Rüfət Şabanov
Rüfət Şabanov (22 iyun 1922 – 4 avqust 1998) — Azərbaycan kinorejissoru.
Rüfət Şabanov 22 iyun 1922-ci ildə anadan olmuşdur. 1945–1951-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1951–1957-ci illərdə Rus Dram Teatrında işləyib. 1957–1967-ci illərdə "Azərbaycanfilm" kinostudiyasında işləyib. Onun çəkdiyi "Xidmət lifti" filmi Tbilisidə keçirilən kino festivalında ən yaxşı rejissor işinə görə priz və diploma layiq görülüb. 1967–1977-ci illərdə "Azərbaycantelefilm"in baş rejissoru olmuşdur.
Rejissor Fuad Şabanovun atasıdır.
Aktrisa Elmira Şabanovanın həyat yoldaşıdır.
Azərbaycanda sovet ədəbiyyatı günləri (film, 1975)
Bakı (film, 1977)
Bizim küçə (film, 1961)
Dağıstan konserti (film, 1964)
Dostluq himni (film, 1974)
Əsl dost (film, 1959)
Gəmi saatının sirri (film, 1983)
Qaraca qız (film, 1966)(film, kinoalmanax)
Matteo Falkone (film, 1960)
Nizami Gəncəvi (film, 1980)
On yeddi yaşlı oğlan (film, 1985)
Romeo mənim qonşumdur (film, 1963)
Sovet Azərbaycanının yarım əsrlik salnaməsi (film, 1970)
Şuşa (film, 1973)
Şüvəlan gülləri (film, 1981)
Talış meşələri (film, 1976)
Uzaq sahillərdə (film, 1958)
Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan.