ünvan
ünvan-təqvim 2021
OBASTAN VİKİ
Ünvan
Poçt ünvanı, ünvan — şəxsin yaşadığı və ya müəssisə və ya idarənin yerləşdiyi yer. Coğrafi mənada — Yer səthində nəyinsə yerləşmə koordinatları.
Sorğu metodu
Sorğu konkret sosioloji tədqiqatlarda ən çox yayılmış və geniş istifadə olunan metodlardan biridir. Bu metodun populyarlığı onun özünəməxsus universallığı ilə izah olunur. Əgər, məsələn, müşahidə metodunun köməyi ilə tədqiqatçı fərdin indiki zamanda real davranış faktlarını qeyd edirsə, sorğu metodunun vasitəsilə tədqiqatçı fərdin keçmişdə və hal-hazırda davranış motivləri və real hərəkətləri haqqında, onun niyyətləri və gələcək planları haqqında məlumat ala bilər. Tədqiqatçı fərdin subyektiv rəyləri, hissləri, davranış motivləri haqqında daha dolğun məlumat almaq istədiyi hallarda sorğu metodu xüsusilə əvəzedilməzdir. Sorğu metodunun özünəməxsusluğu ondan ibarətdir ki, məlumat mənbəyi burada fərdin şifahi məlumatları, mülahizələri kimi çıxış edir. Keçirilmə üsulu cəhətdən sorğu, bir tərəfdən, müəyyən sualları olan tədqiqatçıdan (o, bu suallara cavablardan onu maraqlandıran məlumatları əldə etməyə ümid bəsləyir), digər tərəfdən isə həmin suallara cavab verməli olan respondentdən ibarətdir. Tələb olunan məlumatın xarakterinə, onun alınması üsuluna və təfsir olunma tipinə görə sorğu aşağıdakı növlərə bölünür: 1) anket sorğusu, 2) müsahibə, 3) sosiometrik sorğu. Əsas toplunun əhatə edilməsi dərəcəsinə görə sorğular tam və seçkili olur. Tam sorğu aparılarkən sorğudan müşahidə vahidlərinin bütün məcmusu keçirilir, yəni rəyi soruşulanların sayı öyrənilən əsas toplu üzvlərinin sayına bərabər olur. Seçkili sorğuda rəyi soruşulanların sayı öyrənilən əsas toplu üzvlərinin sayının yalnız müəyyən bir hissəsini təşkil edir.
Sorğu simvolu
Sorğu simvolu – rabitə sistemlərində: verici qurğu tərəfindən göndərilən və qəbuledici qurğu onu aldıqda geriyə hər hansı cavab göndərməli və ya özünü tanıtmalı olduğu kod. ASCII kodunda ENQ simvolunun onluq qiyməti 5-dir (onaltılıq – 05h).
IP-ünvan
IP-ünvan (aypi-ünvan, ingilis dilindəki Internet Protocol address sözlərinin qısaltmasıdır) — internet şəbəkəsinə qoşulmuş hər bir kompüterin rəqəmlərdən ibarət elektron ünvanı. İnternet sistemində kompüterlər iki variant ünvana malikdirlər: rəqəm IP-ünvanı və simvolik domen ünvanı. İnternetə qoşulan hər bir kompüterin öz IP-ünvanı olur. Digər bütün kompüterlər bu IP-ünvanla əlaqə saxlayırlar. İki ayrı kompüter eyni şəbəkədə olmasalar da IP-ünvanları onların bir-biri ilə əlaqə qurmasına imkan verir. Hal-hazırda ən çox istifadə edilməkdə olan IP version 4 üçün 32 bit həcmində IP-ünvanlar istifadə edilir və nöqtələr ilə ayrılmış 4 ədəd 8 bitlik rəqəmlərlə göstərilir. Məsələn, 212.85.102.14. Belə işarələmə IP-ünvan forması adlanır. İnternet şəbəkəsinin istifadəçiləri üçün ünvanları bu sistemlə yadda saxlamaq çətin olduğu üçün mütəxəssislər istifadəçilərin ünvanlarının yaradılmasında "domen adları sistemi"ni (DNS) təklif etdilər. == Dinamik və statik IP-ünvanlar == Telefon ilə internetə girən istifadəçilərin IP-ünvanları çox vaxt dinamikdir, yəni servis provayderdə həmin anda boş olan bir IP-ünvanı internetə girən kompüterə verir.
IP ünvan

MAC-ünvan
MAC-ünvan — Ethernet şəbəkəsinə daxil olan hər cihaz, ya da kompüter "node" adlandırılır. kompüterlərə ethernet kartı taxanda həmin kompüter şəbəkədə punkt halına gəlir və bu punktu node adlandırırlar. Şəbəkəyə təkcə kompüterlər qoşulu olmur. Digər cihazların da qoşulu ola biləcəyi üçün router-lərin, hub-ların qoşulma nöqtələrini sadələşdirərək node adlandırırlar. Ethernet şəbəkəsində kompüterlər və cihazlar bir-birlərindən sahib olduqları analoqu olmayan MAC adresləri ilə ayırd edilirlər. Hər node və ya sadəcə hər ethernet kartı dünyada təkrarı olmayan bir adresə sahibdir. Bu adres 48 bitlik bir rəqəmdir. Məsələn bu yazının yazıldığı kompüterə taxılı şəbəkə kartının MAC adresi belədir: 100100000110101001010010100011001101100000011 İkili sistemdə olan bu rəqəmi söyləmək və yazmaq çətin olduğu üçün onu 16-lıq sistemdə yazırlar: 12 0D 4A 51 9B 03 Ethernet sistemində node-ları bir-birindən ayırmaq üçün MAC adreslərdən istifadə olunur. MAC adresləri hesabına sistemlər şəbəkə üzərindən özlərinə çatan məlumat paketinin özlərinə gəlib gəlmədiyini anlayırlar. Ethernet şəbəkəsində, bir kompüter bir məlumat paketi yolladığında, bu paket şəbəkədəki bütün sistemlərə çatır.
Nisbi ünvan
Nisbi ünvan (ing. relative address, rus. относительный адрес) — kompüterin yaddaşında yeri başlanğıc nöqtədən (baza ünvanından) olan məsafə (sürüşmə) kimi müəyyənləşdirilən sahə (oyuq). Nisbi ünvanı müəyyənləşdirmək üçün, adətən, baza ünvanının üzərinə sürüşmə əlavə olunur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yeri dəyişdiriləbilən ünvan
Relocatable address ~ перемещаемый адрес, настраиваемый адрес ~ yerdeğiştirebilir adres ~ yeri dəyişdiriləbilən ünvan – proqramlaşdırmada: yerinə yetirilən proqramın yükləndiyi yaddaşın həqiqi hissəsini əks etdirmək üçün quraşdırıla bilən ünvan (yaddaş oyuğuna müraciət). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Böyük depressiya sorğu vərəqi
Böyük depressiyanın sorğu vərəqəsi (BDSV) (ing. Major Depression Inventory) – Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) işçi qrupu tərəfindən işlənib hazırlanmış depressiyanın özünüqiymətləndirə skrininq testidir. Bu sorğu vərəqəsi ÜST-in Beynəlxalq Xəstəliklər Təsnifatında, 10-cu baxış (BXT-10) qeyd olunmuş depressiv pozuntunun diaqnostik kriteriləri əsasında yaradılmışdır. Keçirilmiş tədqiqatlar BDSV-nın depressiyanın ilkin diaqnostikasında yüksək etibarlığını göstərmişdir.
дострада́ть зажема́ниться кси метеопати́я мони́зм о́кающая сы́змальства четверта́к автотури́зм вербе́новые людска́я оглуша́ющий прола́зить пустосло́вка сугре́в градус печа протестовать claustrophilia manswear occultism overexert rephone triregnum домовой