ÖKÜZ
ÖLÇÜSÜZ
OBASTAN VİKİ
Arpa (ölçü vahidi)
Arpa – əsasən türk xalqlarının məişətində çəki ölçü vahidi. == Ümumi məlumat == Arpa türk sözü olub, ondan bir çəki vahidi kimi əsasən türk xalqlarının məişətində istifadə olunmuşdur. Başqa xalqlar bu çəki vahidini türklərdən götürmüşlər. Arpanın tibbi ədəbiyyatlarda 37,5 qr-a bərabər olduğu göstərilir. Azərbaycanda əski çağlardan bəri daha çox qızıldan, az hallarda isə gümüşdən hazırlanan qadın boyunbağısı da "arpa" adlanmışdır. Həmin boyunbağının xırda hissələri arpaya bənzəməklə, hər birinin çəkisi də 1 arpaya bərabər olmuşdur. Xalq çəki və ölçü vahidlərinin öyrənilməsində folklora və yazılı ədəbiyyata müraciət etmədən keçinmək mümkün deyil, çünki bu zəngin söz xəzinəsində xalq çəki və ölçü vahidləri haqqında çox geniş bilgilər var. Həmin ölçü vahidlərindən istifadə olunması XIX əsrin axırları və XX əsrin əvvəllərində eyni əhəmiyyət kəsb edirdi. Nizami Gəncəvi "Yeddi gözəl" poemasında deyirdi: == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə.
Ayaq (ölçü vahidi)
Ayaq — qədim uzunluq ölçü vahidi. == Ümumi məlumat == Addım, qulac, qarış və dirsək türk sözləri olub, bu gün də bir çox xalqların, xüsusilə türk xalqlarının, eləcə də azərbaycanlıların həyat və məişətində uzunluq ölçmək üçün geniş şəkildə işlənməkdədir. Bu da onların dəqiq ölçülərə daha çox yaxınlığı ilə bağlıdır. Xalqımızın məişətində əski çağlarda işlənmiş, lakin bu gün öz əhəmiyyətini demək olar ki, itirmiş uzunluq ölçüsü vahidləri də vardır. İnsanın bədən üzvləri ilə ifadə olunan ayaq və barmaq kimi qədim ölçüləri bunlara aid etmək olar. Addım, qarış, qulac və dirsəyə nisbətən ayaq uzunluq ölçü vahidi az işlənmiş, tədricən unudularaq arxaikləşmişdir. Bu gün ayaqdan uzunluq ölçmək üçün istifadə edildiyinə rast gəlinməsə də, xalqın yaratdığı və öz məişətində uzun illər boyu işlətdiyi uzunluq ölçü vahidlərindən biridir. Hal hazırda kiçik yaşlı uşaqlar oyun oynayarkən müxtəlif oyunlar zamanı ayaq ölçü vahidindən istifadə edirlər. Azərbaycanda işlənən "ayaq" təxminən yarım inşaat arşınına (0,76 sm : 2 = 0,38 sm ) bərabər götürülmüşdür. Hazırda məişətimizdə işlənən sacayağı da "ayaq" ölçü vahidindən yaranmışdır.
Ağac (ölçü vahidi)
Ağac — riyaziyyatda əski çağlarda məsafələri ölçmək üçün istifadə edilən uzunluq ölçü vahidi. == Ümumi məlumat == Alimlər uzun illər apardıqları ciddi araşdırmalar nəticəsində belə bir fikrə gəlmişlər ki, Azərbaycan ərazisi mədəni əkinçiliyin ən qədim ocaqlarındandır. Sonrakı mədəni-təsərrüfat inkişafı zəminində cəmiyyətin istehsal münasibətlərində baş verən köklü dəyişikliklər məhsuldar qüvvələrin, eləcə də əmək alətlərinin yeni-yeni formalarının yaranmasına müsbət təsir göstərmişdir. Bu dövrdə qədim əcdadlarımızın düşünmə qabiliyyəti artmış, həyatın bəzi sirlərini dərk etmək bacarığı çoxalmış, onlar əkinəcəklərdə, torpaq sahələrində, mal-qaranın sayının müəyyənləşdirilməsində, yaşayış evlərinin tikintisində və digər yüzlərlə həyati işlərdə ölçüyə - hesablamaya ehtiyac duymuşlar. Odur ki, zaman keçdikcə, daha dəqiq və mükəmməl ölçü vahidləri meydana çıxmışdır. Ağac uzunluq ölçü vahidi də məhz belə yaranmışdır. Ağac bu gün ölçü vahidi kimi işlədilmir. Ancaq əski çağlarda, xüsusilə orta əsrlərdə uzaq məsafələri ölçmək üçün ağacdan daha çox istifadə edilmişdir. Bir ağac təxminən 6-7 km-ə bərabər götürülmüşdür. Altıağac yaşayış məskəninin adının da bu ölçü vahidi ilə bağlı yarandığını düşünməyə əsas verən ən tutarlı fakt odur ki, Şamaxıdan Altıağaca qədər olan məsafə 6-7 ağaca, yəni təxminən 50 km-ə bərabərdir.
Barmaq (ölçü vahidi)
Barmaq — artıq məişətdə istifadə edilməyən qədim uzunluq ölçü vahidlərindən biri. == Ümumi məlumat == Addım kimi artıq məişətdə istifadə edilməyən qədim uzunluq ölçü vahidlərindən biri də barmaqdır. Hələ qədim şumerlərin yaratdıqları "Əkinçinin təqvimi"ndən görünür ki, onlar da barmaqdan ölçü vahidi kimi istifadə etmişlər. S.N.Kramer həmin təqvimin mətnini tərcümə edərkən "qarış" kimi barmaq sözünü də orijinalda olduğu kimi saxlamışdır. "Əkinçiyə hər qarış torpağı səkkiz şırım etmək məsləhətdir. O, elə etməlidir ki, toxumlar torpağa "iki barmaq" dərinliyində düşsün". Barmaq, adından da göründüyü kimi, bir barmağın uzunluğuna bərabərdir: "Kərim baba çubuğun ortasından iki barmaq qədər kəsib, üstünü götürdü".Burada barmaq eninə olaraq nəzərdə tutulur.Yəni başı aşağı deyil yana baxacaq şəkildə göstərilməlidir == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh.
Batman (ölçü vahidi)
Batman – Şərq metrologiyasında geniş yer tutan qədim çəki vahidi. == Haqqında == Batman Girvənkədən böyük çəki vahididir. Kitabi Dədə Qorqud dastanlarında “Kafər altmış batman kür salardı”, “Hər atanda on iki batman taş atardı” və s. şəkildə adı çəkilir. Orta əsr mənbələrində “batman” “man” termini ilə yanaşı işlənmişdir. “Batman” ölçüsü müasir sorğu kitablarında bir qayda olaraq 20 girvənkəyə və ya 8 kiloqrama bərabər tutulur. Əslində isə batman (man) öz real ölçüsünə görə fərqlənir. Bu isə ölçü sisteminin vahid standartı olmadığından irəli gələn qüsur idi. Tədqiqatçılar hələ X əsrdə şərqdə müxtəlif man (batman) ölçüləri olduğunu və lap yaxın dövrlərə qədər geniş istifadə edildiyini qeyd edirlər. Lakin ticarət münasibətlərinin inkişafı ölçülərin islahatını tələb edirdi.
Baş (ölçü vahidi)
Baş - qədim ölçü vahidi. == Ümumi məlumat == Azərbaycan xalqının məişətində baş, boyun, diş, kəllə, top, düymə və s. sözlər say və miqdar bildirmək məqsədilə ta qədim vaxtlardan bu günə qədər geniş şəkildə işlənməkdədir. Baş sözü əsasən say bildirir. Heyvanların sayı başla hesablanır: beş baş quzu, on baş qoyun, üç baş inək. İnsanlar üçün işlədilən "baş" sözü əsasən ailə üzvlərinin sayını bildirir (məs.: "beş baş külfət"). Baş sözündən xalq arasında axar suyun miqdarını ölçmək üçün də istifadə olunmuşdur. Suvarma işlərində işlədilən suyun miqdarı başla ölçülmüşdür. Bir baş suya bellik deyilir. Görünür, bu bir bel ağzı dərinlikdə qazılmış arxı dolduran suya bərabərdir.
Boyun (ölçü vahidi)
Boyun - qoşqu heyvanlarına aid ölçü vahidi. == Ümumi məlumat == Boyun sözü qoşqu heyvanlarına aiddir. Bir boyun bir cüt deməkdir: bir boyun öküz, bir boyun cöngə, bir boyun kəl və s. Boyunduruq sözü də boyun sözündən yaranmışdır. Bir boyunduruğa iki heyvan qoşulur və bu da bir boyun adlanır. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. III cild. səh. 462.
Düymə (ölçü vahidi)
Düymə — ölçü vahidi. Niderland dilində mənası baş barmaq deməkdir. == Ümumi məlumat == Düymə ("düym" sözündəndir, niderland dilində "duim" — baş barmaq) xalq arasında bu gün də işlənən ölçü vahididir. Əsasən bəzi Avropa ölkələrində qeyri-metrik ölçü sistemində uzunluq vahididir. Tarixən kişi baş barmağının eni kimi götürülmüşdür. Müasir dövrdə "düymə" dedikdə adətən ingilis düyməsi başa düşülür: 1 düymə 25,4 mm-ə və ya 2,54 sm-ə bərabər götürülmüşdür. Düymədən daha çox boruların iç diametrini ölçmək üçün istifadə olunur. Bir düymə borunun daxili diametri 25,4 mm-ə, yarım düymə borunun iç diametri isə 25 mm-in yarısına yox, 15 mm-ə bərabərdir. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə.
Düyün (ölçü vahidi)
Düyün — sürəti ölçmək üçün vahid. 1 düyün 1 NM/saata bərabərdir. Dənizçilikdə və aviasiyada istifadə edilir. 1 NM(ing.
Farad (ölçü vahidi)
Farad (işarəsi: F) – elektrik tutumunun (işarəsi: C) vahididir. BS-də törəmə vahiddir. Bu termin ingilis fiziki və kimyaçısı Maykl Faradeyin şərəfinə adlandırılmışdır.
Fransız ölçü şkalası
Fransız şkalası, Fransız ölçü şkalası qısa olaraq Fr ya F silindrik tibbi alətlərin , xüsusilə də kateterlərin xarici diametrini təyin etmək üçün farnsız şkalası. Fransız şkalasına görə ölçü, diametr mm-lə ölçülməklə və 3 ədədinə bölünməklə əldə edilir. 1 Fr = 0.33 mm D(mm) = F/3 və ya F = D(mm)x3Fransız ölçü şkalasını "diametrin 3 missli" XIX əsrdə parisli tibbi alətlər istehsalçısı Jozef-Frederik-Benua Şarryer ( fr. Joseph-Frédéric-Benoît Charrière) təklif etmişdir. Bəzən Fransız şkalası vahidi Jozef-Frederik-Benua Şarryerin şərəfinə Ch kimi də qeyd edilir.
Karat (ölçü vahidi)
Karat — əsasən zərgərlikdə istifadə edilən ölçü vahidi. == Ümumi məlumat == Karat bu gün də zərgərlik işlərində geniş istifadə olunur və 0,2 q-a bərabərdir. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh. 464.
Kisə (ölçü vahidi)
Kisə — riyaziyyatda əski çağlarda əsasən ərzağın çəkisini ölçmək üçün istifadə edilən çəki ölçü vahidi. == Ümumi məlumat == Şərqdə məişətdə əski çağlardan bir şeyin həm sayca, həm çəkicə miqdarını kisəylə də hesablanmışdır. "Bir kisə arpa", "bir kisə qənd" deyimlərini indi də ticarət yerlərində eşidilir. Bu ifadələr 50 kq çəkiyə bərabərdir. "Nisyə - girməz kisəyə", "Vaxtsız gələn qonaq öz kisəsindən yeyər" kimi atalar sözləri kisənin məişətdəki işləkliyini aydın göstərir. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. III cild. səh. 459.
Kotan (ölçü vahidi)
Kotan — qədim sahə ölçü vahidi. == Ümumi məlumat == Kotan Azərbaycanda şum alətindən başqa torpaq ölçüsü vahidi mənasında da işlədilir. Belə ki, qubalı Şeyx Əli xanın 1806-cı ilə aid fərmanında bir kotan yerin (torpağın) adı çəkilir. Gəncə qəzası dövlət kəndlilərinin iqtisadi məişətinin tədqiqatçısı N.Abelova görə, burada torpaq ölçüsü kimi kotanın bir gündə şumladığı sahə başa düşülürdü ki, xalq arasında günlük adlandırılan bu sahə 0,5 desyatinə bərabər idi. Başqa sözlə, birgünlük sahə elə bir kotan demək idi. Kotana ölçü vahidi kimi digər türk xalqlarında da rast gəlinir. Orta əsrlərdə Türkiyədə "kotan" istilahı iki mənada işlədilirdi. Birinci mənada - qoşqu heyvanı qoşulmuş alət, ikinci mənada isə həmin alətlə bir gündə şumlanmış torpaq sahəsi. Azərbaycan xalqının çəki və digər ölçü vahidlərinin öyrənilməsi göstərir ki, onlar qədim tarixə malik olub, həm də xalqın köçəri, maldar, gəlmə olduğu haqda iddiaları təkzib edir. Çünki onların böyük əksəriyyəti əkinçilik məhsullarının ölçüsünü göstərir.
Kulon (ölçü vahidi)
Kulon (azərbaycanca işarəsi: Kl; beynəlxalq işarəsi: C ) — elektrik yükünün (elektrik miqdarı) ölçü vahidi, həmçinin Beynəlxalq vahidlər sistemində (BS) elektrik induksiyasının seli (elektrik yerdəyişmə seli ) vahidi və Beynəlxalq sistemdə xüsusi adı və təyinatı olan törəmə vahiddir.BS-in alimin şərəfinə adlandırılan törəmə vahidlərlə bağlı qanunlarına uyğun olaraq kulon vahidinin adı cümlənin əvvəlində olmadıqda adi hərflərlə, onun işarəsi isə həmişə baş hərflə yazılır. İşarənin belə yazılışı kulondan istifadə edərək yaradılan digər törəmə vahidlərin işarələnməsində saxlanılır. Məsələn, elektrik yerdəyişmə vahidinin işarəsi "kvadrat metrdə kulon" Kl/m2 kimi qeyd olunur. == Tərifi == Kulon — 1 saniyə müddətində naqildən keçən 1 A cərəyan şiddətinə bərabər yükün miqdarıdır. Kulon BS-in əsas vahidləri ilə aşağıdakı kimi ifadə olunur: 1 Kl =1 A·s.Kulon sistemdənkənar amper-saat vahidi ilə aşağıdakı bərabərliklə əlaqələndirilir: 1 Kl = 1/3600 amper-saat.Elementar elektrik yükü ( dəqiqliklə elektronun yükünə bərabərdir) 1,602 176 6208(98)×10−19 Kl -dur. Elektronun 6.24151 ×1018 yükü 1 Kl-a bərabərdir. == Tarixi == Kulon elektrik yükünün ölçü vahidi olaraq ilk dəfə Elektriklərin 1-ci Beynəlxalq Konqresində qəbul edildi (1881-ci il, Paris ). Fransız fizik və mühəndisi Şarl Klonun şərəfinə kulon adlandırıldı. 1946 — cı ildə Beynəlxalq Ölçü və Çəki Komitəsi (BÖÇK) klonun müasir tərifini qəbul etdi. 1960 — cı ildə çəkilər və ölçülər üzrə XI Baş konfransının qərarı ilə Kulon Beynəlxalq Vahidlər Sisteminə daxil edilmişdir.
Mil (ölçü vahidi)
Mil — uzunluq ölçü vahidi == Ümumi məlumat == Fərsənglə eyni vaxtda uzunluq ölçmək məqsədilə mildən də istifadə olunmuşdur. Qeyd edək ki. 1 mil fərsəxin üçdə birinə bərabərdir ki, bu da 1,6 km deməkdir. Qədim Romada mil min qoşa addıma, yəni 2000 m-ə bərabər götürülmüşdür ki, bu da orta hesabla 2 km eləyir.
Mənzil (ölçü vahidi)
Mənzil — uzunluq ölçü vahidi. == Ümumi məlumat == Uzunluq olcu vahidlərindən biri də mənzildir. Hər hansı uzaq yolun bolunduyu, yaxud konkret bir zaman ərzində getmək mumkun olan ayrı-ayrı hissələri mənzil (dayanacaq, yaşayış yeri, duşərgə) adlandırılmışdır. "Bir saatlıq mənzil", "bir gunluk mənzil", "bir həftəlik" və ya "bir aylıq mənzil" ifadələri məhz muəyyən zaman ərzində getmək mumkun olan yolu bildirir. Karvanın 1 gundə gedəcəyi yol (29-30 km) da mənzil adlanır. Turk xalqlarında, eyni zamanda azərbaycanlılar arasında 1 gundə dayanmadan gedilən yola ulu mənzil deyilir. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, “Şərq-Qərb” nəşriyyatı. Üç cilddə. III cild. səh.
Ölçü
Ölçü - hər hansı bir şeyin səciyyəvi xüsusiyyətlərinin təsviri üçün qəbul edilmiş vahid. Keyfiyyət özünəməxsusluğu olan hər bir obyektə müəyyən kəmiyyət xarakteristikaları xasdır və bu kəmiyyət xarakteristikalarınin hər birinin ölçüləri vardır. Hər bir elmdə və sənətdə umumi ölçülərlə bərabər yalnız onlara məxsus olan ölçülər və ölçü vahidləri vardır. Məsələn: Texnikada və fizikada (bax Ölçü vahidləri, Ölçü cihazı, Cihazlar və qurğular) Riyaziyyatda (bax Çoxluqlar nəzəriyyəsi) Zərgərlikdə (bax Karat (ölçü vahidi)) Fəlsəfədə (bax Ölçü (fəlsəfə)) və s. == Ölçmə == Xüsusi texniki vasitələrin köməyi ilə fiziki kəmiyyətlərin qiymətlərinin təcrübi yolla tapılmasıdır Xətti, radius və bucaq kəmiyyətləri ölçmələri texniki ölçmələr adlanır. Ölçmələr sınaqlar və nəzarət zamanı obyekt haqqında informasiya alınmasının aralıq və son mərhələsi ola bilər. Sınaq isə nəzarət prosesində ilkin informasiya alınmasının bir mərhələsidir. == Texniki nəzarət == Müəyyən edilmiş texniki normalara məmulatın uyğunluğunun yoxlanılması prosesidir və ondan məhsulun keyfiyyəti xeyli asılıdır. Ölçmə vasitələrinin tətbiqi ilə aparılan texniki nəzarət ölçmə nəzarəti adlanır. === Sınaqlar === Sınaq obyektinin kəmiyyət xassələrinin obyektə müəyyən təsir göstərməklə müəyyən edilməsidir.
Ölçü (fəlsəfə)
Ölçü — predimetin və ya hadisənin keyfiyyət və kəmiyyət müəyyənliyinin üzvi vəhdətini ifadə edən fəlsəfi kateqoriyadır. Keyfiyyət özünəməxsusluğu olan hər bir obyektə müəyyən kəmiyyət xarakteristikaları xasdır. Bu xarakteristikalar dəyişkən və mütəhərrikdir. Lakin onların özünün dəyişməsi zəruri surətdə müəyyən hüdudlarla məhdudlaşır ki, bunlardan kənara çıxdıqda kəmiyyət dəyişmələri keyfiyyət dəyişmələrinə gətirib çıxarır.(Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi qanunu.) Bu hüdudlar Ölçüdür. Öz növbəsində mövcud obyektin keyfiyyətinin dəyişməsi onun kəmiyyət xarakteristikalarının və ölçüsünün dəyişməsi ilə nəticələnir.Kəmiyyət və keyfiyyətin əlaqəsi və vəhdəti mövcud obyektin təbiətindən asılıdır. Əgər obyektin inkişafını nəzərdən keçirsək, o zaman bu prosesin bir pilləsindən digər pilləsinə keçid nöqtələri dəyişkən nöqtələr kimi aşkara çıxır. Belə düyün nöqtələri sistemini ölçülərin düyün xətti adlandırmaq qəbul olunmuşdur. Fəlsəfə tarixində Ölçü kateqoriyasını ilk dəfə Hegel hazırlamışdır. == Mənbə == Fəlsəfə Ensklopedik lüğəti.
Ölçü cihazı
Cihaz və ya ölçü cihazı – verilmiş fiziki kəmiyyəti hər hansı bir diapazonda ölçmək üçün tətbiq olunan qurğudur. ==== Təsnifatı ==== İndikasiya üsuluna görə: Rəqəmli multi ölçü cihazı.Bu cihaz yalnız ölçülən kəmiyyətin qiymətini göstərməyə imkan verir. Qeyd edici cihaz – burada ölçülən kəmiyyət qeyd edilir. Nəticə ya analoq ya da rəqəmli şəkildə verilə bilər.Ölçmə üsuluna görə: Bir başa ölçən, burada kəmiyyətin qiyməti bir başa ölçülür, məsələn manometr, ampermetr. Müqayisəli şəkildə olçən cihaz, burada ölçmədən alınan nəticə dolayı yolla bir etalon qiymətlə müqayisə edilərək qiymətləndirilir.Nəticənin təsvirinə görə: Analoq ölçmə cihazı, burada cihazın göstəricisi bir başa ölçülən kəmiyyətdən asılı olan funsiya ilə müəyyən olunur. Rəqəmli ölçmə cihazı - ölçmənin nəticəsi rəqəmli şəkildə verilir.Başqa əlamətlərinə görə: Çəmləşdirici ölçmə cihazı ölçmənin nəticəsini müxtəlif yollarla əldə edilən iki və daha artıq finksiyalardan asılı olaraq təyi edilir. İnteqrallayıcı ölçmə cihazı ölçmənin nəticəsini inteqralladıqdan sonra göstərir.Ölçü cihazlarına misallar: Dinamometr Barometr Ampermetr Ommetr Dozimetr Tərəzi və s.
Ölçü transformatoru
Ölçü transformatorları — cərəyan və gərginlik səviyyələrinin transformasiyası və izolyasiyası üçün istifadə olunan yüksək dəqiqlik sinifli elektrik qurğularıdır. Ölçü transformatorları cərəyan və gərginlik transformatorları olmaqla iki növə ayrılır. Ölçü cərəyan və gərginlik transformatorları yüksək gərginlikli dəyişən cərəyan dövrələrində ölçmə , mühafizə və avtomatika cihazlarına birləşdirmək üçün istifadə edilir. Ölçü gərginlik taransformatoru yüksək gərginlik dövrəsinə paralel qoşulur. Ölçü cərəyan transformatorları isə dövrəyə ardıcıl və dolayı qoşulur.
Ölçü vahidi
Ölçü vahidləri — şərti olaraq 1-ə bərabər ədədi qiymət verilən sabit ölçülü fiziki kəmiyyət. Ölçünün ədədlə ifadəsi ölçülənin vahid kimi qəbul edilən ilkin nümunəyə – etalona nisbətidir. Ölçü vahidinə nisbətin ədədlə ifadəsi ölçünün dərəcəsidir. Etalonlar tarixən bir- birindən fərqləniblər. Baza vahidlərinin ölçüləri ənənələrə uyğun təyin edilibdir. Bu baxımdan hətta müasir dövrdə, etalonların yaxınlaşdırıldığı halda dünyada müxtəlif ölçü vahidləri sistemi mövcuddur. Dövlətlər bir qayda olaraq ölçü sistemini qanunvericiliklə təyin edirlər. Azərbaycan Respublikasında metrologiya məsələləri ilə xüsusi dövlət qurumu – Azərbaycan Respublikasının Standartlaşdırma,Metrologiya və Patent üzrə Dövlət Komitəsi məşğul olur. == Beynəlxalq vahidlər sistemi == Beynəlxalq vahidlər sistemində əsas vahidlər yeddidir və bunlardır: uzunluq vahidi - metr(m)- platin-iridium xəlitəsindən hazırlanmış tircik üzərinə çəkilmiş iki cizgi arasındakı məsafədir.1799-cu ildə Fransada hazırlanmış bu etalon Paris şəhəri yaxınlığındakı Sevr şəhərində saxlanılır.1983-cü ildən Beynəlxalq razılaşmaya görə metr - işığın vakuumda 1/299792458 saniyədə yayıldığı məsafə kimi müəyyənləşdirilir. zaman vahidi - saniyə(san) - sezium-133 atomunun şüalanma periodunun 9192631770 mislinə bərabər zamandır.
Ölçü vahidləri
Ölçü vahidləri — şərti olaraq 1-ə bərabər ədədi qiymət verilən sabit ölçülü fiziki kəmiyyət. Ölçünün ədədlə ifadəsi ölçülənin vahid kimi qəbul edilən ilkin nümunəyə – etalona nisbətidir. Ölçü vahidinə nisbətin ədədlə ifadəsi ölçünün dərəcəsidir. Etalonlar tarixən bir- birindən fərqləniblər. Baza vahidlərinin ölçüləri ənənələrə uyğun təyin edilibdir. Bu baxımdan hətta müasir dövrdə, etalonların yaxınlaşdırıldığı halda dünyada müxtəlif ölçü vahidləri sistemi mövcuddur. Dövlətlər bir qayda olaraq ölçü sistemini qanunvericiliklə təyin edirlər. Azərbaycan Respublikasında metrologiya məsələləri ilə xüsusi dövlət qurumu – Azərbaycan Respublikasının Standartlaşdırma,Metrologiya və Patent üzrə Dövlət Komitəsi məşğul olur. == Beynəlxalq vahidlər sistemi == Beynəlxalq vahidlər sistemində əsas vahidlər yeddidir və bunlardır: uzunluq vahidi - metr(m)- platin-iridium xəlitəsindən hazırlanmış tircik üzərinə çəkilmiş iki cizgi arasındakı məsafədir.1799-cu ildə Fransada hazırlanmış bu etalon Paris şəhəri yaxınlığındakı Sevr şəhərində saxlanılır.1983-cü ildən Beynəlxalq razılaşmaya görə metr - işığın vakuumda 1/299792458 saniyədə yayıldığı məsafə kimi müəyyənləşdirilir. zaman vahidi - saniyə(san) - sezium-133 atomunun şüalanma periodunun 9192631770 mislinə bərabər zamandır.
Om (ölçü vahidi)
Om (beynəlxalq işarəsi: Ω, rusca işarəsi: Om) – 1960-cı ildə rəsmi olaraq BS-də Elektrik müqavimətinin vahidi kimi qəbul edilmişdir. Om elə naqilin müqavimətidir ki, bu naqilin uclarına 1 V gərginlik tətbiq etdikdə ondan 1 A cərəyan keçsin. Om ölçü vahidi alman alimi Georq Simon Omun şərəfinə adlandırılmışdır. Omun tərsi olan ölçü vahidi elektrik keçiriciliyin vahidi olan Simensdir.
Qol (ölçü vahidi)
Qol — əsas arxdan ayrılan bilək yoğunluğunda su axıdan arx. == Ümumi məlumat == Əkinləri suvararkən axıdılan suyun miqdarını ölcmək üçün qol sözündən istifadə edilmişdir. Qol əsas arxdan ayrılan şırımdır. Qol təxminən bilək yoğunluğunda su axıdan arxıdır. Çayın qolu ifadəsi də yuxarıdakı mənaya uyğun gəlir. Böyük çaylara qarışan xırda çaylar qol adlanır. == Mənbə == Azərbaycan etnoqrafiyası, Bakı-2007, "Şərq-Qərb" nəşriyyatı. Üç cilddə. III cild. səh.
0-cı Ölçü (0D)
Sıfırölçülü fəza, 0-cı ölçü və ya 0D riyaziyyatda müəyyən bir topoloji məkana bir ölçü təyin edilməsinin bir neçə qeyri-bərabər anlayışından birinə görə sıfır ölçüsü olan bir topoloji məkandır.0-cı ölçü, ümumiyyətlə bizim haqqında tez-tez fikirləşmədiyimiz bir ölçüdür. Nöqtələr, 0-cı Ölçüdə düzgün başa düşə biləcəyimiz yeganə varlıqlardır. Onların nə ölçüləri, nə qalınlığı, nə uzunluğu, nə də hündürlükləri mövcuddur. Onlar eyni zamanda həm ola biləcəkləri qədər böyük, həm də ola biləcəkləri qədər kiçik ola bilərlər. Əgər 0-cı Ölçüdə bir kub mövcud olsaydı, həmin kub sadəcə nöqtə olaraq görünərdi. Həmçinin, kubun istənilən tərəfə doğru uzadılmış bütün ölçüləri eyni olardı, çünki 0-cı Ölçüdəki varlıqların ölçüsü mövcud deyil.
Azərbaycan milli ölçü vahidləri
Azərbaycanlıların uzunluq ölçüsü olaraq addım, qulac (qolac), qarış, çərək (bəzi bölgələrdə qimey), dirsək, ayaq, barmaq və s.-dən ibarətdir. Etnoqrafik materiallar azərbaycanlıların təsərrüfat və məişət həyatında çəki və ölçü vahidlərindən son zamanlara qədər, bəzilərindən isə elə indi də istifadə olunduğunu göstərir. Orta əsrlərdə Azərbaycanda olmuş ərəb coğrafiyaşünas-səyyahların əsərlərində gün, mil, sikkə, mərhələ, bərid, dirsək, qarış və başqa bu kimi ölçü və çəki vahidlərinin adlarına rast gəlinir. Bəzi alimlər uzunluq ölçmək üçün yumruq, pəncə, gireh (4,4 sm), buğum, darı, tutmalaq (ovuc), güllük, bəhrə, kar, kəndir, ip, sicim, tənab, ciyədən də istifadə olunduğunu yazırlar. Azərbaycan xalqının məişətində baş, boyun, diş, kəllə, top, düymə və s. sözlər say və miqdar bildirmək məqsədilə qədim vaxtlardan bu günə qədər geniş şəkildə işlənməkdədir. == Ədəbiyyat == Azərbaycan etnoqrafiyası, Üç cilddə III cild. (2007), Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutu, Bakı: Şərq-Qərb.
Batareya ölçülərinin siyahısı
Bu məqalədə ev, avtomobil və yüngül sənayedə bəzi ümumi birincil və ikincil batareyaların ölçüləri, formaları və ümumi xüsusiyyətləri araşdırılacaq. Standartlaşdırma == Marka üçün qeyri-standart adlar == == Batareya kimyası və gərginliyi == == Fiziki dəyişkənlik == == Silindrik batareyalar == == Düzbucaqlı batareyalar == == Kamera batareyaları == == Düymə hüceyrələri — sikkə, saat == == Lityum-ion batareyalar (şarj edilə bilən) == == Köhnəlmiş batareyalar == == Həmçinin bax == Batareya qutusu Batareyanın Utilizasiyası Batareya (vakuum borusu) Batareya növlərinin siyahısı == İstinadlar == == Əlavə oxu == IEC 60086–1: Primary batteries — Part 1: General IEC 60086–2: Primary batteries — Part 2: Physical and electrical specifications IEC 60086–3: Primary batteries — Part 3: Watch batteries IEC 60086–4: Primary batteries — Part 4: Safety of lithium batteries ANSI C18.1, Part 1 Portable Primary Cells and Batteries With Aqueous Electrolyte — General and Specifications ANSI C18.1, Part 2 Portable Primary Cells and Batteries With Aqueous Electrolyte Safety Standard ANSI C18.2, Part 1 Portable Rechargeable Cells and Batteries — General and Specifications ANSI C18.2, Part 2 Portable Rechargeable Cells and Batteries Safety Standard ANSI C18.3, Part 1 Portable lithium Primary Cells and Batteries — General and Specifications ANSI C18.3, Part 2 Portable lithium Primary Cells and Batteries Safety Standard MOD Defence Standard 61–017 The Selection and Introduction of Batteries and Fuel Cells for Service Use MOD Defence Standard 61–021 Generic Specification for Batteries == Xarici keçidlər == A growing list of battery equivalents and details. Courtesy of the Highfields Amateur Radio Club (Cardiff, UK).
Bucaq ölçümü standartları
Topoqrafiyada bucaqölçmədə üç model – dərəcə, qradiyent və Radian standartları tətbiq olunur. Hərb sahəsində milyom adlanan ayrıca standartdan istifadə edilir. == Dərəcə == Dərəcə: Çevrə dövrünün 1 360 {\displaystyle 1 \over 360} -i bir dərəcə, bir dərəcənin 1 60 {\displaystyle 1 \over 60} -i bir dəqiqə və dəqiqənin 1 60 {\displaystyle 1 \over 60} -i bir saniyədir və onlar müvafiq olaraq °, ', '' simvolları ilə ifadə olunurlar. Məsələn, 45° 30' 10. == Qradiyent == Qrad: Çevrə dövrünün 1 400 {\displaystyle 1 \over 400} bir qrad, bir qradın 1 100 {\displaystyle 1 \over 100} bir qrad dəqiqəsi və bir qrad dəqiqəsinin 1 100 {\displaystyle 1 \over 100} bir qrad saniyəsi adlanır və bu G, ', '', eyni zamanda g, c, cc simvolları ilə ifadə olunurlar.
Faylın ölçüsi
Faylın ölçüsi (Ing.file size)– faylın, adətən, baytla ifadə olunan uzunluğu. Diskdə saxlanılan fayl, adətən, iki ölçü ilə xarakterizə olunur: məntiqi və fiziki. Faylın məntiqi ölçüsü onun gerçək ölçüsüdür, yəni onda olan baytların sayıdır. Fiziki ölçü diskdə fayl üçün ayrılmış yaddaşın həcmini göstərir. Fayl üçün sahə klasterlərlə ayrıldığından faylın axırıncı simvolları onlar üçün ehtiyatda saxlanmış klasteri tam doldurmaya bilər. Bu halda faylın fiziki ölçüsü (bütün klasterlərdə olan baytların ümumi miqdarı) onun məntiqi ölçüsündən böyük olur. Buna görə də eyni bir fayl haqqında bəzən tətbiqi proqram və əməliyyat sistemi fərqli ölçülər verir.
Görünən ulduz ölçüsü
Ulduz ölçüsü — mənbəyin işıq şüalarına perpendikulyar qoyulmuş səthin həmin mənbə tərəfindən nisbi işıqlanmasının əsası 2,512 olan mənfi işarəli loqarifmidir. Görünən ulduz ölçüsü və ya vizual ulduz ölçüsü-adi gözlə vizual fotometr adlanan qəbuledici vasitəsilə təyin olunan ulduz ölçüsüdür. Astrofizikada işıqlanmanın fiziki analoqu olaraq ulduz ölçüsü adanlanan kəmiyyətdən istifadə edilir. == Tarixi == Ulduz ölçüsü ilk astrofotometrik anlayışdır. Hələ Hipparx eramızdan əvvəl II yüzillikdə gözlə seçilən ulduzları işıqlanmalarına görə altı ulduz ölçüsünə ayırmışdı. O, qəbul etmişdi ki, ən parlaq (işıqlı) ulduzun ulduz ölçüsü 1, ən zəifinki isə 6-dır.Parlaqlığın ulduz ölçüsü vasitəsilə qiymətləndirilməsi fiziki, daha doğrusu fizioloji və psixoloji əsasları yalnız Hipparxdan iki min il sonra XIX yüzillikdə Veber və Fexner tərəfindən müəyyən edilmişdir. Veber-Fexner qanunu: hər hansı qıcıqlandırıcı təsirin hiss olunmasındakı dəyişiklik həmin qıcıqlandırıcı amilin nisbi dəyişməsi ilə düz mütənasibdir. Bu qanunu ulduz ölçüsü anlayışına tətbiq etsək, Kainat obyektinə qıcıqlandırıcı, qəbulediciyə (gözə, fotoemulsiyaya, fotolentə və s.) hissiyat mərkəzi kimi baxa bilərik . Qıcıqlandırıcının obyektiv meyarı onun qəbuledicidə yaratdığı işıqlanmadır, ulduz ölçüsü isə bu işıqlanmanın qəbulediciyə təsiri deməkdir. Burada Veber-Fexner qanunu belə ifadə olunur qıcıqlandırıcı (işıqlanma) həndəsi silsilə ilə dəyişəndə, hissiyat (ulduz ölçüsü) ədədi silsilə ilə dəyişir.
Milli giriş çıxışların ölçülməsi
Milli giriş çıxışların ölçülməsi (ing. Measures of national income and output) iqtisadiyyatda — ölkədə və ya bölgədəki ümumi iqtisadi aktivliyi qiymətləndirmək üçün müxtəlif milli gəlir və məhsul ölçülərini, o cümlədən ümumi daxili məhsul (ÜDM), ümumi milli məhsul (ÜMM), xalis milli gəlir (NPI) və düzəldilmiş milli gəliri daxil olmaqla istifadə edir (Resurs tükənməsi üçün tənzimlənən NNI — faktor dəyəri NNI də adlandırılır). Hamısı xüsusilə iqtisadiyyatda və müxtəlif sahələrdə istehsal olunan mal və xidmətlərin ümumi həcminin hesablanmasında maraqlıdır. Sərhəd ümumiyyətlə coğrafiya və ya vətəndaşlıqla müəyyən edilir və eyni zamanda bir millətin ümumi gəliri olaraq təyin edilir və sayılan mal və xidmətləri məhdudlaşdırır. Məsələn, bəzi tədbirlər barter malları istisna olmaqla yalnız pula dəyişdirilən mal və xidmətləri nəzərə alır, digər tədbirlər isə barter mallarını onlara pul dəyəri qoyaraq daxil etməyə cəhd edə bilər. == Milli hesablar == Bir ölkə kimi böyük bir bölgədə mal və xidmətlərin ümumi istehsalının bir göstəricisini əldə etmək çox miqdarda məlumat toplanması və hesablamaları tələb edir. Milli gəliri qiymətləndirmək üçün bəzi cəhdlər XVII əsrdə baş vermiş olsa da, bu rəqəmlərin bir hissəsi olduğu milli hesabların sistematik olaraq aparılması ABŞ-də və bəzi Avropa ölkələrində 1930-cu illərə qədər başlamamışdı. Bu böyük statistik iş üçün təkan, vəhdət və Keynsçilik iqtisadiyyatının yüksəlişi idi, bu da hökumətə iqtisadiyyatı idarə etməkdə daha çox rol tapşırdı və hökumətləri iqtisadiyyata müdaxilələrinin davam etməsi üçün dəqiq məlumat almağa məcbur etdi. mümkün qədər məlumatlıdır. == Bazar dəyəri == Bir məhsulu və ya xidməti saymaq üçün ona bir dəyər təyin etməlisiniz.
Məktub ölçüsü
Məktub ölçüsü – ABŞ-də, Kanadada, Meksikada və bəzi başqa ölkələrdə istifadə olunan standart kağız ölçüsü: 8.5x11 düym (216x279 mm) bərabərdir. Şimali Amerikadan kənarda istifadə olunan və beynəlxalq standart olan A4 formatına (210×297 mm) yaxındır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.

Значение слова в других словарях

журнали́стка колчеда́нный лицо́вка матрака́ж ме́нивать обмишу́лить ови́н хло́ровый шестери́чный аритми́чность микрово́лны монголо́идная раса несве́дущий перепра́ва приземли́ться расщепля́ть foxtrot ice pellets Quakers' meeting Richmond выскакивать миллионерша подстричь прогул шпангоут