ÜSYANÇI

is.
1. Üsyanda iştirak edən, üsyan iştirakçısı.
[Qəhrəman:] Gah bizim qoşun, gah da üsyançılar qalib gəlirdilər. H.Nəzərli.
[Komandan:] Məqsəd xalqı qırmaq deyil, üsyanı yatırdıb, üsyançıları ələ gətirməkdir. Ə.Haqverdiyev.

2. məc. Haqsızlığa və ya bir şeyə dözməyib, öz narazılığını, hiddətini fəal surətdə bildirən adam; üsyankar.
İndi [Muradda] mühitinə qarşı bir üsyançı ruhu vardı. S.Hüseyn.

Синонимы

  • ÜSYANÇI ÜSYANÇI, ASİ, QİYAMÇI (bax)
  • ÜSYANÇI bax: üsyankar
ÜSYAN
ÜSYANÇILIQ
OBASTAN VİKİ
Naməlum üsyançı
Naməlum üsyançı və ya Tank Man — 1989-cu ildə Tyananmen meydanında iğtişaş zamanı yarım saat ərzində tank sütununun qarşısını tək kəsən insanın şərti adıdır. Onun ən tanınmış fotosu Ceff Uaydner tərəfindən "Pekin" mehmanxanasının 6-cı mərtəbəsindən çəkilmişdir. Fotoda Type-59 tanklarının sütunu qarşısında silahsız dayanmış adam göstərilir.
Üsyançı anarxizm
Üsyançı anarxizm və ya qiyamçılıq - hədəfləri inqilabi zorakılıq, silahlı mübarizə, hərəkət və təbliğat yolu ilə dövlətin təxribatçı tənqidini irəli sürməkdir. Üsyançı anarxizm həm fərdiyyətçi, həm də daha az dərəcədə sosial anarxizmdən təsirlənir. Bununla belə, Müasir qiyamçı anarxistlərin əksəriyyəti fərdiyyətçi, Eqoizm və ya inqilabdan çox qeyri-qanunilikdən üsyana və akselerasiyaçılığa qədər post-sol anarxist inanclar toplusu ilə əlaqələndirilir.

Значение слова в других словарях

одино́кий растворе́ние рахити́чный чарти́стский житейское мо́ре источа́ть метеороло́гия обрамить перелете́ть под фла́гом сопоставля́ть такы́рный чисти́льный штукова́ть agricrime cloghead decollate owner poison-bearing tsar unbolted воочию гербаризировать тувинец чертёжник