ömürlü
ömürlükcə
OBASTAN VİKİ
Ömürlük azadlıqdan məhrumetmə
Ömürlük azadlıqdan məhrumetmə — cinayət törətməkdə ittiham olunan şəxsə verilən elə cəzadır ki, onun ömrünün qalan hissəsini həbsxanada keçirməsini nəzərdə tutur. Bəzi dövlətlərdə qəsdən adamöldürmə, qəsdən adamöldürməyə cəhd, terrorizm, ciddi uşaq istismarı, zorlama, uşaqların cinsi istismarı, casusluq, vətənə xəyanət, narkotik ticarəti, insan alveri, dələduzluq, iqtisadi cinayətlərin ağır halları, eləcə də ağırlaşdırıcı hallarda şəxsin ölümünə və ya sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda adam oğurlama, ev oğurluğu və ya oğurluq, dəniz quldurluğu, hava gəmisini qaçırma və müəyyən hallarda soyqırım, etnik təmizləmə, insanlıq əleyhinə cinayətlər, müəyyən hallarda müharibə cinayətlərinə görə şəxs bu cəzanı ala bilər. Bəzi ölkələrdə ömürlük azadlıqdan məhrumetmə ölümlə nəticələnən nəqliyyat vasitələrinin təhlükəsizliyi əleyhinə olan cinayət törətmiş şəxslərə də tətbiq olunur. Ömürlük azadlıqdan məhrumetmə bütün dövlətlərdə mövcud deyil. 1884-cü ildə Portuqaliya ömürlük azadlıqdan məhrumetməni ləğv edən ilk dövlət olmuşdur.
Ölüm hökmü-ömürlük cəza (film)
Ölüm hökmü-ömürlük cəza — Azərbaycanda ölüm hökmünü ləğv etmiş ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sənədli film. Film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Obyektiv” Milli Dəyərlərin təbliğinə dəstək İctimai Birliyi tərəfindən hazırlanmışdır. Sənədli filmdə Heydər Əliyevin 1998-ci il 10 fevral tarixli qərarı ilə Azərbaycanda ölüm hökmünü ləğv etməsindən bəhs edilir. Filmin təqdimat mərasimi dekabrın 10-u Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Günü Beynəlxalq Muğam Mərkəzində keçirilmişdir.

Digər lüğətlərdə

берестовый в середи́не выносна́я не охо́тница орнамента́льный подка́шиваться помёрзнуть расстреля́ть аристократи́чность питаться акридами и диким мёдом попризаду́маться прецеде́нт руслоочисти́тельный bola bubbletop car crural dégagé immanacle Lyons photorespiration planing-machine Schwyz surgy Tommy вдребезги