ÜSTÜÖRTÜLÜ


1. sif. Üstü örtülmüş, üstü açıq olmayan, örtüsü olan, örtülü.
Ancaq təktük üstüörtülü faytonlar içində miniklər görünürdü. S.M.Qənizadə.
Üstü-örtülü, qara bir maşın gecənin sakitliyini pozdu. S.Vəliyev.

2. məc. Aydın olmayan, örtülü, müəyyən olmayan, eyhamlı, üstüpərdəli.
[Şamama Cadu:] Üstüörtülü sözdən fayda yoxdur. Ə.Haqverdiyev.

// Zərf mənasında. Üstüörtülü danışmaq.
[Əliqulu:] Yaxşı, baxarıq! – deyə, üstüörtülü bir cavab verib ayrıldım. S.Rəhman.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÜSTÜÖRTÜLÜ bağlı — qapalı — yumulu
  • ÜSTÜÖRTÜLÜ gizli
ÜSTÜNLÜK
ÜSTÜPƏRDƏLİ

Digər lüğətlərdə

багрение бере́менный назубри́ть отва́лка плебе́йство хитрова́тый альтер э́го глу́бже мечта́тельность наклёпка насто́йка прое́зжая разви́лочка религиове́дческий счётчик эди́пов солныш chatoyant nicker reasonably rip down sphenoidal апельсинный взлётный стимул