ŞADAN
ŞADKAM
OBASTAN VİKİ
Şadi Çalıq
Mehmet Şadi Çalıq (türk. Mehmet Şadi Çalık; 6 dekabr 1917, İraklion – 24 dekabr 1979, İzmir) — Türkiyə heykəltaraşı. 1940-1948-ci illərdə İstanbul Gözəl Sənətlər Akademiyasında professor Rudolf Bellinqin şagirdi olmuşdur. 1950-1951-ci illərdə karyerasına Fransanın Paris şəhərində davam etmişdir. Dövlət Gözəl Sənətlər Akademiyasının Heykəl bölməsində təhsil üzvü olmuşdur. Plastır, bürünc, dəmir və taxta kimi müxtəlif məmulatlardan istifadə edərək hazırladığı heykəlləri İstanbul Rəsm və Heykəl muzeyində yerləşir. Əsərlərinə Orta Şərq Texniki Universitetində yerləşən Atatürk heykəli, İzmir mədəniyyət parkındakı heykəllər, Əsaf Halət Çələbi büstü, İstanbul bələdiyyə sarayı dekorları və s. aiddir. Neo-klassik üslubunda başladığı karyerasında vaxtilə mücərrəd və "Minimunizm" adlandırdığı heykəli ilə minimalist bir anlayışa istiqamətlənən Çalığın əsərlərində sadəlik və açıqlıq aydın görünür. == Bioqrafiya == Mehmet Şadi Çalıq 6 dekabr 1917-ci il tarixində Yunanıstana aid olan Krit adasının İraklion şəhərində anadan olmuşdur.
Məzrayə-i Şadi (Vərziqan)
Məzrayə-i Şadi (fars. مزرعه شادي‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 460 nəfər yaşayır (110 ailə).
Əhməd Zəki Əbu Şadi
Əhməd Zəki Əbu Şadi (ərəb. أحمد زكي أبو شادي, Aḥmad Zakī Abū Shādī‎; 9 fevral 1892[…], Qahirə, Misir xidivliyi – 12 aprel 1955, Vaşinqton) — Misir şairi, yazıçısı, filoloqu və tərcüməçisi. 1946-cı ildən ABŞ-də yaşamışdır. == Həyatı == Əhməd Zəki Əbu Şadi 9 fevral 1892-ci ildə Qahirədə anadan olmuşdur. O, 1912–1922-ci illərdə London Universitetində bakterioloq kimi təhsil alıb. Əbu Şadi 1936-cı ildə Qahirədə "Apollon" ədəbi dərnəyini və Misir poeziyasının müxtəlif cərəyanlarının nümayəndələrinin ətrafında toplandığı eyniadlı jurnalı təsis etmişdir. O, 1939-cu ildən İsgəndəriyyədə "Ədəbi" jurnalını nəşr etdirir. Əbu Şadi 1946-cı ilin aprelində ABŞ-yə köçmüşdür. O, Nyu-Yorkda ərəb koloniyasının qəzet və jurnallarının redaktoru, Asiya İnstitutunda ərəb ədəbiyyatı professoru idi. Əbu Şadi lirik qəsidələr, hekayələr və mənzum dramlar yazmışdır: "Sübhdə şeh" (1910), "Şüalar və kölgələr" (1931), "Bahar görüntüləri" (1933) topluları; "İbn Zeydun həbsdə" (1925), "İmrul-Qaisin ölümü" (1925) tarixi romanları və s.
Şadiabad
Şadbad-i Məşayiq (fars. شادبادمشايخ‎) — İranın Şərqi Azərbaycan ostanının Təbriz şəhristanı ərazisinə daxil olan kənd. Kəndlilərin özləri bu kəndi "Pinə Şalvar" adlandırırlar. Xondəmir Qiyasəddin, Həbib əs-Seyr tarixinin müəllifi bu kəndin adını "Piran Şirvan" (fars. پیران شروان Şirvanın Pirləri) olaraq qeyd etdib. Azərbaycan şairi Qətran Təbrizi burada anadan olmuşdur. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 4,317 nəfər yaşayır (1,086 ailə).
Şadiabad (Qürvə)
Şadiabad (fars. شادي آباد‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 117 nəfər yaşayır (27 ailə). Əhalisini kürdlər təşkil edir.
Şadiman Barataşvilli
Şadiman Barataşvilli (gürc. შადიმან ბარათაშვილი) — XVI–XVII əsrlərdə Kartli çarlığında siyasi xadim. Barataşvilli saray müəllimi idi və II Luarsabın hakimiyyəti dövründə taxt-tacı ələ keçirmək istəyirdi. İkinci həyat yoldaşının vəfat etməsindən sonra Şadiman və II Luarsaba qarşı çıxan feodallar onu Georgi Saakadzeni edam etdirmək qərarını almağa vadar etmişdi. Bundan vaxtında xəbərdar olan Saakadze 1612-ci ildə İrana qaçmış və I Şah Abbasın himayəsi altında qalmışdır. == Mənbə == === Ədəbiyyat === Gürcüstan Sovet Ensiklopediyası, II cild, səh. 200, Tbilisi, 1977 Mikaberidze, Aleksandr. Historical Dictionary of Georgia (2). Rowman & Littlefield. 2015.
Şadiyə Müvəddət Qadınəfəndi
Şadiyə Müvəddət Qadınəfəndi (12 oktyabr 1893, Adapazarı[d], Osmanlı imperiyası – 1951) — son Osmanlı sultanı VI Mehmed Vahidəddinin üçüncü xanımı. == Həyatı == Kiçik yaşlarında olan Müvəddət xanım Şahzadə Vahidəddinin xəzinədarı olan xalası Həbibə xanımın vasitəsilə Çəngəlköy sarayına alınmış, burada saray təhsili almışdır. Sarayda xidmət edərkən Şahzadə Vahidəddinin nəzərini cəlb etmiş, 24 aprel 1911 tarixində onun üçüncü xanımı olaraq evlənmişdir. Bir il sonra sultanın yeganə oğlu olan Şahzadə Mehmed Ərtoğrul Əfəndini dünyaya gətirmişdir. Sultan Vahidəddin taxta çıxdıqdan sonra isə Şadiyə Müvəddət xanım sultanın ikinci qadınəfəndisi elan edildi. 1922-ci ildə Sultan Vahidəddin taxtdan endirilərək sürgün edilmiş, Şadiyə xanım da onunla birlikdə İtaliyadakı San-Remo qəsəbəsinə getmişdir. Burada böyük bir köşkdə yaşayan Şadiyə xanım 1926-cı ildə ərinin vəfatının ardından İsgəndəriyyəyə köçdü və burada 2 may 1932-ci ildə Şakir bəy Əminpaşazadə ilə evləndi. Ancaq bu evlilik 28 fevral 1936 tarixinədək davam etdi. 1944-cü ildə oğlunun vəfatının ardından İstanbula qayıtmaq istədi və davam edən müzakirələrin ardından 1948-ci ildə vətənə qayıtmaq üçün xüsusi icazə aldı. Ancaq çox keçmədən 1951-ci ildə İstanbulun Çəngəlköy rayonunda vəfat etdi və burada dəfn olundu.
Şadiyə Sultan
Şadiyə Sultan (30 noyabr 1886, Konstantinopol – 20 noyabr 1977, İstanbul) — 34. Osmanlı sultanı II Əbdülhəmidin qızı. == Həyatı == Şadiyə Sultan 30 noyabr 1886-cı ildə Ulduz sarayında dünyaya gəldi. Atası Sultan Əbdülhəmid, anası isə onun abxaz əsilli yeddinci xanımı Əmsalinur xanımdır. Mükəmməl saray təhsiliylə yanaşı, piano dərsləri də alan Şadiyə Sultan sarayda tərtib edilən teatr proqramlarına da bacısı Nailə Sultan və atasıyla birlikdə iştirak edirdi. 31 mart 1909-cu ildə atasının istəyilə Səid Paşanın oğlu Əli Namiq bəylə nişanlansa da, 2 həftə sonra atası taxtdan endirilərək Salonikiyə sürgün edildi. Sürgündə anası Əmsalinur xanımla birlikdə atasının yanında yer alan Şadiyə Sultan bir il sonra atasının istəyilə bacıları Ayşə Sultan və Rəfiyə Sultanla birlikdə İstanbula qayıtdı. Ancaq Səid Paşanın atasına qarşı sərt tutumu səbəbilə, qayıtdıqdan sonra nişan pozuldu. Ardından əmisi Sultan Rəşad onu Ənvər Paşayla evləndirmək istəsə də, Şadiyə Sultan atasını devirən İttihadçılardan olması səbəbilə bu təklifi geri çevirdi. Nəhayət, Qalibpaşazadə Mustafa Fazil bəyin oğlu Fahir bəylə nişanlandı.
Şirinxanım Kərimbəyli Şadiman
Şirinxanım Ağabala qızı Kərimbəyli (Şirin xanım Kərimbəyli Şadiman; ədəbi təxəllüsü: Şadiman; 2 sentyabr 1955, Tuğay, Siyəzən rayonu) — şair-dramaturq, publisist. Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Şirinxanım Kərimbəyli 2 sentyabr 1955-ci ildə Dəvəçi rayonunun hazırda Siyəzən rayonunun inzibati ərazisi sayılan Tağay kəndində anadan olub. Anadan olduğu kənddə səkkizillik məktəbi, sonra Siyəzən şəhər 2 saylı orta məktəbi bitirib. Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində təhsil alıb (1978–1983). Azərbaycan Jurnalistlər Birliyinin nəzdində Jurnalist Sənətkarlığı İnstitutunun məzunudur (1992). 1983–1984-cü illərdə keçmiş Dəvəçi rayonunun hazırda Siyəzən bölgəsinin ərazisi sayılan Gilgilçay qəsəbəsində kitabxana müdiri vəzifəsində çalışıb. 1985–2007-ci illərdə ARDNŞ-nin "Mədən Geofizika" idarəsinin "Neft Daşları" Geofizika ekspedisyasında çizgiçi, texnik, mühəndis peşəsində işləyib. Həmin idarədən də 2007-ci ildən əmək təqaüdünə çıxıb. Ailəlidir.

Значение слова в других словарях

ассигна́ция дви́нуть притя́гивать промести́ пургати́в пусте́нько рассло́йка автоно́мность боровичо́к вту́лочный со́пли тя́нущий хри́пнуть Батый прощелыга criminal chromosome Manichean neither perioeci воплотиться отрезанность пакетировать пасс театрализовать фактура