ÜTÜ

is. Paltar, parça və s. ütüləmək üçün işlədilən, kömür və ya elektriklə qızdırılan dəmir alət. Elektrik ütüsü.
□ Ütü çəkmək – bax ütüləmək.
Xanpəri çay dəmlədikdən sonra dünən yuyulmuş paltarlara ütü çəkirdi. Ə.Vəliyev.
[Sona] paltarına ütü çəkir, düymələrini bərkidirdi. B.Bayramov.

Omonimlər

  • ÜTÜ ÜTÜ I is. Paltarı qaydaya salan alət. Başqa qadınlar paltar yuyur, ütü çəkir, tikiş tikir, patefon oxudub kef edirdilər (Ə
ÜTMƏK
ÜTÜK
OBASTAN VİKİ
Ekstremal ütüləmə
Ekstremal ütüləmə və ya qısaca EÜ – insanların ekstremal yerlərdə paltar ütüləməyə çalışdıqları ekstremal idman növü. Ekstremal Ütüləmə Bürosuna görə bu idman növü dünyada ən təhlükəli idman növlərindən biridir. Medianın ekstremal ütüləməyə olan marağının səbəblərindən biri də ekstremal ütüləmənin həqiqətən idman növü olub-olmadığı məsələsidir. Ekstremal ütüləmə dağlıq ərazilərdə, meşədə, heykəllərin üstündə, küçənin ortasında, magistral yolda, suyun dibində, donmuş gölün buz təbəqəsinin altında kimi yerlərdə yerinə yetirilə bilər. Hətta paraşütlə tullanaraq və xizək sürərək ekstremal ütüləmə edən şəxslər də var. == Tarix == Ekstremal ütüləmə Tom Hayam tərəfindən 1980-ci ildə İngiltərədə yerləşən Yorkşir Deyls Milli Parkında ixtira edilmişdir. O, bacanağı Con Sleyterin düşərgə çadırında ütüləməyə davam etməsindən ilhamlanmışdır. 1990-cı ilə kimi Toni ütü və ütü stolunu özü ilə daşıyaraq qəribə yerlərdə ütüləmə ilə məşğul olmuşdur. İdman növü ilə məşğul olanların çoxu isə hesab edir ki, ekstremal ütüləmə ilk dəfə 1997-ci ildə İngiltərənin Lester şəhərində Fil Şou tərəfindən başladılmışdır. Şou həmin dövrdə Lesterdə bir fabrikdə işləyirdi və ev işlərinə vaxt ayırmaqda çətinlik çəkirdi.
Ütük səhləb

Digər lüğətlərdə