ÜZDƏN

zərf
1. Az dərinlikdə, dayaz. Üzdən belləmək.
2. məc. Səthi, dərindən olmayaraq. Əsərlə üzdən tanış olmaq.
◊ Üzdən görmək (getmək) – mahiyyətinə varmamaq, çox dərinə getməmək, səthi baxmaq, ürəyinə salmamaq.
[Vaqif:] Ay Molla Vəli, – dedi, – bu, insanın özündən asılıdır, insan gərək üzdən getsin, çox dərinə əl aparmasın. Çəmənzəminli.
Bu vaxta qədər Şirzad elə bilirdi ki, Yarməmməd üzüyola bir məzlumdur, hər şeyə inanır, hadisələri üzdən görür. M.İbrahimov.

Üzdən iraq – özündən sonra gələn (adətən deyilməsi münasib olmayan) sözün və ya ifadənin təsirini azaltmaq üçün ara söz kimi işlədilir.
[Zeynal:] …Bir kişinin, üzdən iraq, bir eşşəyi qalıbmış. Ə.Əbülhəsən.

Üzdən olmaq – biabır olmaq, abrı getmək.
Əzizim, üzdən oldum; Söhbətdən, sözdən oldum; Bir bivəfa yolunda; Ağladım, gözdən oldum. (Bayatı).

Sinonimlər (yaxın mənalı sözlər)

  • ÜZDƏN səthi — ötəri — başdansovma — dilucu — gözucu

Antonimlər (əks mənalı sözlər)

  • ÜZDƏN ÜZDƏN – DƏRİNDƏN Üzdən özünü elə aparırdı ki, guya onları ürəkdən istəyəndir (“Azərbaycan”); Gülsabah Əbilin gözlərinə baxıb dərindən köksünü ötürdü (
ÜZDƏ
ÜZDÜRMƏ
OBASTAN VİKİ
Üzdəniraq ada
"Üzdəniraq ada" — yazıçı Rövşən Yerfinin geniş oxucu kütləsinin rəğbətini qazanmış bu əsəri Azərbaycanın müstəqillik illərinin başlanğıc dövründə cəzaçəkmə müəssisələrinin həyatından bəhs edən və xidmət əməkdaşı tərəfindən yazılan ilk romandır. == Əsər haqqında == Əsərdə cəzaçəkmə müəssisələrində yaşanan hadisələr realistcəsinə təsvir edilir. Azərbaycanın roman ədəbiyyatında detektiv janrının əsasını yaradan yazıçı Cəmşid Əmirovun oğlu ədliyyə polkovniki Çingiz Əmirovun xatirəsinə ithaf olunmuşdur. == Qısa məzmunu == Hadisələr cəzaçəkmə müəssisələrindən birində baş verir. Əsərdə iki baş qəhrəman var: cəza evinə işləməyə göndərilən gənc leytenant Şəfi və sevgisinə görə "cəzalandırılan" məhkum Əziz. Roman rəis Əliməmməd, rəis müavinləri Rasim, Bəhram, dəstə rəisi Cəbrayıl, məhkum İltifat, Topuş, Çandriko kimi maraqlı surətlər və onlarla məhkumun cinayət tarixçələri ilə zəngindir. == Çapı == Roman üç dəfə: 2004, 2009, 2012-ci illərdə çap olunub. Kitabxana.net və Milli Kitabxana İnformasiya Mərkəzinin elektron kitabxanasında yayımlanır. == Xarici keçidlər == "Üzdəniraq ada" kitabı təqdim olundu Arxivləşdirilib 2016-09-10 at the Wayback Machine "Cibə, evə narkotik atmaqla həbs etmək mənəvi iflasdan xəbər verir" (Müsahibə) Rövşən Yerfi. Üzdəniraq ada (əsərdən parçalar) Rövşən Yerfinin "Üzdəniraq ada" kitabının təqdimat mərasimi (Video) Rövşən Yerfinin "Üzdəniraq ada" - ilk kitabının təqdimatı.
Üzdənoba
Üzdənoba — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Kənd 1999-cu ildə yaradılmışdır. == Toponimikası == Üzdənoba oyk., mür. Qusar r-nunun Şirvanovka i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. Əsli Uzdenobadır. Uzden ləzgi dilində "azad kəndli" deməkdir. Görünür, kəndin əhalisi hansısa münasibətlə vergidən azad edildiyindən oba bu adı almışdır. Uzden komponentini şəxs adı hesab edənlər də var. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 407 nəfər əhali yaşayır.

Digər lüğətlərdə

альтруи́зм бирю́чий бурха́н докра́ивать невозврати́мый обваля́ть переведе́нец предпосла́ть противоэпидеми́ческий техно́лог фраери́ться вво́сьмеро возгорди́ться пола́зить пуэрторика́нка ширококоле́йка волвянка цукан despotically fabricate reforest schoolteacher shoreman technostructure здравый