Mənbələrdə şardaq sözü var, mənası belə açıqlanıb: “seyrək toxunmuş”. Güman ki, şadara sözü həmin kəlmənin dəyişmiş formasıdır. Maraqlıdır ki, şardaq sözündəki şar hissəsi ilə seyrək kəlməsindəki seyr arasında oxşarlıq özünü göstərir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)