ÜRƏK

is.
1. İnsanda qan dövranının, döş boşluğunun sol tərəfində yerləşən əzələli kisə şəklində mərkəzi orqanı; qəlb. Ürəyin döyünməsi. Ürək xəstəliyi.
// Döşün qol tərəfində həmin orqanın üstündəki yer. Ürəyini tutmaq.
– Bibixanım əlini ürəyinin üstünə qoydu… B.Bayramov.

2. məc. Həmin orqan insanın hiss, həyəcan, əhvali-ruhiyyə, təəssürat simvolu kimi. Adamın ürəyi sevinir. Ürəyini həyəcanlandırmaq. Ürəyim sakit deyil.
[Sultan bəy:] Yaxşı, yaxşı, naz eləmə, bilirəm ki, ürəyində sevinirsən. Ü.Hacıbəyov.
Ailədə ünsiyyət artıran, ürəkdə munis duyğular oyadan belə axşamlardan sonra yuxu nə qədər şirin olardı. M.İbrahimov.

// məc. Bu orqan həssaslıq, xeyirxahlıq simvolu kimi. Ürəyi olmayan adamlar onu başa düşə bilməzlər.
// Həmin orqan məhəbbət, sevgi, eşq, vurğunluq, qəlbən bağlılıq kimi (bu mənada əsasən “qəlb” sözü işlənir).
3. məc. bax qəlb2 2-ci mənada.
[Fitnə:] Bu, elin öz istəyidir; El dövlətin ürəyidir. A.Şaiq.

4. məc. Cəsarət, hünər.
Gecə ikən bir qadının təkbaşına ormana getməsi böyük bir ürək və cəsarət istər. S.Hüseyn.

5. Ürəyindən şəklində zərf – istədiyi kimi, arzusuna müvafiq olaraq, arzuladığı kimi.
[Hacı Hüseyn İslamın] lap ürəyindən danışmışdı. S.Hüseyn.

6. Ürəklə şəklində zərf1) qorxmadan, çəkinmədən, ehtiyat etmədən, hünərlə, cəsarətlə. Ürəklə vuruşmaq.
– Şahmar ürəklə dilləndi. B.Bayramov;

2) həvəslə, ürəkdən, can və könüldən.
Çox məclis qurmuşam ağ bulağında; Ürəklə danışıb gülmüşəm, dağlar! Aşıq Şəmşir.

◊ Ürək ağrısı (yanğısı) ilə – bax ürəkağrısı.
O – ürək yanğısı, göz yaşları, bir çəngə bulud; Oyadıb yaddaşı, vicdanı utandırdı muğam. B.Vahabzadə.

Ürək bağlamaq – qəlbini bağlamaq, qəlbən bağlanmaq. Yoldaşına ürək bağlamaq.
Ürək bulandırmaq – nifrət hissi oyatmaq, iyrəndirmək.
Hələ şəhərlərdə nişanələr var; Ürək bulandıran əfsanələr var. M.Müşfiq.

Ürək çırpıntısı ilə – ürəyi çırpına-çırpına, intizarla, narahatlıqla.
Sözün yerinə düşdüyünə sevinən Tükəzban xala, ürək çırpıntısı ilə Muradovun cavabını gözlədi. İ.Şıxlı.

Ürək dostu (yoldaşı) – ən yaxın dost, yoldaş, sirdaş.
Dostun bir tək dostu ol; Arxa-dirək dostu ol; Dost deyib, dost olanda; Söz yox, ürək dostu ol. (Bayatı).

Ürək eləmək – bir işi görməyə cürət etmək, cəsarətlənmək, ürəklənmək.
Nə mən ürək edirəm, yazım ona bir kağız; Nə də mənə yazmayır o şən, o mehriban qız. Ə.Cəmil.

Ürək eləməmək – cəsarət eləməmək, ürəklənməmək.
O qədər adamdan heç kəs cınqırını çıxartmağa da ürək eləməsin?! Ə.Əbülhəsən.

Ürək qızdırmaq – inanmaq, etibar etmək, qızmaq. Ona ürək qızdırmaq olmaz.
[Rüstəm kişi] Yarməmməd hadisəsindən sonra Salman və Lal Hüseynə ürək qızdıra bilmirdi. M.İbrahimov.
[Gövhər xanım:] Tanımadığım, bilmədiyim adama necə ürək qızdırım? İ.Hüseynov.

Ürək qoymamaq – bax ürəyini yarmaq.
Öpdülər Osmanı qaçaqlar təktək; Dedilər: – Qoymadın sən bizdə ürək! H.K.Sanılı.

Ürək sındırmaq – ürəyinə toxunmaq, qəlbinə toxunmaq, özündən incitmək.
Özgə qismətinə göz də dikmədim; Ürək sındırmadım, qəlb incitmədim. B.Vahabzadə.

Ürək vermək1) ürəkləndirmək, cəsarətləndirmək, bir işə ruhlandırmaq.
Arabir Nəbi yoldaşlarına ürək vermək üçün nərə çəkir. Qaçaq Nəbi”.
[Sərvinaz:] Toyuq ölsə bir çəngə tükdür, dəvə ölsə dərisi bir yükdür, – deyə, öz-özünə ürək verdi. B.Bayramov;

2) sevmək, məhəbbət yetirmək. [Rövşən:] Xanım, mənim sevgilim vardır.
Mən onunla əhd-peyman eləmişəm ki, bir özgəsinə ürək verməyəm. (Nağıl).

Ürək yandırmaq – bax can yandırmaq (“can”da). İşə ürək yandırmaq. – [Kələntər Rüstəmə:] Hərəsi bir dərədən gəlib.
Muğana nə ürək yandıracaqlar… M.İbrahimov.

Ürək yanğısı ilə – bax ürək ağrısı ilə.
Katib … ürək yanğısı ilə davam etdi. B.Bayramov.

Ürəkdən tikan çıxar(t)maq – birinin qisasını başqasından almaq.
Ürəklərini boşaltmaq – öz kədərlərini, həyəcanlarını, hisslərini bir-birinə danışmaq.
Ürəyə işləmək – təsir etmək, təsirləndirmək.
Nənənin ürəyə işləyən sözlərinin müqabilində Cəmil də doluxsundu. S.Rəhimov.

Ürəyi açılmaq – qəmdən, kədərdən qurtarıb sevinməyə başlamaq, kefi açılmaq.
[Sara Əbdülə:] Zəhmət də olsa, lütf edib, məni pəncərənin qabağına aparın, bir az [xanəndəyə] qulaq asım, ürəyim açılsın. C.Cabbarlı.
[Tükəzban:] O zamanlar adamın ürəyi açılmır, üzü gülmürdü. M.Hüseyn.

Ürəyi ağrımaq məc. – yazığı gəlmək, rəhmi gəlmək; acımaq.
Ürəyi ağzına gəlmək1) iyrənmək, çiyrənmək.
[Qurban:] Üzünə baxanda adamın ürəyi ağzına gəlir. Ə.Haqverdiyev;

2) bərk qorxmaq, qorxu hissi keçirmək.
Ürəyi aşıb-daşmaq – çox sevinmək, şadlanmaq, fərəhlənmək.
Ürəyim fərəhdən aşıb-daşanda; Qışı yaz görürəm, qaranı ağ mən. B.Vahabzadə.

Ürəyi atlanmaq1) həsrətində olmaq.
O yerləri görmək, Çinarlı bulaqdan su içmək üçün Yusifin ürəyi atlanırdı. B.Bayramov;

2) bax ürəyi döyünmək.
[Sabirin] dərs zamanı həmişə ürəyi atlanırdı. S.Rəhimov.

Ürəyi atmaq – bax ürəyi atlanmaq 1-ci mənada.
Ürəyi ayağının altına düşmək – bax ürəyi qopmaq.
Ürəyi bir tikə olmaq – bax ürəyi ərimək.
Burada bəzilərinin ürəyi bir tikə olur. Mir Cəlal.

Ürəyi birtəhər olmaq – özünü pis hiss etmək, ürəyi üzülmək.
[Sevil Atakişiyə:] Bəsdir, ay əmi, ürəyim birtəhər oldu. C.Cabbarlı.

Ürəyi boşalmaq – sakitləşmək, ağlayıb rahat olmaq.
…Şəfiqə isə evdə tək qalıb ürəyi boşalana kimi ağladı. İ.Musabəyov.

Ürəyi böyümək – iftixar, məmnunluq hissi ilə fərəhlənmək, sevinmək.
Səhərki sovqat şeylərinin hazırlanmasını fikirləşdikcə Qərənfil xalanın ürəyi böyüyür, şadlığından otağa sığmırdı. Ə.Vəliyev.

Ürəyi bulanmaq1) qusmaq ehtiyacı hiss etmək, mədəsi qarışmaq.
[Səfərqulu bəy:] …Şoqəribin adını çəkəndə ürəyim bulanır. S.S.Axundov.
[Əlləzoğlu:] [Gülgəzin] yenə ürəyi bulanır, başı da ağrıyır. İ.Hüseynov;

2) nifrət hiss etmək, nifrətlənmək.
Əbil gördüklərini, eşitdiklərini qeyd eləyir, dostlarını görəndə ürəyi bulanır, qan beyninə sıçrayırdı. Ə.Vəliyev.

Ürəyi buz kimi olmaq – tamamilə sakit, rahat, xatircəm olmaq.
Ürəyi cızıldamaq (cız-cız cızıldamaq) – bax ürəyi yanmaq 2-ci mənada.
Ürəyi çatlamaq – ürəyi partlamaq.
Çatlayır, Xanbacı, qəmdən ürəyim; Qovuşub lap acığımdan kürəyim. M.Ə.Sabir.

Ürəyi çəkilmək – son dərəcə üzülmək, zəifləmək, canı qalmamaq.
Hacı Atakişi köksünü ötürdü: – Yox, Əli Sadiqi, elə demə, ürəyim çəkilib, quru bədənim qalıb. Ə.Abasov.

Ürəyi çəkməmək – bax ürəyi götürməmək.
Ürəyi çırpınmaq – narahat olmaq, həyəcanlanmaq.
Səltənətin ürəyi çırpındı. B.Bayramov.

Ürəyi dabanına düşmək – bax ürəyi ayağının altına düşmək.
Ürəyi dağ boyda olmaq (dağa dönmək) – fəxr etmək, iftixar etmək, hədsiz sevinmək.
Sözlərini dalğa-dalğa yaydı səhər küləyi; Dağa döndü anaların, ataların ürəyi. S.Vurğun.
[İlyas Adiləyə:] Dayımla bərabər yanaşı at sürərək kənddən çıxanda ürəyim dağa dönmüşdü. Ə.Məmmədxanlı.

Ürəyi dağ-dağaya düşmək – bərk həyəcan keçirmək, narahat olmaq, səksəkəli olmaq. Qız ha gözlədi ki, indi İbrahim gələr, bu saat İbrahim gələr, gördü yox, İbrahim, deyəsən, heç burda yoxmuş.
Axırda ürəyi dağ-dağaya düşdü. (Nağıl).

Ürəyi dağlanmaq – son dərəcə qəmlənmək, kədərlənmək. Bu zaman Lətif şahın ürəyi dağlanıb, sazı basdı sinəsinə. “Lətif şah”.
Ürəyi darıxmaq – bax ürəyi sıxılmaq.
Əşrəfin ürəyi darıxdı. S.Rəhman.

Ürəyi daşa dönmək – zalımlaşmaq, qəddarlaşmaq, amansızlaşmaq, riqqət hissini itirmək.
[Əbdül:] Adamların ürəyi daşa dönüb. C.Cabbarlı.
Göz qızanda qulaq kar olur, ağıl başdan çıxır, ürək daşa dönür, dil lal olur. Ə.Abasov.

Ürəyi daşdan (dəmirdən) – zalım, rəhmsiz, heç kəsə yazığı, rəhmi gəlməyən, acımayan adam haqqında.
Ürəyi daş olan bir filankəsə; İndi necə qıyım öz ürəyimi? B.Vahabzadə.

Ürəyi dilində – sadədil, ürəyiaçıq adam haqqında.
Qasım Kəngərli təbiətən sadə, təmiz adam idi, “siyasət” bilməzdi, ürəyi dilində idi. M.İbrahimov.

Ürəyi dolu – kədərdən və ya sevincdən ürəyində çoxlu deməli, yaxud yazmalı sözü olan adam haqqında. Məstan bəyin ürəyi dolu idi.
Boşaltmağa adam axtarırdı. B.Talıblı.
Ürəyim doludur, qoy deyim bir-bir; Boldur çörəyimiz, boldur çayımız. H.Hüseynzadə.

Ürəyi düşmək – bərk qorxmaq, vahimələnmək.
[Odabaşı:] Mücrünü gördükcə Fərmanın bir qədər ürəyi düşdü. Ə.Haqverdiyev.
[Xanımnaz:] Salıblar [Almazı] dilə-ağıza.
Hələ iki adam yığışanda ürəyim düşür. C.Cabbarlı.

Ürəyi ərimək – kədərdən, qorxudan üzülmək.
Neyləyim kim, bən fəqirəm, sən əmir; Həsrətindən yürəyim hərdəm ərir. Nəsimi.

Ürəyi əsmək1) iztirab keçirmək, qorxudan əsmək.
[Xanımnaz Almaza:] Ay qızım, qurban olum sənə, ürəyim əsirdi. C.Cabbarlı.
[Səlim bəy:] Bax, yenə əlimdə əsirsən, əsir; Duyuram, qorxudan ürəyin əsir. S.Rüstəm;

2) birinin həsrətində olmaq, arzulamaq.
Gülşadın anasından ötrü ürəyi əsirdi, burnunun ucu göynəyirdi. Ə.Vəliyev.

Ürəyi getmək1) huşunu itirmək, bayılmaq.
Bu yerədəymənin zərbindən zavallı uşağın ürəyi getdi. S.S.Axundov.
[Əbdül Gülnisəyə:] Xanım, Saranın ürəyi gedib, tez həkim lazımdır! C.Cabbarlı;

2) bərk acmaq, yemək istəmək.
[Maya:] Gedək, Pərşan, mən özüm də qayğanaqdan-zaddan bişirə bilirəm, yaman da acmışam, yəqin ki, Qaraşın da ürəyi gedir. M.İbrahimov;

3) bir şeyin bərk həsrətində olmaq, arzusunda olmaq, istəmək.
[Təlxək əcinnə:] Səndən ötrü ürəyim gedir. Ə.Haqverdiyev.

Ürəyi gəlməmək1) qıymamaq, əli getməmək, heyfi gəlmək.
Sürəyya sonsuz bir fərəhlə bu açılan qönçələrin üzərinə yüyürür, onları qoparmağa ürəyi gəlmir, yalnız əllərinin şəfqətli təmasilə bir-bir onları oxşamaq istəyirdi. Ə.Məmmədxanlı.
Əsmər xala gözlərini stolun kənarında qüssəli oturmuş adamdan çəkdi, ancaq bu sözləri deməyə ürəyi gəlmədi. Q.İlkin;

2) qorxmaq, ehtiyat etmək, çəkinmək.
Əcəb xala kəndin aşağı başında olduğu üçün təkbaşına gecə vaxtı getməyə ürəyi gəlmədi. S.Hüseyn.

Ürəyi götürməmək – təbiəti qəbul etməmək, çəkməmək.
Həkimin yazdığı dərmanı anama çətinliklə içirdirdim, ürəyi götürmürdü. Mir Cəlal.

Ürəyi gup (gurp, tıp) eləmək – bax ürəyi düşmək.
Ürəyi gülmək – şadlanmaq, fərəhlənmək, sevinmək.
Ürəyi xarab olmaq1) bax ürəyi getmək.
Mehribanın ürəyi xarab olub özündən getmişdi. S.Hüseyn;

2) bərk kədərlənmək, təsirlənmək. Qız özünü saxlaya bilməyib ağladı.
Ata-anasının ürəyi xarab olub dedilər. (Nağıl).

Ürəyi içinə düşmək – bax ürəyi düşmək.
Ürəyi istədiyi kimi – necə istəyir, necə lazımsa.
Ürəyi istədiyi qədər – nə qədər istəyir, nə qədər lazımsa o qədər.
Ürəyi istəyən – hər nə istəyir, hər nə lazımdır, hər nə arzulayır.
Novruz bayramına iki gün varıydı… Küsülülər barışırdı, ürəyi istəyənlər bir-birini qonaq çağırırdı… Aşıq Ələsgər”.

Ürəyi keçmək – bax ürəyi getmək 1-ci mənada.
Güllənin səsinə padşahın ürəyi keçib yerə yıxıldı. (Nağıl).

Ürəyi köksünə sığmamaq – hədsiz dərəcədə fərəhlənmək, iftixar etmək, sevinmək.
Ürəyi kövrəlmək (kövrəklənmək, kövrəkləşmək) – doluxsunmaq, təsirlənmək, riqqətə gəlmək. Kərəm bunları görəndə ürəyi kövrəldi. “Əsli və Kərəm”.
Ürəyi qalxmaq1) bax ürəyi bulanmaq 1-ci mənada.
[Şamoya] elə gəldi ki, onun quluncu bərk sancır, kürəyi qovuşur, ürəyi qalxır. S.Rəhimov;

2) bax ürəyi atlanmaq 1-ci mənada.
Ürəyi qan olmaq (qana dönmək) – son dərəcə kədərlənmək. Kərəmin ürəyi qana döndü, elə bildi ki, bu, Əslinin ceyranıdır. “Əsli və Kərəm”.
Harda qaldın, sənə qurban, ürəyim qan oldu? M.Möcüz.

Ürəyi qanla dolmaq – bax ürəyi qan olmaq (qana dönmək).
Ürəyi qəfəsə salınmış quş kimi çırpınmaq – bax ürəyi quş kimi çırpınmaq.
Ürəyi qıldan (sapdan, tükdən) asılı olmaq (asılmaq) – ürəyi xəstə, zəif adam haqqında.
Ürəyi qırılıb ayağının (ayaqlarının) altına düşmək – bax ürəyi ayağının altına düşmək.
Ürəyi qısılmaq – qüssələnmək, kədərlənmək. Tutqun havadan adamın ürəyi qısılır.
Ürəyi qızınmaq – xoşlamaq, xoşuna gəlmək, bəyənmək.
[Xəlil:] Səni görən kimi ürəyim qızındı, xoşuma gəldin. S.Rəhman.

Ürəyi qızmaq1) inanmaq, etibar etmək; qızmaq.
Hərçənd [Gülpərinin] bu şəhərdə tanışları vardı, amma onlara da ürəyi qızmırdı. S.S.Axundov.
[Gövhər xanım:] Onlara da ki ürəyim qızmır, ümid eləmirəm. İ.Hüseynov;

2) bax ürəyi qızınmaq.
Ürəyi qopmaq (qırılmaq) – bərk qorxmaq, qorxu hissi keçirmək.
[Dərviş:] Paltar xışıltısını eşidərək ürəyim qopdu. A.Divanbəyoğlu.
Nərgizin ürəyi qopdu. Ə.Məmmədxanlı.

Ürəyi qubarlanmaq (qubar bağlamaq) – bax ürəyi qan olmaq (qana dönmək). Kərəmin ürəyi qubarlandı, sazını dərdli sinəsinə basıb dedi. “Əsli və Kərəm”.
Ürəyi quş kimi çırpınmaq – bax ürəyi yarpaq kimi əsmək.
Yol qısaldıqca Nəcəfin ürəyi quş kimi çırpınır, səbri tükənirdi. Q.İlkin.

Ürəyi nanə (nanə yarpağı) kimi əsmək (titrəmək) – bax ürəyi əsmək.
Ürəyi od tutmaq (od tutub yanmaq) – bax ürəyi yaralanmaq.
Gəlirəm dəhşətə gördüklərimdən; Od tutur ürəyim, hərlənir başım. S.Rüstəm.
Əbilin tüstüsü təpəsindən çıxır, ürəyi od tutub yanırdı. Ə.Vəliyev.

Ürəyi oxşamaq – həzz vermək, ləzzət vermək, zövq vermək. Bu musiqi adamın ürəyini oxşayır.
Ürəyi olmaq – arzu etmək, arzusunda olmaq, istəmək.
Ürəyi parçalanmaq (parça-parça olmaq) – bax ürəyi partlamaq 1-ci mənada.
Qoparıb atmışdılar bir gülü budağından; Ürəyim parçalandı, hücum çəkdi dərd mənə. S.Rüstəm.
[Əbdülkərim:] Od çıxırdı elə bil o yanıqlı nəfəsdən; Qana dönmüş ürəyim parçalandı bu səsdən. B.Vahabzadə.

Ürəyi partlamaq1) intizardan, kədərdən, pis xəbərdən bərk həyəcanlanmaq, kədərlənmək, ürəyi parçalanmaq.
[Məryəmin] fikirdən, qüssədən az qaldı ürəyi partlasın. M.İbrahimov;

2) ürəyin fəaliyyətinin dayanması nəticəsində ölmək.
Yarım saat keçməmişdi ki, Hacı Nəsirin dükanda ürəyi partlayıb vəfat etməsi xəbəri gəldi. S.S.Axundov.

Ürəyi sakitləşmək (sakit olmaq) – sakit olmaq, sakitləşmək, rahatlanmaq, nigarançılıqdan qurtarmaq, xatircəm olmaq.
[Ata:] Qızım, bu vilayətdə əgər ürəyin sakit olmursa, köçüb, başqa vilayətə gedək. (Nağıl).
Əmisi uşaqları peşkəş qutularını açmamış Ağcanın ürəyi sakitləşməzdi. Mir Cəlal.

Ürəyi səksəkədə (səksəkəli) olmaq – təşviş, təlaş keçirmək, intizarda olmaq.
Oturmuşdum səkidə; Ürəyim səksəkədə; Yardan baş alma gəldi; Bir qızıl nəlbəkidə. (Bayatı).

Ürəyi sərinləmək – rahatlaşmaq, sakitləşmək, xatircəm olmaq.
Ürəyi sıxılmaq – kədərdən, qəmdən, yorğunluqdan, yaxud acınacaqlı bir şeyi görməkdən üzülmək, üzüntü duymaq, ürəyi ağrımaq, qəlbi sıxılmaq.
Saçları dağınıq dolaşırsan tək; Sıxılır yalnızlıq əlində ürək. Ə.Cavad.
Budaqları sınıq ağacları görərkən yolçunun ürəyi sıxıldı. Ə.Məmmədxanlı.

Ürəyi sınmaq – incimək, qəlbi sınmaq.
[Pəri:] Bəhram! Sən xoşəxlaqsan, amma arabir sənin bu hərəkətlərini görəndə ürəyim tamamilə səndən sınır. C.Cabbarlı.
Tərif etsəm, məni gözəllər qınar; Etməsəm, bilirəm, ürəyin sınar. M.Rahim.

Ürəyi sızıldamaq – bax ürəyi ağrımaq.
Ürəyi soğan qabığı kimi soyulmaq – bax ürəyi yanmaq 1-ci mənada.
Ürəyi soyumaq1) sakitləşmək, rahat olmaq, xatircəm olmaq.
[Canbalayev:] Ürəyi soyumayıb, indi də ailəmin içinə əl atır, ürəyimi partlatmağa çalışır. İ.Hüseynov;

2) incimək, ürəyi sınmaq, qəlbi sınmaq.
[Ceyniz:] [Şiz] əllərini ac qurd kimi quzu buduna uzadandan bəri ürəyim ondan soyumuşdu. Çəmənzəminli.

Ürəyi sökülmək (tel-tel olmaq) – son dərəcə kədərlənmək, qəmlənmək.
Sökülür ürəyim, tutulur dilim. M.Rahim.
[Nazlı Gülzara:] Bir yandan sevinirəm, bir yandan ürəyim teltel olur. Ə.Məmmədxanlı.

Ürəyi şama dönmək (şam kimi ərimək) – bax ürəyi ərimək.
Narınca bax, narınca; Saxlaram saralınca; Şama döndü ürəyim; Səndən cavab alınca. (Bayatı).

Ürəyi şan-şan olmaq – bax ürəyi parçalanmaq (parça-parça olmaq).
Pəri Soltan əhvalatı eşidəndə ürəyi şan-şan olub dedi. (Nağıl).
Ürəyimiz oldu şan-şan; Aldığımız bu yaradan. B.Vahabzadə.

Ürəyi şişmək1) bax ürəyi dağa dönmək. Oğlunun müvəffəqiyyətindən atanın ürəyi şişdi;
2) darıxmaq, təngə gəlmək.
Sabirin “arizi qəmlər əlindən”; Ciyəri dağlandı, ürəyi şişdi; O ürək dünyanı dərk edən gündən; Nə qədər cəfaya tab eyləmişdi. B.Vahabzadə.

Ürəyi tir-tir əsmək – bərk həyəcan, iztirab keçirmək.
Ürəyi titrəmək – bax ürəyi əsmək.
Bilsəydi ki, yerimdə mən durmuşam dağ kimi; Məgər titrəyərdimi ürəyi yarpaq kibi? X.Rza.

Ürəyi tutmaq1) xoşuna gəlmək, xoşlamaq, sevmək, bəyənmək, ürəyinə yatmaq. [Gəldiyev:] Bəlkə sizin təsadüf saydığınız adam qızınızın xoşuna gəlmişdir, bəlkə ürəyi tutmuşdur. Mir Cəlal;
2) ürək ağrısı tutmaq.
Ürəyi tutulmaq – qəmlənmək, kədərlənmək.
[Asya:] Ay Gülçöhrə, sən oxuyanda həmişə mənim ürəyim tutulur, bikef oluram. Ü.Hacıbəyov.

Ürəyi tükdən nazik – ürəyiyumşaq, ürəyinazik, çox riqqətli adam haqqında.
Ürəyi uçmaq – çox sevinmək, həddən artıq şadlanmaq.
Ürəyi uçunmaq – bihal olmaq, titrəmək.
Oğlunun tutduğu işdən kişinin qəzəblənəcəyini yaxşı bildiyindən, Salatının ürəyi uçunurdu. İ.Şıxlı.

Ürəyi üstündə durmamaq – qorxudan, iztirabdan, intizardan və s.-dən bərk həyəcan keçirmək, çox narahat olmaq.
[Gülnaz:] Ax, qorxudan ürəyim üstümdə durmur. Ü.Hacıbəyov.

Ürəyi üstünə gəlmək – əvvəlki rahatlığı, təskinliyi, xatircəmliyi qayıtmaq, rahat olmağa başlamaq.
[Sona Həmzəyə:] Denən heç nə yoxdur, xəbər yalandır, [Qadirin] bəlkə ürəyi üstünə gəlsin! Ə.Əbülhəsən.

Ürəyi üzülmək – bax ürəyi ərimək.
Ürəyi vurulmaq – sevmək, məhəbbət salmaq.
Ona vurulmuş ürəyim; Ondan ayrılmamış bir an; Nə arzum, nə diləyim. N.Rəfibəyli.

Ürəyi yanmaq1) yazığı gəlmək, rəhmi gəlmək, acımaq.
Paşa Qəribin ağlamağını görüb ürəyi yandı. Aşıq Qərib”.
[Nəbi:] Mən də, doğrusu, atayam, ürəyim yanır, qızıma yazığım gəlir. Ə.Haqverdiyev;

2) bərk susamaq, susuzlamaq.
[Qarı:] Qızım, bir qaşıq su ver, içim, ürəyim yaman yanır. (Nağıl).
[Yunis:] Su ver, xalacan, ürəyim yanır… Ə.Məmmədxanlı.

Ürəyi yaralanmaq – pis bir şeydən, hadisədən və s.-dən mütəəssir olmaq, kədərlənmək.
Ürəyi yarpaq kimi əsmək – bax ürəyi əsmək.
Ürəyi yerində olmamaq – narahat olmaq, həyəcan keçirmək, iztirab içində olmaq.
Ürəyi yerindən qopmaq (oynamaq) – bax ürəyi qopmaq.
Ürəyi yerindən oynamaq (qopmaq) – bax ürəyi qopmaq.
Bu an birdən aşağıdan elə bir qışqırıq qopdu ki, ürəyim yerindən oynadı. Ə.Məmmədxanlı.

Ürəyi yerinə gəlmək – bərk həyəcandan, qorxudan sonra sakitləşmək, rahat olmaq, asudə nəfəs almağa başlamaq.
Tamaşanın ürəyi yerinə gəldi. Mir Cəlal.

Ürəyi yuxalmaq – bax ürəyi kövrəlmək.
Bunları düşünə-düşünə Çimnaz arvadın ürəyi yuxaldı, gözlərinə yaş gəldi. Ə.Əbülhəsən.

Ürəyi yumşalmaq – acığı soyumaq, qəzəbi keçmək, mülayimləşmək.
Qəmərin ürəyi yumşaldı, gözlərinin yaşını abi-niysan kimi töküb dedi: – Mehriban dayı, mən yuxu görmüşəmsə, bəs bu üzük nədir? (Nağıl).
Sadıqla Kərimi görən kimi [Xanpərinin] ürəyi yumşaldı. Ə.Vəliyev.

Ürəyində daş bağlamaq – bax ürəyində qalmaq.
Ürəyində gizlətmək – bax ürəyində saxlamaq 1-ci mənada. Arzusunu ürəyində gizlətmək.
Ürəyində kök salmaq – unudulmamaq, həmişə yadda, xatirdə olmaq, unudulmaz olmaq, həmişəlik yadda qalmaq.
İki xalqın ürəyində kök salıb; Füzulinin, Nəvainin qəzəli. S.Rüstəm.

Ürəyində qalmaq1) həyata keçməmək, yerinə yetməmək.
[Ədalət Ehtişamiyə:] Bu mənfur niyyətiniz ürəyinizdə qalacaq, Sərhəng!… Ə.Məmmədxanlı;

2) deyilməmiş qalmaq, ifadə edilməmiş halda qalmaq.
Qaçayın sözləri bir nisgil kimi ürəyində qaldı. Ə.Vəliyev;

3) boğazında qalmaq (tikə və s.).
Ürəyində yağ qalmamaq – bax ürəyinin yağı ərimək.
Cəfərin ata və anasını gözləməkdən ürəyində yağ qalmamışdı. Ə.Vəliyev.

Ürəyində yer eləmək – unuda bilməmək, xatirindən çıxara bilməmək, həmişə yadında olmaq. Bu arzu onun ürəyində yer elədi.
Ürəyindən çıxarmaq – qəlbindən çıxarmaq, unutmaq, birdəfəlik əl çəkmək. Məhəbbətini ürəyindən çıxarmaq. Kini ürəyindən çıxarmaq.
[Surxay Aydına:] Sən bu gün hər şeyi səmimi bir andla ürəyindən çıxar. C.Cabbarlı.

Ürəyindən xəbər vermək1) birinin ürəyində olan fikri qabaqcadan hiss edirmişcəsinə söyləmək, ifadə etmək.
[Ana:] Can bala, – dedi, – ürəyimdən xəbər verdin! M.Rzaquluzadə;

2) ruhunu oxşamaq, xoşlandırmaq.
Bu, hekayənin sarı simidir, bu sim lap yerində çalınır və oxucunun ürəyindən xəbər verir. M.İbrahimov.

Ürəyindən keçmək – ürəyində arzu etmək, istəmək.
[Qaçayın] ürəyindən keçdi ki, Ataşla can-dildən söhbət eləsin. Ə.Vəliyev.

Ürəyindən qara qanlar axmaq (getmək) – acı, xoşagəlməz, yaxud qorxulu bir hadisəni, işi təsəvvürə gətirmək, dərin həyəcan və iztirab keçirmək.
Poladzadə sakit qulaq asa bilmir, ürəyindən qara qanlar axırdı. Ə.Vəliyev.
[Nəcəf bəy Bəhruza:] [Məclis] üzdən sənə elə [təntənəli] görsənir, bacıoğlu, amma içəridə ürəyimizdən qara qanlar gedir. Ə.Məmmədxanlı.

Ürəyindən qoparıb (silib, çıxarıb) atmaq – bax ürəyindən çıxarmaq. Oğlan bura gəlməyinə peşman olmuşdu və qəlbində qəflətən baş qaldırmış bu hissi boğmağa çalışırdı. Boğdu bu hissi.
Ürəyindən çıxarıb, bayaq gözlərinə görünən ağ pərdənin arxasına atdı… İ.Məlikzadə.

Ürəyindən olmaq – istədiyi, arzu etdiyi kimi olmaq.
Aygünün də ürəyindən oldu bu xəbər… S.Vurğun.

Ürəyindən silmək, silib (çıxarıb) atmaq – bax ürəyindən çıxarmaq.
[Nəcəf:] Eybi yoxdur, – dedi, – mən sənin etdiklərinin hamısını ürəyimdən silib ataram. Q.İlkin.

Ürəyindən tikan çıxarmaq – tam razı salmaq, məmnun etmək. Deyilənlər ürəyimdən tikan çıxartdı;
// birisindən başqasının qisasını almaq, birisinin arzusunu yerinə yetirməklə onu tam razı salmaq, məmnun etmək.
[Nisə xanım Şeydaya:] Vahidova hücum eləmisən, ürəyimdən tikan çıxartmısan. Ə.Məmmədxanlı.

Ürəyinə dağ basmaq (vurmaq, qoymaq, çəkmək) – ürək ağrısı vermək, əzab və iztirab vermək, cəfa vermək, incitmək. [Camal:] Eh, ay Nəbi dayı, bəylər çoxlarını qabıqdan çıxarıblar.
Mənim ürəyimə də dağ çəkiblər. Ə.Abasov.

Ürəyinə dağ-dağa düşmək – təşvişə, qorxuya düşmək, şübhəyə düşmək.
Ürəyinə dağ-dağa(lar) gətirmək (salmaq) – cürbəcür şübhələrlə özünü narahat etmək, təşvişə salmaq.
[Nurulla:] Uf, arvad, sağ olasan səni, niyə ürəyinə dağdağalar gətirirsən? E.Sultanov.

Ürəyinə dammaq – qabaqcadan hiss etmək, duymaq, sezmək.
[Sona Mahmuda:] Elə bil ürəyimə dammışdı ki, gələcəksən. Z.Xəlil.

Ürəyinə dərd eləmək – bax ürəyinə salmaq.
Ürəyinə dəymək1) bax ürəyini vurmaq.
Mən sənə dedim ki, “bir az az ye, çünki turşdu, ürəyinə dəyər”. M.Ə.Sabir;

2) incitmək, qəlbini qırmaq, könlünü qırmaq, toxunmaq.
[İbrahim:] Onun ürəyinə dəymək heç bir layiq iş deyildi. Ə.Haqverdiyev.
Maarif müdirinin istehzalı rəftarı Rüstəm kişinin ürəyinə dəydi. M.İbrahimov.

Ürəyinə düşmək – bax ürəyinə dammaq.
Ürəyinə gəlmək – güman etmək, zənn etmək, fikrinə gəlmək.
[Surxay Aydına:] O zavallı [Gültəkin] sənin rahatlığın üçün hər bir şeyi, hətta canını belə əsirgəmirkən sənin gör nə kimi şeylər ürəyinə gəlir. C.Cabbarlı.

Ürəyinə gətirmək – fikrinə gətirmək, ehtimal etmək, güman etmək. Belə şeyləri ürəyinə gətirmə.
Ürəyinə girmək – müxtəlif yollarla öz tərəfinə çəkməyə, ələ almağa çalışmaq.
Ürəyinə işləmək – təsir etmək, mütəəssir olmaq.
Ürəyinə qara-qura gəlmək – ürəyinə şübhəli şeylər gəlmək, ürəyinə qara fikirlər gəlmək.
[Nisə xanım Sədəfə:] Amma ürəyinə qara-qura gəlməsin. Ə.Məmmədxanlı.

Ürəyinə qaynar su səpmək – bax ürəyinə dağ basmaq.
Ürəyinə ləkə (xal) düşmək – bir şeydən şübhələnməyə başlamaq.
[Şirəlinin] ürəyinə balaca xal düşdüsə də, üzə vurmayıb dedi. S.Rəhman.

Ürəyinə ləkə (xal) salmaq – şübhələndirmək, ürəyinə şübhə salmaq.
Ürəyinə od düşmək – bax ürəyi od tutmaq (od tutub yanmaq).
Ürəyinə od salmaq – bərk həyəcanlandırmaq, sarsıtmaq.
Ürəyinə ox batsın! (batmış!) – bax ürəyinə güllə dəysin! (dəymiş!).
Ürəyinə salmaq – bir şeyə çox həssaslıqla yanaşmaq, bir şeyə qarşı hədsiz həssaslıq göstərmək, bir şeyi özünə dərd eləmək. [Pəri:] Bəhram! Sən ürəyinlə çox danışırsan.
Ürəyinə heç bir şey salma! C.Cabbarlı.
Almanı alma, gəlin! Al yerə salma, gəlin; Evdə söz-sov çox olar; Ürəyinə salma, gəlin! (Bayatı).

Ürəyinə su (soyuq su) səpmək – sakitləşdirmək, xatircəm etmək, rahatlandırmaq.
Camal danışdıqca elə bil Qərənfilin yanıqlı ürəyinə soyuq su səpirdilər. Ə.Vəliyev.

Ürəyinə toxunmaq – bax ürəyinə dəymək. [Aydəmir:] Aydəmiri torpaqlara gömməmiş heç kəs onun ürəyinə toxunmaz.
Unutma! C.Cabbarlı.
“Azərbaycan!” – deyiləndə ayağa dur ki; Füzulinin ürəyinə toxuna bilər. M.Araz.

Ürəyinə yağ kimi yayılmaq – çox xoşuna gəlmək, çox ləzzət vermək, çox xoş gəlmək. Bu sözlər ürəyimə yağ kimi yayıldı.
Ürəyinə yatmaq (yapışmaq) – xoşuna gəlmək, xoşlamaq, bəyənmək.
[Əsgər:] Gördüyüm qızlardan da xoşum gələni, ürəyimə yatanı bir nəfər olubdur. Ü.Hacıbəyov.
Yaxından baxıb bələd olduqca Fərhadoğlunun ürəyi Əmiraslan babaya daha artıq yapışır. S.Rəhimov.
[Nazlı Nataşaya:] Bizdə belədir.
Elə ki oğlan ürəyinə yatdı, əvvəlcə ona göz-qaş elə. Ə.Məmmədxanlı.

Ürəyinə yol tapmaq – birinin məhəbbətini, hüsn-rəğbətini qazanmaq.
Ürəyinə güllə dəysin! (dəymiş!) – qarğış ifadəsi.
Ürəyini açıb ortaya tökmək – bax ürəyini açmaq 1-ci mənada.
Telli bütün ürəyini açıb ortaya tökmüşdü. S.Hüseyn.

Ürəyini açmaq1) ürəyindəkiləri açıb demək, ürək sirrini demək, danışmaq;
2) sevindirmək, şadlandırmaq, qəmini, qüssəsini unutdurmaq.
Usta Murtuz xəstənin ürəyini açmaq üçün şirin söhbətlər elədi, məzhəkə dedi. Mir Cəlal.
Lakin bunların heç birisi qızın ürəyini açmırdı. Q.İlkin.

Ürəyini ağrıtmaq – bax ürəyini incitmək.
Bu duyğu Nərimanın ürəyini ağrıtdı. Mir Cəlal.

Ürəyini almaq – incimiş bir adama xoş sözlər söyləyərək onu sakitləşdirmək, incikliyini unutdurmağa çalışmaq.
Qurban ustanın ürəyini almaq, onu sakitləşdirmək üçün ciddi dedi. M.Süleymanov.

Ürəyini boşaltmaq – ürəyində nə varsa hamısını söyləyib sakitləşmək, rahatlanmaq.
Mirzə Cavad o ki demək idi, oğluna deyib ürəyini boşaltdı. Ə.Haqverdiyev.
[Yusif:] Dedim, qoy ürəyini boşaltsın, axıra qədər dinməzcə qulaq asdım. B.Bayramov.

Ürəyini buz kimi saxlamaq – tamamilə sakit olmaq, xatircəm olmaq, soyuqqanlılıq göstərmək.
Ürəyini çalmaq – bax ürəyini ovlamaq.
Ürəyini çəkmək (çürütmək) – üzüntü vermək, əldən salmaq, canını üzmək, usandırmaq, üzmək.
Ürəyini dəlmək (deşmək, didmək) – ruhi əzab vermək, incitmək, əziyyət vermək.
[Banı:] Banının ürəyin deşdin; Boynuna xələtin biçdin. Aşıq Qərib”.
[Solmaz Altunbaya:] Fəqət neçin ürəyimi didirsən! C.Cabbarlı.

Ürəyini dindirmək – oxşamaq, əzizləmək, nəvaziş göstərmək.
Ürəyini düşürmək – bax ürəyini qoparmaq.
Ürəyini ələ almaq – rəğbətini, hüsn-təvəccöhünü, sevgisini qazanmaq.
[Müəllim] bir gənclərin ürəyini deyil, hətta qocaların da ürəyini ələ almağı bacarırdı. S.Hüseyn.

Ürəyini əritmək – bax ürəyinin yağını əritmək.
Ürəyini gen saxlamaq – narahat olmamaq, xatircəm olmaq.
Ürəyini gəmirmək – bax ürəyini yemək.
[Rəşid:] Yenə də dumanlı bir şübhə ürəyimi gəmirirdi. İ.Hüseynov.

Ürəyini gizlətmək – öz fikrini, niyyətini gizli saxlamaq, ürəyindəkiləri deməmək.
Ürəyini incitmək – mənəvi əzab və iztirab vermək.
Ürəyini isitmək – sevindirmək, şadlandırmaq, fərəhləndirmək.
Günəş və gülüş hamının ürəyini isidirdi. S.Rəhman.

Ürəyini qan etmək (qana döndərmək) – iztirab vermək, ruhi əzab vermək, incitmək.
Genə kimlər ürəyini qan edəcəksən, ey məh! S.Ə.Şirvani.
Bu mehriban, bu qayğılı sözlər Dilavərin ürəyini qana döndərdi. V.Şıxlı.

Ürəyini qısmaq – bax ürəyini sıxmaq.
Leyla uşaqların ürəyini qısmamaq üçün Qəşəmlə olan münasibətlərini qızlarına bildirməmişdi. S.Rəhimov.

Ürəyini qopar(t)maq – bərk qorxutmaq, dəhşətləndirmək.
Ürəyini qoparıb vermək – bax ürəyini yedirtmək.
Ürəyini qoymaq – bax ürəyini vermək.
Ürəyini qubarlatmaq (qubar etmək) – ruhi əzab, iztirab vermək, bıqdırmaq, cana gətirmək.
Ürəyini qurd yemək – daxili həyəcan və iztirab keçirmək, bir şeyin aqibətindən dolayı çox narahat olmaq.
Ürəyini oxşamaq – xoşuna gəlmək, ləzzət vermək, zövq vermək, xoşlamaq.
Ürəyini oxumaq – ürəyindəkiləri başa düşmək, hiss etmək.
Ürəyini ovlamaq – özünü sevdirmək, özünə məftun etmək.
Ürəyini ovuşdurmaq – bax ürəyini yemək.
Ürəyini partlatmaq (parçalamaq, parçaparça eləmək) – ağır ruhi əzab vermək, incitmək.
Ürəyini salmaq – bax ürəyini qoparmaq.
Ürəyini sərinləşdirmək – rahat etmək, sakitləşdirmək, xatircəm etmək.
Ürəyini sıxmaq – sıxılmaq, darıxmaq, dərd çəkmək, fikir eləmək.
[Məşədi Oruc:] Ay yazıq bala, ürəyini sıxma, sən dəxi yetim deyilsən. C.Məmmədquluzadə.
[Qarı nənə:] Sağdır, qızım, sağdır.
Sən heç ürəyini sıxma! M.Dilbazi.

Ürəyini sındırmaq – bax ürəyinə dəymək 2-ci mənada.
[Pəri xanım:] Mən gərək ürəyimi sındıram, mənə zülm edən namərddən qisas alam. Ə.Haqverdiyev.
[Bəhram:] Pəri! Sara bizə mane ola bilməyəcək.
Yetimdir, onun ürəyini sındırmamalıyıq. C.Cabbarlı.

Ürəyini siyirmək – doydurmayan, aclığı rəf etməyən yemək haqqında.
Ürəyini soyutmaq – bax ürəyinə su səpmək.
[Mustafa] …bununla ürəyini soyutmaq istəyirdi. S.Vəliyev.

Ürəyini şan-şan etmək – bax ürəyini parçalamaq.
[Dərviş:] Ciyər yaralarımı təzələməkdən, ürəyimi şan-şan etməkdən sənə fayda varmı? A.Divanbəyoğlu.

Ürəyini üzmək1) bax ürəyini çəkmək;
2) üzmək, əldən salmaq, taqətdən salmaq, yormaq. Ustanın azarı gün-gündən şiddətlənirdi, bədəni zəifləşib gücdən düşürdü.
Soyuq və aclıq ürəyini üzürdü, sifətində həyat nişanəsi yox idi. Çəmənzəminli.

Ürəyini vermək – bütün varlığı ilə bağlanmaq, candan sevmək.
O, bircə arzuya, bircə niyyətə; Verdi ürəyini, verdi büsbütün. B.Vahabzadə.

Ürəyini vurmaq – təngə gətirmək, bezdirmək, bıqdırmaq, usandırmaq.
Ürəyini yandırmaq – dərin təsir etmək, həyəcan və iztirab çəkdirmək.
[Qoşatxan:] Laqeydlik kənd müəllimi üçün dözülməz bir bəladır, deməli, heç şey onun ürəyini yandırmır. M.İbrahimov.

Ürəyini yaralamaq – bax ürəyini qubarlatmaq.
Ürəyini yarmaq – bax ürəyini qoparmaq.
Ürəyini yedirtmək – həddən artıq əzizləmək, nəvaziş göstərmək, qeydinə qalmaq. Ürəyini uşaqlarına yedirtmək.
Ürəyini yerindən oynatmaq – bax ürəyini qopar(t)maq.
Ürəyini yeyə-yeyə qalmaq – intizar və təşviş içində olmaq, ağır iztirab içində gözləmək, nigarançılıq çəkmək.
Ürəyini zorlamaq – ürəyi istəmədiyi halda bir işi görməyə, qəbul etməyə, bir şeylə razı olmağa özünü məcbur etmək.
[Aydın:] İki aydan bəri nə qədər ürəyimi zorlayıramsa olmur. C.Cabbarlı.

Ürəyinin başı (ucu) ağrımaq (yanmaq, sızıldamaq, sökülmək) – bax ürəyi ağrımaq.
İlk dəfə idi ki, Sadıq kişi oğlunun – əziz-xələf oğlunun səsindəki həzin riqqəti görüb duyur, ürəyinin başı ağrıyırdı. Mir Cəlal.
Bülənd ürəyinin başı sökülmüş kimi dərin bir qəlb ağrısı ilə [Sonadan] aralandısa da, düz qabağında durub iri əli ilə onun başını oxşadı. Ə.Əbülhəsən.

Ürəyinin içini yemək – bax ürəyini yemək.
[Xanımnaz Almaza:] Ay balam, səhərdən hardasan? Ürəyimin içini yemişəm. C.Cabbarlı.

Ürəyinin qanı ilə – dərin kədər hissi ilə, böyük hüznlə, ürəyi yanayana.
Ürəyinin qurdunu öldürmək – azacıq yemək, bir balaca yemək.
Ürəyinin quşu uçmaq – bax ürəyi uçmaq.
Ürəyinin telləri əsmək – bax ürəyi əsmək 2-ci mənada.
[Məzlum:] Birdən stolun üstündəki skripkanı gördükdə ürəyimin telləri əsdi, nə edəcəyimi bilmədim. S.Vəliyev.

Ürəyinin ucu göynəmək – bax ürəyinin başı ağrımaq.
Ürəyinin yağı (piyi) ərimək – bax ürəyi ərimək.
[Qərib:] Səni gördüm, ağlım oldu pərişan; Əridi ürəyimin yağı, Ağcaqız! Aşıq Qərib”.

Ürəyinin yağını (piyini) əritmək – xoşagəlməz bir şeyin aqibətini gözlədə-gözlədə iztirab vermək, incitmək, mənəvi əzab vermək. [Bərbərzadə:] Maral, gəl məni incitmə.
Onsuz da ürəyimin yağını əritmisən. S.Rəhman.

Ürəyinin yağını (piyini) yedirtmək – bax ürəyini yedirtmək.
Ürəyinin yağını (piyini) yemək – bax ürəyini yemək.
Ürəyinin yanğısını söndürmək – susuzluğunu rəf etmək, su içmək.
[Əliqulu:] Ürəyimizin yanğısını söndürmək ümidindən əl çəkib avtobusun yola düşməsini gözləməli olduq. S.Rəhman.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÜRƏK ÜRƏK Ağagül “aerodrom" papağını başından çıxarıb köhnə divanın üstünə çırpdı və ürəyində Yer üzündəki bütün pis adamlarçün, o cümlədən də, təbii ki, Z
  • ÜRƏK qəlb — könül — bağır

Etimologiya

  • ÜRƏK Yüyürmək, yerimək feili zəminində əmələ gəlib, “daim hərəkətdə olan” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
ÜRƏFA
ÜRƏK-DİRƏK
OBASTAN VİKİ
Alp Ürək
Alp Ürək və ya Alp Ürək bəy (türk. Alp Yürek, Alp Yürek Bey; Rum Səlcuqlu dövləti – 1280) — Çobanoğullarının 3-cü bəyi (hökmdarı). == Hökmdarlığı (bəyliyi) == Hökmranlıq dövrünün qısa olduğu və bu dövrdə Bəylikdə əhəmiyyətli bir inkişaf olmadığı düşünülür. Bu susqunluğun səbəbi kimi, Çobanoğulları bəyliyinin Kösedağ Döyüşündən sonra Anadolunun yeni hakimi Elxanilərə tabe olması, heç bir problem yaratmadan və vergi ödəməyi qəbul etməsi misal kimi göstərilə bilər.Alp Ürəyin nə zaman və necə öldüyü bilinməsə də, qaynaqlarda şəhid kimi anıldığına görə savaşda öldüyü qəbul edilə bilər. Ondan sonra dövlətin başına oğlu Yavlak Arslan keçmişdir.
Bənövşəyi ürək
"Bənövşəyi Ürək" (ing. Purple Heart) — ABŞ Prezidenti adından 1917-ci il 5 aprel tarixindən bu günədək hərbi xidmət zamanı yaralanan və ya həlak olan şəxslərə təqdim olunan ABŞ hərbi medalıdır. Bənövşəyi Ürək Milli Şərəf Zalı Nyu-York ştatının Nyuburq şəhərində yerləşir. "Bənövşəyi Ürək" ABŞ hərbçilərinə təqdim olunan mükafatlar arasında ən uzunömürlüsüdür. "Purpur sözü" ingilis dilindən Azərbaycan dilinə "al qırmızı" kimi tərcümə olunsa da, konkret halda bu sözü "al bənövşəyi" kimi başa düşmək lazımdır. == Yaranması və tarixi == Medalın ilkin forması, 1782-ci il 7 avqust tarixində Kontinental Ordunun baş komandanı Corc Vaşinqton tərəfindən təsis edilmiş "Hərbi Xidmətlərə görə Nişan" (ing. Badge of Military Merit) hesab olunur. Lakin həmin mükafatla yalnız ABŞ İstiqlal müharibəsinin (1775-1783) 3 iştirakçısı təltif edilmişdi. 1932-ci ildə ABŞ prezidentinin Fərmanına əsasən Corc Vaşinqtonun 200 illik yubileyi şərəfinə "Bənövşəyi Ürək" medalı təsis edildi. Hərb Departamentinin 1932-ci il 22 fevral tarixində elan etdiyi meyarlara görə, bu medal ABŞ-nin Birinci dünya müharibəsinə qatıldığı 1917-ci il 5 aprel tarixindən sonrakı hərbi əməliyyatlarda yaralanmış və ya həlak olmuş hərbçilərə verilə bilər.
Cəsur ürək
Cəsur ürək (ing. Brave Heart) — 1995-ci ildə Dram janrında çəkilən ABŞ filmidir. Filmə Paramount Pictures və 20th Century Fox kinokompaniyaları distribüterlik etmişdir. Film Oskar mükafatının 5 kateqoriyası üzrə mükafata və digər 5 kateqoriyası üzrə nominasiyaya layiq görülmüşdür. Film $72 milyonluq büdcə ilə ABŞ-də $9,938,276 milyon, dünya ölkələrində $210,409,945 milyon toplamış və gəlirə görə "İlin ən gəlirli 13-cü filmi" olmuçdur. == Məzmun == Filmin hadisələri 1280-cı ildə Şotlandiyada vaqe olur. Bu, kral I Eduardın dövründə özünü ingilislərlə mübarizəyə həsr edən əfsanəvi milli qəhrəman Vilyam Volosun tarixçəsidir. XIII əsrdə ingilislər, şotlandlar üzərində suverenlik qurmuşdur. İngilis soyluları, yeni evli şotland qadınlarıyla ilk gecəni keçirmə haqqına malikdir. Uşaqkən ailəsini Şotlandiya uğrunda itirən Vilyam Volosun arvadı da ingilis birlikləri tərəfindən öldürüldüyü zaman, onun intiqam axtarışı qısa zamanda ölkəsinin azadlığı uğrunda amansız bir döyüşə çevrilir...
Mədəcik (ürək)
Mədəcik — ürəyin ürək qulaqcığından qanı qəbul edib arteriyalara ötürən bir şöbəsidir. == Sağ mədəcik == Sağ mədəcik - (lat. Ventriculus dexter) üçbucaqlı piramidaya bənzəyir; bu piramidanın oturacağı sağ qulaqcığa və zirvəsi isə aşağıya doğru baxır. == Sol mədəcik == Sol mədəcik - (lat. Ventriculus sinister) ürəyin sol və arxa hissəsini tutaraq sivriləşmiş ellipsə bənzəyir; sağ mədəcikdən uzun və ensizdir; divarlari təxminən üç dəfə qalındır, daxili səthində olan ətli atmaların miqdarı çox, ensiz həm də bir-birinə sıxdır.
Almaniya Berlin Ürək Mərkəzi
Almaniya Berlin Ürək Mərkəzi (alm. Deutsches Herzzentrum Berlin‎ və ya qısaca: DHZB) — qeyri-kommersiya fondu kimi təşkil edilmişdir. Berlinin tibb və tədqiqat mərkəzidir. Mərkəz ürək-damar xəstəliklərinin müalicəsi sahəsində və həmçinin ürək və ağciyər transplantasiyası üzrə ixtisaslaşmışdır. == Ümumi məlumat == Bu mərkəzin ilk təməl daşı 1983-cü ildə qoyulmuş və ilk əməliyyat 1986-cı ilin aprel ayında keçirilmişdir. Hal-hazırda DHZB-də 3000-ə yaxın açıq ürək əməliyyatı və 2 000-dən artıq digər ürək əməliyyatları olunur. Bundan əlavə 100-ə yaxın ürək və agciyər transplantasiyası və 500-dən çox anadangəlmə ürək çatışmazlığının aradan qaldırılması üzrə əməliyyat keçirilir. Hər il mərkəzdən 8000 stasionar və 16000 ambulator xəstə keçir. 1 yanvar 2011-ci ilin statistikasına görə mərkəzdə 1700-dən çox ürək transplantasiyası edilib, onlardan 174-ü uşaqlarda transplantasiya olunub, və həmçinin 1668 süni ürək implantasiyası aparılıb, onlardan 135-i uşaqlara implantasiya olunub. Almaniya Berlin Ürək Mərkəzi ictimai qeyri-kommersiya fond xarakterli Vətəndaş Hüquqları Qürumudur (alm.
Cəsur ürək (film, 1990)
Şir ürəkli (ing. Lionheart) — 1990-cı ildə rejissor Şeldon Lettiç tərəfindən döyüş filmi janrında çəkilən ABŞ filmidir. Filmin distribütori Universal Pictures kinokompaniyasıdır. == Məzmun == Lion Qotye (Jan-Klod Van Damm), Afrikanın Cibuti ərazisində yerləşən Fransız xarici legionunun 13-cü yarımbriqadasına məxsus əsgərlərdən biridir. Los-Ancelesdə yaşayan qardaşı qeyri-qanuni işlərlə məşğul olan zaman narkotik satıcıları tərəfindən döyülərək yandırılmış və xəstəxanada ağır şəraitdə yaşamağa davam edir. Günlərin birində qardaşı Fransuanın həyat yoldaşı Helen Lion üçün məktub göndərir. Lion qardaşını görmək üçün komandirindən icazə almaq istəyir. Lakin ona icazə verilmədiyindən, bölmədən fərarilik edir və yük daşıyan gəmi ilə qaçaq olaraq Nyu-York şəhərinə çatır. Lakin Los Ancelesə getmək üçün onun pula ehtiyacı vardır. Bu müddətdə küçələrdə və digər yerlərdə kiçik bəhslərlə döyüş hazırlayan Coşua ilə tanış olur.
Ürək... Ürək...
== Məzmun == Ağılla hisslərin ahəngdar əlaqələndirilməsi bu gün də insan probleminin vacib aspekti olaraq qalmaqdadır. Yeni psixologiyaya malik insanın yaşadığı indiki dövrdə bu məsələ böyük ictimai əhəmiyyət kəsb edir. Film aktual bir məsələyə-müasir əxlaq probleminə həsr olunmuşdur. Əsərin qəhrəmanı Muradın (Həsənağa Turabov) mehriban ailəsi, uşağı, yaxşı vəzifəsi var. Baş verən bir təsadüf nəticəsində o, bütün bunlardan üz döndərmək istəyir. Ürəyinin dərinliklərində baş qaldıran sevgi hissi onda hər şeyə qarşı biganəlik yaradır. Murad idmançı Ramizin (Yevgeni Kindinov) həyat yoldaşı, sirk ustası Lenaya (Lyubov Virolaynen) vurulur. Bütün bunlara baxmayaraq, Murad həyatını dəyişməyə özündə cəsarət tapmır və əsl məhəbbətinə xəyanət edir. Müəlliflər göstərirlər ki, insan vərdiş etdiyi həyat çərçivəsindən kənara çıxanda bəzən bu onun faciəsi ilə nəticələnir. Axı hərtərəfli insan böyük ağıl, dərin biliklə yanaşı, həm də dolğun hisslərə, ehtiraslara, geniş qəlbə malik olmalıdır == Film haqqında == Film yazıçı Rüstəm İbrahimbəyovun "Şirə bənzər" pyesi əsasında ekranlaşdırılmışdır.
Ürək
Ürək və ya qəlb[mənbə göstərin] — ürək əzələsi olaraq bilinən xüsusi bir tip cizgili əzələdən meydana gəlmiş özbaşına sıxılma xüsusiyyətinə sahib qüvvətli bir nasosdur. Maddələr mübadiləsi nəticəsində artıq elementlərin bədəndən uzaqlaşdırılması, bədən istiliyinin təşkil edilməsi, turşu-qələvi tarazlığının qorunması, hormonlar və fermentlərin bədənin lazımlı bölgələrinə daşınması kimi funksiyaları ürək və damarlardan ibarət olan qan dövranı sistemi yerinə yetirir.
Ürək... Ürək... (film, 1976)
== Məzmun == Ağılla hisslərin ahəngdar əlaqələndirilməsi bu gün də insan probleminin vacib aspekti olaraq qalmaqdadır. Yeni psixologiyaya malik insanın yaşadığı indiki dövrdə bu məsələ böyük ictimai əhəmiyyət kəsb edir. Film aktual bir məsələyə-müasir əxlaq probleminə həsr olunmuşdur. Əsərin qəhrəmanı Muradın (Həsənağa Turabov) mehriban ailəsi, uşağı, yaxşı vəzifəsi var. Baş verən bir təsadüf nəticəsində o, bütün bunlardan üz döndərmək istəyir. Ürəyinin dərinliklərində baş qaldıran sevgi hissi onda hər şeyə qarşı biganəlik yaradır. Murad idmançı Ramizin (Yevgeni Kindinov) həyat yoldaşı, sirk ustası Lenaya (Lyubov Virolaynen) vurulur. Bütün bunlara baxmayaraq, Murad həyatını dəyişməyə özündə cəsarət tapmır və əsl məhəbbətinə xəyanət edir. Müəlliflər göstərirlər ki, insan vərdiş etdiyi həyat çərçivəsindən kənara çıxanda bəzən bu onun faciəsi ilə nəticələnir. Axı hərtərəfli insan böyük ağıl, dərin biliklə yanaşı, həm də dolğun hisslərə, ehtiraslara, geniş qəlbə malik olmalıdır == Film haqqında == Film yazıçı Rüstəm İbrahimbəyovun "Şirə bənzər" pyesi əsasında ekranlaşdırılmışdır.
Purpur Ürək
"Bənövşəyi Ürək" (ing. Purple Heart) — ABŞ Prezidenti adından 1917-ci il 5 aprel tarixindən bu günədək hərbi xidmət zamanı yaralanan və ya həlak olan şəxslərə təqdim olunan ABŞ hərbi medalıdır. Bənövşəyi Ürək Milli Şərəf Zalı Nyu-York ştatının Nyuburq şəhərində yerləşir. "Bənövşəyi Ürək" ABŞ hərbçilərinə təqdim olunan mükafatlar arasında ən uzunömürlüsüdür. "Purpur sözü" ingilis dilindən Azərbaycan dilinə "al qırmızı" kimi tərcümə olunsa da, konkret halda bu sözü "al bənövşəyi" kimi başa düşmək lazımdır. == Yaranması və tarixi == Medalın ilkin forması, 1782-ci il 7 avqust tarixində Kontinental Ordunun baş komandanı Corc Vaşinqton tərəfindən təsis edilmiş "Hərbi Xidmətlərə görə Nişan" (ing. Badge of Military Merit) hesab olunur. Lakin həmin mükafatla yalnız ABŞ İstiqlal müharibəsinin (1775-1783) 3 iştirakçısı təltif edilmişdi. 1932-ci ildə ABŞ prezidentinin Fərmanına əsasən Corc Vaşinqtonun 200 illik yubileyi şərəfinə "Bənövşəyi Ürək" medalı təsis edildi. Hərb Departamentinin 1932-ci il 22 fevral tarixində elan etdiyi meyarlara görə, bu medal ABŞ-nin Birinci dünya müharibəsinə qatıldığı 1917-ci il 5 aprel tarixindən sonrakı hərbi əməliyyatlarda yaralanmış və ya həlak olmuş hərbçilərə verilə bilər.
Süni ürək
Süni ürək (İmplantat ürək) sağalması mümkün olmayan ürək xəstələrinin bədəninə müvafiq orqanın funksiyasını əvəz etmək üçün köçürülən aqreqat ya implantat. Adətən donor ürək əldə edilənə qədər, ölümə məhkum ürək xəstələrini həyata bağlayan bir "ümid" körpüsü. Süni ürək Ürək-ağciyər aparatından istifadə müddətinin uzunluğu ilə fərqlənir. Belə ki, süni qan dövranı ya Ürək-ağciyər aparatı açıq ürəkdə aparılan əməliyyat zamanı məhddud bir müddətə ürək və ağciyərlərin funksiyasını əvəz edir. İmplantat ürəkrək isə uzun müddətə nəzərdə tutulur. Müasir süni ürəklər insana 10–15 il müddətinə qulluq edə bilirlər. == Sistem == Süni ürək modellərindən bəziləri bədəndən xaric edilmiş urəyin yerinə köçürülərək onun funksiyasını tam şəkildə üzərinə götürmüş olur, digər modellər isə insan ürəyinə əlavə köməkçi kimi köçürülərək onun funksiyasını qismən (xüsusən ürəyin sol şöbəsinin işini) öz üzərinə götürmüş olurlar. Bu aqreqatlar ing. Left Ventricle Assistent Devices - LVAD adlanırlar. Hər iki halda implantat döş qəfəsi yarılaraq (lat.
Ürək (insan)
Ürək (lat. cor; yun. καρδία – kardia) — döş qəfəsinin orta döş xəttindən solda yerləşir. Təxminən aid olduğu insanın yumruğu böyüklüyündə əzələvi üzv. Ürəkətrafı ciblərlə – ürək kisəsilə əhatə olunmuşdur. Ürək kisəsinin daxilində bir neçə millilitr həcmində qan plazması xassəli maye vardır ki, bu da ürək işlərkən onun ətraf toxumalarla sürtünməsinin qarşısını alır. Ürək qanın damarlarda cərəyanını təmin edir. Onun işi əsasən mexaniki hadisə olub, sorma və itələmə hərəkətlərindən ibarətdir. Qan dövranı sistemində hərəkətverici qüvvə olan ürək daim arteriyalara qan vurmaq funksiyası daşıyır. Ürəyin forması yaş, cins, bədən quruluşu, sağlamlıq və patologiya kimi amillərdən asılıdır.
Ürək kisəsi
Ürək kisəsi və ya perikard (lat. pericardium) konus şəklində olub əsası diafraqmanın vətər mərkəzinə bitişmişdir və zirvəsi yuxarıda ürəyin əsasında olan damarlarla rabitədədir. Bu iki təbəqədən təşkil olunmuşdur: xarici lifli təbəqə — lifli ürək kisəsi — (lat. pericardium fibrosum) və daxili seroz təbəqə — seroz ürək kisəsi — (lat. pericardum serosum). Xarici lifli təbəqə sərt birləşdirici toxumadan təşkil olunaraq qonşu üzvlərlə rabitədədir. Daxili seroz təbəqə iki səfhəyə bölünür: xarici pariyetal səfhə — (lat. lamina parietalis pericardii serosi) və daxili visseral səfhə, yaxud epikard — (lat. lamina visseralis pericardii serosi s. epicardium).
Ürək qlikozidləri
Ürək qlikozidləri — bitki mənşəyli dərman preparatları olub, terapevtik dozada kardioton və aritmiya əleyhinə təsirlərə malikdir. Ürək qlikozidlərindən əsasən müxtəlif etiologiyalı ürək çatışmazlığında geniş istifadə edilir. Qlikazidlər ürək əzələsinin iş qabiliyyətini artırır, onun səmərəli və qənaətbəxş işləməsinə ərait yaradır. == Tərkibi == Ürək qlikozidləri qeyri şəkər və şəkər hissədən: aqlikona və qlikondan ibarətdir. Aqlikonun əsasını steroid struktur (siklopentanperhidrofenantren) təşkil edir. Qlikon isə müxtəlif cür şəkərlərlə: D-diqitoksoza, D-qlükoza, D-simaroza, D-ramonoza və s. təmsil olunur. Bəzən qlikon hissəyə sirkə turşusu qalığı birləşmiş olur. Kardiotonik effektə aqlikon hissəsinin malekulları malikdir. Ürək qlikozidləri asanlıqla fermentativ, turşu-qələvi hidrolizinə məruz qalırlar.
Ürək tutması
Ürək Tutması, Ürək infarktı ya da kəskin myokard infarktı (Sıxlıqla MI (Myocardial infarction) vəya AMI (acute myocardial infarction) şəklində deyilir), ürəyin tac arterlərində meydana gələn problem sonrası (tez-tez koroner arterlərdəki tutulma nəticəsində ürək əzələ'sinin bağlı olduğu hissəsinin qidalanması və oksigen'siz qalması ilə) meydana gələn çatışmazlıq nəticəsi şiddətli sinə ağrısıyla ortaya çıxan və ölüm'lə nəticələnməsi riski. Dünyada ən başda gələn ölüm səbəblərindən. == Səbəbləri == Ürək, insan'larda dincəlmə anında dəqiqədə 60–80 dəfə bütün bədəndə qan ötürən güclü bir nasosdur.Bütün bədənin qan ehtiyacını qarşılayan zaman özünün də qidalanması üçün qan istifadəsı lazımdır. Ürəyin özünü qidalandıran damar'ların (tac arterlər) dolaşım problemlərində tac çatışmazlıq meydana gəlir. Tac çatışmazlıq vəziyyətləri tac damarlardakı darlıqların tipinə, dərəcəsinə ve yerinə görə dəyişir. Bəziləri angina səviyyəsində qalan zaman digərləri ürək tutmasına çevrilə bilər. Ümumilikdə fiziki fəaliyyətlər sırasında meydana gələn və dincəlməklə keçən sinə ağrıları (anjina) ilk xəbərdarlıqlardır. Eforlu EKG ə ürək damarlarının funksionallığı dəyərləndirilə bilər. Anjinasız da ürək tutmaları sıx meydana çıxır. Koroner damarlar Ürək damarları ani olaraq tutlularsa, ürək tutması meydana çıxar.
Ürək çatışmazlığı
Ürək çatışmazlığı (lat. insufficientia cordis) — ürək əzələsinin yığılma qabiliyyətinin zəifləməsi nəticəsində meydana çıxan təcili tibbi yardım olmadan klinik ölümlə nəticələnə bilən funksional pozğunluq. Bu hal kəskin və xroniki gedişli olmaqla, meydana çıxma səbəblərinə görə iki yerə bölünür: anadangəlmə ürək çatışmazlığı və qazanılmış ürək çatışmazlığı. == Əmələgəlmə səbəbləri == === Anadangəlmə ürək qüsurları === Anadangəlmə ürək çatışmazlığı anadangəlmə ürək qüsurlarının nəticəsində meydana çıxır. Belə ki anadangəlmə qüsur dedikdə embrionun orqanların inkişaf mərhələsində hər hansı bir aqressor faktorun (bu dövürdə hamilə qadının keçirmiş olduğu infeksiyalar ya məruz qaldığı zərərli təsirlər (90%), eyni zamanda irsi meyillilik (10%), bununda 5%-ni qohum nigahlar təşkil edir) təsirindən bu və ya digər ürək strukturunda: əzələsində və arakəsmələrdə, qapaqçıqlarda, aid damarlarda baş vermiş qüsurlar nəzərdə tutulur. Bu qüsurlu strukturlar isə öz növbələrində funksiyalarının öhdəsindən gələ bilmədiklərindən ürək çatışmazlığını meydana çıxarmış olurlar. Fallo tetradası Açıq arterial axacaq Qulaqcıqlararası çəpərin qüsuru Mədəciklərarası çəpərin qüsuru Ebşteyn anomaliyası === Qazanılmış ürək qüsurları === Qazanılmış ürək çatışmazlığı dedikdə isə sonradan bu və ya digər xəstəliklər (infarkt, tac damar çatışmazlığı, bakterial və virus mənşəyli endokarditlər, travmalar və s.) nəticəsində ürək strukturunda: əzələsində, qapaqçıqlarda, aid damarlarda baş vermiş qüsurlar ya zədələnmələr nəzərdə tutulur. Aorta qapağının daralması Aorta qapağının çatışmazlığı İkitaylı qapağın daralması İkitaylı qapağın çatışmazlığı Perikardit Taxikardiya Arterial hipertenziya İnfarkt Kardiogen şokÜrək çatışmazlığı arterial hypertoniyalar, ürək qüsurları, miokarditlər, tac damarların çatışmazlığı: koronarsklerozlar, koronarspazmalar, tac damarların tromb kütlələri ilə tıxanması və nahiyə qan təchizatının pozulması — miokard infraktı nəticəsində ürəyin daha doğrusu ürək əzələsinin gücə düşməsi və əldən düşməsi nəticəsində meydana çıxır. Bu zaman qan dövranı durğunluğu ürək əzələsini normal təchiz edə bilmir. Əsas nasos funksiyasına malik sol mədəcik çatışmazlığı öz növbəsində kiçik qan dövranında durğunluğa səbəb olur ki, bu da tənginəfəslik, sianozlarla-göyərmələrlə, köpüklü qanhayxırmalarla, ağciyər ödemi, qaraciyərin böyüməsi ilə müşahidə olunur.
Ürək astması
Ürək astması — bir neçə dəqiqədən bir neçə saata qədər davam edən boğulma tutmaları ilə özünü göstərən və miokard infarktı, kardioskleroz, ürək xəstəlikləri və ürək çatışmazlığı (sol ürək) ilə əlaqəli digər xəstəliklərlə baş verən simptom. Bu, ağciyərlərdə və ətrafında mayenin yığılmasına səbəb olur (ağciyər tıkanıklığı), ağciyərlərin qanı oksigenlə təmin etmək qabiliyyətini pozur. Öskürək və hırıltı mümkündür. Rentgen müayinəsi ürəyin ölçüsünün və ağciyər toxumalarında mayenin artdığını göstərir. == Simptomları == Ürək astması bronxial astma ilə oxşar simptomlara malikdir, lakin iltihab mənşəli olmaması ilə fərqlənir.Ürək astmasının ən çox görülən əlamətləri ürək çatışmazlığı əlamətləri olan bir xəstədə hırıltı, öskürək və ya nəfəs darlığı (əsasən gecə və ya yatarkən) olur.Əlavə əlamətlərə stetoskopla eşidilə bilən köpüklü və ya sulu bəlğəm və ağciyərlərə su yığılması daxildir. Ağır hallarda xəstə gecə bir neçə dəfə nəfəs darlığı, dəri rənginin dəyişməsi və qanlı bəlğəm epizodları ilə qarşılaşa bilər. == Patofiziologiyası == Ürək astmasının əsas səbəbləri ürəyin, xüsusən də sol tərəfin qanı səmərəli və effektiv şəkildə vura bilməməsi nəticəsində ağciyər damarlarına mayenin mümkün geri axınından qaynaqlanır. Ürəkdə maye yığılması, qanın oksigenləşməsini təmin etmək üçün ağciyər venoz sistemindəki təzyiqə artan tələblər qoyan normaldan daha yüksək təzyiq sistemi yaradır. Bu, ağciyər venoz hipertenziyası kimi tanınan və artan təzyiq gradientinin yayılmasına kömək etmək üçün ağciyər kapilyarlarının genişlənməsi və işə salınması ilə nəticələnir.Əvvəlcə bədən artıq suyun öhdəsindən gələ bilir. Daha sonra kapilyar damarlar artan təzyiqlə tıxanır və maye alveolyar kisəyə qayıdır, nəticədə ağciyər ödəmi əmələ gəlir və oksigenləşmə qabiliyyəti azalır.
Ürək transplantasiyası
Ürək (köçürülməsi) transplantasiyası — xəstənin (resipiyentin) ürəyini donor ürəyi ilə əvəz etmək üçün cərrahi əməliyyat. Digər əməliyyatların mümkün olmadığı və ya son dərəcə riskli olduğu və ürək transplantasiyası olmadan gözlənilən ömür uzunluğunun aşağı olduğu ağır ürək xəstəlikləri üçün göstərilir. Bu vəziyyətdə xəstənin öz ürəyi çıxarıla (ortotopik transplantasiya) və ya saxlanıla bilər (heterotopik transplantasiya). Dünyada hər il təxminən 3500 ürək transplantasiyası əməliyyatı həyata keçirilir. Əməliyyatdan sonrakı sağ qalma müddəti orta hesabla 15 ildir.Ürək transplantasiyası ürək-damar xəstəliklərinin müalicəsi hesab edilmir, daha doğrusu, xəstənin həyat keyfiyyətini yaxşılaşdırmağa və uzatmağa yönəlmiş müalicədir. == Tarixi == Amerikalı tibb tədqiqatçısı Saymon Fleksner ürək transplantasiyasının mümkünlüyünü ilk qeyd edənlərdən biridir. O, 1907-ci ildə “Patologiyanın tendensiyaları” adlı məqalədə, bir gün xəstə insan orqanlarını, o cümlədən damar, mədə, böyrək və ürəyi cərrahi yolla əvəz etmək mümkün olacağını bildirmişdi.Missisipi Universiteti Tibb Mərkəzindən Ceyms D. Hardi insan donor ürəyi olmadığı üçün 24 yanvar 1964-cü ildə ölmək üzrə olan Boyd Raşın sinəsinə şimpanzenin ürəyini köçürmüşdür. Bu ürək Raşın sinəsində 60-90 dəqiqə döyünür (mənbələr fərqlidir) və sonra Raş özünə gəlmədən ölür.Hardi bir il əvvəl dünyada ilk insandan insana ağciyər transplantasiyasını həyata keçirən cərrahdır.İlk uğurlu insan ürəyi transplantasiyası 3 dekabr 1967-ci ildə Kristian Barnard (Cənubi Afrika) tərəfindən həyata keçirilmışdir. Əməliyyat Cənubi Afrikanın Keyptaun şəhərindəki Qrut Şur xəstəxanasında aparılıb. Avtomobil qəzasında dünyasını dəyişən 25 yaşlı Denis Darvalın ürəyi sağalmaz ürək xəstəliyindən əziyyət çəkən 55 yaşlı Lui Vaşkanskiyə köçürülmüşdür.
Satqın ürək (hekayə)
Satqın ürək (ing. The Tell-Tale Heart) - Edqar Allan Po tərəfindən Qorxu janrında yazılmış hekayə. Əsər 1843-ci ildə The Pioneer nəşriyyatında nəşr edilmişdir.
Sevdi ürək (albom)
Sevdi ürək – Azərbaycan müğənnisi Aygün Kazımova və meyxanaçı-müğənni Namiq Qaraçuxurlunun studiya albomu. Alboma 15 mahnı daxildir. == Hazırlanması == Sevdi ürək Xalq artisti Aygün Kazımova və meyxanaçı-müğənni Namiq Qaraçuxurlunun 2005-ci ildə birgə təqdim etdikləri video-CD albomudur.
Zəif ürək (hekayə)
Zəif ürək — Rus yazıçısı Fyodor Dostoyevskinin 1848-ci ildə A. A. Kraevskinin "Oteçestvennıe zapiski " jurnalının ikinci nömrəsində dərc olunmuş hekayəsidir.1865-ci ildə ayrıca nəşr olaraq buraxılmışdır. == Məzmun == Vasya Şumkov Sankt-Peterburqun hansısa departamentində gənc məmurdur. Kasıb ailədən çıxıb, üstəlik, özü də çolaqdır, ona görə də özünü başqalarından pis hesab edir. Ancaq müdiri ona yaxşı diqqət yetirdi, yaxın bir dostu ona hər cür kömək etdi və Lisa onunla evlənməyə razı oldu. Vasya hesab edir ki, belə bir xoşbəxtliyə layiq deyildi, o, tamamilə özünə qapanır və sonda dəli olur.
Ürək-ağciyər aparatı
Süni qan dövranı aparatı (SQDA)[mənbə göstərin] və ya Ürək-ağciyər aparatı açıq ürəkdə aparılan cərrahi əməliyyatlar zamanı xəstənin həyativacib orqanlarının funksiyalarını qismən və tam öz üzərinə götürən xüsusi tibbi cihazdır. Süni qan dövranı aparatı əsasən ürək cərahiyyəsində tətbiq edilir. Reanimasiya şöbəsində isə intensiv tibbi yardıma ehtiyac olan xəstələrdə onun birqədər xüsusiləşdirilmiş formasından — ekstrakorporal membranoksigenator (ELMO) aparatından istifadə edilir. Süni qan dövranı aparatına daşıdığı funksiyaya uyğun iki mühüm hissə daxildir: "Süni ürək" hissəyə, nasos, alıcı və ötürücü borular, qan dövranının sürət və həcmini tənzimləyən pult daxildir; "Süni ağciyər" hissəyə qazlar mübadiləsini (venoz sistemdən aşağı boş vena və yuxarı boş venadan alınan qanın oksigenləşməsi və əksinə karbon qazından təmizlənməsi) getdiyi membranlı oksigenator daxildir. == Tarix == Avstriya-Alman fizioloqu Maksimilian fon Frey 1885-ci ildə Leypsiq Universitetinin Karl Lüdviqin Fiziologiya İnstitutunda ürək-ağciyər maşınının ilkin prototipini yaratdı. Süni qan dövranının tətbiqi 1916 cı ildə Jay McLean tərəfindən əldə edilmiş Heparin preparatının hesabına mümkün olmuşdur. Beləki heparin qanın laxtalanmasının qarşısını alır ki, bu da orqanizmdən kənarda qanın laxtalanmadan duru şəkildə borularda hərəkətini təmin etmiş olur. Günümüzdəki süni qan dövranı aparatının diyircəkli nasos hissəsi hələ 1934 cü ildə icad edilmişdir. Qanın oksigenlə təmin edən qurğunun yaranma ideyası isə 1944 cü ildə adi hemodializ müşahidəsi zamanı yaranmışdır. Belə ki, müəyən edilmişdir ki, hemodializdən keçib xəstəyə qayıdan qan rəngini bir qədər dəyişmiş (hava ilə bilavasitə kontaktan rəngi açılmış) olur.
Ürək (insan anatomiyası)
Ürək (lat. cor; yun. καρδία – kardia) — döş qəfəsinin orta döş xəttindən solda yerləşir. Təxminən aid olduğu insanın yumruğu böyüklüyündə əzələvi üzv. Ürəkətrafı ciblərlə – ürək kisəsilə əhatə olunmuşdur. Ürək kisəsinin daxilində bir neçə millilitr həcmində qan plazması xassəli maye vardır ki, bu da ürək işlərkən onun ətraf toxumalarla sürtünməsinin qarşısını alır. Ürək qanın damarlarda cərəyanını təmin edir. Onun işi əsasən mexaniki hadisə olub, sorma və itələmə hərəkətlərindən ibarətdir. Qan dövranı sistemində hərəkətverici qüvvə olan ürək daim arteriyalara qan vurmaq funksiyası daşıyır. Ürəyin forması yaş, cins, bədən quruluşu, sağlamlıq və patologiya kimi amillərdən asılıdır.
Ürək döyüntüsü (serial)
Kalp Atışı, MF Yapım tərəfindən, 2017–2018-ci illər arasında Show TV-də yayımlanan, baş rollarda Gökhan Alkan, Öykü Karayel, Ali Burak Ceylan, Hakan Gerçek və Merve Çağıranın yer aldığı, rejissoru Yusuf Pirhasanın olduğu dram, romantik və tibbi Türk serialıdır. Serial 28 yanvar 2018-ci ildə yayımlanan 28-ci bölümü ilə sona çatdı. 2016-cı ildə Cənubi Koreyanın "Doktors" dramından uyğunlaşdırılıb. == Mövzu == Eylül Erdem məktəbli olarkən məktəbə getmək istəməyib və məktəbdə daim problemlər yaşadığı üçün atası onu nənəsinin yanına aparıb. Eylül nənəsinin yanında bir müddət qaldıqdan sonra həkim olmaq qərarına gəlir. Ali Asafla ilk nənəsinin yanında tanış olmuşdur və Ali Asaf həm də onun məktəbdə müəllimidir. İllər sonra müəllimi Ali Asafla yenidən qarşılaşır və ona aşiq olur. == Aktyorlar və personajlar == == Yayım təqvimi == Qeyd: Serial 1-dən 26-a kimi cümə günü saat 20:00-da, finalı olan 27-ci və 28-ci seriyası ilə bazar günü saat 20:00-da yayımlandı. == 1. ==
"Bənövşəyi ürək" medalı
"Bənövşəyi Ürək" (ing. Purple Heart) — ABŞ Prezidenti adından 1917-ci il 5 aprel tarixindən bu günədək hərbi xidmət zamanı yaralanan və ya həlak olan şəxslərə təqdim olunan ABŞ hərbi medalıdır. Bənövşəyi Ürək Milli Şərəf Zalı Nyu-York ştatının Nyuburq şəhərində yerləşir. "Bənövşəyi Ürək" ABŞ hərbçilərinə təqdim olunan mükafatlar arasında ən uzunömürlüsüdür. "Purpur sözü" ingilis dilindən Azərbaycan dilinə "al qırmızı" kimi tərcümə olunsa da, konkret halda bu sözü "al bənövşəyi" kimi başa düşmək lazımdır. == Yaranması və tarixi == Medalın ilkin forması, 1782-ci il 7 avqust tarixində Kontinental Ordunun baş komandanı Corc Vaşinqton tərəfindən təsis edilmiş "Hərbi Xidmətlərə görə Nişan" (ing. Badge of Military Merit) hesab olunur. Lakin həmin mükafatla yalnız ABŞ İstiqlal müharibəsinin (1775-1783) 3 iştirakçısı təltif edilmişdi. 1932-ci ildə ABŞ prezidentinin Fərmanına əsasən Corc Vaşinqtonun 200 illik yubileyi şərəfinə "Bənövşəyi Ürək" medalı təsis edildi. Hərb Departamentinin 1932-ci il 22 fevral tarixində elan etdiyi meyarlara görə, bu medal ABŞ-nin Birinci dünya müharibəsinə qatıldığı 1917-ci il 5 aprel tarixindən sonrakı hərbi əməliyyatlarda yaralanmış və ya həlak olmuş hərbçilərə verilə bilər.
Ay aşiqləri: Yaralı ürək Qoryo
Ağ ürəkotu
Ağ ürəkotu (lat. Cardamine leucantha) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin ürəkotu cinsinə aid bitki növü.
Bir sinədə iki ürək (film, 1987)
Bir sinədə iki ürək qısametrajlı sənədli filmi rejissor Rafiq Yüzbaşov tərəfindən 1987-ci ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə Azərbaycanın Qax bölgəsində Əlibəyli və Qapaxsilaq kəndlərində yaşayan azərbaycanlı və gürcülərin dostluğundan danışılır. == Məzmun == Filmdə Azərbaycanın Qax bölgəsində Əlibəyli və Qapaxsilaq kəndlərində yaşayan azərbaycanlı və gürcülərin dostluğundan, bir yerdə mehribancasına ömür sürmələrindən, bir-birilərinə köməklik göstərmələrindən danışılır. == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Bu ürək dəlidir (film, 1997)
Bu ürək dəlidir (hind: दिल तो पागल है; Rom: Dil To Pagal Hai) - rejissor Yaş Çopra tərəfindən çəkilmiş və 31 oktyabr 1997-ci ildə ekranlara çıxan Hindistan gənc filmidir. Baş rollarda Şah Rukh Khan, Madhuri Dixit və Karisma Kapoor oynamışdır. Filmin süjet xətti musiqi truppasının üç rəqqasının həyatından bəhs edir. Şahrux Xan və Yaş Çopranın Qorxu və Qaçırılmamış gəlin filmindən sonra müştərək iştirak etdiyi üçüncü filmdir. Bu ürək dəlidir filmi ilin ən çox gəlir gətirən filmi olmuşdur. Filmin şüarları bunlardır: “...və arzular reallaşacaq!” Həm də: “Bir yerdə kimsə sizin üçün yaradılmışdır.” == Süjet xətti == Rahul (Şahrux Xan) və Nişa (Karişma Kapur) yaxın dostdurlar. Onların bir rəqs qrupu vardır və onlar üçün rəqs hər şeydir. Ayağı zədələndikdən sonra bir müddət rəqsdən uzaqlaşmalı olan Nişanın yerinə həm çox gözəl və həm də yaxşı rəqqasə olan Pooja (Madhuri Dixit) rəqs qrupuna qatıldıqdan sonra işlər dəyişməyə başlayır.
Buruq ürəkotu
Buruq ürəkotu (lat. Cardamine flexuosa) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin ürəkotu cinsinə aid bitki növü. == Sinonimləri == Barbarea arisanensis (Hayata) S.S.Ying Cardamine arisanensis Hayata Cardamine debilis D.Don [Illegitimate] Cardamine decurrens Zoll. & Moritzi Cardamine drymeja Schur Cardamine duraniensis Revel ex Des Moul. Cardamine fallax var. glabra Nakai Cardamine flexuosa var. bracteata O.E.Schulz Cardamine flexuosa subsp. debilis O.E.Schulz Cardamine flexuosa var. debilis (O.E.Schulz) T.Y.Cheo & R.C.Fang Cardamine flexuosa var. flexuosa flexuosa Cardamine flexuosa var.
Böyük ürəkli (film, 2015)
Böyük ürəkli (hind: दिलवाले, Rom: Dilwale) — 18 dekabr 2015-ci ildə ekranlara çıxan Rohit Shetty tərəfindən çəkilmiş hind filmidir. Baş rollarda Şah Rukh Khan, Kajol, Varun Dhavan və Kriti Sanon iştirak edirlər. Vinod Xannanın sağlığında iştirak etdiyi son filmidir. == Süjet xətti == Rac mafiya üzvüdür. Bir gün düşmən dəstəsindən biri onu izləyərkən onların dəstəsindən Meera adlı bir qızla tanış olur. Onlar bir-birlərinə aşiq olurlar. Rac Meeranın rəqib dəstənin liderinin qızı olduğunu biləndə işlər daha da pisləşir. Bir-birini çox sevən iki cütlüyün sevgisi indi rəqib dəstələrdə olduqları üçün çox çətin vəziyyətdədir. Hər şeyə rəğmən onlar bir-birlərinə olan sevgilərini mühafizə edə biləcəklərmi?
Cəsur ürək (film, 1995)
Cəsur ürək (ing. Brave Heart) — 1995-ci ildə Dram janrında çəkilən ABŞ filmidir. Filmə Paramount Pictures və 20th Century Fox kinokompaniyaları distribüterlik etmişdir. Film Oskar mükafatının 5 kateqoriyası üzrə mükafata və digər 5 kateqoriyası üzrə nominasiyaya layiq görülmüşdür. Film $72 milyonluq büdcə ilə ABŞ-də $9,938,276 milyon, dünya ölkələrində $210,409,945 milyon toplamış və gəlirə görə "İlin ən gəlirli 13-cü filmi" olmuçdur. == Məzmun == Filmin hadisələri 1280-cı ildə Şotlandiyada vaqe olur. Bu, kral I Eduardın dövründə özünü ingilislərlə mübarizəyə həsr edən əfsanəvi milli qəhrəman Vilyam Volosun tarixçəsidir. XIII əsrdə ingilislər, şotlandlar üzərində suverenlik qurmuşdur. İngilis soyluları, yeni evli şotland qadınlarıyla ilk gecəni keçirmə haqqına malikdir. Uşaqkən ailəsini Şotlandiya uğrunda itirən Vilyam Volosun arvadı da ingilis birlikləri tərəfindən öldürüldüyü zaman, onun intiqam axtarışı qısa zamanda ölkəsinin azadlığı uğrunda amansız bir döyüşə çevrilir...
Cəsur ürək (teleserial, 2016)
Prodüserliyini Fark Film boynuna götürdüyü serialın baş rollarını; Onur Tuna, usta oyunçu Hüseyn Avni Danyal və gözəlliyi qədər aktyorluğuyla da səs gətirən Rüveyda Öksüz iştirak edir. Cəsur Yürek'te ürəyindən və biləyindən başqa güvənəcək heç bir şeyi olmayan Ömər Qorxmaz xarakterinə can verəcək olan Onur Tuna, ailəsi, məhəlləsi və yoldaşları üçün böyük bir mübarizə içinə girəcək. Rüveyda Öksüzün canlandırdığı Berrin xarakterinin həyatdakı ən böyük dilema isə, idealist bir hüquqşünas olmasına baxmayaraq, aşiq olduğu adamın ədaləti öz əlləriylə paylamağa qərar vermiş bir kabadayı olmasıdır ... Bölgələr problemləri və beynəlxalq siyasət və strategiyaları də mövzu əldə edən "Cəsur Ürək" in rejissorluğunu Qüdrət Sabancı edərkən, ssenarisini Cüneyt Aysan və Ozan Aksungur qələmə alır.
Cəsur ürək gəlini alacaq (film, 1995)
Dilwale Dulhania Le Jayenge(hind. दिलवाले दुल्हिनया ले जायेंग, mənası: Cəsur ürək gəlini aparar) həm də DDLJ kimi tanınan Bollivud filmidir. Film 20 Oktyabr 1995-ci ildə tamaşaçılara təqdim edilmişdir. Aditya Çopra həm də filmin ssenaristləri sırasındadır. Atası Yaş Çopra filmin prodüseridir. Baş rolda Bollivudun ən gözəl cütlüyü olan Şahrux Xan və Kacol yer almışdır. Filmin çəkilişləri Hindistan, London və İsveçrədə baş tutub. Film Hindistanda 21.15 milyon $, ölkəxaricində isə 2.99 milyon $ gəlir gətirməklə Bollivudun ən uğurlu və gəlirli filminə çevrilmişdir. DDLJ 1996-cı il mükafatlar mövsümündə o vaxta qədər heç bir filmin qazanmadığı 10 Filmfare Award mükafatını və üstəlik National Award mükafatını qazanmaqla ilin ən gözəl filmi seçilmişdir. Film həmçinin Hind kino tarixinin ən uzun müddətli filmi olmaqla növbəti rekorda imza atıb.
Cəsur ürək gəlini alar (film, 1995)
Dilwale Dulhania Le Jayenge(hind. दिलवाले दुल्हिनया ले जायेंग, mənası: Cəsur ürək gəlini aparar) həm də DDLJ kimi tanınan Bollivud filmidir. Film 20 Oktyabr 1995-ci ildə tamaşaçılara təqdim edilmişdir. Aditya Çopra həm də filmin ssenaristləri sırasındadır. Atası Yaş Çopra filmin prodüseridir. Baş rolda Bollivudun ən gözəl cütlüyü olan Şahrux Xan və Kacol yer almışdır. Filmin çəkilişləri Hindistan, London və İsveçrədə baş tutub. Film Hindistanda 21.15 milyon $, ölkəxaricində isə 2.99 milyon $ gəlir gətirməklə Bollivudun ən uğurlu və gəlirli filminə çevrilmişdir. DDLJ 1996-cı il mükafatlar mövsümündə o vaxta qədər heç bir filmin qazanmadığı 10 Filmfare Award mükafatını və üstəlik National Award mükafatını qazanmaqla ilin ən gözəl filmi seçilmişdir. Film həmçinin Hind kino tarixinin ən uzun müddətli filmi olmaqla növbəti rekorda imza atıb.
Cəsur ürək gəlini aparar (film, 1995)
Dilwale Dulhania Le Jayenge(hind. दिलवाले दुल्हिनया ले जायेंग, mənası: Cəsur ürək gəlini aparar) həm də DDLJ kimi tanınan Bollivud filmidir. Film 20 Oktyabr 1995-ci ildə tamaşaçılara təqdim edilmişdir. Aditya Çopra həm də filmin ssenaristləri sırasındadır. Atası Yaş Çopra filmin prodüseridir. Baş rolda Bollivudun ən gözəl cütlüyü olan Şahrux Xan və Kacol yer almışdır. Filmin çəkilişləri Hindistan, London və İsveçrədə baş tutub. Film Hindistanda 21.15 milyon $, ölkəxaricində isə 2.99 milyon $ gəlir gətirməklə Bollivudun ən uğurlu və gəlirli filminə çevrilmişdir. DDLJ 1996-cı il mükafatlar mövsümündə o vaxta qədər heç bir filmin qazanmadığı 10 Filmfare Award mükafatını və üstəlik National Award mükafatını qazanmaqla ilin ən gözəl filmi seçilmişdir. Film həmçinin Hind kino tarixinin ən uzun müddətli filmi olmaqla növbəti rekorda imza atıb.
Dəli ürək: bumeranq cəhənnəmi (film, 2001)
Dəli ürək: bumeranq cəhənnəmi — 2001-ci ildə Osman Sınav tərəfindən ssenarisi yazılan və rejissorluğu edilmiş türk döyüş filmidir. == Mövzu == Əsgər yoldaşı Camalın Leyla ilə toyunda iştirak etmək üçün Yusuf Miroğlu və Zeynəb Diyarbəkirə gəlirlər. Toyu zamanı Camalın öldürülməsindən sonra Yusif cinayətlə maraqlanmağa başlayır. Hadisələrin gedişatı qaranlıq xarici kəşfiyyat-terror təşkilatı əlaqələrinə qədər gedib çıxır.
Dəli ürək (teleserial, 1998)
Dəli ürək — Sinegraf istehsalı, rejissorluğunu Osman Sınavın etdiyi Türkiyə serialı. == Mövzu == Əsgərlikdən məzuniyyətə gəldiyi vaxtlarda, qardaşı Əli, bacısı Nazlı və dostu Gülçin ilə parkda gəzmək üçün dayandıqları vaxtda, terrorçular tərəfindən pusquya düşürülən hərbi maşına atəş açıldığı sırada Yusif Miroğlu, terrorçular ilə döyüşmüş və münaqişədən sonra medya onu qəhrəman elan etmişdir. Əsgərlikdən gələndən sonra, uşaqlığından bəri marağı olduğu Qara Həmid qarşısına çıxır, ancaq Qara Həmid Yusifi tanımır. Həmin gün Qara Həmid silahlı hücumdan Yusif Miroğlu tərəfindən qurtarıldığı üçün, bütün gözlər Yusif Miroğlunun üzərində olur. Əsgərlik yoldaşı olan Yılmaz ilə bu vaxtda qarşılaşmışdır. Yılmaz Kəsik Rəcəbin adamı olduğu üçün Yusifi Rəcəbin yanına aparır, ancaq Rəcəbin Qara Həmidə hazırlamış olduğu sui-qəstin Yusif Miroğlu tərəfindən qarşısı alındığını biləndə ona qarşı tərs davranır. Beləliklə Yusif Miroğlu, Qara Həmidin yanında olub və burada mafioz aləmində məşhurlaşır. Yusif Miroğlu Fərayəni ilk dəfə olaraq maşın ustasında görüb və burada Ayşənin müəlliməsi olduğunu öyrənməsi sonrasında, arda-arda gələn təsadüflər ilə Fərayəyə aşiq olur. Fərayə məşhur iş adamı Gürkan Uluxanın qızıdır. Bundan başqa, Gürkan Uluxan və Savaş Doğan nişançıdüzü ərazilərini alaraq Plaza qurmaq istəyirlər.
Dəli ürək bölümləri siyahısı
Bu yazıda 1998–2002-ci illər arasında Show TV və ATV-də yayımlanan türk serialı "Dəli ürək"in bölümləri yer alıb. Serial 4 mövsüm və cəmi 113 seriyadan ibarətdir. == Bölümləri == === 1-ci sezon (1998–1999) Show TV === === 2-ci sezon (1999–2000) Show TV === === 3-cü sezon (2000–2001) Show TV === === 4. ===
Dəqiqədə 128 ürək döyüntüsü (film, 2015)
Dəqiqədə 128 Ürək Döyüntüsü Riçard Silvermenin hekayəsi əsasında Maks Josef və Meqan Oppenheymer tərəfindən yazılmış musiqili dram filmidir. Filmin ulduzları Zak Efron, Emili Ratajkovski və Ves Bentli ilə filmdə gənc DJ-in musiqi dünyasına düşmək üçün qarşılaşdığı maneələr və musiqi prodüserinin təsiri ilə onu uğura aparan yola istiqamətlənməsi əks olunur. == Məzmun == Koul Karter (Zak Efron), elektronik musiqi səhnəsində çabalayan 23 yaşlı DJ, məşhur səs produseri olmaq arzusundadır. Bir qədər yaşlı və təcrübəli DJ, Ceyms (Ves Bentli), onun müəlliminə çevriləndə, Koul Ceymsin sevgilisi Sofi (Emili Ratajkovski) ilə tanış olur. Koulun Sofi ilə ünsiyyətinin çiçəkləsi onun müəllimi ilə əlaqələrinin qırılmasına səbəb olur. Koul gələcəyini müəyyənləşdirəcək çətin seçim qarşısında qalır.
Hər bir sevən ürək
Har Dil Jo Pyar Karega (mənası: Hər bir sevən ürək) – 2000-ci ildə Rac Kanvarın rejissorluq etdiyi Bollivud filmidir. Filmin baş rol ifaçıları Salman Xan, Priti Zinta və Rani Mukhercidir. Filmin digər əsas rolunda Şahrux Xan yer alıb. Kifayət qədər kassa gəliri əldə etmiş film Box Office Hindistan tərəfindən Ortamala olaraq elan olundu. Bu film 1998-ci ildə istehsal olunmuş Chandralekha Malayalam filminin yenidən istehsal olunmuş versiyasıdır. Həmçinin filmin süjetində 1995-ci ildə çəkilmiş Sandra Ballokun iştirak etdiyi Sən yatarkən adlı Hollivud filmindən də istifadə olunmuşdur. == Rollarda == Salman Xan — Raj/Romi Priti Zinta — Jahnvi Rani Mukherci — Pooja Oberoi Kamini Kauşai — Biji Raciv Verma — Mr.Oberoi Pareş Reval — Goverdhan Şakti Kapur — Abdulun dayısı Satiş Şah — Mahesh Hirwani Şahrux Xan — Rahul (Kameo) == Filmfare Nominasiyaları == Köməkçi Aktrisa — Rani Mukherci Qadın Mahnı Müğənnisi — Preety və Pinky — Piya Piya == Kritik Resepsiyon == Film tənqidçilər tərəfindən kifayət qədər müsbət qarşılandı və xüsusilə üç aparıcı oyunçunun performansları qiymətləndirildi. Screen film jurnalı Şahrux Xanın və Priti Zintanın performanslarını tərifləyərək "Filmin rejissoru filmdə bir çox suprizlər edərək bir çox səylər etməklə yanaşı, aparıcı oyunçulardan ən yaxşı performans çıxarmaqla məsləhət görülən bir rejissor olmağa layiq biridir." deyə qeyd etdi.
Hər bir sevən ürək (film, 2000)
Har Dil Jo Pyar Karega (mənası: Hər bir sevən ürək) – 2000-ci ildə Rac Kanvarın rejissorluq etdiyi Bollivud filmidir. Filmin baş rol ifaçıları Salman Xan, Priti Zinta və Rani Mukhercidir. Filmin digər əsas rolunda Şahrux Xan yer alıb. Kifayət qədər kassa gəliri əldə etmiş film Box Office Hindistan tərəfindən Ortamala olaraq elan olundu. Bu film 1998-ci ildə istehsal olunmuş Chandralekha Malayalam filminin yenidən istehsal olunmuş versiyasıdır. Həmçinin filmin süjetində 1995-ci ildə çəkilmiş Sandra Ballokun iştirak etdiyi Sən yatarkən adlı Hollivud filmindən də istifadə olunmuşdur. == Rollarda == Salman Xan — Raj/Romi Priti Zinta — Jahnvi Rani Mukherci — Pooja Oberoi Kamini Kauşai — Biji Raciv Verma — Mr.Oberoi Pareş Reval — Goverdhan Şakti Kapur — Abdulun dayısı Satiş Şah — Mahesh Hirwani Şahrux Xan — Rahul (Kameo) == Filmfare Nominasiyaları == Köməkçi Aktrisa — Rani Mukherci Qadın Mahnı Müğənnisi — Preety və Pinky — Piya Piya == Kritik Resepsiyon == Film tənqidçilər tərəfindən kifayət qədər müsbət qarşılandı və xüsusilə üç aparıcı oyunçunun performansları qiymətləndirildi. Screen film jurnalı Şahrux Xanın və Priti Zintanın performanslarını tərifləyərək "Filmin rejissoru filmdə bir çox suprizlər edərək bir çox səylər etməklə yanaşı, aparıcı oyunçulardan ən yaxşı performans çıxarmaqla məsləhət görülən bir rejissor olmağa layiq biridir." deyə qeyd etdi.
Kələkötür ürəkotu
Kələkötür ürəkotu (lat. Cardamine hirsuta) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin ürəkotu cinsinə aid bitki növü. == Sinonimləri == Arabis heterophylla G.Forst. ex DC. Cardamine africana subsp. borbonica (Bojer) O.E. Schulz Cardamine angulata Regel [Illegitimate] Cardamine borbonica Bojer Cardamine fagetina Schur Cardamine hirsuta var. apetala Soó Cardamine hirsuta f. apetala Soó Cardamine hirsuta var. exigua O.E.Schulz Cardamine hirsuta var. formosana Hayata Cardamine hirsuta f. glabra Schweinf.
Liraşəkilli ürəkotu
Liraşəkilli ürəkotu (lat. Cardamine lyrata) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin ürəkotu cinsinə aid bitki növü.

Digər lüğətlərdə

медве́жьи невоспламеня́емость нестра́шный низи́нка переу́чиваться подвеселя́ть подуча́ться прозва́ние профсо́юз атрофи́роваться дива́нчик хлами́да bullock flea flirtatious grazer mithridatism octopodes sidestroke tar camphor through-stone unachievable букашка копать нескрываемый