ÜÇLƏMƏK
ÜÇLÜK
OBASTAN VİKİ
Üçlü hibiskus
Üçlü hibiskus (lat. Hibiscus trionum) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin əməköməcikimilər fəsiləsinin hibiskus cinsinə aid bitki növü. == Sinonimləri == Hibiscus africanus Mill. Hibiscus dissectus Wall. [Invalid] Hibiscus hispidus Mill. Hibiscus trionum var. cordifolius DC. Hibiscus vesicarius Cav. Ketmia trionum (L.) Scop. Trionum annuum Medik.
Üçlü sinir
== İstinadlar ==
"Üçlü spiral" innovasiya modeli
"Üçlü spiral" innovasiya modeli – Universitet-dövlət-sənaye əlaqələri vasitəsilə biliyin yaradılması, yayılması və istifadəsini nəzərdə tutan nəzəri çərçivə.
Böyük üçlük
Big Three – "Böyük üçlük" 1980-ci illərin əvvəllərində bu üçlüyə VisiCorp şirkəti (VisiCalc elektron cədvəl proqramının istehsalçısı), MicroPro şirkəti (WordStar proqramının yaradıcısı) və Ashton-Tate daxil idi Ashton-Tate- dBASE proqramlar seriyasını hazırlamış şirkətdir. Bir vaxtlar bu şirkət proqram təminatı gəlişdiricilərinin "Böyük Üçlüyünə" (BIG THREE) daxil idi. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Böyük üçlük (Klivlend Kavalers)
Böyük üçlük(Big three) Klivlend Kavalers komandasında 2014-2015 sezonundan 2016-2017 sezonuna qədər çıxış etmiş və dəyişməz qalan triodur. Üçlüyün üzvləri Kayri İrvinq, LeBron Ceyms və Kevin Lavdır. Onlar demək olar ki, hər oyunda əsas heyətdə olurdular və komandanın əsas güc mənbəyi idilər. Böyük üçlük komandaları ilə 3 dəfə NBA finalına çıxmışdılar ki, buna 2016-cı ildə final oyununda qalibiyyət də daxil idi. Klivlenddə Böyük üçlük erası 22 avqust 2017-ci ildə, Kayri İrvinqin Boston Seltiksə transferi ilə başa çatdı.
Gənc türklər üçlüyü
Gənc türklər üçlüyü və ya Üç paşalar iqtidarı (osm. اوچ پاشلار, türk. Üç Paşalar) — Osmanlı dövlətinin son dövrlərində, İttihad və Tərəqqi Partiyasına mənsub olan və idarəçilikdə mütləq söz sahibi üç şəxsin, Daxili işlər Naziri və Sədrəzəm Tələt Paşanın, Hərbi Nazir Ənvər Paşanın və Donanma Naziri Əhməd Camal Paşanın de-fakto ittifaqına verilən qeyri-rəsmi ad. == Varislik == 1913-ci ildəki Bab-ı Əli hücumu ilə hakimiyyətə gələn bu üç paşa Osmanlı İmperiyasında bundan sonrakı dövrdə həqiqətdə tək söz sahibi insanlar oldular. Bu dövr Osmanlı İmperiyasının I Dünya Müharibəsində təsliminə qədər sürdü (30 Oktyabr 1918). İsmayıl Ənvər Paşa yalnız bir dəfə hər hansı bir hərbi fəaliyyətə (Sarıkamış Döyüşü) nəzarət etdi və Üçüncü Ordunu xarabalığa buraxdı. Birinci Suez Hücumu və Ərəb üsyanı Əhməd Djemalın ən əhəmiyyətli uğursuzluqlarıdır. Mudros müqaviləsidən sonra,1918-ci il 2 Noyabr günü bir Alman sualtı gəmisi ilə İstanbuldan qaçan Ənvər, Tələt və Camal Paşa daha sonra Erməni Deportasiyasının təsiri ilə edam cəzasına məhkum edildilər. Tələt və Camal Paşa Erməni birlikləri tərəfindən, Ənvər Paşa isə Rus inqilabı ərəfəsində Bəlçivan yaxınlığında baş verən bir döyüşdə öldürüldü. == Türkiyə Cümhuriyyətində nüfuzları == Birinci Dünya müharibəsindən və sonrakı Türk İstiqlal müharibəsindən sonra yeni qurulan Türkiyə Cümhuriyyətinin əhalisinin çoxu, eyni zamanda qurucusu Mustafa Kamal Atatürk Üç Paşanı Osmanlı İmperatorluğunun I Dünya Müharibəsinə girməsinə səbəb olduğu üçün geniş tənqid etdi.
Muğam üçlüyü
Muğam üçlüyü — Azərbaycanın milli musiqi alətləri olan tar, kamança və qaval ifaçılarından ibarət klassik muğam triosu; Azərbaycan muğam dəstgahlarını icra edən ənənəvi sazəndələr ansamblı; xanəndə və sazəndə dəstəsi.Muğam üçlüyün ifa etdiyi vokal instrumental bütöv muğam dəsgahı adlanır. Dəsgah muğamın küll halında, yəni, onun dəramədinin, bütün şöbə və guşələrinin, eləcə də hər şöbənin təsnif və rəng, yaxud diringələrinin ardıcıl ifa olunması deməkdir. Muğam kompozisiyasına daxil olan şöbələr əsərin musiqi-poetik məzmununu müəyyənləşdirən improvizə reçitavit səpkili vokal melodiyalardan ibarətdir. Bunlar dəqiq ritmə malik mahnı və rəqs epizodları ilə əvəzlənir. Mahnı epizodları təsnif, rəqsinki isə rəng adlanır. == Quruluşu == Muğam üçlüyü adından da göründüyü kimi üç nəfərdən ibarətdir. Bu dəstə yeganə çalğıçı üçlüyüdür ki, muğamlar bütöv, dəstgah şəklində, bütün incəlikləri ilə dinləyiciyə çatdırılır. İlk dövrlərdə sazəndə dəstəsində tar, kamança və balabandan, təsnif və rəngləri ifa etdikdə isə dairə, qoşanağaradan istifadə olunurdu. Məşhur tarzən Mirzə Sadıq Əsəd oğlunun tar alətində apardığı yenidənqurma işlərindən sonra artıq gur səsli qoşanağaraya ehtiyac qalmır, bu, xanəndənin əlində tutduğu incə səsli qaval ilə əvəz olunur. Beləliklə, bu dəstə yalnız 3 nəfərdən ibarət olur.
Müqəddəs Üçlük
Üç üqnum (ərəb dilində üqnum أقنوم, yunan dilində hipostasis ὑπόστᾰσις — mahiyyət, sifət deməkdir) və ya təslis — xristianlıqda Tarının üç sifətdən ibarət olması əqidəsi. Xristianlar bu əqidənin insan ağlından üstün olduğunu qəbul etdikləri halda, onu ağla zidd hesab etmirlər. Üç üqnum əqidəsini bəsit bir “üç tanrı” inancı kimi nəzərdən keçirmək yanlışdır. Xristian əqidəsinə görə Tanrı birdir və sifətləri üçdür — Ata, Oğul və Müqəddəs Ruh. Üç üqnum mahiyyətcə vahiddir. Xristianların Müqəddəs Kitabı olan Bibliyada Tanrının bir olması dəfələrlə təsdiq olunmaqda və eyni zamanda Tanrının Ata, Oğul və Müqəddəs Ruh olduğu da deyilməkdədir.Xristianlıq tarixi boyunca Oğlun (İsanın) və Ruhun (Müqəddəs Ruhun) Tanrı olduğunu inkar edən təriqətlər meydana gəlmişdir. Bunlar bir qayda olaraq bütün xristian kilsələri tərəfindən bidət sayılmışdır. Hal-hazırda dünyada Üç üqnum inancını inkar edən ən böyük və məşhur bir təriqət Yehovanın Şahidləridir. Ümumiyyətlə, pravoslav, katolik və protestant olmaqla bütün xristian kilsələri Üç üqnum əqidəsini qəbul edirlər. Pravoslavlıqda Müqəddəs Ruh varlığın yeganə bünövrəsi Ata-Tanrıdan, katolisizmdə isə o, mücəssəmələrini bitişdirən məhəbbət kimi həm Ata-Tanrıdan, həm də Oğul-Tanrıdan gəlir.
Müqəddəs Üçlük Katedrali Tbilisi
Tbilisidəki Müqəddəs Üçlük Kafedralı (gürcü: თბილისის წმინდა სამების საკათედრო ტაძარი Tbilisis cminda samebis sakatedro tadzari), Sameba kimi tanınan (Gürcü: Üçlük üçün სამების ლავრა), Gürcüstan Ortodoks Kilsəsinin baş paytaxtıdır Gürcüstan 1995–2004-cü illər arasında inşa edilən, dünyanın ən hündür üçüncü Şərq Ortodoks katedralıdir və ümumi ərazisinə görə dünyanın ən böyük dini binalarından biridir. Sameba, tarixin müxtəlif mərhələlərində gürcü kilsə memarlığına hakim olan ənənəvi üslubların sintezidir və bəzi Bizans çalarlarına malikdir. == Tarixi == Gürcü Ortodoks Kilsəsinin avtosefaliyasının 1500-cü ilini və İsanın doğumunun 2000-ci ildönümünü qeyd etmək üçün yeni bir katedral tikmək fikri 1989-cu ildə, o vaxtki sovet sovet respublikasının milli oyanışı üçün həlledici bir ildə ortaya çıxdı. 1989-cu ilin may ayında Gürcüstan Pravoslav Patriarxlığı və Tbilisi hakimiyyəti "Müqəddəs Üçlüyün Katedrali" layihəsi üçün beynəlxalq müsabiqə elan etdi. Müsabiqənin ilk turunda yüzdən çox layihə təqdim edildikdə qalib müəyyən edilməmişdir. Nəticədə memar Arçil Mindiaşvilinin layihəsi qalib gəldi. Gürcüstanda sonrakı çalxantılı vətəndaş iğtişaşları bu iddialı planın həyata keçirilməsini altı il təxirə saldı və yalnız 23 noyabr 1995-ci ildə yeni bir kafedralın təməli qoyuldu. Kilsənin inşası "gürcü milli və mənəvi dirçəlişin simvolu" kimi qiymətləndirildi və əsasən bir neçə iş adamının və sadə vətəndaşın anonim ianələri hesabına maliyyələşdirildi. 23 noyabr 2004-cü ildə, Müqəddəs Georgi Günündə, Katedral Gürcüstanın Katolikos-Patriarxı II İliya və dünyanın digər pravoslav kilsələrinin yüksək rütbəli nümayəndələri tərəfindən təqdis edildi. Mərasimdə Gürcüstandakı digər dini və konfessional icmaların liderləri ilə yanaşı siyasi liderlər də iştirak ediblər.
Müqəddəs Üçlük kilsəsi
Müqəddəs Üçlük kilsəsi — Qaxın İngiloy Kötüklü kəndində yerləşən pravoslav kilsəsi. Kilsə XIX əsrdə Qafqazda Pravoslav Xristianlığının Bərpası Cəmiyyəti tərəfindən tikilib. == Hazırda == Qax və Kürmük yeparxiyasına tabedir. 26 oktyabr 2019-cu ildə 1920-ci ildən bəri ilk dəfə Müqəddəs Liturgiya mərasimi keçirilib.
Müqəddəs Üçlük kilsəsi (Antarktika)
Müqəddəs Triniti Kilsəsi — Antarktikada Rusiyanın Bellinshauzen stansiyasının yaxınlığında yerləşən kiçik ortodoks kilsəsidir. Bu bütün şərqi ortodoks kilsələri arasında ən cənubda yerləşənidir. Antarktikada kilsə, hətta monastır yaratmaq fikri 1990cı illərdə yarandı. "Antarktika üçün məbəd" adlı bir xeyriyyə təşkilatı Patriarx Alexis II tərəfindən razılıq aldı və Rusiyanın dörd bir tərəfindən ianələr qəbul etməyə başladı. Onlar Barnauldan olan P.I.Anisfirov, S.G.Rybak və A.B.Schmidt adlı arxitektorlar tərəfindən qazanılan bir yarışma başlatdılar. Kilsə 15 metr hündürlüyündə, ənənəvi rus üslubunda tikilmiş taxta konstruksiyadır. Burada 30 şəxs eyni anda ibadət edə bilərlər.
Müqəddəs Üçlük kilsəsi (Qax)
Müqəddəs Üçlük kilsəsi — Qaxın İngiloy Kötüklü kəndində yerləşən pravoslav kilsəsi. Kilsə XIX əsrdə Qafqazda Pravoslav Xristianlığının Bərpası Cəmiyyəti tərəfindən tikilib. == Hazırda == Qax və Kürmük yeparxiyasına tabedir. 26 oktyabr 2019-cu ildə 1920-ci ildən bəri ilk dəfə Müqəddəs Liturgiya mərasimi keçirilib.
NKVD üçlükləri
Xalq Daxili İşlər Komissarlığı üçlükləri — SSRİ Xalq Daxili İşlər Komissarlığı yanında respublika, diyar və vilayət idarələrində "antisovet elementlərinin" repressiyası üçün əməliyyatların aparılması məqsədi ilə 1937-ci ilin avqust ayından 1938-ci ilin noyabrına qədər faəliyyət göstərmiş inzibati (məhkəmədənkənar) orqandır. Xalq Daxili İşlər Komissarlığı üçlükləri SSRİ Daxili İşlər Komissarının 30 iyul 1937-ci ildə № 00447 "Keçmiş qolçomaqların, cinayətkarların və digər antisovet elementlərin repressiyası əməliyyatı barədə" operativ əmrinə əsasən respublikalar üzrə Xalq Daxili İşlər Komissarlığı rəhbərliyinin (diyar, vilayət), partiya katiblərinin (diyar, vilayət) və respublika prokurorlarının (bölgə, əyalət) rəhbərliyi ilə qurulurdu. Onlar güllələmə, həbs düşərgəsinə sürgün etmə və türmədə 8–10 il həbs cəzası vermək hüququna malik idilər. == Tarixi == 31 iyul 1937-ci ildə SSRİ Daxili İşlər üzrə xalq komissarı Nikolay Yejov "antisovet elementlərin məhvini" qarşısında məqsəd qoyan və "operativ üçlüklərin" üzvlərini müəyyən edən "Keçmiş qolçomaqların, cinayətkarların və digər antisovet elementlərin repressiyası əməliyyatı barədə" 00447 nömrəli operativ əmri imzalamışdır. == Fəaliyyətin nəticələri == 1 oktyabr 1936-cı ildən 1 noyabr 1938-ci ilə qədər SSRİ XDİK orqanları tərəfindən 1 565 041 insan həbs edilmişdir. O cümlədən XDİK-nın 00447 nömrəli əmrinə əsasən 702 656 nəfər həbs edilmişdi. Bu dövr ərzində 1 336 863 nəfər məhkum olunmuşdur ki, onlardan da 668 305 nəfəri (50%) güllələnmişdir. == Xalq Daxili İşlər Komissarlığı üçlüklərinə qarşı repressiya == Üçlüklərin əksər üzvləri 1938-ci ildən sonra repressiya olundular. ÜKP MK və SSRİ XKS ortaq qərarında qeyd olnurdu ki, istintaqları sadələşdirilmiş şəkildə keçirmələrinin nəticəsində "XDİK işçiləri agentura-məlumat işlərini tamamilə başlı-başına buraxıblar", və bu üçlüklərin işində həm də "qanunla müəyyən edilmiş prosessual qaydaların kobud şəkildə pozulması və istintaqın gedişatına məsuliyyətsiz münasibət" öz yerini alıb.
Üçlük əsəri
"Üçlük" əsəri —"Üçlük" ( "Su daşıyan uşaqlar") - Məşhur rus rəssamı Vasili Perov 1866-cı ildə çəkilmişdir. Hal-hazırda əsər Moskvada Tretyakov Qalereyasında sərgilənir. == Əsərin Quruluşu == “Üçlük” əsəri Perovun ən emosional və geniş formata malik əsəridir. Ağır kəndli həyat tərzinə həsr edilmiş əsəri tabloya köçürtmək üçün uzun müddət hazırlıq işləri görmüşdür. Kimsəsiz uşaqlar mövzusuna bir neçə dəfə müraciət etmişdir.( “Kimsəsiz uşaqlar”(1864) ,“Ölünü yola salma”(1865), “Oğlan” (1865), və.s ) === Sujet xətti === Rəssam bu əsərdə uşaq zəhməti mövzusuna muraciət etmişdir. Yorulan, donmuş uşaqlar qarlı havada üzərində çəllək olan ağır sankanı daşıyır. Çəlləkdən axaraq suyun donmuş olması uşaqlara nə dərəcədə soyuq olduğunu göstərir. Buzlu havada külək uşaqların üzünə vurur. Əsərin sol tərfində olan it uşaqların yan tərəfində gedərək arabanı müşaiət edir. Arxa hissədən arabanı naməlum kişi irəli dartaraq aparmağa köməklik göstərir.

Digər lüğətlərdə

великоро́ссы звукозапи́сывающий коло́м приню́хивание расщекота́ть слабогру́дость сплете́ние запру́живать начиня́ться неиспо́рченный отня́тие сплоти́ться науз пирг френчуга altaite demonstration farm domed entelecheia penitent-form pullover spar deck warehousing боярыня уютность