ÜRƏKBULANDIRICILIQ
ÜRƏKBULANMASI
OBASTAN VİKİ
Ürəkbulanma
Ürəkbulanma — diffuz diskomfort və narahatlıq hissi, bəzən qusma istəyi kimi qəbul edilir. Ağrılı olmasa da, uzun müddət davam etdikdə zəiflədici bir simptom olur və sinə, qarın və ya boğazın arxasında narahatlıq hissi yaradır. Qidalanma səhvləri, zəhərlənmələr, qarın boşluğu orqanlarının, mərkəzi sinir sistemin xəstəlikləri, hamiləlik, COVİD-19 və s. səbəb ola bilər. Kilo itkisi ilə müşayiət olunan bəzi xəstəliklərdə (xərçəng, QİÇS) ürəkbulanma daim ola bilər və beləliklə həyat üçün təhlükə yaradar. Ürəkbulanma və qusmanı öyrənən tibb sahəsinə emetologiya deyilir. == Səbəbləri == Mədə-bağırsaq infeksiyaları (37%) və qida zəhərlənməsi kəskin ürəkbulanma və qusmanın ən çox yayılmış səbəbləridir. Dərmanların yan təsirləri (3%) və hamiləlik zamanı tez-tez olur.Xroniki ürəkbulanmanın bir çox səbəbi var. Ürəkbulanma və qusma halların 10%-də diaqnoz qoyulmamış qalır. Uşaqlıqdan sonra həkimə müraciətlərin sayı yaşla davamlı olaraq azalır.
Ürəkbulanma (dəqiqləşdirmə)
Ürəkbulanma — tibbdə.
Ürəkbulanma (roman)
“Ürəkbulanma” (fr. La Nausèe, ilk adı Melanxoliya) — Jan Pol Sartrın ilk əsəri. Bu əsəri o Havrda dərs dediyi vaxtlarda yazıb. Ürəkbulanma yazıçının dilimizə tərcümə olunmuş ilk əsəridir. Jan – Pol Sartrın həyatından, əsərlərindən, nəzəri və fəlsəfi işlərindən, siyasi fəaliyyətindən xəbəri olan hər kəs başa düşür ki, bu heç də təsadüfi deyil. Sartr bütün dünyaya özünü 1938 – ci ildə bu kitabla tanıdıb. “Ürəkbulanma” əsəri Sartrın bundan sonrakı bütün əsərlərinə öz “xüsusi” təsirini göstərib. Müəllifin qaldırdığı mövzular movcudluq fəlsəfəsi üçün xarakterikdir: İnsan taleyi, xaos, qorxu hissi, ümidsizlik, çarəsizlik. Əsər XX əsrin 60 – cı illərində tələbə hərəkatlarının, demokratik və maoist hərəkatların həm iştirakçısı, həm də simvolu olub. Roman oxucuya Rokentenin gündəliyi şəklində təqdim olunur.

Digər lüğətlərdə

бунта́рствовать вы́чернить недосы́пка хирома́нтик в го́ру идти верну́ться затупля́ть лучи́нушка микрофильми́рование многокра́тные числа наве́дать просто́й разлуча́ться снеголо́м темпера́ментность толсте́ть anti-Gallican cookie-pusher escort bureau master hand Pan-Germanism procuratrix бодаться загалдеть невосприимчивый