Övsət Abdinov
Övsət Abdinov (23 fevral 1944, Balakən – 29 oktyabr 2016) — fizika-riyaziyyat elmləri doktoru (1986), Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü (2014).
Ovsət Abdinov 23 fevral 1944-cü ildə Balakən şəhərində anadan olub. 1966-cı ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini bitirib. Namizədlik dissertasiyasını 1972-ci ildə, doktorluq dissertasiyasını isə 1986-cı ildə müdafiə etmişdir. 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib.
Ovsət Abdinov müxtəlif illərdə Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. Belə ki, o, 1973–1975-ci illərdə Bakı Dövlət Universitetinin Nəzəri fizika kafedrasında baş müəllim vəzifəsini icra edib. 1975-ci ildən AMEA Fizika İnstitutunun Yüksək enerjilər fizikası laboratoriyasının rəhbəri olub.
1993–2002-ci illərdə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ, Dubna şəh., Rusiya) baş elmi işçi vəzifələrində çalışıb.
Ovsat Abdinov Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda Azərbaycan Respublikasının tamhüquqlu nümayəndəsinin müavini, həmçinin Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun Elmi Şurasının üzvü olub.