I
(Naxçıvan, İrəvan)
1. qızıl boyunbağı (Naxçıvan). – Çəçiyi olan çəçiy aparı (Naxçıvan)
2. qadınların topuqlarına bağladıqları muncuq. – Sara çəçix’ bağlayıb (İrəvan)
II
(Basarkeçər, Çənbərək, Qazax, Şərur, Şəmkir)
1. atın qabaq ayaqları (Qazax, Şəmkir). – At dal a:xları üsdə qalxıf çəçiynən vurdu (Şəmkir)
2. toyuğun dırnağı (Basarkeçər). – Toyuğun çəçiyi qırılıf
◊ Çəçix’ atmax (Şəmkir) – qabaq ayaqları ilə vurmaq, təpikləmək. – At dal a:xları üsdə qalxıf çəçiynnən vurur, ona de:rix’ çəçiy atır. Çəçiyə qalxmax (Qazax, Borçalı) – şahə qalxmax. – At çəçiyə qalxdı, az qaldı məni yıxsın (Borçalı)