ÜZLÜK

is.
1. Üz çəkmək üçün yarar parça və s. Döşək üzlüyü.
// Sif. mənasında. Üzlük çit. Üzlük məxmər.
// sif. Bir şeyin üzünə yapışdırmaq, çəkmək üçün yarar, üz çəkmək üçün olan. Üzlük daş. Üzlük material.
2. Üzə taxılan (bəzək və s.).
Əşrəfidən üzlük üzündə göyçək; Boğazı altında sığallı birçək. M.P.Vaqif.

// Qorumaq üçün üzə taxılan şey. Dəbilqə üzlüyü.
// Niqab.
// Maska.
[Təlxək] üzünə dəridən bir üzlük taxıb aşağıda oyun çıxarar və yamsılamaqla pul yığardı. H.Sarabski.

3. Çörəyin üzünə sürtülən yağ və s.

Etimologiya

  • ÜZLÜK 1. Üz sözündəndir (yorğan üzü). 2. Yəhərin qaltağına dəvə, at, öküz və s. gö­­nündən düzəldilən üzdür (“çexol”dur), üz sözündən əmələ gəlib
ÜZLÜ
ÜZMƏ₃

Digər lüğətlərdə