ÜZR

сущ.
1. (уважительная) причина, основание (то, что объясняет, делает понятным чьи-л. действия, поступки и т.п. ). Üzrüm var у меня есть (уважительная) причина, üzr ağla batandır причина резонна, üzr gətirmək приводить причину
2. извинение (просьба о прощении). Üzr istəmək просить извинения (прощения), приносить, принести свои извинения
ÜZMƏK
ÜZRƏ
OBASTAN VİKİ
Üzr videosu
Üzr videosu — məşhur birinin ictimai tənqid və ya əks reaksiyadan sonra üzr istədiyi video. İnternet məşhurlarının üzr istəməsi və ya tənqid və ya əks reaksiyaya video şəklində cavab verməsi adi haldır. Xüsusilə YouTuberlərdən üzrxahlıq videoları bir janr kimi təsvir edilmişdir və platformada mem olmuşdur. Onların əksəriyyəti izləyicilərin rəğbətini qazanmaq üçün məqsədyönlü şəkildə təşkil edilir. Üzrxahlıq videosunu çəkən şəxslər izləyicilərinə uyğunluq, orijinallıq və ya səmimilik göstərmək üçün makiyaj etməməyi, saçlarını səliqəsizləşdirməyi və ya ağlayırmış kimi davranmağı seçə bilər. Xüsusilə videonun əvvəlində məcburi ah çəkmə də tez-tez olur. Çəkiliş yeri ilə əlaqədar olaraq, çoxları videolarında hər hansı bir zənginlik göstərməkdən qaçmaq və daha orijinal görünüş və hiss yaratmaq üçün zəif və ya təbii işıqlandırmadan istifadə etmək istəyə bilər. Bununla üzrxahlıq videosunu çəkən şəxs zəiflik nümayiş etdirmək və auditoriyası ilə arasındakı güvən səviyyəsini artırmaq istəyir. YouTube-da üzr videolarının uzunluğu bir dəqiqədən bir saata qədər dəyişir və adətən qeyri-müəyyən adlandırılır. Bu videoların miniatürü adətən sözügedən YouTube istifadəçisini minimal və ya heç makiyajsız halda səmimi, gözləri yaşla dolu bir ifadə ilə göstərir.
Diasporla İş üzrə Dövlət Komitəsi (Azərbaycan)
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi — Azərbaycan diasporu ilə iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini, xaricdə yaşayan azərbaycanlılar, eləcə də onların təsis etdiyi diaspor təşkilatları, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişləndirilməsini və inkişaf etdirilməsini, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının bu sahə ilə bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. 2002-ci ilin 5 iyulunda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fərman imzaladı. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılması olmuşdur. diasporla iş sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir; diasporla iş sahəsinin inkişafını təmin edir; beynəlxalq hüququn qəbul edilmiş prinsip və normalarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, eləcə də müvafiq xarici dövlətlərin qanunvericiliyi nəzərə alınmaqla, xaricdə yaşayan azərbaycanlıların əsas hüquq və azadlıqlarının həyata keçirilməsinə və onların öz milli varlığını yaşatmasına və inkişaf etdirməsinə, ana dilini öyrənməsinə və tətbiqinin genişləndirilməsinə, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələr qurmasına və inkişaf etdirməsinə köməklik göstərir; xaricdə yaşayan azərbaycanlıların, eləcə də onların təsis etdiyi diaspor təşkilatlarının, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporlarının Azərbaycan Respublikasının dövlət orqanları və qeyri-hökumət təşkilatları ilə əlaqələr qurmalarına və inkişaf etdirmələrinə, Azərbaycan Respublikasının daxili və xarici siyasəti, ölkənin iqtisadi, sosial və mədəni həyatı haqqında düzgün informasiya almalarına şərait yaradır; xaricdə yaşayan azərbaycanlıları, eləcə də onların təsis etdiyi diaspor təşkilatlarını, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporlarını Azərbaycan Respublikasının dövlət müstəqilliyinin və suverenliyinin qorunmasına və möhkəmləndirilməsinə, iqtisadi, sosial və mədəni inkişafına, cəmiyyətin və dövlətin siyasi həyatına, habelə Azərbaycan Respublikası ilə digər dövlətlər arasında qarşılıqlı surətdə faydalı münasibətlərin qurulması və inkişaf etdirilməsi işinə cəlb edir; beynəlxalq hüquq normalarına və müvafiq dövlətlərin qanunvericiliyinə uyğun olaraq xaricdə yaşayan azərbaycanlıların milli-mədəni muxtariyyətlər və ictimai birliklər yaratmaq hüququnun həyata keçirilməsinə yardım göstərir; xaricdə yaşayan azərbaycanlıların vəziyyəti haqqında informasiyanın toplanmasını, təhlilini, qiymətləndirilməsini və bu məqsədlə xüsusi məlumat bankının yaradılmasını təmin edir; qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. Komitə həmçinin xaricdə yaşayan Azərbaycanlıların ölkəmizin mədəniyyəti, tarixi və s. barədə məlumat yaymasına dəstək verir. Məsələn, 2011-ci ilin yanvarında Mərkəzi Avropa Universitetində keçirilən Beynəlxalq Mədəniyyət Festivalında Azərbaycanın da tələbələr tərəfindən təmsil olunmasına komitə dəstək verib. Təşkilat ilk növbədə Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə 29 mart 2019-cu ildə "Azərbaycan Diaspor Könüllüləri" proqramı olaraq fəaliyyətə başlamışdır. Könüllü fəaliyyətə start verilməsinə motiv Azərbaycan Prezidenti İlham Əliyevin 1 fevral 2019-cu ildə Azərbaycan Gənclər Gününə həsr olunmuş toplantıdakı çıxışı olmuşdur. 24 aprel 2019-cu ildə Nizami Kino Mərkəzində "Azərbaycan Diaspor Könüllüləri" proqramının təqdimatı keçirilmişdir.
Dəyanət işləri üzrə rəhbərlik (Türkiyə)
Dəyanət işleri üzrə rəhbərlik — 3 mart 1924-cü il tarixində Şəriət və Vəqflər Nazirliyinin yerinə qurulan, İslam dininin inancları, ibadətləri və əxlaqi prinsipləri ilə əlaqəli işlərin aparılması, cəmiyyəti din haqqında maarifləndirmə və ibadət yerlərinin idarə olunması ilə məşğul olan qurum. Mustafa Kamal Atatürkün əmri ilə 429 saylı qanuna əsasən Türkiyə Cümhuriyyətinin Baş Nazirliyinə bağlı bir təşkilat olaraq quruldu. 9 iyul 2018-ci ildə ölkənin prezidentlik sisteminə keçməsi ilə təşkilat da Cümhuriyyət başçılığının tabeliyinə keçdi. Konstitusiyanın 136-cı maddəsində belə bir bənd yer alır: 2020 üçün illik büdcəsi 11.519.609.000 Tl təşkil edir.
Elm və Texnologiya üzrə Alman İnstitutu
Elm və Texnologiya üzrə Alman İnstitutu (ing. German Institute of Science and Technology – GIST) — Münhen Texniki Universitetinin Sinqapur filialı İnstitut Sinqapur Milli Universiteti və Nanyanq Texnoloji Universiteti ilə Münhen Texniki Universitetinin əməkdaşlığı çərçivəsində 2002-ci ildə fəaliyyətə başlamışdır.
Elm və dünya əlaqələri üzrə Paquoş konfransı
Elm və dünya əlaqələri üzrə Paquoş konfransı (ing. Pugwash Conferences on Science and World Affairs) — sülh, tərksilah və beynəlxalq təhlükəsizlik tərəfdarı olan, nüvə müharibəsinin qarşısının alınması üçün elmi əməkdaşlıq. Paquoş hərəkatı 1955-ci ildə, o cümlədən Albert Eynşteyn, Frederik Jolio-Küri, Bertran Rassel, Maks Born, Leopold İnfeld, Persi Bricmen, Cozef Rotblat və Laynus Polinq daxil olmaqla 11 dünyaca şöhrətli alimlər arasında yaranmışdır. Hərəkat nüvə enerjisinin hərbi məqsədlər üçün istifadəsinə qarşı qurulan konfrans idi. 1957-ci il 7-10 iyul tarixində Amerikalı sənayeçi Sayrus İtonun dəstəyi ilə alimlərin ilk görüşü keçirilmişdir. 1987-ci ildə Paquoş Beynəlxalq Tələbə və Gənclər hərəkatı yaradılmışdır. 2013-cü ildən etibarən Avropa ölkələrinin "AvroPaquoş" Paquoş komitələri birliyi fəaliyyət göstərir və beynəlxalq forumlar hər il müxtəlif ölkələrdə keçirilirdi. Paquoş hərəkat iştirakçılarının ideyalarının yayılması üçün dövri nəşrlər buraxılırdı:"Elm və dünya əlaqələri üzrə Paquoş konfransı"(1957-ci ildən etibarən hər il), "Paquoş Xəbər bülleteni" (1963-cü ildən), "Paquoş Nadir sənədlər" (2000-ci ildən), xüsusi monoqrafiyalar və hesabatlar. 1957-ci ildən 1967-ci ilədək Elm və dünya əlaqələri üzrə Paquoş komitəsinin sədri Bertran Rassel olmuşdur. 1967-ci ildə elm adamları Paquoş Hərəkatının prezidenti vəzifəsini təsis edənlər: Con Kokroft Xouard Flori Frensis Perren Mixail Millonşikov Yevgeni Rabinoviç Hannes Alven Doroti Xockin Cozef Rotblat Maykl Frensis Atya Monokompu Svaminatan Cayanta Canapala 2017-ci ildə Sercio Duarte prezident seçildi..
Fransa Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu
Fransa Statistika və İqtisadi Araşdırmalar üzrə Milli İnstitutu (fr. Institut national de la statistique et des études économiques, qıs. INSEE və ya Insee) — institut Fransada rəsmi statistika hesablamalarını və təhlilini həyata keçirir. İqtisadiyyat, Sənaye və məşğulluq Nazirliyi tərəfindən idarə olunur. Oktyabr ayından etibarən İnstitutun direktoru Jan-Filip Kotidir.
Futbol üzrə 17 yaşadək Avropa Çempionatı 2016
Cədvəl
Futbol üzrə AFR çempionatı 1963/1964
Almaniya Bundesliqası 1963/1964 mövsümü və ya qeyri-rəsmi adı ilə Almaniya Bundesliqasının 1-ci mövsümü — 1963-cü il avqustun 24-dən 1964-cü il mayın 10-na qədər baş tutdu. Nəticədə “Köln” 45 xalla birinci dəfə Bundesliqasının qalibi oldu. “Hamburq”un futbolçusu Uve Zeeler isə 30 qolla Bundesliqanın bombardiri oldu.
Futbol üzrə AFR çempionatı 1964/1965
Almaniya Bundesliqası 1964/1965 mövsümü və ya qeyri-rəsmi adı ilə Almaniya Bundesliqasının 2-ci mövsümü — 1964-cü il avqustun 22-dən 1965-ci il mayın 15-nə qədər baş tutdu. Nəticədə “Verder” Bremen 41 xalla birinci dəfə Bundesliqasının qalibi oldu. “1860 Münhen”in futbolçusu Rudolf Brunnenmayer isə 24 qolla Bundesliqanın bombardiri oldu.
Futbol üzrə AFR çempionatı 1965/1966
Almaniya Bundesliqası 1965/1966 mövsümü və ya qeyri-rəsmi adı ilə Almaniya Bundesliqasının 3-cü mövsümü — 1965-ci il avqustun 14-dən 1966-cı il mayın 28-nə qədər baş tutdu. Nəticədə “1860 Münhen” 50 xalla birinci dəfə Bundesliqasının qalibi oldu. “Borussiya” Dortmundun futbolçusu Lotar Emmerix isə 32 qolla Bundesliqanın bombardiri oldu.
Futbol üzrə AFR çempionatı 1966/1967
Almaniya Bundesliqası 1966/1967 mövsümü və ya qeyri-rəsmi adı ilə Almaniya Bundesliqasının 4-cü mövsümü — 1966-cı il avqustun 20-dən 1967-ci il iyunun 4-nə qədər baş tutdu. Nəticədə "Ayntraxt" Braunşveyq 43 xalla birinci dəfə Bundesliqasının qalibi oldu. "Borussiya" Dortmundun futbolçusu Lotar Emmerix və "Bayern" Münhenin isə 28 qolla Bundesliqanın bombardirləri oldu.
Futbol üzrə AFR çempionatı 1967/1968
Almaniya Bundesliqası 1967/1968 mövsümü və ya qeyri-rəsmi adı ilə Almaniya Bundesliqasının 5-ci mövsümü — 1967-ci il avqustun 18-dən 1968-ci il mayın 24-nə qədər baş tutdu. Nəticədə “Nürnberq” 47 xalla birinci dəfə Bundesliqasının qalibi oldu. “Köln”ün futbolçusu Yoxannes Lor isə 27 qolla Bundesliqanın bombardiri oldu.
Futbol üzrə AFR çempionatı 1968/1969
Almaniya Bundesliqası 1968/1969 mövsümü və ya qeyri-rəsmi adı ilə Almaniya Bundesliqasının 6-cı mövsümü — 1968-ci il avqustun 17-dən 1969-cu il iyunun 7-nə qədər baş tutdu. Nəticədə “Bayern” Münhen 46 xalla birinci dəfə Bundesliqasının qalibi oldu. “Bayern” Münhenin futbolçusu Gerd Müller isə 30 qolla Bundesliqanın bombardiri oldu.
Futbol üzrə AFR çempionatı 1969/1970
Futbol üzrə Amerika Kuboku 2019
Amerika Kuboku 2019 — CONMEBOL tərəfindən təşkil olunmuş sayca 46-cı mövsümünü keçirən Amerika-nın aparıcı futbol turniridir.Amerika Kuboku 2019 futbol turniri 14 iyun-7 iyul 2019-cu il tarixləri arasında Braziliya-nın 5 şəhərinin 6 stadionunda keçirilmişdir. Turnirə qatılan Amerika Kuboku 2015-2016-nın qalibi,iki qat dünya çempionu olan Çili millisi yarımfinalda Peru millisinə məğlub olmuşdur.Üçüncü yer uğrunda mübarizədə isə Argentina millisinə uduzan Çili millisi dördüncü yerdə qərarlaşmışdır. Final oyununda Braziliya millisi Peru millisinə 3–1 hesabı ilə qalib gələrək turnirin qalibi oldu.Argentina millisi 2–1 hesab ilə Çili millisinə qalib gələrək üçüncü yerdə qərarlaşdı. Əslində Amerika Kuboku 2019 futbol turnirinə ev sahibliyini Çili etməli idi.Braziliya isə Amerika Kuboku 2015 futbol turnirinə ev sahibliyi etməli idi.Çünki CONMEBOL qaydalarına görə təşkilatçı ölkə əlifba ardıcıllığı ilə müəyyən olunurdu. Lakin 2013-cü ildəki Konfederasiyalar Kubokuna, 2014-cü ildəki Futbol üzrə Dünya çempionatına və 2016-cı ildəki Yay Olimpiya oyunlarına təşkilatçılıq etdiyinə görə Braziliya namizədliyini geri götürmüşdür. Beləliklə Braziliya və Çili Futbol Federasiyaları ev sahibliyi edəcəyi turnirləri dəyişdirmək qərarına gəldilər. Rəsmi qərar 2012-ci ilin mayında verildi. Çili 2015-ci ildəki turniri öz boynuna almış, 2019-cu ildəki turniri isə Braziliyayaya vermişdir. Amerika Kuboku 2019 12 komandanın daxil olduğu futbol turniridir.Turnir 2020-ci ildə UEFA Avropa Çempionatı ilə üst-üstə düşəcək. 14 İyun 2018-ci ildə BFK-nın Vitse-prezidenti Fernando Sarney Amerika Kuboku 2019 turnirinin Braziliyanın beş şəhərində ( San-Paulu,Rio-de-Janeyro,Salvador,Belo Horizonte və Porto Alegre) təşkil ediləcəyini elan etdi.17 sentyabr 2018-ci ildə oyunların keçiriləcəyi stadionların siyahısı elan edildi.
Futbol üzrə Andorra çempionatının qaliblərinin siyahısı
Futbol üzrə Asiya Super Kuboku
Asiya Super Kuboku (ingl. Asian Super Cup) AFK Çempionlar Liqası və Asiya Kuboklar Kuboku qalibləri arasında keçirilən beynəlxalq futbol yarışıdır. Turnirə 1995-ci ildə start verildi. Ancaq kuboklar vahid olaraq birləşdirildikdən sonra turnir 2002-ci ildə başa çatdı. Asiya Super Kubokunun son qalibi Cənubi Koreyadan olan "Suvon Samsung Bluvinqs" klubu oldu. Aşağıdakı siyahıda Asiya Super Kuboku qalibləri və finalçılarının ölkələrlə nəticələri qeyd olunmuşdur.
Futbol üzrə Asiya kuboklar kuboku
Asiya Kuboklar Kuboku Asiya Futbol Konfederasiyası (AFK) tərəfindən təşkil olunan futbol turniridir. 1991-ci ildə start verilən turnir AFK-ya daxil olan ölkələrin milli kubok sahibləri arasında keçirlir. Asiya Kuboklar Kuboku qalibi Asiya Super Kubokunu qazanmaq üçün AFK Çempionlar Liqası qalibini məğlub etməlidir. Turnir Asiya Çempionlar Kubokuna birləşdirildi və 2002/03 mövsümündən etibarən AFK Çempionlar Liqası adıyla fəaliyyətini davam etdirdi. Futbol üzrə Asiya kuboklar kubokunun statistikası.
Futbol üzrə Avropa çempionatı 1988
Futbol üzrə 8-ci Avropa çempionatı — final turniri 1988-ci il 10-25 iyun tarixində Almaniya Federativ Respiblikasının səkkiz şəhərində keçirilən futbol yarışı. Final turnirində 8 komanda iştirak etmişdir. Onlardan yeddisi seçmə mərhələsində qrup qalibləri olmuş komanda idi. AFR millisi isə çempionatın ev sahibi kimi final turnirinə birbaşa vəsiqə qazanmışdır. Çempionatın keçirilmə sxemi dəyişməmişdir: komandalar iki qrupa bölünərək mübarizə aparmış, hər qrupda ilk iki yeri tutan komanda 1/2 finala vəsiqə qazanmışdır. Avropa çempionu adına Niderland millisi layiq görülmüşdür. Final oyununda Niderland millisinin oyunçusu Rud Qullit və çempionatın bombardiri Marko van Basten SSRİ millisinin qapısından iki cavabsız top keçirmişlər. İngiltərə Danimarka İrlandiya İspaniya İtaliya Niderland SSRİ Almaniya SSRİ finala qədər gəlib çıxsa da simvolik komandanın heyətini heç bir sovet oyunçusu daxil edilməmişdir. Q Hans van Brökelen M Cuzeppe Berqomi M Ronald Kuman M Frank Raykard M Franko Barezi Ym Cuzeppe Cannini Ym Lotar Matteus Ym Yan Vauters H Ruud Qullit H Canluka Vialli H Marko van Basten Çempionatın hesabatı (rus.) RSSSF saytında çempionatın statistikası (ing.) KLİSF saytında çempionatın statistikası (rus.) UEFA Avropa çempionatlarının tarixi. 1988.
Futbol üzrə Avropa çempionatı 1992
Futbol üzrə 9-cu Avropa çempionatı (isv. Europamästerskapet i fotboll 1992, ing. UEFA Euro 1992) — final turniri 1992-ci il 10-26 iyun tarixində İsveçin dörd şəhərində keçirilən futbol yarışı. Final turnirində 8 komanda iştirak etmişdir. Onlardan yeddisi seçmə mərhələsində qrup qalibləri olmuş komanda idi. İsveç millisi isə çempionatın ev sahibi kimi final turnirinə birbaşa vəsiqə qazanmışdır. Bu, 8 komandanın iştirakı ilə keçirilən futbol üzrə sonuncu Avropa çempionatı olmuşdur. Sonrakı çempionatda final turnirinin iştirakçılarının sayı bundan iki dəfə çox idi. SSRİ dağıldığına görə püşkatmadan iki həftə əvvəl SSRİ millisinin yerinə MDB millisinin iştirakına icazə verilmişdir. Danimarka millisinin çempionluğu hamı üçün gözlənilməz olmuşdur.
Futbol üzrə Avropa çempionatı 1996
Futbol üzrə 10-cu Avropa çempionatı (ing. 1996 UEFA European Football Championship) — final turniri 1996-cı il 8-30 iyun tarixində İngiltərənin səkkis şəhərində keçirilən futbol yarışı. İlk dəfə 10-cu Avropa çempionatının final mərhələsində 16 komanda iştirak etmişdir. Komandalar qələbəyə görə 2 yox, 3 xal qazanmışlar. Həmçinin ilk dəfə "qızıl qol" qaydası tətbiq edilməyə başlanmışdır. Oyunların sayının artması azarkeşlərinin sayına da təsir etmişdir. Bu çempionat azarkeş sayına görə bu gün də 3-cü yerdə durur (1 milyon 275 min azarkeş). İlk iki yeri isə 2016-cı il və 2012-ci ilin çempionatları tutur. Çempionatın qalibi finalda Çexiyanı əlavə vaxtda 2 : 1 hesabı ilə məğlub edən Almaniya yığması olmuşdur. Avropa çempionatları tarixində ilk "qızıl qol"u Oliver Birhoff vurmuşdur.
Futbol üzrə Avropa çempionatı 2000
Futbol üzrə 11-ci Avropa çempionatı (nid. UEFA Europees Voetbalkampioenschap België/Nederland 2000; fr. UEFA Championnat Européen du Football Belgique/Pays Bas 2000; alm. UEFA Fußball-Europameisterschaft Belgien/Niederlande 2000‎) — final turniri 2000-ci il 10 iyun-2 iyul tarixində Belçika və Niderlandın toplam səkkis şəhərində keçirilən futbol yarışı. 11-ci Avropa çempionatı ilk dəfə olaraq iki ölkədə — Niderlandda və Belçikada keçirilirdi. Bu final mərhələsində 16 komandanın iştirakı ilə baş tutan ikinci turnir idi. Yarışdan öncə UEFA qaydalarda dəyişiklik etmişdi: Qrup mərhələsindən sonra sarı və qırmızı vərəqələrin hesabı yenidən aparılırdı. Çempionatın qalibi adına finalda İtaliyanı əlavə vaxtda 2 : 1 hesabı ilə məğlub edən Fransa yığması layiq görüldü. Bu, Fransa yığmasının Avropa çempionatları tarixində ikinci uğuru idi. Avropa çempionatları tarixində son "qızıl qol"un müəllifi David Trezege oldu.
Futbol üzrə Avropa çempionatı 2008
UEFA Avropa Kuboku 2008 — 2008-ci il iyunun 7-dən 29-a qədər Avstriya və İsveçrədə keçirilmiş (ev sahibi ölkələr 2002-ci il dekabrın 12-də müəyyənləşmişdir) futbol turniri. Turnirin qalibi İspaniya millisi olmuşdur. Turnirdə 2-si ev sahibi olmaqla 16 komanda iştirak etmişdir (iştirak haqqı 7,5 milyon avro olmuşdur). Komandalardan hər biri iştiraka görə 184 milyon avro almışdır. Avstriyadakı qrup mərhələsi oyunları Vyanada, İsveçrədə isə Bazeldə keçirilmişdir. Çempionat üçün on iki hakim seçilmişdir. Qrup mərhələsində hər oyunda qalib gələn komanda bu qalibiyyətə görə 1 milyon, 1/4-də 2 milyon, 1/2-də 3 milyon almışdır. Final iştirakçısı 4,5 milyon, çempionatın qalibi isə 7,5 milyon avroya sahib olmuşdur. Qalib komanda UEFA-nı 2009-cu ilin FİFA Konfederasiyaları Kubokunda təmsil etmək hüququ əldə etmişdir. Yarışın topu Adidas Avropas, rəsmi tilsimləri tülkülər Triks və Fliks, rəsmi şüarı isə – "expect emotions" (emosiyaları gözlə) olmuşdur.
Futbol üzrə Azərbaycan Kuboku
Azərbaycan Kuboku — Azərbaycan futbol klubları üçün hər il keçirilən müsabiqə. Azərbaycan Kuboku adətən sentyabr ayından maya kimi keçirilir. Azərbaycan Kuboku qalibi Azərbaycanın UEFA klub sıralamasında aldığı yerdən asılı olaraq UEFA Avropa Liqası və ya UEFA Avropa Konfrans Liqasında iştirak hüququ qazanır. Ölkə kubokunun finalında yalnız 16 klub çıxış edib. "Mövsüm" sütunu turnirin keçirildiyi tarixi bildirir. İki matçdan ibarət final oyunları sıra ilə düzülmüşdür. "Hesab" sütununda göstərilən hesablar final matçı barədə məqaləni əks etdirir.
Futbol üzrə Azərbaycan SSR kubokunun qaliblərinin siyahısı
Futbol üzrə ilk Azərbaycan SSR kuboku 1936-cı ildə keçirilib.
FİFA Çimərlik futbolu üzrə Dünya Kuboku
Çimərlik futbolu üzrə Dünya Kuboku — FIFA tərəfindən ildə bir dəfə çimərlik futbolu üzrə keçirilən beynəlxalq turnir. İlk Dünya çempionatı 1995-ci ildə Braziliyada, Rio-de-Janeyro çimərliklərində keçirilmiş və 2001-ci ildə Portuqaliya komandası çempionatda qələbə çalanadək ilk 6 çempionatın qalibi Braziliya yığması olmuşdur. 2005-ci ilədək Dünya çempionatının təşkilatçısı mənzil-qərargahı İspaniyada yerləşən və əsas məqsədi bu idman növünün məşhurlaşdırılması olan BSW (Beach Soccer Worldwide) təşkilatı idi. 2005-ci ildə FIFA-nın strukturunda yeni bölmə — FIFA Beach Soccer S.L. (mənzil-qərargahı Barselona, İspaniya) yaradıldıqdan sonra turnir onun egidası altında keçirilməyə başlandı. Turnirin əvvəlki adı — Beach Soccer World Championships dəyişdirilərək Beach Soccer World Cup oldu. Yəni, dünya çempionatı əvəzinə, dünya kuboku adlandırıldı, oyunların keçirilmə qaydaları və reqlament isə dəyişməz qaldı. Braziliya yığması 16 çempionatdan 13-də qələbə qazanmış, Portuqaliya (2001), Fransa (2005) və Rusiya (2011) isə hərəyə bir dəfə çempion olmuşlar. 1995-2007-ci illərdə turnirə ev sahibliyini daimi olaraq Braziliya yerinə yetirirdi. Lakin, turnir FIFA-nın sərəncamına keçdikdən sonra ev sahibi olacaq ölkənin qitələr üzrə rotasiya qaydasında seçilməsi qərara alındı. Beləliklə, 2008-ci ildə turnir Avropada (Marsel, Fransa), 2009-cu ildə isə Asiyada (Dubay, BƏƏ) keçirildi.

Digər lüğətlərdə