1. biol. Orqanizmin həyat fəaliyyətinin həmişəlik dayanması və onun məhv olması, orqanizmdə və ya onun bir hissəsində maddələr mübadiləsinin dayanması, kəsilməsi. Fizioloji ölüm. Hüceyrənin ölümü. Bitkinin ölümü.
2. İnsan və ya heyvanın həyatının sona çatması; ömrün nəhayəti; vəfat, ölmə. Naqafil ölüm. Vaxtsız ölüm.
// Ölmə, ölmək vaxtı.
□ Ölüm ayağında – ölmək, ya öldürülmək üzrə olma; ölərkən, ya öldürülərkən; ölüm qarşısında. Əbdülkərimi gətirib dar ağacının altında dayandırdılar.
// məc. Bir şeyin sonu, məhvi. Kapitalizmin ölümü.
3. Edam cəzası. Ölümə məhkum etmək.
4. məc. Məhv olmaq təhlükəsi, dəhşətli fəlakət.
◊ Ölüm yuxusu – çox bərk yuxu.
Ölüm rəngi – bax ölü rəngi (“ölü”də).
Ölüm sükutu – son dərəcə sakitlik, tam sükut.
Ölümə vermək – bada vermək, məhvinə səbəb olmaq, fəlakətə sürükləmək.
Ölümü gözünün altına almaq – ölə biləcəyini nəzərə alaraq qorxmamaq.