ÜS

(üssü)
baza; hava üssü – aviabaza
baza
ÜRÜN
ÜSLENMEK
OBASTAN VİKİ
Qübbət-üs-Səxrə
Qübbətüs-Səxrə (ərəb. قُبَّة الصَّخْرَة‎ – Qaya günbəzi; "səxrə" (صخرة qaya) sözü ərəb dilindəki "səhra" (صحراء çöl) sözü ilə səhv salınmamalıdır) — Müasir dövrümüzə qədər gəlib çıxan ən qədim İslami tikililərdən biri. Bəzilərinin yanlış olaraq əl-Əqsa kimi bildiyi məscid, əslində Qübbətüs-Saxra məscididir. əl-Əqsa məscidi isə bu abidənin qiblə istiqamətində yerləşən, ondan daha böyük və geniş başqa bir abidədir. Bu tikili müsəlmanlar arasında məsciddən çox ziyarətgah kimi tanınır. İnanca görə məscidin ortasındakı qaya parçası boşluqda asılı durmuşdur. Peyğəmbər meraca yüksələrkən qorxmamaq üçün Allah tərəfindən ona boşluqda duran qaya parçası göstərilmişdir. Məhz bu əlamətlərinə görə bəziləri bu daşı müqəddəs sayırlar. Qübbət-üs-Səxrə 685-691-ci illərdə Əməvi xəlifəsi Əbdülməlik ibn Mərvan tərəfindən inşa etdirilmişdir. Müsəlman memarların ilk dəfə olaraq Qübbə formasında inşa etdikləri bu məscid səkkizguşəlidir.
Vadi-üs-Salam
Vadi-üs-Salam və ya Sülh vadisi (ərəb. وادي السلام‎) — İraq şiələrin müqəddəs Nəcəf şəhərində yerləşən İslam qəbiristanlığıdır. Bu, dünyanın ən böyük qəbiristanlığıdır. Qəbiristanlıq 1,485.5 acre (601.16 ha; 6.01 km2; 2.32 kv. mil) ərazini əhatə edir və 6 milyondan çox cəsəddən ibarətdir. Hər il milyonlarla zəvvar cəlb edir.
Üs (Val-d'Uaz)
Üs (fr. Us) — Fransada bələdiyyə, region — İl-de-Frans, departament — Val-d'Uaz, rayon — Pontuaz, kanton — Vinyö. Əhalisi — 1.247 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 39 km şimal-qərbində, Serji bələdiyyəsinin 10 km şimal-qərbində yerləşir.
Elektroerrozion üsulu
Elektroerrozion üsulu- mexaniki emala tamamlayıcı bir üsul olub elektrik keçirən hissələrin hazırlanmasında tətbiq olunur. Mürəkkəb metallik hissələrin hazırlanmasında bu üsulun yeri əvəz olunmazdır. Çünki, frezləmə üsulunun tətbiqi verilən hissənin həndəsəsindən asılıdır. Böyük dərinlikdə (> 200 mm) yerləşən mürəkkəb konturların effektiv frezlənməsi alətin uzunluğunun məhdud olmasına görə və ya da dəqiqlik baxımından mümkün deyildir. Belə səthlərin emalını elketroerrozion üsulu ilə aparmaq əlverişlidir. Bu üsulun ən çox tətbiq olunduğu sahə dəmir tərkibli metal formaların hazırlanmasıdır. Elektroerrozion üsulunda metalların emalının iki variantını göstərmək olar: elektrodla emal; məftillə emal. Bü iki kəsmə variantını birləşdirən onların eyni fiziki prinsipə malik olmasıdır. Elektroerrozion üsulu ilk dəfə olaraq rus alimləri Lazarenko B.R. və Zolotıx B.N. tərəfindən ixtira edilərək, onun elekrtotermiki nəzəriyyəsi işlənmişdir. Prosesin iş prinsipi emal olunan səthlərin elektrolit bir mühitdə erroziyasına, yəni aşınmasına əsaslanır.
Elmi üsul
Elmi metod — elmi ictimaiyyətin öz fəaliyyətində rəhbər tutduğu kateqoriyalar, dəyərlər, tənzimləmə prinsipləri, əsaslandırma üsulları, nümunələr və s. sistemi. Metod hadisələrin öyrənilməsi, sistemləşdirilməsi, yeni və əvvəllər əldə edilmiş biliklərin korreksiyası üsullarını əhatə edir. Əqli nəticələr obyekt haqqında empirik(müşahidə edilə bilən və ölçülə bilən) məlumatlara əsaslanan mülahizə qaydaları və prinsiplərindən istifadə etməklə aparılır. Müşahidələr və təcrübələr məlumat əldə etmək üçün əsasdır. Müşahidə olunan faktları izah etmək üçün fərziyyələr irəli sürülür və nəzəriyyələr qurulur, onların əsasında öz növbəsində öyrənilən obyektin modeli qurulur. Elmi metodun mühüm cəhəti, onun hər hansı bir elm üçün ayrılmaz hissəsi nəticələrin subyektiv şərhini istisna edən obyektivlik tələbidir. Heç bir izah, hətta nüfuzlu alimlərdən gəlsə belə, təbii qəbul edilməməlidir. Müstəqil yoxlamanı təmin etmək üçün müşahidələr sənədləşdirilir və bütün ilkin məlumatlar, metodlar və tədqiqat nəticələri digər alimlərə təqdim olunur. Bu, təkcə eksperimentləri təkrarlamaqla əlavə təsdiq əldə etməyə deyil, həm də sınaqdan keçirilən nəzəriyyəyə münasibətdə eksperimentlərin və nəticələrin adekvatlıq (əsaslılıq) dərəcəsini tənqidi qiymətləndirməyə imkan verir.
Eyler üsulu
Ardıcıl yaxınlaşma üsulunda hər bir yaxınlaşmada müəyyən inteqrallar hesablanır. Əksər hallarda müəyyən inteqralları dəqiq üsullarla hesablamaq mümkün olmur və təqribi üsullardan istifadə olunur. Tutaq ki, y ′ ( x ) = f ( x , y ) {\displaystyle y^{\prime }(x)=f(x,y)} diferensial tənliyinin y ( x 0 ) = y 0 {\displaystyle y(x_{0})=y_{0}} başlanğıc şərtini ödəyən həllini [ a , b ] {\displaystyle [a,b]} parçasında tapmaq tələb olunur [ a , b ] {\displaystyle [a,b]} parçasını h {\displaystyle h} addımı ilə n {\displaystyle n} bərabər hissəyə bölək: h = b − a n , x i = x 0 + i h , ( i = 0 , 1 , 2 , … ) {\displaystyle h={\frac {b-a}{n}},x_{i}=x_{0}+ih,(i=0,1,2,\ldots )} [ x k , x k + 1 ] {\displaystyle [x_{k},x_{k+1}]} parçasında tənliyini inteqrallayaq. ∫ x k x k + 1 y ′ ( x ) d x = ∫ x k x k + 1 f ( x , y ) d x {\displaystyle \int \limits _{x_{k}}^{x_{k+1}}y^{\prime }(x)\,dx=\int \limits _{x_{k}}^{x_{k+1}}f(x,y)\,dx} y ( x ) | x k x k + 1 = ∫ x k x k + 1 f ( x , y ) d x ⇒ y ( x k + 1 ) = y ( x k ) + ∫ x k x k + 1 f ( x , y ) d x {\displaystyle y(x)|_{x_{k}}^{x_{k+1}}=\int \limits _{x_{k}}^{x_{k+1}}f(x,y)\,dx\Rightarrow y(x_{k+1})=y(x_{k})+\int \limits _{x_{k}}^{x_{k+1}}f(x,y)\,dx} (1) [ x k , x k + 1 ] {\displaystyle [x_{k},x_{k+1}]} parçasında f ( x , y ) {\displaystyle f(x,y)} funksiyasının qiymətini sabit, ( x k , y k ) {\displaystyle (x_{k},y_{k})} nöqtəsindəki qiymətinə bərabər götürsək (1) aşağıdakı kimi yazılar: y ( x k + 1 ) = y ( x k ) + f ( x k , y k ) ( x k + 1 − x k ) = y ( x k ) + f ( x k , y k ) h {\displaystyle y(x_{k+1})=y(x_{k})+f(x_{k},y_{k})(x_{k+1}-x_{k})=y(x_{k})+f(x_{k},y_{k})h} (2) (2) ( x k , y k ) {\displaystyle (x_{k},y_{k})} nöqtəsində tənliyin y ( x ) {\displaystyle y(x)} həllinə çəkilmiş toxunanın tənliyidir. Sanki [ x k , x k + 1 ] {\displaystyle [x_{k},x_{k+1}]} parçasında tənliyin həlli abisisi x k {\displaystyle x_{k}} olan nöqtədə çəkilmiş toxunana paralel və ( x k , y k ) {\displaystyle (x_{k},y_{k})} nöqtəsindən keçən düz xətt parçası ilə əvəz olunur. Nəticədə həllə yaxın sınıq xətləri alırıq ki, bu sınıq xəttə Eyler sınıq xətti deyilir.
Fiziki-kimyəvi analiz üsulları
Fiziki-riyazi təhlil üsulu
Fiziki-riyazi təhlil üsulu vasitəsilə atmosferdəki fiziki proseslərin öyrənilməsi həyata keçirilir. Belə ki, fiziki proseslərin izahı ancaq fiziki qanunlar vasitəsilə verilə bilər. XX əsrdə bu üsulun köməyi ilə meteoroloji məsələlərin həllində böyük nailiyyətlər əldə olunmuşdur. Məsələn, fizikanın ümumi qanunlarına əsaslanaraq atmosfer proseslərini təsvir edən differensial tənliklər tərtib olunmuşdur. Bu tənliklər mürəkkəb xarakterə malik olduğu ucun onlar ədədi üsullarla və kompüter texnikasının köməyilə həll olunur. Bütün bunların nəticəsidir ki, müasir dövrdə qeyri-adi güclü tədqiqat üsulu – atmosfer proseslərinin riyazi modelləşdirilməsi üsulu geniş tətbiq olunmağa başlanmışdır. Bu üsul əsasən havanın ədədi proqnozunun hazırlanmasında və iqlim nəzəriyyəsi məsələlərinin həllində çox geniş istifadə olunur. Məhz bu üsul atmosferin və onun okean və Yer səthi ilə qarşılıqlı əlaqələrinin öyrənilməsinin əsas üsullarından biridir.
Gürcüstan üsyanı (2009)
Gürcü qiyamı – 5 may 2009-cu ildə paytaxt Tiflisin 30 km şərqində, Gürcüstanın Muxrovani adlı məntəqəsində olan gürcü ordusu tank taborunun üsyanı. Üsyana qatılan hərbi qulluqçuların sayı dəqiq bilinmir. Üsyanın qaldırıldığı günün sonrakı saatlarında Gürcüstan Daxili İşlər Nazirliyi üsyançıların təslim olduqlarını açıqladı. Tabor komandanı da daxil olmaqla, liderlərindən bəziləri həbs edildi, digərləri qaçmağa nail ola bildi. Üsyan hökumətin Gürcüstanın sabitliyini pozmaq və Mixail Saakaşvilini öldürmək üçün rus dəstəkli sui-qəsd olduğunu iddiasını açıqladıqdan sonra meydana çıxdı. Gürcü səlahiyyətli şəxslər daha sonra süui-qəsd planı ilə əlaqəli ittihamlarını və Rusiyanın dəstəklədiyi iddialarını geri çəkdi. == Üsyandan əvvəl == Gürcüstan 2008 Cənub Osetiya müharibəsindən sonra qeyri-sabitlikdən təsirlənmişdi. 2009-cu ilin aprel ayından etiraz mitinqlərində Gürcüstan rəhbəri Saakaşvilinin istefası istənilirdi. Mart ayında Demokratik Hərəkat – Birləşmiş Gürcüstan siyasi partiyasının 9 üzvü qanundan kənar silah saxladıqlarına görə həbs edildilər. Həmin dövrlərdə bir neçə üst səviyyəli hökumət nümayəndəsi Saakaşvilinin Cənubi Osetiya və Abxaziyanın separatçı bölgələrini rus hakimiyyətinə buraxan uöursuz müharibəni başlatdığına görə müxalifətə keçdi.
Gəmiçi (Üskü)
Gəmiçi (fars. گميچي‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. Gəmiçi Şahı adasında yerləşir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 527 nəfər yaşayır (184 ailə).
Gəncə üsyanı
Gəncə üsyanı (1231)
Gəncə üsyanı (1231)
Gəncə üsyanı və ya Usta Bəndər üsyanı — 1231-ci ildə Gəncədə Usta Bəndərin başçılığı ilə Xarəzmşahlara qarşı qalxmış üsyan. == Tarixi == Hadisələrin şahidi olan tarixçi Nəsəvi yazırdı ki, Cəlaləddinin iqamətgahı olan Gəncədə xarəzmlilərin hakimiyyətinə qarşı üsyan əhvali-ruhiyyəsi çoxdan mövcud idi. Bu hərəkatda şəhər əhalisinin bir qismi fəal iştirak edirdi. Üsyana qalxmış əhali şəhər hakiminin sarayını dağıtdı, məmurlar və qulluqçular öldürüldü, şəhərdəki Xarəzm qornizonu məhv edildi. Cəlaləddinin üsyançılarla danışıqları bir nəticə vermədi, az sonra Cəlaləddin özü qoşun hissələri ilə Gəncə ətrafında məskən saldı və üsyançılara əminamanlıq vəd etdi. Lakin üsyançılar şəhərdən çıxaraq sultan ordusuna hücum etdilər. Amma Xarəzm ordusu üsyançıları geriyə çəkilməyə məcbur etdi. Cəlaləddin üsyanı yatırtdı, üsyan rəhbərlərindən 30 nəfəri edam etdirdi, Bəndər isə tikə-tikə doğrandı.
Gəncə üsyanı (1826)
Gəncə üsyanı - 27 iyul, 1826-cı ildə Gəncədə Rusiya müstəmləkəçiliyi əleyhinə güclü üsyan. 1826-cı il Gəncə üsyanı Gəncə xanlığının 1804-cü ildə Rusiya tərəfindən işğalından sonra çar üsul-idarəsinə qarşı ilk kütləvi çıxış idi. == Erkən hadisələr == Gəncənin sonuncu xanı Uğurlu xan olmuşdur. Atası Cavad xan ruslarla müharibədə şəhid olandan sonra xanlığın qanuni varisi kimi rus işğalına qarşı mübarizə aparmışdır. Uğurlu xan 1781-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Sarayda təhsil almışdı. Gəncə şəhəri ruslar tərəfindən işğal edildikdən və atası Cavad xan şəhid olduqdan sonra 1804–cü ilin yayında Gəncə xanlığı əhalisi ilə birlikdə rus ordusuna qarşı üsyan qaldırsa da, gəncəlilər məğlub olmuşdular. Məğlub olan gəncəlilər Qacar İranına köçməyə məcbur qalmışdı. Uğurlu xan həm də Xurşudbanu Natəvanın ana tərəfdən babasıdır. 1826-ci ildə Azərbaycanın ruslar tərəfindən işğal olunmuş torpaqlarını azad etmək üçün İran ərazisində yerləşən Qacar dövləti ordu hazırlamışdı.
Gəncə üsyanı (1920)
Gəncə üsyanı — Sovet işğalına qarşı 1920-ci il mayın 26–31-də Gəncədə baş vermiş xalq üsyanı. Üsyanın məqsədi Azərbaycanı sovet işğalından azad etmək, kommunistlərin özbaşınalığına son qoymaq idi. Bu üsyan XX əsrdə Azərbaycanın işğal edilməsinə qarşı baş vermiş ən böyük və ən çox itkiyə səbəb olmuş üsyandır. Üsyanın təşkilatçıları və istiqamətverici qüvvəsi Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabitləri idi. Üsyanın təşkilində başlıca olaraq, Azərbaycan ordusunun 1-ci piyada diviziyası, 3-cü Gəncə alayının şəhərdə olan bölmələri, 3-cü Şəki süvari alayının təlim komandası, bir topçu batareyası, diviziya qərargahına tabe olan komendant bölməsinin şəxsi heyəti iştirak edirdi. Qaçaq Qəmbər, Sarı Ələkbər, qaçaq Qasım Kolaxani, qaçaq Mikayıl və başqaları da öz silahlıları ilə birlikdə Gəncə üsyanında iştirak edirdilər. Üsyan etmiş orduya ətraf kəndlərin də ordusu qoşuldu. Onların sayı 10 min nəfərdən çox idi. Üsyan ərəfəsində şəhərin daxilində və ətrafında XI Qırmızı Ordunun XX atıcı diviziyasının hissələri mövqe tutmuşdu. Diviziyanın 178-ci və 180-ci atıcı alayları şəhərin erməni məhəlləsində, 3-cü briqadanın rabitə taboru və komendant bölməsi isə şəhərin azərbaycanlılar yaşayan məhəlləsində idi.
Gəncə üsyanı - 1920 (kitab)
Gəncə üsyanı – 1920 — Azərbaycanlı telejurnalist, araşdırmaçı yazar Xanlar Bayramovun 1920-ci il Gəncə üsyanı barədə sənədlər və materiallardan ibarət tədqiqat kitabı. == Məzmun == Kitab sovet işğalına qarşı 1920-ci il mayın 26-31-də Gəncədə baş vermiş xalq üsyanını əks etdirir. Azərbaycanın işğal edilməsinə, onun dövlət müstəqilliyinə son qoyulmasına qarşı xalqın kütləvi və mütəşəkkil müqaviməti burada sənədlər və materiallarla təsvir olunur. Üsyan 1920-ci il mayın 24-dən 25-nə keçən gecə Gəncədə Azərbaycanın sovetləşməsinə etiraz əlaməti olaraq başlanıb. Ağır zərbədən sarsılan istiqlal mücahidləri Gəncəyə toplaşaraq üsyana qalxdılar. Üsyanın təşkilatçıları və istiqamətverici qüvvəsi Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabitləri idi. Mayın 23-də üsyan başçılarının sonuncu müşavirəsi keçirildi. Müşavirədə Azərbaycan ordusunun təchizat rəisi general Məhəmməd Mirzə Qacar, 1-ci piyada diviziyasının komandiri general-mayor Cavad bəy Şıxlinski, süvari diviziyasının komandiri Teymur bəy Novruzov, 3-cü Şəki süvari alayının komandiri polkovnik Cahangir bəy Kazımbəyli və başqaları iştirak edirdilər. == Nəşr və tərcümə == İlk dəfə Bakıda 2010-cu ildə Ləman nəşriyyatında, 2019-cu ildə isə Bakı Kitab Klubunda 280 səhifədə təkrar nəşr edilib. Kitabın təkrar çapına Yüksəl Bağırov da dəstək olub.
Gəncə üsyanı – 1920 (kitab)
Gəncə üsyanı – 1920 — Azərbaycanlı telejurnalist, araşdırmaçı yazar Xanlar Bayramovun 1920-ci il Gəncə üsyanı barədə sənədlər və materiallardan ibarət tədqiqat kitabı. == Məzmun == Kitab sovet işğalına qarşı 1920-ci il mayın 26-31-də Gəncədə baş vermiş xalq üsyanını əks etdirir. Azərbaycanın işğal edilməsinə, onun dövlət müstəqilliyinə son qoyulmasına qarşı xalqın kütləvi və mütəşəkkil müqaviməti burada sənədlər və materiallarla təsvir olunur. Üsyan 1920-ci il mayın 24-dən 25-nə keçən gecə Gəncədə Azərbaycanın sovetləşməsinə etiraz əlaməti olaraq başlanıb. Ağır zərbədən sarsılan istiqlal mücahidləri Gəncəyə toplaşaraq üsyana qalxdılar. Üsyanın təşkilatçıları və istiqamətverici qüvvəsi Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabitləri idi. Mayın 23-də üsyan başçılarının sonuncu müşavirəsi keçirildi. Müşavirədə Azərbaycan ordusunun təchizat rəisi general Məhəmməd Mirzə Qacar, 1-ci piyada diviziyasının komandiri general-mayor Cavad bəy Şıxlinski, süvari diviziyasının komandiri Teymur bəy Novruzov, 3-cü Şəki süvari alayının komandiri polkovnik Cahangir bəy Kazımbəyli və başqaları iştirak edirdilər. == Nəşr və tərcümə == İlk dəfə Bakıda 2010-cu ildə Ləman nəşriyyatında, 2019-cu ildə isə Bakı Kitab Klubunda 280 səhifədə təkrar nəşr edilib. Kitabın təkrar çapına Yüksəl Bağırov da dəstək olub.
Heyvan üslubu
Heyvan üslubu — Avrasiyanın Aşağı Dunaydan, Şimali Qara dəniz bölgəsindən və Xəzərönü çöllərindən Cənubi Ural, Sibir və Çinin şimal-qərb hissəsinə qədər geniş ərazilərində e.ə VII–IV əsrlərdə inkişaf etmiş tarixi bədii üslubdur. Fərqli ifadədə: "Qədim incəsənətdə geniş yayılmış üslubun şərti adıdır. Ayrı-ayrı heyvanların, onların bədən hissələrinin, habelə bir neçə heyvanın mürəkkəb kompozisiyalarının təsvir əsas fərqləndirici xüsusiyyətidir. Tunc dövründə bir sıra xalqlar arasında yaranmış, xüsusilə dəmir dövründə geniş yayılmışdır. Heyvan üslubu zaman və məkanda qeyri-adi geniş yayılmasına və müxtəlif etnik mədəniyyətlərin ənənələrinin mənimsənilməsinə görə müxtəlifdir. Bununla belə, onun ümumi, qabarıq görünən xüsusiyyətləri vardır ki, bu da qədim sənətin bu tarixi-mədəni hadisəsini ayrıca bədii üslub kimi ayırmağa əsas verir. Heyvan üslubunun tarixi-regional müxtəlifliyi "Skif-Sibir dünyası" üçün xarakterik olan "Skif-Sibir heyvan üslubu" adlanan üslubdur. O heyvanların xüsusi təsvir tərzi ilə seçilir. Avrasiya çöllərinin, o cümlədən Cənubi Sibir ərazisinin Son Tunc və Erkən Dəmir dövrlərinin mədəniyyətlərində geniş şəkildə təmsil olunur. Erkən Dəmir dövrü dövründə köçəri maldar xalqları arasında "bir çox ortaq xüsusiyyətlərə malik mədəniyyətlər yaranırdı.
II Vaçenin Sasanilərə qarşı üsyanı
II Vaçenin Sasanilərə qarşı üsyanı — 457-463-cü illərdə alban hökmdarı II Vaçenin zərdüştlükdən vaz keçərək başlatdığı Sasanilərə qarşı üsyanıdır.
Infraqırmızı spektroskopiya üsulu ilə üzvi maddələrin tədqiqi
İnfraqırmızı spektroskopiya — infraqırmızı şüaların təsiri ilə maddələrin tərkibindəki dəyişikliklərin təyin edilməsində istifadə olunan spektral analiz üsullarından biridir. Hələ 1882–1900-cü illərdə Edvard Festinq 52 birləşmənin "IQ" spektrini almış və müşahidə olunan udmanın bu molekullardakı funksional qruplarla əlaqəsini göstərmişdir. Bu üsulun daha da təkmilləşməsində Amerika fiziki Uilyam Kobelsin böyük əməyi oldu. Hələ 1903-cü ildə o, NaCl prizmasından istifadə edərək yüzlərlə üzvi və qeyri-üzvi maddələrin tam infraqırmızı spektrlərini almışdır. İQ spektroskopiyanın inkişafı İQ interferometrlərinin meydana gəlməsi ilə bağlı olmuşdur ki, bunlar da 70-ci illərdə təkmilləşərək kompüterləşmiş və Furye çevrici ilə təchiz olunmuş halda dünya bazarlarına çıxarılmışdır. Spektrlərdəki ehtizazi və fırlanma dalğa uzunluğu 1–50µ arasındadır. Mineralogiyada və kristalloqrafiyada infraqırmızı spektroskopiya mineral qarışıqlarının kəmiyyət analizi və tutuşdurulması; mineralın quruluşundakı H2O-nun təbiətini müəyyən etmək, onların əmələ gəlməsində bir kriteriya kimi quruluşun nizamlanma dərəcəsini araşdırmaq üçün və başqa hallarda istifadə olunur. Spektroskopiya maddə ilə elektromaqnit şüaların qarşılıqlı təsirini, maddənin struktur quruluşunu və onu təşkil edən atomların və molekulların öyrənilməsidir. Spektroskopiya elektromaqnit şüalanmanın – qamma şüaların, X-şüaların (rentgen şüaları), infraqırmızı şüaların, görünən və ultrabənövşəyi şüaların, mikrodalğanın və radio tezliklərin bütün sahəsini istifadə edir. İnfraqırmızı spektroskopiya spektroskopiyanın bir bölməsidir ki, infraqırmızı diapazonda üzvi və qeyri-üzvi birləşmələrin buraxılma, udulma və əksolunma spektrləri əldə edilir və araşdırılır.
Kamboca üsyanı (1820)
1820-ci il Kamboca üsyanı — Kambocada Kay adlı rahibin başçılıq etdiyi vyet əleyhinə üsyan. 1819-cu ildə khmer işçiləri Vyetnam Vinh Te kanalını yenidən qurmağa məcbur olmuşduar. Khmer işçiləri ağır iş şəraitində istismar edilmiş, bu da kanalın tikintisi zamanı yorğunluqdan və nəticədə xəstəlikdən minlərlə insanın ölümünə səbəb olmuşdur. Fövqəltəbii güclərə sahib olduğunu iddia edən, əslən Vatsambaurdan olan rahib Kay vyetnamlılara qarşı üsyan qaldırmışdır. Kay khmerlər üçün müqəddəs Baphnumu tutmuş və özünü kral elan etmişdir. Onun ardıcıllarının çoxu Teynin ətrafındakı ərazidə xidmətə götürülmüşdür. Bir çox buddist rahiblər onun qüvvələrinə qoşularaq vyetnamlıları öldürmüşdür. Üsyançılar Pnompenə doğru yürüş etmiş, üç Kamboca generalı – Tyaophraya Tey, Narin Kol və Nayke onlara qoşulmuşdur. Kral II Anq Tyan paytaxtdan qaçmaq istəmiş, kömək almaq üçün Sayqona məktub göndərmişdir. Vyetnam ordusu üsyançıları məğlub etmiş, onların çoxunu öldürmüşdür.
Kamboca üsyanı (1840)
1840-cı il Kamboca üsyanı — Kambocada, Preyvenq və Baphnum ətrafında Vyetnam əleyhinə üsyan. 1840-cı ildə Kamboca kraliçası Anq Mey vyetnamlılar tərəfindən taxtdan salınmış, həbs olunmuş, qohumları və kral reqaliyası ilə birlikdə Vyetnama köçürülmüşdür. Bu hadisədən qəzəblənən bir çox Kamboca əyanı və onların ardıcılları Vyetnam hakimiyyətinə qarşı üsyan qaldırmışdır. Üsyançılar Kamboca taxtına başqa bir iddiaçı şahzadə Anq Zıonqu dəstəkləyən Siama müraciət etmişdir. III Rama cavab vermiş və Anq Zıonqu taxt-taca oturtmaq üçün siam qoşunları ilə birlikdə Banqkokdakı sürgündən azad etmişdir. Vyetnamlılar həm Siam qoşunları, həm də Kamboca üsyançıları tərəfindən hücuma məruz qalmışdı. Daha da pisi, Koxinxinada bir neçə üsyan baş vermişdir. Əsas Vyetnam qüvvəsi bu üsyanları yatırmaq üçün Koxinxinaya yürüş etmiş. Vyetnamın yeni imperatoru Thyeu Tri sülh əsaslı həll yolu axtarmağa qərar vermişdir Trantay general-qubernatoru Trıonq Min Zyanq geri çağırılmışdır. Zyanq həbs olundu və daha sonra həbsxanada intihar etdi.
Keys üsulu
Keys üsulu və ya Keys metodu (ing. Case method; case-study) == Hadisənin öyrənilməsi == Hadisənin öyrənilməsi (case study) hadisəni yaradan səbəblərin, onun hərəkət verici amillərinin aşkara cıxarılması məqsədilə bu hadisənin bütün dərinliyi ilə tədqiq edilməsindən ibarətdir. === Hadisənin öyrənilməsi metodu === Hadisə öyrənilməsi metodundan təhsil, sosial psixologiya, sosiologiya, siyasət, iqtisadiyyat kimi sahələrdə istifadə edilir. Məsələn, sahibkar olmaq istəyən bir şəxsin, öz işini açarkən keçdiyi mərhələləri öyrənmək və analiz etmək bu sahədəki çatışmazlıqlar və hansı addımlar atılarsa onların aradan qaldırıla bıləcəyi haqqında qiymətli məlumatlar verə bilər. Psixologiya sahəsində son dövrlərə qədər hadisənin öyrənilməsindən ən çox istifadə olunan yer neyropsixologiya idi. Tədqiqiatçılar beynin müxtəlif sahələrinin zədələnməsinə məruz qalmış insanların davranışındakı dəyişiklikləri öyrənərək sinir sisteminin fəaliyyəti haqqında dəyərli məlumatlar əldə edə bilirlər. Gündəlik psixologiyada isə insan davranışının, onun səbəblərinin öyrənilməsi üçün uzun müddət ümumiyyətlə kəmiyyət tədqiqiatlarına üstünlük verilmişdir, həm də tədqiqatlar daha çox laboratoriya təcrübələri üzərində qurulmuşdur. Lakin son illər təbii şəraitdə aparılan və ümumi şəkildə çöl tədqiqatları adlanan üsullara diqqət yetirilməyə başlandı. Bir çox tədqiqatçılar psixologiyanın gələcəyinin məhz təbii şəraitdə aparılan tədqiqatlar üzərində qurulacağını ehtimal edirlər. === Hadisə öyrənilməsi metodunun tipləri === Tədqiqat metodlarına aid ədəbiyyatda hadisənin öyrənilməsi üsulunun bir neçə tipi göstərilir.
Kompression-distraksion üsulu
Kompression-distraksion üsulu — Sümüklərin sınığı qədim zamanlardan çox zəhmət tələb edən, çox vaxt müvəffəqiyyətsizliklə nəticələnən xəsarətlərdən sayılır. Keçmiş zamanlarda sınıqları müalicə etmək üçün yumurta, saqqız sarğılarından, adi taxta parçalarından, palma yarpağından istifadə edilmişdir. Bu əməliyyatı sadə sınıqçılar və yaxud xalq həkimləri yerinə yetirirdilər. Naşı adamların müalicə etdiyi xəstələrin çoxu ya axsayır, ya da onlarda başqa fəsadlar baş verirdi. Açıq sınıqların müalicəsi daha çətin olurdu. Çox hallarda yaralar irinləyir, irin sümüyə keçir və tibbi dilində desək, “osteomielit” xəstəliyi əmələ gəlir. İlk dəfə məşhur rus cərrahı, müasir cərrahiyyənin atası Nikolay Piroqov sümük sınıqlarında gips sarğılarından istifadə etmişdi. Bu üsul cərrahiyyədə bir inqilab olub, hələ indi də istifadə edilir. Sonra fransız alimləri daimi dartma üsulunu tətbiq etməyə başladılar ki, bu, bir çox üstün cəhətlərə malikdir. Xəstə bir qədər hərəkətli olur və bir çox fəsadların qarşısı alınır.
Kuşan-i Mirzə Rəhim (Üskü)
Kuşan-i Mirzə Rəhim (fars. كوشن ميرزارحيم‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 81 nəfər yaşayır (24 ailə).
Kükürd qazından təmizlənmə üsulları
Kükürd qazından təmizlənmə üsulları — Sənaye müəssisələrində atmosfer havasına buraxılan tullantı qazları ayrı-ayrı zərərli kimyəvi birləşmələrdən təmizlənməsi üçün hər bir maddənin kimyəvi xassələri ilə şərtlənən spesifik üsuldur. == Kükürd qazı == Atmosferi kükürd qazı (SO2)ilə ən çox çirkləndirən mənbələr əlvan metallurgiya, istilik-energetika və sulfat turşusu istehsal qurğularıdır. == Qrupları == Havaya buraxılan qazları kükürd-4-oksiddən təmizləməyin üsullarını 2 qrupa bölmək olar: Sonradan sərbəst halda çıxarmadan təmizləmə; Utilləşdirmək məqsədilə sonradan sərbəst halda çıxarılmaqla təmizləmə. Kükürd qazından təmizlənən tullantı qazlar seçilən üsuldan asılı olaraq öncədən təmizləyici qurğunun işinə mane olan bərk hissəciklərdən, hidrogen-sulfiddən, nəmdən, oksigendən və başqa maddələrdən ayrılmalıdır. == Kükürd qazını zərərsizləşdirməyin üsulları == Kükürd qazını zərərsizləşdirməyin mühüm üsulları aşağıdakılardır: Maqnezit üsulu Əhəng üsulu Ammonyaklı tsiklik proses Ammonyak turşu üsulu Quru ammonyak üsulu Manqan-oksid üsulu İonitlərlə SO2-nin təmizlənməsi == Maqnezit üsulu == Burada tərkibində SO2 olan qazlar maqnezium-oksid suspenziyasından keçirilərək maqnezium-sulfitə çevrilir. == Əhəng üsulu == Bu üsulda qazlar əhəngli suspenziyadan keçirilir. Üsul ucuzdur və udulma tam gedir. == Ammonyaklı tsiklik proses == Burada qazlar ammonyak məhlulu ilə alçaq temperaturda absorbsiya edilir, sonra qızdırılaraq ondan sərbəst şəkildə ayrılır. Absorbsiya prosesində ammonium-sulfit və ammonium-hidrosulfit əmələ gəlir. == Ammonyak turşu üsulu == Bu üsulda kükürd qazı ammonium-sulfit məhlulu ilə udulur, sonra H2SO4 əlavə edilməklə ondan ayrılır.
Külək üstü boğazı
Külək üstü (boğazı) — Karib dənizi ilə Atlantik okeanı birləşdirir. Kuba adasını Haiti adasından ayırır. Yamayka boğazının cənub-qərb davamını təşkil edir. Eni 77 km, maksimal dərinliyi 1700 m təşkil edir. Avropadan ABŞ-nin qərbinə (Panama kanalı) gedən əsas dəniz yolu üzərində yerləşir. Kubanın quantanama vilayətindən Haitinin işıqları açıq-aydın görünür.
Kürdabad (Üskü)
Kürdabad (fars. كرداباد‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2.150 nəfər yaşayır (410 ailə).
Kürdlər (Üskü)
Kürdlər (fars. كردلر‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 2.654 nəfər yaşayır (678 ailə).

Digər lüğətlərdə