ÖZDƏMİR

xalis dəmir, özü dəmir kimi möhkəm və sağlam olan; qoçaq, qəhrəman.
ÖZCAN
ÖZƏRBAY
OBASTAN VİKİ
Cüneyt Özdəmir
Cüneyt Özdəmir (türk. Cüneyt Özdəmir; 8 fevral 1970, Ankara) — Türkiyəli jurnalist, televiziya və sənədli film istehsalçısı, yazar, TV aparıcısı. == Həyatı == Cüneyt Özdəmir, 8 fevral 1970-ci ildə Ankarada anadan olmuşdur. İki bacısı var. İbtidai və orta təhsilini Yüksəliş Kollecində tamamlayan Cüneyt Özdəmir, tam orta təhsilini(10–11-ci sinif) isə Ankara Atatürk Liseyində tamamlamışdır. Ankara Universiteti, Rabitə fakültəsinin Radio, Televiziya və Kino bölümünün məzunudur. 1993-cü ildə British Council Təqaüd Proqramı alaraq Londonda multimedia təhsili aldı. Cüneyt Özdəmir, 2016-cı ilin aprel ayında ilk evliliyini etmişdir. Həyat yoldaşı reklamcı Ayşə Bali olmuşdur. Daha sonra boşanan jurnalist, 3 fevral 2011 tarixində rejissor Türkər İnanoğlu və aktrisa Gülşən Bubikoğlunun qızı olan Zeynəb İnanoğlu ilə Paris Səfirliyində evləndi.
Səlahəddin Özdəmir
Səlahəddin Özdəmir (türk. Selahattin Özdemir; 1963, Adana – 27 avqust 2019, Mersin) — türk arabesk musiqi sənətkarı. Özdəmir, qardaşının gənc yaşlarında dinlədiyi və daha sonra sənət aləminə girdiyi Orxan Gəncəbayın musiqilərindən xeyli təsirlənmişdir. 1982-ci ildə ilk musiqisini buraxan sənətçi 2019-cu ildə sənət dünyasını tərk etmişdir. Mersində idarəçilik edərək keçinən Səlahəddin, 56 yaşında Mersində ürək tutması nəticəsində xəstəxanada bir müddət müalicə aldıqdan sonra vəfat etmişdir.2000-ci illərdə irəli sürdüyü ingilis dilli arabesk musiqi layihəsi o qədər də diqqət çəkməmişdir. Səlahəddin Özdəmir, Adana Dövlət Təhlükəsizlik Məhkəməsinə gəncliyində oxuduğu 4 mahnıdan peşman olduğunu bildirmiş və bu mahnıların kasetlərindən çıxarılmasını və radiolarda çalınmamasını istəmişdir. Gəncliyinin verdiyi həyəcan ilə onları oxuduğunu söyləmiş, lakin indi bu mahnıların çalındığına görə peşman olduğunu bildirmişdir. Bu mahnılar ayrılıq və sevgidən bəhs edən "Yanlış Yerde Doğmuşum", "Yaşamam Artık", "Esrar Perdesi" və "Hem Yaratıyorsun Hem Unutuyorsun"dur. Sənətçi 27 avqust 2019 tarixində Mersində ürək tutması nəticəsində 56 yaşında vəfat etmişdir.
Özdəmir Asəf
Ozdemir Asef — == Həyatı == Özdəmir Asəf 11 iyun 1923cu il də Ankara şəhərində doğulub,boya-başa çatmiş,əsl adi isə Xalid Özdəmir olmuşdur. O ilk ve orta təhsilini Qalatasaray liseyində almişdir. 1942-ci il də Kabataş oğlanlar liseyindən məzun olmuşdur.İstanbul universitetində öncə Huquq fakultəsində,sonra İqtisad fakultəsində təhsilini davam etdirmişdir. Lakin bir sira səbəblərdən dolayi təhsilini 1947-ci il də yarimıçiq qoymuşdur. O, "Zaman" qazetində tərcuməçi işləmişdir. 1951-ci il də oz məqalələri ilə mətbuat aləminə daxil olmuşdur və beləliklə öz şeir kitablarini çap etdirmişdir. 28 yanvar 1981-ci il də İstanbul şəhərində vəfat etmişdir.
Demet Özdəmir
Demet Özdemir (26 fevral 1992, İzmit) — türk serial və kino aktrisasıdır.
Mahinur Özdəmir
Mahinur Özdəmir Göktaş (7 noyabr 1982, Sxarbek[d]) — Türkiyə və Belçika siyasətçisi, diplomat. Brüssel Regional Məclisinin üzvü və 2020–2023 illər arasında Türkiyənin Əl-Cəzayirdəki fövqəladə və səlahiyyətli səfiri kimi vəzifələrdə çalışmışdır. Həmçinin o, parlamentin ən gənc və ilk hicablı qadın üzvü olub. 3 iyun 2023-cü ildən Ailə və Sosial Xidmətlər naziridir. == Erkən illəri == 7 noyabr 1982-ci ildə Brüksel şəhərinə aid 19 bələdiyyədən biri olan Sxarbek-də doğuldu.Fransız, niderland, ingilis, türk və ispan dillərində danışa bilir. == Siyasi fəaliyyəti == 29 may 2015-ci ildə Erməni soyqırımını tanımadığını bildirdiyi üçün partiyasından atıldı və siyasətə bitərəf davam etdi.Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçildikdən sonra iyun 2023-cü ildə Ailə və Sosial Xidmətlər naziri təyin edildi. == Şəxsi həyatı == 2010-cu ildə AKP siyasətçisi Rəhmi Göktaşla evləndi. 2 uşağı var.
Mahinur Özdəmir Göktaş
Mahinur Özdəmir Göktaş (7 noyabr 1982, Sxarbek[d]) — Türkiyə və Belçika siyasətçisi, diplomat. Brüssel Regional Məclisinin üzvü və 2020–2023 illər arasında Türkiyənin Əl-Cəzayirdəki fövqəladə və səlahiyyətli səfiri kimi vəzifələrdə çalışmışdır. Həmçinin o, parlamentin ən gənc və ilk hicablı qadın üzvü olub. 3 iyun 2023-cü ildən Ailə və Sosial Xidmətlər naziridir. == Erkən illəri == 7 noyabr 1982-ci ildə Brüksel şəhərinə aid 19 bələdiyyədən biri olan Sxarbek-də doğuldu.Fransız, niderland, ingilis, türk və ispan dillərində danışa bilir. == Siyasi fəaliyyəti == 29 may 2015-ci ildə Erməni soyqırımını tanımadığını bildirdiyi üçün partiyasından atıldı və siyasətə bitərəf davam etdi.Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçildikdən sonra iyun 2023-cü ildə Ailə və Sosial Xidmətlər naziri təyin edildi. == Şəxsi həyatı == 2010-cu ildə AKP siyasətçisi Rəhmi Göktaşla evləndi. 2 uşağı var.
Özdəmiroğlu Osman Paşa
Özdəmiroğlu Osman Paşa (1526, Qahirə – 29 oktyabr 1585, İran) — III Murad dönəmində 28 iyul 1584 - 29 oktyabr 1585 tarixlərində ümumilikdə 1 il 3 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Cənubi Qafqazda gedən döyüşlərdə əldə etdiyi uğurlar səbəbilə "Qafqaz fatehi" olaraq anılır. == Həyatı == Özdəmiroğlu Osman Paşa 1526-cı ildə Qahirədə dünyaya gəlmişdir. Atası Özdəmir Paşa Məmlük dönəmində Misirə köçən çərkəz ailələrindən olub, ilk Həbəşistan bəylərbəyi olaraq vəzifələndirilmişdir. Anası isə Misirdə yaşayan Abbasi xəlifələrinin nəslindəndir.Osman Paşa hələ 20 yaşlarında ikən Osmanlı imperiyasının idarəetmə strukturuna daxil olmuşdur. Əvvəlcə Misir bəylərbəyliyinə daxil olan bəzi sancaqlarda sancaqbəyi olmuş, daha sonra 1561-ci ildə atasının vəfatının ardından onun yerinə 7 il boyunca Həbəşistan bəylərbəyi olaraq fəaliyyət göstərdi. 14 yanvar 1569-cu ildə Yəmən əyaləti Yəmən və Sinay bəylərbəyliyi arasında ikiyə bölündü və Osman Paşa Sinay bəylərbəyliyinə gətirildi. Bu əsnada Yəməndə Zeydi İmam Topal Mutahhar üsyanı çıxmış, üsyanı yatırmağa çalışan Yəmən bəylərbəyi Murad Paşa isə üsyançılar tərəfindən öldürülmüşdür. Bu üsyanı yatırmaq məqsədilə Sinay və Yəmən bəylərbəylikləri yenidən birləşdirilərək Özdəmiroğlu Osman Paşaya verildi. Üsyanı yatırmaq üzrə sərdar təyin olunan Lələ Mustafa Paşa Yəmənə gəlmiş, ancaq üsyanı yatıra bilməmişdir.
двугла́вый запе́нить истёсывать пропа́хивание рань заклёвываться неотлу́чный полеза́йте предзабасто́вочный созда́ние соло́нка среднесу́точный фрезерова́ться acetification dilation dockage earthquake east-to-west game-fish outdated owelty pilgrim's bottle рядность синтезировать Цельсий