ÖZƏLLƏŞDİRİLMİŞ
ÖZƏLLƏŞDİRMƏK
OBASTAN VİKİ
Özəlləşdirmə
Özəlləşdirmə — == Özəlləşdirmə və dövlətsizləşdirmənin əhəmiyyəti == Dövlət mülkiyyətinin ümumi üstünlüyü ilə müəyyən olunan bazar təsərrüfatının formalaşmasının əsası, sahibkarlığın quruluşunun optimallaşma yolu kimi dövlətsizləşdirmə və özəlləşmənin labüdlüyünü tələb edir. Dövlətsizləşdirmə dövlət mülkiyyətinin dəyişdirilməsi üzrə tədbirlər məcmusudur ki, bu da dövlətin iqtisadiyyatda hədsiz rolunu aradan qaldırmağa yönəldilir. Dövlətsizləşdirmə dövlətdən təsərrüfat idarəçiliyinin əksər vəzifələrinin alınması, müvafiq səlahiyyətlərin müəssisələrə verilməsi, şaquli təsərrüfat əlaqələrinin üfüqilərlə əvəz olunmasını bildirir. Dövlətsizləşdirmə dövlətin iqtisadi sahədən tam çıxması ilə nəticələnmir. Müasir istehsal dövlətin tənzimləməsi olmadan müvəffəqiyyətli inkişaf edə bilmir ki, bu da yalnız müəyyən hədlər daxilində səmərəlidir. Əgər bu hədlər pozularsa, ictimai istehsalın səmərəliliyi azalar. Hazırda dövlətsizləşdirmə xətti ümumdünya xarakteri daşıyır. Dövlətsizləşdirmə müxtəlif istiqamətlər üzrə həyata keçirilə bilər: mənimsəmə prosesinin dövlətsizləşdirməsi, hər bir işçinin və əmək kollektivinin mənimsəmənin, inhisarsızlaşmanın bərabərhüquqlu iştirakçısı kimi tanınması; müxtəlif təsərrüfatçılıq formalarının yaradılması, müəssisələrin bütün formalarına qanun çərçivəsində təsərrüfat fəaliyyətində eyni dərəcədə sərbəstlik verilməsi; yeni təşkilati quruluşların formalaşması, üfüqi əlaqələrin aparıcı rol oynadığı sahibkarlıq fəaliyyətinin yeni formalarının (konsernlər, şirkətlər, assosiasiyalar) yaradılması.Dövlətsizləşdirmə inhisarçılığın dəf edilməsinə, rəqabətin və sahibkarlığın inkişaf etdirilməsinə yönəldilir. Bu bazar iqtisadiyyatına keçidin mərkəzi problemidir. Dövlətsizləşdirmə özəlləşdirmə ilə sıx əlaqədədir.

Digər lüğətlərdə

геобота́ника каба́ний машта́к неуго́дно переко́вываться разба́лтывать семяизверже́ние угаса́ть вычёсывание лихои́мство перечи́слиться подра́ниваться поприжа́ться сомнамбули́ческий утково́дство патетук скумбрия duad econiche hayloft incut revelation sky настроиться шум