ÖRTMƏK
ÖRTÜB-BASDIRMAQ
OBASTAN VİKİ
Allüvial örtük
Allüvial örtük (və ya allüvial yelpik) — 1) iri çayların daşqın zamanı basdığı sahələrdə yaranmış lilli yumşaq çöküntülər təbəqəsi. 2) leysan yağışlar zamanı dağ çaylarının gətirmə konusu səthində çökdürdüyü daha kobud çöküntülər qatı.
Azərbaycanın bitki örtüyü
Azərbaycanda flora və bitki örtüyünün öyrənilməsi o qədər də qədim tarixə malik deyildir. === XIX əsrin 70-ci illərində === İlk vaxtlar Qafqazın bu maraqlı regionuna tək-tək tədqiqatçılar gəlmişlər. Cənubi Qafqazın ilk tədqiqatçısı 1700-1702-ci ildə məşhur botanik Turnefor olmuşdur. 1724-1725-ci illərdə Rusiya EA-nın ilk botaniki Buksbaum Qafqaza səyahət etdi. S.T.Qmelinin başçılıq etdiyi Rusiya EA-nın ekspedisiyaları tərəfindən 1770-1773-cü illərdə Qafqazın florasının öyrənilməsi sahəsində böyük işlər görülmüşdür. === XIX əsrin 80-cı illərində === Qafqaz bitkiliyi, o cümlədən meşə florası nüsxələrinin zəngin kolleksiyası imperator Botanika bağının direktoru K.A.Meyer (1829-1830), Talış florası üzrə isə F.Qoqenager (1834-1835) və E.K.Eyxvald (1820) tərəfindən toplanmışdır. XIX – əsrin ortalarında o dövrün məşhur dendroloqu Karl Kox Qafqazda böyük botaniki tədqiqatlar aparmışdır. XIX – əsrin sonlarında, Qafqaz rayonlarının bitki örtüyünü səciyyələndirən dəqiq bitki təsvirləri yerinə yetirilmişdir. Bu baxımdan olan işlərdən görkəmli alimlərdən Q.İ.Radde, Y.S.Medvedyev, M.N. Smirnov, Y.A.Voronov, F.P.Keppen, V.N.Lipski, N.İ.Kuznetsov, A.Voronin, D.İ.Sosnovski və A.A.Qrosheymin işlərini qeyd etmək olar. Bu tədqiqatçılardan Q.İ.Radde, Y.S.Medvedyev və N.İ.Kuznetsov bu və ya digər prinsiplərə əsaslanaraq Azərbaycanı da əhatə etməklə Qafqazı bir sıra floristik və botaniki coğrafi vilayətlərə və əyalətlərə bölmüşlər.
Azərbaycanın torpaq örtüyü
Azərbaycanın torpaq örtüyü—Azərbaycanda boz, sarı, şabalıdı, şoran, allüvial-çəmən, dağ-çəmən torpaqları yayılmışdır. == Allüvial-çəmən-meşə torpaqlar == Allüvial-çəmən-meşə torpaqları genetik əlaqələri kifayət qədər öyrənilmişdir. Bu istiqamətdə ilkin tədqiqatların ötən əsrin birinci yarısında S.A.Zaxarov, V.P.Simirnov-Loginov və b. aparmışlar. Sonralar bu torpaqlarda H.Ə.Əliyev, M.E.Salayev, G.Ş.Həsənov və b. tərəfindən tədqiqat işləri davam etdirilmişdir. === Yayıldığı ərazilər === Allüvial-çəmən-meşə torpaqlar Böyük və Kiçik Qafqazın quru çöllər zonasında çayların geniş subasarlarında yayılmışdır. Bu torpaqların formalaşmasında çayların gətirdiyi allüvial çöküntülərlə yanaşı, həm də qrunt suların təsiri də böyükdür. Bu torpaqlara eyni zamanda geniş massivlərə Kür və Alazan çaylarının subasar zonasının meşələri altında və Xudat ətrafı ovalığın cavan dəniz terraslarında rast gəlinir. === Mexaniki tərkib === A1 və A2 qatları təzə gətirilmiş nazik təbəqəvari lilli çöküntülərdən ibarətdir.
Başqırdıstanın torpaq örtüyü
Başqırdıstanın torpaq örtüyü — yetərincə müxtəlifdir. Uralönünün şimalında çimli-podzollaşmış torpaqlarda cökə, bəzən də palıd və ağcaqayın qarışığı olan küknar-ağ şam qarışıq meşələri yayılmışdır. Cənuba getdikcə bunlar tünd-boz meşə və çimli-karbonatlı torpaqlarda zəngin meşəaltına malik və cökə, ağcaqayın, palıd, bəzən qarağacdan ibarət enliyarpaqlı meşələrlə, yerli meşələr isə çox vaxt ikincili çökəliklər, tozağacı meşələri və ağcaqovaqlıqlarla əvəz olunur. Başqırdıstanın düzənlik ərazisinin təqribən 50%-ini meşə-çöllər tutur. Uralönündə tünd-boz meşə torpaqlarında adalar şəklində yerləşən qarağac qarışıq palıd-tozağacı və cökə meşələri tipik və karbonatlı qaratorpaqlardakı taxıllı-müxtəlifotlu çəmən və müxtəlifotlu-şiyavlı bozqırlarla növbələşir. Uralarxasının meşə-çöllərində tozağacı və tozağacı-şamağacı meşələri, adi və cənub qaratorpaqlarında, bəzən şorakətvarı qaratorpaqlarda və şorakətlərdə şırımlı-topallı-şiyavlı çöllər, həmçinin çəmən və bataqlıqlar üstünlük təşkil edir. Başqırdıstanın cənubunda adi və cənub qaratorpaqlarında kolluqlu (qızılıakasiya, topulqa) və daşlı çöllər yayılmışdır. Bozqır sahələr, əsasən, şumlanmışdır. Çay dərələrində qızılağac meşələri, bataqlıqlar və subasar çəmənlər inkişaf etmişdir. Dağlarda yüksəklik qurşaqlığı müşahidə olunur.
Buzlaq örtüyü
Buzlaq örtüyü və ya materik buzlağı qalınlığı bir neçə km (müasir Antarktida buzlağında 4 km-dən çoxdur) və milyonlarla km2 sahəni əhatə edən, buzlaq qalxanı şəkilində yerüstü buzlaq tipi.
Lava örtüyü
Lava örtüyü – (rus. лавовый покров, ing. lava sheet) lavanın böyük miqdarda axmış və böyük ərazilərdə hər tərəfə geniş yayılmış yatım forması. Əsasən çay püskürməsi və duru bazalt axımları üçün səciyyəvidir.
Madonna örtüklə (Rafael)
Madonna örtüklə (it. Madonna del Velo) — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1509-1510-ci illərdə, yaradıcılığının Roma dövrünə aid edilir.Madonna örtüklə əsəri hal-hazırda Fransada Kantili şəhərində saxlanılır.
Marant yalançı örtük
Meşə ilə örtülü ərazilərin miqyası
Meşə ilə örtülü ərazilərin miqyası— meşə salma və bərpa tədbirləri. == Haqqında == Meşələrin mühafizəsi və artırılması sahəsində meşəsalma və meşəbərpa tədbirlərinin ilbəil intensivləşdirilməsi hesabına son on ildə meşə ilə örtülü ərazilərin sahəsi 1 milyon hektarı keçmiş və ölkə ərazisinin 11,4 faizindən 12 faizinədək artmışdır. Meşələrdə qanunsuz ağac tədarükü və digər meşə qırılması ilə əlaqədar fəaliyyətin qarşısını almaq üçün həyata keçirilən ardıcıl tədbirlər nəticəsində qanunsuz ağac kəsilməsi halları ilbəil azalmışdır. Meşə ilə örtülü ərazilərin miqyasının artırılması istiqamətində son 2001-dən – 2018-ci ilə dək il ərzində 164 854 ha sahədə meşəbərpa tədbirləri aparılmışdır ki, bununda 56080 hektarı meşə əkini və səpini işləridir. Bu müddətdə cəmi 108827 ha sahə, o cümlədən meşə əkini və səpinindən 35117 hektarı cavan ağaclıqların yetişdirib qiymətli meşə ağaclıqlar kateqoriyasına keçirilmişdir. Toxumluq sahələrdən 59287 kq toxum tədarük edilmişdir. Bu müddət ərzində meşə və meyvə cinslərindən 488,7 milyon ədəd əkin materialları yetişdirilmişdir. Yardımçı təsərrüfat sahəsi üzrə 2003-2017-ci illər ərzində 12258,48 ton təbii ot, 316,5 ton taxıl, 693,22 ton cır meyvə və giləmeyvələr, 140,99 ton sitrus meyvələr, 491,66 ton bağ meyvələri, 33607 kq əmtəə balı, 570,95 ton qoz meyvəlilər, 454,90 ton bostan tərəvəz və 1440,72 ton nar tədarük edilmişdir.
Meşə örtüyü
Naxçıvanın bitki örtüyü
Naxçıvan florası — Naxçıvan Muxtar Respublikasının bitki örtüyü. == Haqqında == Naxçıvan MR florasını öyrənmiş alimlərdən L. İ. Prilipko, V. C. Hacıyev, M. H. Abutalıbov, İ. S. Səfərov, Ə. Ş. İbrahimov, F. Q. Mövsümova, T. H. Talıbov və b. tədqiqatlarını qeyd etmək olar. Naxçıvan MR-in kəskin kontnental iqlimə malik olması, burada yağıntıların azlığı, havanın quraq, yayın qismən də payız aylarının yağışsız və isti keçməsi, qışın soyuqluğu, sutka və fəsillər arasında temperaturun amplituda fərqinin yüksək olması, bitki örtüyünün formalaşmasına təsir göstərmiş və orada zəif birtipli, yəni kserofit tipli bitkilərin inkişaf etməsinə səbəb olmuşdur. Arazboyu düzənliyin əsas bitkiləri yovşan, üzərlik, efemerlər, taxılkimilər, gəvən, qrunt suyunun səthə yaxın olan yerlərində çayır, cil, müxtəlif qamışlar, çöl sarmaşığı, iyli yovşan, hələb kalışı, tülküquyruq, acı biyan, tüksüz biyan, yatağan dəmirtikan, sürünən kəkrə, adi pıtraq, pərpərən, əmənkömənci, kəngizlər, sirkan, öldürgən, şoran otları, dəvətikanı, kəvər, soğan, süddüyən, ləkəli şoran, pişiknanəsi, şüalı gündəfnə, çılpaqdil gəvən və s.dir. Birinci yarusda çoxilliklər, ikinci yarusda efemerlər, üçüncü yarusda isə sporlu şibyələr yerləşir. Arazboyu düzənlik qədimdən əkinçilik zonası olduğundan burada müxtəlif mədəni bitkilər becərilir. Bunlardan taxıl bitkiləri, şəkər çuğunduru, tərəvəz bitkiləri və s. mühüm yer tutur. == Bitki zonaları == Naxçıvan MR-də dörd bitki zonası var : yarımsəhra dağlıq kserofit yüksək dağ bozqırları subalp və alp çəmənlikləri === Yarımsəhralar zonası === Muxtar respublikanın Arazboyu düzənlik hissəsini və 1200 metr yüksəkliyə qədər dağətəyi sahəni əhatə edərək, şimal-qərbdən cənub-şərqə doğru uzanır.
Oleofobik örtük
Oleofobik örtük (lat. oleum — yağ və yun. φόβος — qorxu) portativ qurğularda tez-tez istifadə edilən xüsusi bir örtük növüdür. Oleofobik Örtük sayəsində örtülən səth barmaq izi, maye izi və çirk tutmama xüsusiyyətinə malik olur. Bu şəkildə istifadə edilən səthin davamlı olaraq təmiz qalması da təmin olunur. Ümumi olaraq ağıllı telefonlarda görsək də daha bir çox sahədə də oleofobik örtük texnologiyasının istifadə edildiyini söyləmək lazımdır. Kompüterlər, maşınlar və bir çox alətdə istifadə olunan oleofobik örtük ağıllı telefonlarda isə bəzi modellərdə diqqət çəkir. Bu örtük növü ilə tam təmin etmək istənilən səthin üzərində çirk tutulmamasıdır. Adətən ağıllı telefonlarda ekranda barmaq izi qalmaması üçün üstünlük verilən örtmə materialı, su keçirməyən IP68 sertifikatına malik olan ağıllı telefonlarda isə həm ekranda barmaq izi qalmaması, həm də ekranların maye ilə təmas etməsi halında mayelərin ekranda iz qoymamasını təmin etmək üçün üstünlük verilən material kimi istifadə edilir. Bundan başqa, oleofobik örtük yalnız örtən səthin çirk tutmamasını təmin etməklə da vəzifəli deyil.
Qar örtüyü
Qar örtüyüü—Qış yağmurları əksər halda qar şəklində düşür. Qış zamanı yağan qar orta və yüksək enliklərdə uzun müddət müxtəlif qalınlıqda qalır. Qar örtüyü havanın və torpağın rütubət və istilik balansında böyük əhəmiyyətə malikdir. == Qar örtüyü == Mənfi temperaturda yer səthinə yağan qar , qar örtüyü əmələ gətirir. Ucqar şimalda qar örtüyü 9- 10 ay yerdə qalır, Azərbaycanda isə düzən və dağətəyi zonada demək olar ki, dayanıqlı qar örtüyü olmur. Qar örtüyünün vəziyyəti onun hündürlüyü, sıxlığı və yerdə qalma səciyyəsi ilə müəyyən olunur. Qar örtüyünün hündürlüyü yağan qarın miqdarı və sıxlığı ilə şərtləndirilir. Qar örtüyünün sıxlığı isə nümunə üçün götürülmüş qar kütləsinin onun həcminə olan nisbətinə deyilir. O, 0,01q/sm3- dan (təzə yağan qar) 0,60q/sm3- a (yerdə qalaraq əriməyə başlayan )qədər dəyişir. Qar örtüyünün yerdə qalma xarakteri relyefdən, səthin növündən və küləyin sürətindən asılıdır.
Yer örtükləri
Yer örtükləri – (rus. Земные обoлочки, ing. Earth`s cover) müəyyən dərəcədə düzgün kon­sentrik zonalar olub, bütün planeti əhatə edir, dərinliyə getdikcə dəyi­şir və bir- birindən fiziki, kim­yəvi və bioloji xüsusiyyətlərinə görə fərqlənir.
Örtük
Örtük — geologiyada böyük sahə tutan və kifayət qədər qalınlığı olan hər hansı törəməni ifadə etmək üçün işlədilən termin.
Örtük (coğrafiya)
Örtük - Geologiyada böyük sahə tutan və kifayət qədər qalınlığı olan hər hansı törəməni ifadə etmək üçün işlədilən termin (Lava örtüyü, üstəgəlmə örtüyü, moren örtüyü, çöküntü örtüyü və s.).
Örtük buzlağı
Örtük buzlağı- (rus. ледник покровный, ing. cover glacier, covering glacier) buzlağın morfoloji təsnifatından biri, adətən yüksəklikləri tutan (örtən), geniş kömbəvari buz kütləsi. Ölçülərindən asılı olaraq Ön buzlağı: 1) İslandiya tipli buzlaq-iri, orta və kiçik (50 km-ə qədər)olu; 2) Buzlaq qalxanı-linza quruluşunda buzlaq kütləsi, forması buzlaqaltı relyefdən asılı olmayıb, maksimal yüksəkliyi qurunun daha yüksək yerinə deyil, buzlağın mərkəzində yerləşir; 3) buzlaq örtüyü-buzlaşma sahəsi, bir neçə buzlaşma mərkəzinin qovşağında əmələ gəlir. (Antarktida buzlaq örtüyü).
Örtük buzlağı (coğrafiya)
Örtük buzlağı- (rus. ледник покровный, ing. cover glacier, covering glacier) buzlağın morfoloji təsnifatından biri, adətən yüksəklikləri tutan (örtən), geniş kömbəvari buz kütləsi. Ölçülərindən asılı olaraq Ön buzlağı: 1) İslandiya tipli buzlaq-iri, orta və kiçik (50 km-ə qədər)olu; 2) Buzlaq qalxanı-linza quruluşunda buzlaq kütləsi, forması buzlaqaltı relyefdən asılı olmayıb, maksimal yüksəkliyi qurunun daha yüksək yerinə deyil, buzlağın mərkəzində yerləşir; 3) buzlaq örtüyü-buzlaşma sahəsi, bir neçə buzlaşma mərkəzinin qovşağında əmələ gəlir. (Antarktida buzlaq örtüyü).
Örtük buzlaşması
Örtük buzlaşması - (rus. покровное оледенение, ing. cover glaciation, covering glaciation) buzlağın morfoloji tipi, forması yer səthinin relyefindən yox, buzun qidalanmasının və sərfinin paylanmasından asılıdır. Buzun hərəkəti qanunauyğun olaraq mərkəzi hizzədən kənarlara doğru baş verir. Qar xəttinin ovalığın səviyyəsinə,tək-tək halda platovarı yüksəklik səviyyəsinə düşən sahələrdə Örtük buzlaşması əmələ gəlir. Buzlağın kənarı quruda yaxud dənizdə qurtara bilər, sonuncu halda sərfin müəyyən hissəsi aysberqlərin parçalamnası hesabına baş verir. Örtük buzlaşması ölçüsünə görə buzlaq günbəzinə və buzlaq qalxanına, morfologiyasına görə-çıxarılma (ayrılma) buzlağında və şelf buzlağıma ayrılır.
Örtük strukturu
Örtük strukturu- (rus. покровная структура, ing. nappe structure) tektonik örtüklə əmələ gələn, geoloji struktura. Örtük strukturu olan dağlar örtük tipli dağ adlanır. / mis: Şərqi Alplar/.
Örtükçəkmə
Örtükçəkmə- maşın hissələrinin üzərinə toz halında olan materialdan ibarət qatın çəkilməsinə xidmət edir. Proses zamanı əmələgələn qat nazik, qalın və ya bir-birinin üzərinə çəkilmiş bir neçə qatdan ibarət ola bilir (Çoxlaylı örtük). Örtük qatının qalınlıqları tətbiq olunan üsuldan asılı olaraq müxtəlif məqsədlər üçün istifadə olunur. Örtükçəkmə əsasən örtüyün çəkilməsi üsullarından asıllı olaraq fərqlənirlər: kimyəvi, mexaniki, termiki və termo-mexaniki. == Tətbiq olunan materiallar == Örtük materialları müxtəlif olurlar. Əsas material (substrat) üzərində örtüyün yaxşı hopması üçün stabil prosesin, bərabərformalı qatçəkmənin və qatın ətraf mühitin təsirlərinə davamlı olması zəruridir. Bunun üçün bütün örtülən hissələr prosesdən əvvəl mexaniki və ya kimyəvi emal olunurlar. Keçid (sərhəd) səthlərinin halı örtükçəkmə üsulundan və substratın emalından (məsələn: pardaqlama, mikroşırnaqla təmizləmə, dekapirləmə və s.) asılıdır. Örtükçəkmə üsulları örtük materialına (metal, süni material), substratın növünə və aralıq birləşdiricyəgörə fərqlənirlər. Çəkilən materiallar qaz, bərk, məhlul və maye halında olurlar.
Örtülü bazar
Örtülü bazar — dükanları günbəz və tağtavanla örtülərək vahid bina şəklində əlaqələndirilən memarlıq-ticarət kompleksi. Orta əsrlərdə meydana gəlmişdir. Cənubi Azərbaycanın Ərdəbil və Təbriz şəhərlərində örtülü bazar nümunələri qalmışdır. Şərqdə örtülü bazarların ən məşhuru İstanbuldakı "Qapalı çarşı"dır.
Örtülü karst
Örtülü karst- (rus. покрытый карст, ing. covered karst, mantled karst) karst tipi, karstlaşan süxurların müxtəlif mənşəli kövrək çöküntü­lərlə örtüldüyü vilayətlərdə inkişaf edir. Elüvi və torpaqla örtülən karst­ları bəzən Orta Avropa tipli karst adı altında ayırırlar.
Örtülütoxumlu bitkilər
Çiçəkli bitkilər (lat. Angiospermae) – Çoxalma orqanı olan bu qismin çiçək açması, eləcə də ikiqat mayalanma kimi xüsusiyyətinə görə fərqlənən ali bitki tipidir. Çiçəklərində ağızcıq, sütuncuq və yumurtalıqdan ibarət dişicik orqanı vardır. Qametofit ixtisar olunmuşdur. Daxili və xarici quruluşlarında xüsusi ixtisaslaşma getmişdir. Əksər nümayəndələri cücülər vasitəsilə çarpaz tozlanma kimi bir uyğunlaşma qazanmışdır. Çiçəklərdə həmçinin erkəkcik adlanan orqan vardır. Erkəkcik erkəkcik sapı, tozluq və tozluğun içərisində olan tozcuq lardan ibarətdir. Hər bir tozcuq müstəqil hüceyrədir. Tozcuqlar formalarına görə müxtəlif cür olur.
Örtülütoxumlular
Çiçəkli bitkilər (lat. Angiospermae) – Çoxalma orqanı olan bu qismin çiçək açması, eləcə də ikiqat mayalanma kimi xüsusiyyətinə görə fərqlənən ali bitki tipidir. Çiçəklərində ağızcıq, sütuncuq və yumurtalıqdan ibarət dişicik orqanı vardır. Qametofit ixtisar olunmuşdur. Daxili və xarici quruluşlarında xüsusi ixtisaslaşma getmişdir. Əksər nümayəndələri cücülər vasitəsilə çarpaz tozlanma kimi bir uyğunlaşma qazanmışdır. Çiçəklərdə həmçinin erkəkcik adlanan orqan vardır. Erkəkcik erkəkcik sapı, tozluq və tozluğun içərisində olan tozcuq lardan ibarətdir. Hər bir tozcuq müstəqil hüceyrədir. Tozcuqlar formalarına görə müxtəlif cür olur.

Digər lüğətlərdə

бана́н бле́йзер варе́ники колле́кторный отштампо́вывание трак цугово́й держать в шо́рах кого-л забора́нивать засле́живать софисти́ческий сполза́ться бирюк наружу auk auspiciously bouldery Clydebank drop-light glissade pericardiac pretypify torquate административно-управленческий тын