Bəhram Çələbi
Bəhram Çələbi — Azərbaycan yazıçısı.
== Həyatı ==
Bəhram Çələbi 26 oktyabr 1946-ci ildə Şəki şəhərində anadan olub. Azərbaycan Neft Akademiyasının Energetika fakültəsini qurtarıb. 1980-ci ildən 1996-cı ilə qədər Şəki Şahmat Məktəbinin direktoru işləmişdir.
== Yaradıcılığı ==
İdman mövzusunda məqalələr, şeirlər, hekayələr yazmışdır.
1996-cı ildə Bakıda "Kaspian Oyl" informasiya agentliyində işə başlamış, daha sonralar "Avtoritet", "Kriminal", "İnterpolis" qəzetlərində kriminal mövzuda məqqalələr yazmışdır. "Oğru dunyası" mövzusunda kitabları 2003-cü ildən başlayaraq nəşr olunr. İlk kitabı "Diktator Ağakərim"dir. Həmin roman rus dilinə tərcümə olunaraq ("Boq Urala") oxuculara təqdim edilib.
Daha sonra "Zolotoy mujik", "Lotu Bəxtiyar" 1, 2 və 3 kitablar, "Dağli Cavanşir", "Lotular, cayıllar və ...", Sabirabadli Hikmət", "TT Nəriman", "Zina Passajskaya" "Rusiya mafiyasının liderləri" romanları işıq üzü görüb.