ÜZƏRİNDƏ
ÜZGƏC
OBASTAN VİKİ
Üzərlik
Üzərlik (lat. Peganum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin şorgiləkimilər fəsiləsinə aid bitki cinsi.
Adi üzərlik
Adi üzərlik (lat. Peganum harmala) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin şorgiləkimilər fəsiləsinin üzərlik cinsinə aid bitki növü. == Təbii yayılması == Üzərlik kserofil coğrafi tipinin aralıq dənizi sinfinin şərqi-aralıq dənizi qrupuna aiddir. Qərbi və Şərqi Aralıq dənizi, Balkan və Kiçik Asiya ölkələri, İran, Əfqanıstan, Hindistan, Himalay, Monqolustan, Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 25-70 sm olan çoxillik, çılpaq ot bitkisidir. Gövdəsi düz, budaqlı solğun yaşıl rəngdədir. Yarpaqları növbəli, açılmış hissəciklərə bölünmüş ovalvaridir. Açıq sarı rəngli çiçəkləri 10-15 mm, üzün saplaqlıdır. Meyvəsi bir qədər yastıkürəyəbənzər, üç yuvalı qutucuqdur. May-iyul aylarında çiçəkləyir, iyul-avqust aylarında meyvə verir.
Üzərliktəpə
Üzərliktəpə — Azərbaycanın Ağdam rayonunun Ağdam şəhəri ərazisində qədim yaşayış yeri. Yaşayış yeri Ağdam şəhərinin yaxınlığında yerləşir. Üzərliktəpə təxminən eradan əvvəl II minilliyin sonunda cəmi 3,5 m hündürlüyündə olmuşdur. Üzərliktəpə yaşayış yeri ilk şəhər mədəniyyətini özündə əks etdirən nadir abidələrdəndir. == Qafqazda ilk şəhər tipli yaşayış məskəni == Üzərliktəpəni Ağdamdan Ağcabədiyə gedən indiki şose yolu qismən dağıtmışdır. Təpənin qərb hissəsi hazırda qəbiristanlığa çevrilmişdir. Hələ 1954-cü ildə bu təpə bir çox Azərbaycan və rus alimlərinin diqqətini cəlb etmişdi. Ən maraqlısı o idi ki, bu təpə heç də kurqanlar kimi süni sürətdə yaradılmamışdır. Yəni o, təbii təpədir. Digər tərəfdən yol çəkənlər tərəfindən bu təbii təpənin dağıdılmış hissəsində 3–4 min il bundan əvvələ aid xeyli maddi mədəniyyət qalıqları toplanmışdır.
Üzərliktəpə yaşayış yeri

Digər lüğətlərdə

без изли́шеств иносказа́тельность не трезве́е таранта́сный шедевра́льный зажива́ться конгломера́тный контроли́рование нагрева́тельный одопи́сец па́рень перека́тка перемо́чься позабы́ть пра́чечный стильб учхо́з калужа рипать callant life-station mockingly naked-eye Slave River прокуратура