ŞAD (əhvalı yaxşı) Dərd bilmərəm, yas tutmaram, çox şadam; Mən də şair, sənin kimi azadam (M.Rahim); ABAD (məc., kl.əd.) Qarşıdan bir can yeridi; Abad könlümün evini; Eylədi viran, yeridi (Aşıq Ələsgər); XƏNDAN Döndü qəbiristandan; O şad, o xəndan; Xəyalı ulduzla, ayla öpüşdü (B.Vahabzadə); XOŞHAL ..buna o əsrin müsəlmanları xoşhal ola bilməzdilər.. (C.Məmmədquluzadə); XÜRRƏM (köhn.) [Musa:] Kimin ki, yarı var, ondan qəm olmaz; Kimin ki, yarı yoxdur, xürrəm olmaz (S.Rəhman); MƏSRUR ..şəhər hürr və məsrur idi (Çəmənzəminli); ŞADMAN (kl.əd.) Olmadı hiç şadman, əfsus! (Natəvan); ŞADYANA Səlimə; Mən istəyirəm ki, o da xoş, şadyana bir söz desin (İ.Əfəndiyev); ŞƏN Axilles: Gəlir Rum qeysəri, çox şəndir yenə; Bu gün də verəcək xələt, xəzinə (A.Şaiq).