ÖZÜL

is. Bünövrə, təməl, əsas. Binanın özülü.
– Qoyuldu özüllər, boylandı tağlar; Tikildi divarlar, şumal dirəklər. M.Müşfiq.
Binanın özülünü qoymaq üçün bütün hazırlıq işləri görülmüşdür. Z.Xəlil.

// Məc. mənada.
Məktəbdə müəllim, evdə ana… Ana tərbiyəsi isə özüldür. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÖZÜL özül bax bünövrə
  • ÖZÜL əsas — bünövrə — təməl
ÖZÜBOŞALDAN
ÖZÜLLÜ
OBASTAN VİKİ
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturlarından biri. Zavodun təməli 1978-ci ildə qoyulmuşdur. == Tarixi == Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun təməli 1978-ci ildə qoyulmuşdur. 1984-cü ildə istismara verilən BDÖZ dənizin 200 metrədək dərinliyində quraşdırılmaq üçün dərin özüllər istehsal edən nəhəng sənaye müəssisəsidir. Ümumi istehsal gücü ildə 60 000 ton metalkonstruksiya olmaqla, müxtəlif dərinliklərdən asılı olaraq ildə 2-3 dərin dəniz özülü yığmağa imkan verir. 1985-ci ildə quraşdırılmış ilk stasionar dəniz platforması hazırda Günəşli neft yatağında istismar olunur. Zavod 1986-cı ildə layihə gücünə çatdırılmışdır. Zavodda ötən dövr ərzində 178 mertədək dərinlik üçün 12 dəniz platforması hazırlanmışdır. 1992-ci ildə ilk dəfə olaraq "Bp" şirkəti üçün Şimal dənizində quraşdırılmaq məqsədilə boruların hazırlanması üzrə kontrakt BDÖZ-də uğurla həyata keçirilmişdir. Zavodun mövcudluğu "Əsrin müqaviləsi"nin bağlanması üçün təməl yaratdı və bu da Azərbaycanın iqtisadi inkişafını bir çox illər öncədən müəyyənləşdirdi.
S. M. Kirova abidə özülünün qoyulması (film, 1937)
== Məzmun == Film vaxtilə Azərbaycanda kommunist partiyasına rəhbərlik etmiş və Leninqradda (indiki Sankt-Peterburq) işləyərkən Smolnıda sui-qəsd nəticəsində qətlə yetirilmiş Sergey Kirovun xatirəsini əbədiləşdirmək məqsədilə Bakının Dağüstü parkında (indiki Şəhidlər Xiyabanı) ucaldılacaq abidənin təməlinin qoyulması mərasiminə həsr edilmişdir.

Digər lüğətlərdə

биоко́л носи́льщица палла́дий перебели́ть поизмени́ть поло́счатость полуди́ть поцелова́ть продукти́вный промыта́ривать ребя́чество самока́т соба́чить темп яи́чница alme castle exhort furnisher snatch off stoichiometry symbiote unconcern uncontained алюминиевый