çevrilərdi. Çəkməli Pişik — qorxmaz və hörmətli olan qəhrəmandır. Həmin qəhrəman Latın Amerikasından olub, doğma şəhəri San-Rikardoda yaşayır. Bir gün o, Bara süd içməyə gəlir. Ətrafdakılar ona gülməyə başlayır və onu ələ salmağa çalışırlar, lakin Çəkməli Pişik onlara nəyə qadir olduğunu göstərir. Ətrafdakılar dərhal ona oğurlamaq üçün müxtəlif yerlər təklif edirlər, amma onu daha çox iki qaçaq oğrunun insanlar üçün çox böyük təhlükə yaratdığını maraqlandırır.
Çəkməli pişik: Son arzu (film, 2022)
"Çəkməli pişik: Son arzu" (ing. Puss in Boots: The Last Wish — DreamWorks Animation tərəfindən hazırlanan, Shrek cizgi seriyasının spin- offu və Çəkməli pişik (2011) filminin davamı olan Amerika kompüter cizgi macəra filmi . Filmin rejissoru Coel Klofford, rejissoru isə Pol Fişerin ssenarisindən Januel Merkadodur.Antonio Banderas və Salma Hayek müvafiq olaraq Çəkməli pişik və Kitty Yumşaq pəncələr rollarını canlandırırlar. Onlardan başqa, Olivia Colman, Harvey Guillier, Samson Cayo, Wagner Moura, Enthony Mendes, John Mulaney, Florence Pugh, Dawain Joy Randolph və Rey Winstone səs aktyorluğunda iştirak edirlər. Cizgi filminin premyerası 21 dekabr 2022-ci ildə baş tutmuşdur.
Çəkməli pişik (Şrek)
Çəkməli pişik (ing. Puss in Boots) və ya sadəcə Pişik (ing. Puss) – Şrek franşizasında təkrarlanan uydurma personajdır. O, ilk dəfə "Şrek 2" (2004) filmində göründü, tezliklə Şrekin ortağı və köməkçisi oldu (Eşşək ilə birlikdə). Üçüncü Şrek (2007) filmində Pişik Şrekə Çox Uzaq Krallığın taxtının varisini tapmağa kömək edir. Hər zaman Şrek (2010) filmi əsasən alternativ kainatda qurulur, burada pişik şahzadə Fionanın ev heyvanıdır və təqaüdə çıxdıqdan sonra kökəlmişdir. O, 2011-ci ildə çəkilmiş "Çəkməli pişik" (onun mənşəyi təsvir olunur) və onun 2022-ci ildə çəkilmiş "Çəkməli pişik: Son arzu" ("Hər zaman Şrek " filmindən sonra çəkilən) serialında baş qəhrəman kimi təsvir edilmişdir. Pişik eyni zamanda, Netflix televiziya seriyası Çəkməli pişiklərin sərgüzəştləri (2015–2018)-də də var. Pişik obrazı "Çəkməli pişik" nağılının baş qəhrəmanından ilhamlanıb. Onun Tom Hester tərəfindən yaradılmış dizaynı əsl pişiklərə əsaslanırdı.
Əli Əhmədov (çəkməçi)
Əli Davud oğlu Əhmədov (7 avqust 1934, Nuxa – 4 mart 2016, Bakı) — çəkməçi, "Əməkdar mədəniyyət işçisi" (19.09.1991) == Həyatı == Əli Davud oğlu Əhmədov 1934-cü ildə Şəki şəhərində anadan olub. Adını nənəsi qoyub. Atası Davud Şəki 2 illik Pedaqoji Məktəbində müəllim işləmişdir. 1937-ci ildə atası repressiya qurbanı olub. Əlinin oxumağa imkanı olmadığından 6-cı sinifə qədər oxuyub və dayısı Yaqub Əlizadə balaca Əlini 1949-cu ildə sənət artelində Aydın ustanın yanında şəyird qoymuşdur. 1952-ci ilə qədər burada çalışmışdır. Hələ Şəkidə ikinci sinifdə oxuyarkən dayısı ona Nizaminin "Xəmsə"sini oxumağı məsləhət görmüşdür. O, da öyrənmişdir. Nizaminin 5 poemasını əzbərdən bilir. 1952-ci ildə doğulduğu Şəkidən Bakıya köçmüşdür.
Çəkməli pişik: Son arzu
"Çəkməli pişik: Son arzu" (ing. Puss in Boots: The Last Wish — DreamWorks Animation tərəfindən hazırlanan, Shrek cizgi seriyasının spin- offu və Çəkməli pişik (2011) filminin davamı olan Amerika kompüter cizgi macəra filmi . Filmin rejissoru Coel Klofford, rejissoru isə Pol Fişerin ssenarisindən Januel Merkadodur.Antonio Banderas və Salma Hayek müvafiq olaraq Çəkməli pişik və Kitty Yumşaq pəncələr rollarını canlandırırlar. Onlardan başqa, Olivia Colman, Harvey Guillier, Samson Cayo, Wagner Moura, Enthony Mendes, John Mulaney, Florence Pugh, Dawain Joy Randolph və Rey Winstone səs aktyorluğunda iştirak edirlər. Cizgi filminin premyerası 21 dekabr 2022-ci ildə baş tutmuşdur.

Digər lüğətlərdə

артисти́ческая вы́бленочный искони́ как шты́к отлюби́ть по-индивидуали́стски разжи́м сеносуши́лка алле́йка беспринци́пно буксиро́вка Ве́ды дво́ечка до тако́й степени звоно́к ко́е-ка́к набры́згать перемеще́ние фелю́жник флинта sea-elephant stupidity wont галломания подверженный