ÜZ VURMAQ
ÜZƏNGİ
OBASTAN VİKİ
Üzeyir Mehdizadə
Üzeyir Bəxtiyar oğlu Mehdizadə (19 may 1990) — Azərbaycanlı bəstəkar-müğənni, meyxanaçı. == Həyatı və yaradıcılığı == Üzeyir Mehdizadə 19 may 1990-cı ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə 14 nömrəli məktəbdə 1-ci sinfə gedib. 2008-ci ildə "Gəl yarına" adlı albomu işıq üzü görmüşdür. 2009-cu ildə isə artıq öz şəxsi studiyasını yaratmış və studiyanın ilk işi olan "O mənim olmalıdır" albomunu ərsəyə gətirmişdir.[mənbə göstərin]2010-cu ildə "O olmasa neynəyərəm" albomu dinləyicilərə təqdim edilib. 2015-ci ildə isə "Əlvida keçmişim", "Dostum", "Onsuzda bəxti qarayam", "Səndən ötrü", "Bunu da örgənəcən" adlı mahnıları daşıyan albomu ilə rekord baxış sayı qazanıb. 2016-cı ildə də Moskvada "Club Arena Star"-da konsert verib. "Ay ölmüş" mahnısı isə 2016-cı ilin ən populyar mahnısı olub.[mənbə göstərin]2014-cü ildə ifa etdiyi və yalnız bir şəkil üzərində olan "Yaxşı olar" mahnısı qısa müddətdə dinləyənlərin rəğbətini qazanmışdır, habelə 50 milyondan artıq baxış sayı[mənbə göstərin] olan musiqiyə 10 iyun 2018-ci ildə (musiqinin 4 illiyinə) "Yaxşı olar" klipi də çəkilmişdir. Üzeyir Mehdizadə dünyanın bir çox ölkə və şəhərlərində konsertlər vermişdir, bunlardan Türkiyəni,[mənbə göstərin] Almaniyanı,[mənbə göstərin] Rusiyanı,[mənbə göstərin] Özbəkistanı,[mənbə göstərin] Qazaxıstanı,[mənbə göstərin] Ukraynanı [mənbə göstərin] və.s qeyd etmək olar. Üzeyir Mehdizadə 2018-ci il tarixində ailə həyatı qurmuşdur == Ailəsi == Atası Bəxtiyar Mehdizadə 1963-cü ildə anadan olub.
Üzeyir Məmmədli
Məmmədli Üzeyir Məhəmməd oğlu (26 avqust 1987, Bərdə) — NİDA Vətəndaş Hərəkatının həmtəsisçisi. Keçmiş siyasi məhbus. == Həyatı == 1987-ci il avqust ayının 26-da Bərdə rayonunun Mollalı kəndində anadan olmuşdur. == Təhsili == 1993-cü ildə N.Quluyev adına Mollalı kənd orta məktəbində daxil olmuşdur. 2004-cü ildə həmin məktəbi bitirmişdir. Elə həmin il 642 balla Bakı Dövlət Universitetinin Hüquqşunaslıq fakultəsinə qəbul olmuşdur. 2008-ci ildə BDU-dan məzun olduqdan sonra, 2008-ci ilin iyulu həqiqi hərbi xidmətə çağırılmışdır. 2009-cu ilin iyul ayı həqiqi hərbi xidməti başa vurmuşdur. == İctimai Fəaliyyəti == Üzeyir Məmmədli 2011-ci ilin fevral ayında NİDA Vətəndaş Hərəkatının yaranmasında iştirak edib və təsisçilərindən biri olub. Həmin vaxt İdarə Heyəti üzvlərindən biri olub.
Üzeyir Novruzov
Üzeyir Novruzov (ing. Uzeyer Novruzov) - Azərbaycanlı sirk ustası. Üzeyir Novruzov hal-hazırda ABŞ-nin Las-Veqas şəhərində yaşayır və 2015-ci ildə qatılıdığı America's Got Talent yarışmasında nərdivanla sərgilədiyi çıxışı ilə məşhurluq əldə etmişdir. == Ginnesin Rekordlar Kitabında == Üzeyir Novruzov 6 metrlik nərdivanda 7 dəqiqə 50 saniyə qalmaqla Ginnesin Rekordlar Kitabına düşüb. Rekordun yenilənməsinin təsdiqlənməsi mərasimi Çinin paytaxtı Pekində keçirilib.
Üzeyir Rüstəmov
Üzeyir Əyyub oğlu Rüstəmov (17 may 1997; Şəmkir rayonu, Azərbaycan — 1 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Üzeyir Rüstəmov 1997-ci il mayın 17-də Şəmkir rayonunun Qılıncbəyli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Üzeyir Rüstəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Üzeyir Rüstəmov oktyabrın 1-də Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Üzeyir Rüstəmov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Üzeyir Rüstəmov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Üzeyir Hacıbəyov (dəqiqləşdirmə)
Üzeyir Hacıbəyov — Azərbaycanın dünya şöhrətli bəstəkar və görkəmli musiqişünas alimi. Üzeyir Hacıbəyov (film, 1965) — Qısametrajlı sənədli film. Üzeyir Hacıbəyov (film, 1976) — Qısametrajlı sənədli film. Üzeyir Hacıbəyov (film, 1986) — Qısametrajlı sənədli film.
Üzeyir Hacıbəyovun heykəli
Üzeyir Hacıbəyovun heykəli — azərbaycanlı bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, Azərbaycan Respublikası himninin bəstəkarı, müsəlman şərqində ilk operanın müəllifi Üzeyir Hacıbəyova ucaldılmış abidə. == Tarixi == 1960-cı ildə Tokay Məmmədovun yaratdığı Üzeyir Hacıbəyov heykəlin hündürlüyü 2,9 metrdir və tuncdan tökülüb. 3,1 metr hündürlükdə olan qranit pyedestalda bəstəkarın adını daşıyan Bakı Musiqi Akademiyasının önündə ucaldılmışdır. == Yenilənməsi == 2014-cü ildə bərpa zamanı heykəl qara rəngə boyanıb bu isə etirazlara səbəb olub. Ekspertlər bildiriblər ki, Abşeron tarixi memarlıq abidələrinin rəngi boz və qumral olaraq qəbul edilib. Bu da Abşeron yarımadasının təbiətinə uyğunlaşdırılıb. Hazırda abidənin parlaq qara rəngə boyanması isə incəsənət aləmində qəbul olunmayıb.
Üzeyir bəy Hacıbəyli
Üzeyir bəy Əbdülhüseyn bəy oğlu Hacıbəyov (azərb. عزير حاجبايوف‎; 6 (18) sentyabr 1885, Ağcabədi, Şuşa qəzası – 23 noyabr 1948[…], Bakı) — Azərbaycan bəstəkarı, dirijor, musiqişünas, publisist, dramaturq, pedaqoq, ictimai xadim. SSRİ xalq artisti (1938). II dərəcəli iki "Stalin" mükafatı laureatı (1941, 1946). "Lenin" ordeni kavaleri (1938). Azərbaycanın müasir peşəkar musiqi sənətinin banisi. Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1945), professor (1940), Azərbaycan Konservatoriyasının rektoru (1928–1929, 1939–1948), Azərbaycan SSR Bəstəkarlar İttifaqının sədri (1938–1948) , 1-ci və 2-ci çağırış SSRİ Ali Sovetinin deputatı (1937, 1941). 1938-ci ildən Sov.İKP-nin üzvü. Azərbaycan SSR himninin və Azərbaycan himninin müəllifidir. Bütöv İslam dünyasında ilk operanın müəllifidir.Bəstəkar eyni zamanda Azərbaycanda və xaricdə bir çox tanınmış bəstəkar və musiqiçilərin pedaqoqu və müəllimi kimi də tanınır.
Üzeyir bəy Hacıbəyov

Üzeyir Hacıbəyov (film, 1965)
== Məzmun == Film görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun həyat və yaradıcılığına həsr olunmuşdur. == Festivallar və mükafatlar == 1) 1967-ci ildə zona kinofestivalı — Film musiqi tərtibatına görə diplom almışdır.
Üzeyir Hacıbəyov (film, 1976)
== Məzmun == Filmdə Azərbaycan xalqının görkəmli sənətkarı, milli operamızın banisi, istedadlı bəstəkar, jurnalist, dramaturq, pedaqoq, ictimai xadim Üzeyir Hacıbəyovun həyat və yaradıcılığından, əsərlərinin səhnə təcəssümündən, onun ev muzeyindən söhbət açılır. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Xamiz Muradov Ssenari müəllifi: Kərim Kərimov Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 377.
Üzeyir Hacıbəyov (film, 1986)
== Məzmun == Kinolentdə dahi bəstəkar Üzeyir Hacıbəyovun ev muzeyində qorunub saxlanılan və nümayiş etdirilən eksponatlar, bəstəkara məxsus şəxsi əşyalar və qiymətli sənədlər öz əksini tapmışdır. == Film haqqında == Film Üzeyir Hacıbəyovun Ev Muzeyinin sifarişi ilə çəkilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Zaur Məhərrəmov Ssenari müəllifi: Kamil Vəliyev Operator: Zaur Məhərrəmov Səs operatoru: Şamil Kərimov == Sponsor == Üzeyir Hacıbəyovun Ev Muzeyi == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 332.
Üzeyir Hacıbəyovun abidəsi (Vyana)
30 may 2006-cı il tarixdə Avstriyanın paytaxtı Vyanada Donauparkda dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun abidəsinin açılış mərasimi olmuşdur. Mərasimdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti, Avstriyanın dövlət və hökumət rəsmiləri, parlamentin üzvləri, Vyana ictimaiyyətinin nümayəndələri, Azərbaycan səfirliyinin əməkdaşları, Avstriya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, sənət adamları, elm və mədəniyyət xadimləri, Avstriyada yaşayan, işləyən və təhsil alan soydaşlarımız iştirak etmişlər.
Üzeyir Hacıbəyovun ev-muzeyi
Üzeyir Hacıbəylinin Ev Muzeyi — Azərbaycan professional musiqisinin banisi, Şərqin ilk operasının "Leyli və Məcnun", Azərbaycan Dövlət Konservatoriyasının (indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası), ilk simli kvartetin, ilk dövlət xorunun yaradıcısı, ilk xalq çalğı alətləri orkestrinin yaradıcısı və Azərbaycan Respublikasının Dövlət Himninin bəstəkarı Üzeyir bəy Hacıbəylinin (keçmiş Verxnyaya priyutskaya, sonralar Ketsxoveli) indiki Ak. Şamil Əzizbəyov 67/69 ünvanında yerləşən 1915-1942-ci illər ərzində yaşadığı evdə təşkil olunmuş muzeydir. == Tarixi == KP MK-nın birinci katibi vəzifəsində çalışan Heydər Əliyevin təşəbbüsü ilə Bakıdakı (keçmiş Verxnyaya priyutskaya, sonralar Ketsxoveli) indiki Şamil Əzizbəyov 67 ünvanında yerləşən – bəstəkarın 1915-1942-ci illər ərzində yaşadığı evdə muzey təşkil olundu və 1975-ci il noyabr ayının 20 –də muzeyin təntənəli açılışı oldu. Muzeyin tərtibatında və hazırlanmasında Azərbaycan xalq rəssamı Kazım Kazımzadənin və memar Eduard Kruikinin böyuk əməyi olmuşdur. Bəstakarın 1915-1942-ci illər ərzində yaşadığı bu evdə onun bir çox əsərləri, o cümlədən Azərbaycan milli musiqisinin tacı olan "Koroğlu" operası bəstələnmişdi. Vaxtı ilə Üzeyir bəyin şəxsi katibi olmuş, sonradan isə ev muzeyinin direktoru vəzifəsində çalışmış Ramazan Həmzət oğlu Xəlilovun təşəbbüsü ilə bəstəkarın şəxsi və ev əşyaları toplanıb muzeyə təhvil verilmişdir. == Muzeyin müxtəlif dövrlərdə direktorları == Şıxıyev N.M (1972-1975) Xəlilov R.H (1975-1999) Xəlilova N.R (01.1999-09.1999) Mirzəzadə S.İ (1999-2005) Fərəcov S.F (2005-) == Strukturu == Muzey 4 otaq (ekspozisiya zalları), şüşəbənd, kinozal, sərgi salonu və administrativ hissədən ibarətdir. == Tabeçiliyi == Muzey Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
Üzeyir Hacıbəyovun heykəli (Sumqayıt)
Üzeyir Hacıbəyovun abidə kompleksi — abidə kimpleksi Azərbaycsn musiqisinin dahi şəxsiyyəti olan Üzeyir Hacıbəyovun şərəfinə ucaldılmışdır. Abidə Sumqayıt şəhəri Üzeyir Hacıbəyov küçəsində ucaldılmışdır. Abidənin müəllifi Sumqayıt şəhərinin baş rəssamı Vaqif Nəzirovun olmuşdur. == Təsviri == Abidə kompleksinin hündürlüyü 12, postamentin oturacaq ölçüsü 7,5 x 7,5 m-dir. Postament royal formasında olub, qara qranitlə üzlənib, yüksələn hissəsi orqan borularının simvolik təsviri kimi işlənmişdir. Abidənin ucalan orqa borularının üzərində, 5 metr yüksəklikdə bürüncdən barelyef vardır. Onun əks tərəfində isə eyni fon üzərində milli musiqi alətləri olan tar, kaman və qavalın tökmə bürüncdən təsviri yerləşib. Abidə quraşdırlarkən ətrafı abadlaşdırılmış və burada park salınmışdır. 1340 kvadrat metrlik abadlaşdırılan sahənin təxminən 740 km² hissəsində tamet döşəmə salınmış, qazon, dekorativ ağac və kollar əkilib, oturacaqlar, müasir işıqlandırma sistemi quraşdırılmışdır. == Tarixi == Abidə komleksinin açılışında Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev, şəhərin idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhər sakinləri iştirak edib.
Üzeyir Hacıbəyovun heykəli (Şuşa)
Üzeyir Hacıbəyovun heykəli — 1985-ci ildə azərbaycanlı bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, Azərbaycan Respublikası himninin bəstəkarı, müsəlman şərqində ilk operanın müəllifi Üzeyir Hacıbəyova doğma şəhəri Şuşada ucaldılmış abidə. Heykəl Şuşa şəhərinin işğalından sonra erməni vandalizminin qurbanı olmuşdur. Şəhər işğaldan azad edildikdən sonra 2021-ci ildə yenidən bərpa olunmuş, avqusun 29-da rəsmi açılışı baş tutmuşdur. == Tarixi == 1985-ci ildə Üzeyir Hacıbəylinin 100 illik yubileyi münasibətilə Şuşada bəstəkarın heykəli ucaldılmışdı. Heykəltaraş Əhməd Salikov tərəfindən hazırlanan abidə 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq tamamilə məhv edilib.Yalnız şəhər işğaldan azad edildikdən sonra heykəlin bərpa edilməsi gündəmə gəlmişdir. == Bərpa edilməsi == Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq bəstəkarın yeni heykəli hazırlanıb. Heykəlin modeli qalmadığından yeni abidə o dövrün mətbuatında dərc olunan və arxivdə saxlanılan fotolar əsasında yaradılıb.Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanan heykəl Şuşa şəhərində öz əvvəlki yerində ucaldılıb. Abidə heykəltaraşlar Aslan Rüstəmov, Teymur Rüstəmov, Mahmud Rüstəmov tərəfindən hazırlanıb.2021-ci il avqustun 29-da Şuşa şəhərində Üzeyir Hacıbəylinin yeni heykəlinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci vitse prezident Mehriban Əliyeva heykəlin üzərindəki örtüyü götürərək heykəlin açılışını ediblər.
Üzeyir Hacıbəyovun qəbirüstü abidəsi
Üzeyir Hacıbəyovun qəbirüstü abidəsi — SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü Ömər Eldarovun yaratdığı kamil, plastik sənət əsəridir.
Üzeyir Abdullayev
Üzeyir Abdullayev (1951–2009) — Beynəlxalq Rus Daması Assosiasiyasının versiyası üzrə rus daması üzrə dünya çempionu (1997) və dama üzrə 37 qat Azərbaycan çempionu, Azərbaycan Respublikasının əməkdar idman ustası (2009). == Həyatı == Üzeyir Abdullayev 1951-ci ildə Bakı şəhərində anadan olub. 1973-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. 38 il idman sahəsində çalışıb. Bu müddətdə 37 dəfə Azərbaycan, 1 dəfə isə dünya çempionu olub. 1997-ci ildə beynəlxalq qrossmeyster, həmçinin beynəlxalq dərəcəli hakim olub. Ü.Abdullayevə 2007-ci ildə Rusiya Federasiyasının Şahmat və Dama İncəsənət Akademiyasının akademiki adı verilib. 2009-cu ilin fevralında isə o, "Azərbaycan Respublikasının əməkdar idman ustası" fəxri adına layiq görülüb. Veteran damaçı son vaxtlar ürək ağrılarından əziyyət çəkirdi. 1996-cı ildən bəri Azərbaycan Gənclər və İdman Nazirliyində aparıcı məsləhətçi vəzifəsində çalışan Ü.Abdullayev elə vəzifəsinin icrası zamanı dünyasını dəyişib.
Üzeyir Abduramanov
Üzeyir Abduramanov (12 (25) mart 1916 – 19 yanvar 1991) — Krım tatarı əsilli Sovet İttifaqı Qəhrəmanı. İkinci dünya müharibəsi zamanı səngər qazmaqla məşğul olub. 15 yanvar 1944-cü ildə Soj çayı boyunca ağır düşmən atəşi altında və qoşunların təhlükəsiz daşınmasını təmin edərək Sovet İttifaqı Qəhrəmanı elan . == Həyatı == 25 mart 1916-cı ildə Krımda dünyaya gəlib. 1933-cü ildə oxuduğu Ticarət məktəbindən məzun olduqdan sonra Simferopol şəhərində işləməyə başlayıb. 1939-cu ildə isə Qırmız Ordu qoşunlarına çağırılıb. 1991-ci ildə Navoiy şəhərində vəfat edib. == Fəaliyyəti == Abduramanov Barbarossa əməliyyatı başlandıqdan bir müddət sonra İkinci Dünya müharibəsində döyüşmək ön cəbhəyə aparıldı; əvvəllər Xalxin Məqsəd müharibəsində döyüşmüşdü. Belarusiyaya keçməzdən əvvəl Stalinqrad döyüşündə iştirak etdi. 1943-cü ildə Qomel rayonundakı münaqişə əsnasında Qırmızı Ordu qoşunlarının irəliləməsi üçün buzlu Soj çayı boyunca bir körpü inşa etmək vəzifəsi verildi.
Üzeyir Hacıbəyli
Üzeyir bəy Əbdülhüseyn bəy oğlu Hacıbəyov (azərb. عزير حاجبايوف‎; 6 (18) sentyabr 1885, Ağcabədi, Şuşa qəzası – 23 noyabr 1948[…], Bakı) — Azərbaycan bəstəkarı, dirijor, musiqişünas, publisist, dramaturq, pedaqoq, ictimai xadim. SSRİ xalq artisti (1938). II dərəcəli iki "Stalin" mükafatı laureatı (1941, 1946). "Lenin" ordeni kavaleri (1938). Azərbaycanın müasir peşəkar musiqi sənətinin banisi. Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1945), professor (1940), Azərbaycan Konservatoriyasının rektoru (1928–1929, 1939–1948), Azərbaycan SSR Bəstəkarlar İttifaqının sədri (1938–1948) , 1-ci və 2-ci çağırış SSRİ Ali Sovetinin deputatı (1937, 1941). 1938-ci ildən Sov.İKP-nin üzvü. Azərbaycan SSR himninin və Azərbaycan himninin müəllifidir. Bütöv İslam dünyasında ilk operanın müəllifidir.Bəstəkar eyni zamanda Azərbaycanda və xaricdə bir çox tanınmış bəstəkar və musiqiçilərin pedaqoqu və müəllimi kimi də tanınır.
Üzeyir Hacıbəyov

Üzeyir İbrahimov
Üzeyir İbrahimov (18 yanvar 1984, Laçın rayonu) — Azərbaycan qapıçı məşqçisi, qapıçı mövqeyində çıxış etmiş keçmiş futbolçusu. al-hazırda Azərbaycanın U-19 Milli yığma komandasında qapıçılar üzrə məşqçi vəzifəsində çalışır. == Həyatı == Üzeyir İbrahimov 18 yanvar 1984-cü ildə Laçın rayonunda anadan olub. 1998-ci ildə yeniyetmələr arasında ölkə çempionu, 2000-ci ildə ölkə çempionatının bürünc mükafatçısı olub. 2004–2006-cı illərdə "Neftçi" FK-nın yeniyetmə komandalarının qapıçılar üzrə məşqçisi işləyib. 2007–2017 ci ildə "İnter" FK-nın əvəzedici komandasında qapıçılar üzrə məşqçi vəzifəsində çalışıb. 2017–2018 ci ildə "Keşlə" FK-nın əvəzedici komandasında qapıçılar üzrə məşqçi vəzifəsində çalışıb. 2007-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin "Maliyyə və kredit" fakultəsini bitirmişdir. UEFA-nın qapıçı məşqçiləri üçün "A" lisenziyalarına malikdir.2010–2012-ci ildə Azərbaycanın U-17 yığma komandasında qapıçıların məşqçisi vəzifəsində işləyib. 2011-ci ildən bu günə kimi Azərbaycanın müxtəlif yaş yığma komandalarında qapıçılar üzrə məşqçi vəzifəsində çalışır.
Üzeyir Şabanbəyov
Üzeyir Şabanbəyov (1902, Zaqatala rayonu və ya Zaqatala – 20 yanvar 1942) — Azərbaycan SSR Dövlət Siyasi İdarəsinin Şərq şöbəsinin rəis müavini.
Üzeyir Əliyev
== Həyatı == 24 fevral 1993-cü ildə Göygöl rayonu [1]Qızılqaya qəsəbəsində anadan olub. == Hərbi xidməti == [2]Ermənistan tərəfindən atəşkəsin pozulması nəticəsində 1993-cü il təvəllüdlü Üzeyr Sabir oğlu Əliyev şəhid olub. Göygöl rayon Qızılqaya qəsəbəsinin sakini Əliyev Üzeyir Sabir oğlu sözügedən qəsəbəyə gətirilib. Doğulduğu evdən son mənzilə yola salınıb. Ü. Əliyev Göygöl [3]Şəhidlər xiyabanında dəfn olunub. Əslən [4]Daşkəsən rayonundan olan Əliyev Üzeyirin 29 yaşı var idi. O, müddətdən artıq xidmət edən hərbi qulluqçu olub. Ü. Əliyev [5]I Qarabağ Müharibəsində şəhid olan Arif Mahmudovun bacısı oğludur.
Üzeyir Hacıbəylinin Ev Muzeyi
Üzeyir Hacıbəylinin Ev Muzeyi — Azərbaycan professional musiqisinin banisi, Şərqin ilk operasının "Leyli və Məcnun", Azərbaycan Dövlət Konservatoriyasının (indiki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası), ilk simli kvartetin, ilk dövlət xorunun yaradıcısı, ilk xalq çalğı alətləri orkestrinin yaradıcısı və Azərbaycan Respublikasının Dövlət Himninin bəstəkarı Üzeyir bəy Hacıbəylinin (keçmiş Verxnyaya priyutskaya, sonralar Ketsxoveli) indiki Ak. Şamil Əzizbəyov 67/69 ünvanında yerləşən 1915-1942-ci illər ərzində yaşadığı evdə təşkil olunmuş muzeydir. == Tarixi == KP MK-nın birinci katibi vəzifəsində çalışan Heydər Əliyevin təşəbbüsü ilə Bakıdakı (keçmiş Verxnyaya priyutskaya, sonralar Ketsxoveli) indiki Şamil Əzizbəyov 67 ünvanında yerləşən – bəstəkarın 1915-1942-ci illər ərzində yaşadığı evdə muzey təşkil olundu və 1975-ci il noyabr ayının 20 –də muzeyin təntənəli açılışı oldu. Muzeyin tərtibatında və hazırlanmasında Azərbaycan xalq rəssamı Kazım Kazımzadənin və memar Eduard Kruikinin böyuk əməyi olmuşdur. Bəstakarın 1915-1942-ci illər ərzində yaşadığı bu evdə onun bir çox əsərləri, o cümlədən Azərbaycan milli musiqisinin tacı olan "Koroğlu" operası bəstələnmişdi. Vaxtı ilə Üzeyir bəyin şəxsi katibi olmuş, sonradan isə ev muzeyinin direktoru vəzifəsində çalışmış Ramazan Həmzət oğlu Xəlilovun təşəbbüsü ilə bəstəkarın şəxsi və ev əşyaları toplanıb muzeyə təhvil verilmişdir. == Muzeyin müxtəlif dövrlərdə direktorları == Şıxıyev N.M (1972-1975) Xəlilov R.H (1975-1999) Xəlilova N.R (01.1999-09.1999) Mirzəzadə S.İ (1999-2005) Fərəcov S.F (2005-) == Strukturu == Muzey 4 otaq (ekspozisiya zalları), şüşəbənd, kinozal, sərgi salonu və administrativ hissədən ibarətdir. == Tabeçiliyi == Muzey Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərir.
Üzeyir ömrü (film, 1981)
Üzeyir ömrü və ya Uzun ömrün akkordları — Xalq yazıçısı, müəllif və rejissor Anarın quruluşunda eyniadlı film. == Məzmun == Film bəstəkar Üzeyir Hacıbəyovun uşaqlıq və gənclik illərini, onun musiqi aləmində ilk müvəffəqiyyətlər qazandığı, istedadlı yazıçı, jurnalist, ictimai xadim kimi fəaliyyətə başladığı bir dövrü əhatə edir. Sənətkar, mübariz ziyalı, gözəl insan. Tamaşaçılar bu nəcib keyfiyyətlərin hamısını Üzeyir Hacıbəyovda görür və dahi bəstəkarın həyat və yaradıcılıq yolu, onun maarifçilik fəaliyyəti, yazıçılıq məharəti ilə tanış olurlar. Filmdə bəstəkarın ayrı-ayrı əsərləri, o cümlədən "Leyli və Məcnun"u, "Arşın Mal Alan"ı və "Koroğlu"sunun səhnə taleyi də öz əksini tapmışdır. == Film haqqında == Filmdə SSRİ Dövlət Filmfondundan və Azərbaycan SSR Mərkəzi Dövlət kinofotosənədlər arxivində saxlanılan bədii və sənədli filmlərdən alınmış fraqmentlərdən istifadə olunmuşdur. Filmdə Üzeyir Hacıbəyovun əsərləri və Azərbaycan xalq musiqisi, habelə Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərlərindən parçalar səslənir. Filmdə "Küləklər şəhəri", "Arşın mal alan", "O olmasın, bu olsun", "Doğma xalqıma", "Bəstəkar Müslüm Maqomayev" filmlərindəki kadrlardan istifadə olunmuşdur. Film SSRİ Dövlət Televiziya və Radio Komitəsinin sifarişilə çəkilmişdir. Film iki seriyalıdır.
Qoşqar Üzeyirov
Qoşqar Üzeyirov (tam adı: Qoşar Müşviq oğlu Üzeyirov; 26 yanvar 2002; Soltannuxa, Qəbələ rayonu — 7 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Qoşqar Üzeyirov Müşviq oğlu 2002-ci il 26 yanvar tarixində Qəbələ rayonunun Soltannuxa kəndində anadan olub. Atası Üzeyirov Müşfiq Birinci Qarabağ müharibəsi veteranıdır. Orta təhsilini 2008-2019 illəri arasında Qəbələ rayonu Soltannuxa kənd məktəbində alıb. == Hərbi xidməti == 2020-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağrılıb. Azərbaycan Ordusunun əsgəri olan Qoşqar Üzeyirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Ağcabədi, Ağdam və Xocavənd istiqamətində gedən döyüşlərdə olub. Qoşqar Üzeyirov noyabrın 7-də Xocəvənd istiqamətində gedən döyüşlər zamanı şəhid olub. 21 noyabr 2020-ci ildə Soltannuxa kənd qəbristanlığında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qoşqar Üzeyirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Üzeyir Hacıbəyov Beynəlxalq musiqi festivalı
Üzeyir Hacıbəyovun yaradıcılığına həsr edilmiş Beynəlxalq musiqi festivalı - festival Azərbaycanda 2009 – cu ildən keçirilir. Festival çərçivəsində ölkənin bir neçə şəhərində tədbirlər keçirilsə də, əsas tədbirlər Bakıda baş tutur. Bundan əvvəl 1995 – ci ildən başlayaraq hər ilin 18 sentyabr günü (Üzeyir Hacıbəyovun doğum günü) musiqi bayramı kimi qeyd olunurdu. Lakin 2009 – cu ildən Beynəlxalq Musiqi Festivalı keçirilməsi haqda qərar qəbul olunub. Festivalın işində azərbaycanlı musiqiçilərlə yanaşı başqa ölkələrdən olan ifaçılar da iştirak edir. Festival zamanı konsertlərlə yanaşı Üzeyir Hacıbəyovun əsərləri əsasında teatr tamaşaları da baş tutur tamaşalarla yanaşı dahi bəstəkarın yaradıcılıq irsini araşdıran elmi konfranslar da keçirilir. Festivalın təşkilatçıları Azərbaycan respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Heydər Əliyev Fondudur. == Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı == Festival 2016-cı il sentyabrın 18-dən 27-dək davam edib. On gün davam edən festival çərçivəsində M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, Kamera və Orqan Musiqisi Zalında, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Azərbaycan Bəstəkarlar İttifaqında, Bakı Musiqi Akademiyasında və digər konsert salonlarında Üzeyir Hacıbəylinin, Azərbaycan klassik musiqisinin digər nümayəndələrinin, dünya şöhrətli bəstəkarların əsərləri yerli və xarici ölkələrin musiqiçilərinin ifasında təqdim olunub. === Festivalın proqramı === .
Üzeyir Hacıbəyov adına "Kimyaçı" Mədəniyyət Sarayı
Üzeyir Hacıbəyov adına "Kimyaçı" Mədəniyyət Sarayı — Sumqayıtda mədəniyyət evi == Tarixi == "Kimyaçı" mədəniyyət sarayı 1986-cı ildə istifadəyə verilmişdir. == Sarayın qarşısındakı meydan == "Kimyaçı" mədəniyyət sarayı istifadəyə verildiyi vaxtdan etibarən sarayın qarşısındakı meydanda respublika və şəhər əhəmiyyətli müxtəlif tədbirlər keçirilmişdir. Bu ərazi Sumqayıt şəhərinin mərkəzində yerləşən ən geniş meydandır. Ümumi ərazisi 5 hektar olan meydanda 2013-cü ildə geniş abadlıq-quruculuq və yaşıllaşdırma işləri aparılmışdır. Meydanda kommunikasiya xətləri və işıqlandırma sistemi tamamilə yenidən qurulmuşdur. Müasir fəvvarə meydana xüsusi yaraşıq verir. == İstinadlar == == Xarici keçidlər == Sumqayıt.
Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası
Bakı Musiqi Akademiyası — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == 1922-ci ildə yaradılıb. BMA-nın tərkibindəki Musiqi Kolleci, (keçmiş A. Zeynallı adına Bakı Musiqi texnikumu) respublikada ən qədim musiqi təhsil ocağı, sonrakı inkişaf mərhələlərində isə bu təhsil bazası əsasında müxtəlif musiqi təhsili verən texnikum və ali məktəblər yaradılmışdır. Bu gün biz qürurla qeyd edə bilərik ki, BMA-nın tarixi ənənələri, məhz bu musiqi kollecinin bazası əsasında formalaşmışdır. BMA-nın hal-hazırda yerləşdiyi binanın (M. İbrahimov küçəsi 8) özülü 1885-ci ildə qoyulsa da, ilk musiqi təhsil ocağı kimi 1895-ci ildən fəaliyyətə başlamışdır. Musiqi məktəbinin əsasını Moskva konservatoriyasının yetirməsi Antonina Nikolayevna Yermolayeva qoymuşdur. 1906-cı il 6 dekabr tarixli 3036 saylı "YRMO"-nun sənədlərində göstərilir ki, A. N. Yermolayevanın təşkil etdiyi özəl musiqi texnikumu 1901-ci ildən "YRMO"nun nəzdində "Bakı Musiqi Sinifləri " adlandırılmışdır. 1915–1916-cı ildə Bakı Musiqi Siniflərinə rəhbərlik etmək üçün Odessa Konservatoriyasının pianoçusu Y. A. Rijinskiy dəvət edilir. O, musiqi siniflərini 24 iyun 1916-cı il tarixli əmri ilə Musiqi texnikumuna çevrilir. Azərbaycan musiqi mədəniyyətinin inkişafında əlamətdar hadisə 1920-ci ilin may ayında olmuşdur.
Üzeyir Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı
Üzeyir Hacıbəyov adına Azərbaycan SSR Dövlət mükafatı — Azərbaycan SSR-də incəsənətin müxtəlif sahələrində fərqlənən mədəniyyət xadimlərinə verilən mükafat. 1966-cı ildə Azərbaycan SSR Nazirlər Soveti tərəfindən təsis edilmişdir. Mükafata layiq görülən şəxslərə "Üzeyir Hacıbəyov Axundov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı" adı, döş nişanı, diplom verilirdi.
Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyası
Bakı Musiqi Akademiyası — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Tarixi == 1922-ci ildə yaradılıb. BMA-nın tərkibindəki Musiqi Kolleci, (keçmiş A. Zeynallı adına Bakı Musiqi texnikumu) respublikada ən qədim musiqi təhsil ocağı, sonrakı inkişaf mərhələlərində isə bu təhsil bazası əsasında müxtəlif musiqi təhsili verən texnikum və ali məktəblər yaradılmışdır. Bu gün biz qürurla qeyd edə bilərik ki, BMA-nın tarixi ənənələri, məhz bu musiqi kollecinin bazası əsasında formalaşmışdır. BMA-nın hal-hazırda yerləşdiyi binanın (M. İbrahimov küçəsi 8) özülü 1885-ci ildə qoyulsa da, ilk musiqi təhsil ocağı kimi 1895-ci ildən fəaliyyətə başlamışdır. Musiqi məktəbinin əsasını Moskva konservatoriyasının yetirməsi Antonina Nikolayevna Yermolayeva qoymuşdur. 1906-cı il 6 dekabr tarixli 3036 saylı "YRMO"-nun sənədlərində göstərilir ki, A. N. Yermolayevanın təşkil etdiyi özəl musiqi texnikumu 1901-ci ildən "YRMO"nun nəzdində "Bakı Musiqi Sinifləri " adlandırılmışdır. 1915–1916-cı ildə Bakı Musiqi Siniflərinə rəhbərlik etmək üçün Odessa Konservatoriyasının pianoçusu Y. A. Rijinskiy dəvət edilir. O, musiqi siniflərini 24 iyun 1916-cı il tarixli əmri ilə Musiqi texnikumuna çevrilir. Azərbaycan musiqi mədəniyyətinin inkişafında əlamətdar hadisə 1920-ci ilin may ayında olmuşdur.
Üzeyir Hacıbəyovun abidə kompleksi (Sumqayıt)
Üzeyir Hacıbəyovun abidə kompleksi — abidə kimpleksi Azərbaycsn musiqisinin dahi şəxsiyyəti olan Üzeyir Hacıbəyovun şərəfinə ucaldılmışdır. Abidə Sumqayıt şəhəri Üzeyir Hacıbəyov küçəsində ucaldılmışdır. Abidənin müəllifi Sumqayıt şəhərinin baş rəssamı Vaqif Nəzirovun olmuşdur. == Təsviri == Abidə kompleksinin hündürlüyü 12, postamentin oturacaq ölçüsü 7,5 x 7,5 m-dir. Postament royal formasında olub, qara qranitlə üzlənib, yüksələn hissəsi orqan borularının simvolik təsviri kimi işlənmişdir. Abidənin ucalan orqa borularının üzərində, 5 metr yüksəklikdə bürüncdən barelyef vardır. Onun əks tərəfində isə eyni fon üzərində milli musiqi alətləri olan tar, kaman və qavalın tökmə bürüncdən təsviri yerləşib. Abidə quraşdırlarkən ətrafı abadlaşdırılmış və burada park salınmışdır. 1340 kvadrat metrlik abadlaşdırılan sahənin təxminən 740 km² hissəsində tamet döşəmə salınmış, qazon, dekorativ ağac və kollar əkilib, oturacaqlar, müasir işıqlandırma sistemi quraşdırılmışdır. == Tarixi == Abidə komleksinin açılışında Azərbaycan Respublikası Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev, şəhərin idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhər sakinləri iştirak edib.
Üzeyir Hacıbəyovun ev-muzeyi (Şuşa)
Üzeyir Hacıbəyovun ev-muzeyi — Azərbaycan bəstəkarı, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyovun Şuşada yerləşən ev-muzeyi.Muzey 1959-cu ildən 1992-ci ilə qədər fəaliyyət göstərmişdir. 1992-ci ildə Şuşa şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra muzey öz fəaliyyətini dayandırmış, eksponatları talanmış muzeyin binası isə dağıdılmışdır. Muzeyin mövcud 1700 eksponatından yalnız 136-nı qorumaq mümkün olub. 2020-ci il noyabrın 7-də Şuşa azad edildikdən sonra muzeydə təmir bərpa işlərinə başlanılıb. == Tarixi == Üzeyir Hacıbəyov 1948-ci il noyabrın 23-də dünyasını dəyişdikdən sonra Azərbaycan SSRİ Nazirlər Soveti onun adının əbədiləşdirilməsi haqqında 1949-cu il fevralın 16-ı tarixində qərar qəbul etmişdi. Qərarın 4-cü bəndində deyilirdi: Ev XIX əsrdə Şuşada tikilib. Bu evdə 1959-cu ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının, Azərbaycan Tarixi Muzeyinin, Mədəniyyət Nazirliyinin və Musiqi Fondunun dəstəyi ilə Üzeyir Hacıbəyovun ev-muzeyi fəaliyyətə başlayıb. İlk vaxtlar bu muzey 4 otaqdan ibarət olub. Sonradan bəstəkarın 100 illik yubileyi ilə əlaqədar 1985-ci ildə muzey genişləndirilmiş, bir hissəsi ikimərtəbəli, digər hissəsi isə birmərtəbəli olaraq memorial evə çevrilmişdir. Mədəniyyət Nazirliyinin tabeliyində olan təşkilatlardan, o cümlədən, Azərbaycan Tarixi Muzeyindən Üzeyir Hacıbəyova aid bir çox əşyalar muzeyə verilib.
Üzeyir Hacıbəyovun heykəli (Bakı, 1960)
Üzeyir Hacıbəyovun heykəli — azərbaycanlı bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, Azərbaycan Respublikası himninin bəstəkarı, müsəlman şərqində ilk operanın müəllifi Üzeyir Hacıbəyova ucaldılmış abidə. == Tarixi == 1960-cı ildə Tokay Məmmədovun yaratdığı Üzeyir Hacıbəyov heykəlin hündürlüyü 2,9 metrdir və tuncdan tökülüb. 3,1 metr hündürlükdə olan qranit pyedestalda bəstəkarın adını daşıyan Bakı Musiqi Akademiyasının önündə ucaldılmışdır. == Yenilənməsi == 2014-cü ildə bərpa zamanı heykəl qara rəngə boyanıb bu isə etirazlara səbəb olub. Ekspertlər bildiriblər ki, Abşeron tarixi memarlıq abidələrinin rəngi boz və qumral olaraq qəbul edilib. Bu da Abşeron yarımadasının təbiətinə uyğunlaşdırılıb. Hazırda abidənin parlaq qara rəngə boyanması isə incəsənət aləmində qəbul olunmayıb.

Значение слова в других словарях

мазу́рничать непого́дный преставле́ние пяде́нь экста́зный каракулево́дство подрыва́ться полиграфи́я трусли́вость ерепениться твань Хотин bicuspid valve condensity high-end loudness preload queue-barge sickness tragicalness worm-fishing негодяйка принять регенератор франк