ŞABALID

is.
1. Qoz, fındıq cinsindən qabıqlı meyvə və bu meyvənin ağacı. Şabalıdın çox dadlı, qidalı meyvələrindən və ağaclarının oduncağından geniş surətdə istifadə edilir.
Meyvələri çiy, qovrulmuş və bişirilmiş halda işlədilir. İ.Axundzadə.
Yarımişıqlı otağımızın ortasında dördbucaq şəklində qayrılmış ocağın dövrəsində döşəkcələrə düzülüb oturardıq, … şabalıd qovurardıq. Çəmənzəminli.

2. Qəhvəyi, şabalıdı. Şabalıd rəngli. Şabalıd rəngli şal.
– Nazlı əynindəki tünd şabalıd rəngli ipək köynəyini çıxartdı… S.Rəhimov.

◊ Şabalıd cinsi – çox xəsis, xeyirverməz adam haqqında.
Bu yerlərin dağı yox; Bağçası var, tağı yox; Cinsi şabalıd cinsi; Görkəmi var, yağı yox. (Bayatı).

Şabalıddan yağ çıxartmaq – mümkün olmayan şeydən də fayda görməyə çalışmaq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ŞABALID ŞABALID (ağacı və meyvəsi) ..Ocağın dövrəsində döşəkçələrdə düzülüb oturardıq.. şabalıd qovurardıq (Çəmənzəminli); KƏSTANƏ [Muxtarla xanımı]

Etimologiya

  • ŞABALID Fars sözüdür, “şah palıd” deməkdir. Doğrudan da, şabalıdın və palıdın meyvələri bir-birinə oxşardır. (Bəşir Əhmədov
Ş
ŞABALIDI
OBASTAN VİKİ
Şabalıd
Şabalıd (lat. Aesculus) – sabunağacıkimilər fəsiləsinə aid bitki cinsi. Şabalıd Qafqazda, Zaqafqaziyada, Ukraynanın Zakarpatye vilayətində yayılmışdır. Şabalıd Azərbaycanda geniş sahədə yalnız Böyük Qafqaz dağlarının ətəklərindəki meşələrdə bitir. Şəki-Zaqatala zonası şabalıd bağları ilə məşhurdur. Şabalıd aprel-mayda yarpaqlayır, iyun-iyulda isə çiçəkləyir. Erkək və dişi çiçəkləri bir ağacın üstündə ayrıca yerləşir. Erkək çiçəkləri uzun sırğa şəklində sallanır, ağ-sarımtıl rəngində və çoxətirlidir. Uzunluğu 10-35 sm, eni 1 sm-dir. Dişi çiçəkləri birillik şivlərdə olur və yarpaqların qoltuğunda 2-3 ədəd və daha çox bir yerdə yerləşir.
Adi şabalıd
Yeyilən şabalıd, əkin şabalıdı, adi şabalıd (lat. Castanea sativa) - şabalıd cinsinə aid bitki növü.IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli ksilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU A2c+3 cd. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 30(37)m hündürlüyündə ağacdır. Gövdəsinin diametri 1(2) m olub, qabığı boz rəngdədir. Çətirləri geniş qollu-budaqlıdır. Tumurcuqları yumurtavaridir. Yarpaqları növbəli düzülüşlüdür, uzunluğu 6(15)-20(28) , eni 3(4)-7(8) sm-ə bərabərdir, uzunsovdur lansetvaridir, kənarları enli mişardişlidir, daxilə doğru əyilmiş iti uclara malikdir. Çiçəkləri düzduran, uzun, sünbülvari sirğalarda yerləşmişdir. Sırğada yuxarıda erkəkcik daşıyan çiçəklər, aşağıda dişicik daşıyan, ortada isə çox zaman az miqdarda ikicinsli çiçəklər yerləşir.
Aşağı Şabalıd
Aşağı Şabalıd — Azərbaycan Respublikasının Şəki rayonunun İnçə kənd inzibati ərazi dairəsində kənd. Aşağı Şabalıd kəndi şimaldan Dağıstanla sərhəddir. Aşağı Şabalıd Şəki rayonunun İncə inzibati ərazi vahidində kənd. Murdarçayın sahilindədir. Oykonimin birinci komponenti kəndin yerləşdiyi coğrafi movqeyi bildirir, ikinci komponent isə ərazidə yetişdirilən Şabalıd bitkisinin adındandır. == Tarixi == Kəndin tarixi qədimdir. Kənddə olan toponimlərə görə kənd e.ə. IV-V əsrdə salınıb. Kəndin yuxarı başında Kilsə Burnu adlanan ərazi var ki, bu da burada yaşayan insanların zərdüşlükdən sonra xiristian dininə sitayiş etməsini bildirir. VII-X əsirlərdə ərəblər Azərbaycana gəldikdən sonra əhali islam dinini qəbul etmişdir.
Baş Şabalıd
Baş Şabalıd — Azərbaycan Respublikasının Şəki rayonunun Baş Göynük kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Baş Şabalıd Şəki rayonunun Baş Göynük inzibati ərazi vahidində kənd. Şin çayı sahilində, dağ yamacındadır. Keçmış adı Şabalıd olmuşdur. XIX əsrin əvvəllərində bu kənddən çıxmış ailələr tərəfindən Aşağı Şabalıd yaşayış məntəqəsi yarandıqdan sonra keçmiş kənd indiki adla tanınmışdır. Oykonim baş (yuxarı) ve Şabalıd (kənd adı) komponentlərindən düzəlib, "yuxarıda yerləşən Şabalıd kəndi" deməkdir. Kənddə yerli camaatın qazıntıları zamanı insan sümüklərinin tapılması buranın tarixinin qədim olduğunu göstərir. İnsan sümükləri 4-5 metr dərinlikdən tapılır. Kənddə alban kilsəsinin olması burada insanların yaşayışının islamdan öncəsinə gedib çıxdığını görmək olar. == Mədəniyyəti == Baş Şabalıd kəndində mədəniyyətin formalaşmasında Baş Şabalıd kənd tam orta məktəbin böyük rolu olmuşdur.
Yeyilən şabalıd
Yeyilən şabalıd, əkin şabalıdı, adi şabalıd (lat. Castanea sativa) - şabalıd cinsinə aid bitki növü.IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli ksilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU A2c+3 cd. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 30(37)m hündürlüyündə ağacdır. Gövdəsinin diametri 1(2) m olub, qabığı boz rəngdədir. Çətirləri geniş qollu-budaqlıdır. Tumurcuqları yumurtavaridir. Yarpaqları növbəli düzülüşlüdür, uzunluğu 6(15)-20(28) , eni 3(4)-7(8) sm-ə bərabərdir, uzunsovdur lansetvaridir, kənarları enli mişardişlidir, daxilə doğru əyilmiş iti uclara malikdir. Çiçəkləri düzduran, uzun, sünbülvari sirğalarda yerləşmişdir. Sırğada yuxarıda erkəkcik daşıyan çiçəklər, aşağıda dişicik daşıyan, ortada isə çox zaman az miqdarda ikicinsli çiçəklər yerləşir.
Şabalıd banketi
Şabalıd banketi — 30 oktyabr 1501-ci il tarixində Roma papası VI Aleksandrın oğlu Çezare Borcia tərəfindən Papa sarayında keçirilən keçirilən və orgiya ilə əlaqədar olan qonaqlıq. Banket haqqında məlumatlar ilk dəfə apostol protonotarisi və Apostol sarayının seremonimeysteri İohann Burkardın "Liber Notarum" adlı gündəliyində verilmişdir. Müasir tarixşünaslar belə bir hadisənin baş vermədiyini irəli sürür. == Tarixi == İohann Burkard bildirir ki, banket Çezare Borcianın Apostol sarayındakı mənzilində keçirilmişdir. Banket qonaqlarının əylənməsi üçün mənzilə 50 fahişə və kurtizanka çağırmışdır. Burkard səhnəni belə təsvir edir: == Həmçinin bax == Borciya ailəsi == Mənbə == === İstinadlar === === Ədəbiyyat === John (Johann) Burchard, Pope Alexander VI and his Court: extracts from the Latin diary of the Papal Master of Ceremonies, 1484–1506; ed. F. L. Glaser, New York, 1921 Barbara W. Tuchman, The March of Folly. New York: Knopf, 1984; p. 106 ISBN 0-394-52777-1; another issue has ISBN 0-349-13365-4 Burgo Partridge, A History of Orgies, Bonanza Books, 1960, p.
Aşağı Şabalıd bələdiyyəsi
Şəki bələdiyyələri — Şəki şəhərində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Baş Şabalıd bələdiyyəsi

At şabalıdı
Adi atşabalıdı (lat. Aesculus hippocastanum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin atşabalıdı cinsinə aid bitki növü. == Ümumi məlumat == Dünya florasının tərkibində fəsilənin 18–20-ə qədər növünə təsadüf edilir. Bu növlərin içərisində mədəni halda əkilib becərilən növlərdən biri də atşabalıdı — Aesculus hippocastanum L. hesab edilir. Atşabalıdı ilə adi şabalıd morfoloji və generativ xüsusiyyətlərinə görə bir-birinə oxşar olmalarına baxmayaraq, fərqli cəhətləri də çoxdur. Birincisi bu iki bitki ayrı-ayrı fəsilələrə aiddir, atşabalıdının meyvəsi acımtıl olduğu halda, adi şabalıdın meyvəsi yeməlidir. Aesculus L. cinsinin növləri ən çox Balkan yarımadasında, şimali Amerika ərazilərində, şərqi Asiyada, Himalayda, keçmiş SSRİ ərazilərində yayılmışdır. Qafqazda, o cümlədən Azərbaycanda mədəni halda 1 növünə rast gəlinir. Atşabalıdı mədəni halda ən çox Ukraynada əkilib becərilir. Burada hər il 190 tona yaxın toxum, 10 tonlarla yarpaq xammalı toplanıb müalicəvi preparatların hazırlanmasına sərf edilir.
Dəniz şabalıdı
Dəniz şabalıdı , (Asterozoa) dəstəsindan bir Dərisitikanlı növü.
Şabalıdbuta xalçaları
Şabalıdbuta xalçaları — Azərbaycan xalçaçılıq məktəbinin Qarabağ tipinə aid olan xovlu xalça. Şabalıdbuta xalçaları çətin kompozisiyalı Qarabağ xalçalarına aiddir . Əsas istehsal mərkəzləri Ağdam, Cəbrayıl və Muğandır. Daha qədim zamanlarda Cənubi Azərbaycanın Araz çayının sağ sahili hissəsində yerləşən xalçaçılıq mərkəzlərində belə təsvirli xalçalar toxunurdu, lakin həmin xalçalar Qarabağ xalçalarından daha kobud olurdu. Cəbrayılda ipəkdən toxunan “Şabalıdbuta xalçaları” çox məşhur idi. == Ümumi məlumat == Qarabağ tipinə aid olan “Şabalıdbuta xalçaları”nın əsas istehsal mərkəzləri Ağdam, Cəbrayıl və Muğandır. Daha qədim zamanlarda Cənubi Azərbaycanın Araz çayının sağ sahili hissəsində yerləşən xalçaçılıq mərkəzlərində belə təsvirli xalçalar toxunurdu, lakin həmin xalçalar Qarabağ xalçalarından daha kobud olurdu. Cəbrayılda ipəkdən toxunan “Şabalıdbuta xalçaları” çox məşhur idi. == Bədii analiz == Xalçanın orta sahəsini sağ və sol tərəflərə “baxan” buta bəzəyir. Xalçanın bədii keyfiyyəti orta sahədəki həmin butanın arasındakı məsafə ilə müəyyən olunur.
Şabalıdbuta xalçası

Şabalıdyarpaq palıd
== Təbii yayılması == Şimali İranda, Gilan, Mazandaran, Xəzər dənizinin cənub sahili boyunca yayılmışdır. Qazıntı halında Naxçıvanın alt və ya orta miosen çöküntülərindən məlumdur. == Botaniki təsviri == Hündürlüyü 40-45 m-ə, gövdəsinin diametri 100-150 sm-ə çatan, çadırabənzər və ya enli-piramidal çətirlidir. Budaqların qabığı boz, gövdənin qabığı isə tünd-boz, uzununa dərin çatlıdır. Zoğları sıx tüklü, tumurcuqları xırda və yumurtavari olub, ucları sivridir. Yarpaqları töküləndir. Yarpağın uzunluğu 19-20 sm, eni 4-8 sm olub, kənarı dişli və ya dilimli, səthi dərivaridir. Üst tərəfi parlaq, tünd yaşıl rəngli, çılpaq, alt tərəfi isə açıq yaşıl rəngli, keçəşəkilli, tüklüdür. Damarları 9-13 cütdür. Çiçəkləri bircinslidir.
Şabalıdçay
Şəki rayonu ərazisində çaydır. Aşağı Şabalıd kəndi yaxınlığında axdığı üçün çay belə adlandırılmışdır.
Şabalıdı
Qəhvəyi və ya qonur – rənglərdən biri. == Ümumi məlumat == Ağır, isti, qəmgin rəngdir. O, qocalığı simvolizə edir. İstifadə edildiyi məkanların həcmini kiçildir. Saturnun rəngidir.Qəhvəyi rəng qaynaqlarda qonur və dor rənglər eyni mənada izah olunmuşdur. Yəni qonur da, dor da şabalıdı, açıq şabalıdı, yanıq şabalıdı, qəhvəyi, açıq-qəhvəyi, xurmayı deməkdir. Qəhvəyi (qonur, dor) – ümumi rənglər aləmində uğur simvolu sayılır. == Qəhvəyi rəng və atlar == Amma bu da var ki, bəzən yazılışda və deyilişdə "dor" səhv olaraq "dür" şəklinə salınır. Misal üçün, Koroğlunun Qıratı ilə yanaşı, Doratı da vardır. Bu atın adı isə dastanda da, araşdırmalarda da "Dürat" olaraq göstərilir.
Şabalıdı qaratoyuq
Şabalıdı qaratoyuq (lat. Turdus rubrocanus) — qaratoyuqlar fəsiləsinin qaratoyuq cinsinə aid heyvan növü.
Əkin şabalıdı
Yeyilən şabalıd, əkin şabalıdı, adi şabalıd (lat. Castanea sativa) - şabalıd cinsinə aid bitki növü.IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli ksilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU A2c+3 cd. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == 30(37)m hündürlüyündə ağacdır. Gövdəsinin diametri 1(2) m olub, qabığı boz rəngdədir. Çətirləri geniş qollu-budaqlıdır. Tumurcuqları yumurtavaridir. Yarpaqları növbəli düzülüşlüdür, uzunluğu 6(15)-20(28) , eni 3(4)-7(8) sm-ə bərabərdir, uzunsovdur lansetvaridir, kənarları enli mişardişlidir, daxilə doğru əyilmiş iti uclara malikdir. Çiçəkləri düzduran, uzun, sünbülvari sirğalarda yerləşmişdir. Sırğada yuxarıda erkəkcik daşıyan çiçəklər, aşağıda dişicik daşıyan, ortada isə çox zaman az miqdarda ikicinsli çiçəklər yerləşir.

Digər lüğətlərdə

вы́колотчик густонаселённый две́рочка намоше́нничаться но́тис обче́сть рокамбо́ль четырёхты́сячный мироустро́йство нашепта́ться обделя́ть пле́шь поясне́ть се́тчатый студе́нческий цепо́чка кухлима astonish catheti Continental Sunday gawn Grecian insistently magnetics scurry