ÖRKƏN

İki mənada işlədilib: “bostanda tağ” (mənbələrdə bunun əvəzinə, bağırsaq da işlədilib) və “çatı növü”. “Bağlamaq, hörmək (örmək), hörükləmək” mənasını verən ör feili zəminində yaranıb. Tağ qarpızı (yemişi...) köklə bağlayır (göbək bağı uşağı bətnlə bağlayan kimi), örkən isə heyvanı və s. mıxa bağlayır. Çatı da məhz çatmaq (ilişdirmək) anlamı ilə əlaqədardır. Deməli, atı çəməklikdə hörük­lə­mək onu “bağlamaq” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ÖRDƏK
ÖRNƏK
OBASTAN VİKİ
Örkən
Örkən — ağır şeyləri bağlamaq, bənd etmək, at, qatır, eşşək və s. ev heyvanlarını çullamaq, palanlamaq üçün istifadə edilən çox enli, lakin nazik kəndir. Örkən toxumaq üçün yer hanası qurulur, yun, pambıq və ipək iplərdən istifadə edilir. Onun üstünə müxtəlif naxışlar salınır. Örkənin eni 5–8 sm-ə qədər, uzunluğu isə toxucunun istəyindən asılı olaraq toxunur. "Örkən nə qədər uzun olsa, yenə də doğanaqdan keçəcək" — atalar sözü məhz buradan alınmışdır.

Значение слова в других словарях

высо́вывать до́норство изда́тельница леванти́новый музе́й-кварти́ра разгоня́ться убо́ристо до́чки-ма́тери органи́зм поста́в презре́ние размоло́ться скорохо́д шкивидор bulimia chlorotic euphonical lighting quasar Russel sun-drenched thigh-boot undertenant карамболь петушиный