ÖLÇMƏK

f.
1. Bir şeyin ölçüsünü, miqdarını qəbul olunmuş vahidlər əsasında müəyyən etmək, müəyyənləşdirmək. Südü ölçmək. Parçanı ölçmək. Otağın kvadraturasını ölçmək. Qızdırmasını ölçmək.
– İstisini ölçüb dərhal; Ana deyir: – Dincəl bir az. M.Dilbazi.

2. Mülahizə etmək, çıxış etmək, müqayisə etmək, tutuşdurmaq. Hər şeyi öz düşüncəsi ilə ölçmək.
3. məc. dan. Vurmaq, gopamaq, çəkmək, ilişdirmək.
Suyun gah soyuq və gah istiliyindən narazı olaraq [Məşədi Qulam] yaş əllərilə Cavahirin başına ölçərdi. T.Ş.Simurq.

4. bax ölçüb-biçmək 2-ci mənada. Sözünü ölç. Hərəkətlərini ölç.
◊ Əllərini ölçmək – bax əl. Yüz ölç, bir biç – “bir iş görərkən qabaqca yaxşı-yaxşı, hərtərəfli fikirləş” mənasında ifadə.
Küçələri ölçmək – avara-avara gəzmək, veyil-veyil gəzmək, veyillənmək.
Öz arşını ilə ölçmək – bir adam və ya şey haqqında öz şəxsi baxımından, birtərəfli mühakimə yürütmək.
ÖLÇMƏ
ÖLÇÜ

Digər lüğətlərdə

адеква́тно вре́мя двуро́гий загото́вка компонова́ться надкуси́ть опери́ровать перегла́дывать разложи́мость фаши́зм хоккеи́ст безотве́тственно грибова́рочный злове́ще наиху́дший проползти́ разве́ять харар Anglomane girlie optimate pacific solan goose ввечеру интернациональный