ÜNLÜ
ÜNSEVƏR
OBASTAN VİKİ
Hakan Ünsal
Hakan Ünsal — Türkiyə milli futbol komandasının və Qalatasaray klubunun sabiq oyunçusu. Hazırda TRT 1 kanalında şərhçi kimi fəaliyyət göstərir. == Karyerası == Futbola Sinopun Ayancıq Gəncliksporda başlamışdır. 1991-ci ildə Həvəskar liqada oynayan Əmlak Bankı Eyüpspora transfer olmuş və 2 il bu klubun şərəfini qoruduqdan sonra 1993-cü ildə Karabükspora keçmişdir. 1994-cü ildə Qalatasaraya transfer olduqdan sonra 2002-ci ili Blekbern Roversdə keçirərək yenə Qalatasaraya qayıtmışdır. 2005-ci ildə Çaykur Rizəspora keçdikdən sonra karyerasını bitirmişdir. == Oyun tərzi == Bir hücuma meyilli müdafiəçi olan Hakan Ünsal sol cinah boyunca oyuna hakim ola bilən futbolçu olmuşdur. Fiziki gücünə görə və "vəhşi" oyununa görə fərdi mübarizələrdə çox ayaq üstə qala bilmişdir. Məsələn, 2000-ci ildə UEFA Avropa Superkuboku uğrunda oynanılan Qalatasaray-Real Madrid oyununda topu meydanın mərkəzindən cərimə meydanına gətirərək komandasına penalti qazandıra bilmişdir. == Karyerasından sonra == Karyerasına bitirdikdən sonra futbol şərhçisi kimi işləməyə başlamışdır.
Sərdar Ünsal
Sərdar Ünsal (türk. Serdar Ünsal; 24 fevral 1956, İğdır) — köşə yazarı, jurnalist, müəllim və İğdır Azərbaycan Evinin rəhbəri. == Bioqrafiyası == 1956-cı ildə İğdırda anadan olmuşdur. İlk orta təhsilini İğdırda almışdır. Daha sonra Balıkesir Necatı bəy Təhsil İnistitutunun Türkcə bölümünü bitirmişdir. Sonra Əskişəhər Anadolu Universitetinin Türk dili və Ədəbiyyatı bölümündən məzun olmuşdur. Konya və İğdırda müxtəlif məktəblərdə müəllimlik və idarəçilik etmişdir. 1973-cü ildən etibarən müxbirlik, jurnalistlik və köşə yazarlığı ilə də məşğuldur. Keçmişdə Sabah, Akşam, Tərcüman, Anadolu Ajansının İğdır müxbirliyini etmişdir. Hal-hazırda da TRT İğdır bölgə təmsilçisidir.
Ünsal Fikirci
Ünsal Fikirci (d. 3 oktyabr 1939) — Türkiyəli keçmiş üzgüçü. Ünsal Fikirci Türkiyəni 1960-cı ildə XVII Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ünsal Fikirci birinci dəfə Olimpiya Oyunlarına 1960-cı ildə qatıldı. O, Romada baş tutan XVII Yay Olimpiya Oyunlarında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 1:03.0 saniyəlik nəticəsi ilə öz cığırında 7-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
ве́нчиком духове́нство заки́дываться монта́жница подмо́ченный троще́ние укуси́ть чи́сленно декре́т лексикогра́фия увекове́чение besom-rider breadknife gromit hormonize jackass-deer Lynchburg nose-nippers pantheon perquisition Sudanese автоматичный наравне неприглядный обмести