ŞAH
ŞAHAN
OBASTAN VİKİ
Bala Şahağac
Bala Şahağac — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. Bala Şahağac Astara rayonunun Kakalos inzibati ərazi vahidində kənd. Lənkəran ovalığında, Xəzər dənizi sahilindədir. Oykonim "Kicik şahağac kəndi" deməkdir. Şahağac ərazidəki ağac növlərindən birinin adıdır.18 km rayon mərkəzinə. == Etimologiyası == Kəndin adı Azərbaycan dilndəki bala «kiçik», şah «böyük», «iri» və ağac sözlərinin birləşməsindəndir. == Tanınmış şəxslər == Şakir Yaqubov — jurnalist.
Balaca Şahağac bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
II Şahanduxt
Şahanduxt — Albaniya məleykəsi və Sünik çariçası. Atası Seveda – Albaniya çarı, anası Sofya – Albaniya məleykəsi olub. Sünik hakimi I Qriqora ərə getmişdir. lakin övladları olmadığına görə I Qriqorun ölümündən sonra (1072) Süniyi böyük qardaşı Sənəkərim ilə birlikdə idarə etmiş, daha sonra isə hakimiyyət Sənəkərimin oğlu I Qriqora keçmişdir. == Adı epikrafik mənbələrdə == 1086-cı ildə Vahanvəng monastırı ərazisində bacısı Kata ilə birlikdə müqəddəs Məryəm adına ikimərtəbəli kilsə tikdirmişdir. Kilsənin üzərindəki bu yazı zamanəmizədək gəlib çatıb: Monastırın ərazisində Sahanduxtun anasının qəbri də aşkarlanmışdır. Başdaşı üzərində yazılıb: == Nəsil şəcərəsi == == İstinadlar == == Həmçinin bax == Sünik sülaləsi == Ədəbiyyat == Григорян Г. М. Очерки истории Сюника. IX—XV вв (PDF). Ереван: Издательство АН Армянской ССР. Отв. ред.
Kamalabad-i Şahabiyə (Qürvə)
Kamalabad-i Şahabiyə (fars. كمال آباد شهابيه‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 180 nəfər yaşayır (42 ailə). Əhalisini kürdlər təşkil edir.
Olcay Şahan
Olcay Şahan (26 may 1987, Düsseldorf) — Türk futbolçusu. "Beşiktaş" klubunun hücumçusudur.
Qışlaq-i Hacı Şahab (Bükan)
Qışlaq-i Hacı Şahab (fars. ‎‎قشلاق حاجي شهاب‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 177 nəfər yaşayır (26 ailə).
Şahab
Şahab — İrəvan xanlığı, Qırxbulaq mahalı, İrəvan quberniyasının İrəvan qəzasında, indiki Ellər (Kotayk, Abovyan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 3 km məsafədə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. 1728-ci ilə aid mənbədə Şahab Əsli Şahab. == Toponimi == Toponim şahablı nəsil adı əsasında əmələ gəlmişdir. Patronim toponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 11. IV.1940-cı il fərmanı ilə adı dəyişdirilib Mayakovski qoyulmuşdur. İlk dəfə 1590-cı ildən və sonra 1728-ci ildən mə’lumdur XVIII əsrin əvvəllərinə aid ermənicə mənbədə Şaab kimidir 1728-ci ilə aid mə’lumatda sahibkar (bəy) kəndi ("timari Bəkir vələdi Ibrahim") kimi qeyd olunurYerli tələffüz forması Şaab.
Şahab məhəlləsi
Naxçıvan məhəllələri — XX əsrin əvvəllərində Naxçıvan şəhəri on əsas məhəllədən ibarət idi: Zaviyə məhəlləsi Şahab məhəlləsi Pirqamış məhəlləsi Əlixan məhəlləsi Sarvanlar məhəlləsi Gömayıl məhəlləsi Xoşulu məhəlləsi Atabəylər məhəlləsi Qurdlar məhəlləsi Qala məhəlləsi == Qaraağac məhəlləsi == Naxçıvanda tikinti-quraşdırma idarəsini ətrafında yerləşir. 1918-ci ildə məhəllədə bir neçə yüz gənc silahlanıb,torpaqlarının bir qarışını da xarici düşmənlərə, erməni təcavüzkarlarına verməyəcəklərinə and içmişdilər. 1990-1993-cü illər Sədərək döyüşləri bunu bir daha sübut edib. == Qoçaltı məhəlləsi == Adı türk xalqlarının totem, onqon saydıqları qoyunla — ağ və qara qoçla bağlıdır. Burada daşdan düzəldilmiş qədim qoç-qoyun heykəlləri var imiş. Şəhər əhalisi əlamətdar günlərdə, bayramlarda buraya yığışıb şənliklər keçirərmişlər. == Şahab məhəlləsi == Şahab mələsinin adı 1590 cı il Osmanlı mənbələrində çəkilir. Qədim məhəllə “Qurdlar”, Pirqəmiş və Anbar məhəllələri arasında yerləşərək,Bazar çayından axan “Söyüdlü arx”ın qurtaracağındadır. Məhəllədə Şahab məscidi yerləşir. Pir Xamuş xanəgahı bu məhəllədə yerləşir.
Şahab məscidi
Şahab məscidi — Naxçıvan şəhərində, Şahab məhəlləsində, Şəhid Milli qəhrəman İbrahim Məmmədov küçəsində tarixi-memarlıq abidəsi. == Tarixi == “Şahab” sözünün mənşəyi leysan yağmuru ilə əlaqələndirilir. XVIII əsrdə güclü yağmurlar zamanı göydən düşmüş səma cisminin – meteoritin (“Süddü nənə” adlanıb) tapılması nəticəsində yaranıb. Əvvəllər şəhərdə şöhrət tapmış Şahab məhəllə məscidindən yalnız təkcə uçuq divar və qarşısında şam yandırmaq üçün qoyulan köşk qalıb. Məscid şəhərdəki Yusif Küseyir oğlu məqbərəsinin iki yüz metr şimal-şərqindədir. Məhəllənin yaşlı adamlarının dediklərindən aydın olur ki, Şahab məhəllə məscidinin həyət sahəsi iki hektardan artıq olub, ətrafında Kəngərlilər nəslindən olanların bir neçə məzarları qalıb. Sonrakı illərdə (1930-cu ildə) məscid binası söküldüyündən ətraf sahələrdə yaşayış evləri tikilib. Şahab məhəllə məscidinin şərq və qərb tərəfə açılan taxta qapıları olub. Bina dörd künc formada uzunluğu 30, eni isə 20 metrdir. Divarları içəridən gəclə suvanmış, eşikdən isə bişmiş kərpiclə üzləmə aparılıb.
Şahabad (Maku)
Şahabad (fars. شاه اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə nə qədər əhalinin yaşaması haqqında məlumat yoxdur.
Şahabbası xalçaları
Şahabbası xalçaları — Azərbaycanın Təbriz xalçaçılıq mərkəzininnin Ərdəbil qrupuna aid olan "Şahabbası" adlı xalçalar qədim və zəngin tarixə malikdir. == İstehsalı == Bu xalçaların adı Səfəvilər dövlətinin beşinci hökmdarı I Şah Abbasın (1587 -1629-cu illər) adı ilə bağlıdır. Şah Abbas Səfəvilər dövlətinin paytaxtını Azərbaycandan İranın daxili rayonlarına – İsfahan şəhərinə köçürtdü. Bununla əlaqədar olaraq Azərbaycanın bir çox görkəmli ustaları və sənətkarları İsfahana köçmək məcburiyyətində qaldılar. Orada qısa müddət ərzində həndəsi şəbəkə əsasında nəbati naxışla qurulmuş ilk xalılar toxundu və böyük məşhurluq qazandı. == Bədii xüsusiyyətləri == "Şahabbası" xalçalarının bədii quruluşu "Əfşan" xalçalarında olduğu kimidir. Onlar detallarla və "Şahabbası gülləri" adlanan elementlərlə fərqlənir. "Şahabbası gülləri" əsasən üslublaşdırılmış çiçəklərdən, həmçinin enli əncir yarpaqlarından ibarətdir. Bu elementlər şəbəkəni təşkil edən xətlərin kəsişmə nöqtələrində yerləşir. Ara sahənin yuxarı hissəsində, mərkəzi ox üzərində çiçəklər üçün güldan təsvir edilmişdir.
Şahabiyə
Şahabiyə (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. Kamalabad-i Şahabiyə (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Şahabiyə (Qürvə)
Şahabiyə (fars. شهابيه‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 186 nəfər yaşayır (52 ailə). Əhalisini kürdlər təşkil edir.
Şahablı
Şahablı - İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Şahablı kəndi rayon mərkəzindən 13 km cənub-şərqdə, Qırxbulaq çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Adın mənşəyi == Toponim Şahablı nəsil adı əsasında əmələ gəlmişdir. Patronomik oykonimdir. Quruluşca düzəltmə toponimdir (fars. شهاب ‎ (shahâb, meteor); ərəb. شهاب‎ (šihāb, meteor))Ermənistan SSR Ali Sovetinin Rəyasət Heyətinin 3 iyun 1968-ci il tarixlı fərmanı ilə kəndin adı dəyişdirilərək Şahap (Şaqap) qoyulmuşdur. == Əhalisi == Kənddə 1873-cü ildə 437 nəfər, 1886-cı ildə 606 nəfər, 1897-ci ildə 853 nəfər, 1904-cü ildə 827 nəfər, 1914-cü ildə 910 nəfər, 1916-cı ildə 966 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qovulmuşlar.
Şahadət Üsüfov
Şahadət Qalib oğlu Üsüfov (13 dekabr 2000, Göylər, Şamaxı rayonu – 10 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq hərbi xidmətçisi (əsgər), İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı == Şahadət Üsüfov 2000-ci ilin dekabr 13-də Şamaxı rayonunun Göylər kəndində anadan olub. 2006-2017-cı illərdə Ə.Məmmədov adına 1 saylı Göylər kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Şahadət Üsüfov 2018-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Xüsusi Təyinatlı Qüvvələrin Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmətə başlayıb. Azərbaycan Ordusunun kiçik çavuşu olan Şahadət Üsüfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 10-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Şamaxı rayonunun Göylər kəndində dəfn edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahadət Üsüfov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahadət Üsüfov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Şahadət Üsüfov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Şahalı Həsənov
Şahəli Həsənov Gülmalı oğlu — coğrafiya elmlər doktoru, professor, alim. == Həyatı == Şahəli Həsənov 1921-ci ildə Ağsu rayonunun Gəgəli kəndimdə anadan olmuşdur. 1951-ci ildə ADU-nin Geologiya-coğrafiya fakulttəsini fərqlənmə diplomu ilə bitirmişdir. Ş.Həsənov torpaqşünaslıq, torpaq coğrafiyası, torpaq aqroekologiyası və bonitirovkası və təbiətin mühafizəsi sahəsində görkəmli alim, tanınmış mütəxəssisdir. == Elmi fəaliyyəti == Akademiyanın Coğrafiya İnstitutunda baş laborant işləmiş, 1951-ci ildən 1978-ci ilə qədər isə AMEA Torpaqşünaslıq və Aqrokimya institutunda aspirant, kiçik elmi işçi, baş elmi işçivə labaratoriya müdiri vəzifələrində çalışmışdır. 1978-ci ildə ADPİ Ümumi coğrafiya kafedrasına müdir seçilmiş, 1992-ci ilə kimi bu vəzifədə işləmişdir. 1989-91-ci illərdə coğrafiya fakültəsinin dekanı olmuşdur. Hazırda Ümumi Coğrafiya kafedrasının professorudur. 1972-ci ildə AMEA Coğrafiya İnstitutunun elmi şurasında doktorluq disertasiyası müdafiə edib, coğrafiya elmlər doktoru, alimlik dərəcəsi almışdır.Prof.Ş.Həsənov 1963-65-ci illərdə elmi ekspert və sovet mütəxəsislər qrupunun rəhbəri kimi Birmaya ezam edilmiş, yerli torpaqşünas kadrların hazırlanması məqsədilə Yanqon KTİ-da mühazirələr oxumuşdur.Onun "731-gün Birmada" adlı etno-coğrafi səpgidə yazdığı elmi-kütləvi kitabı da məhz bu səfərin məhsuludur. == Elmi əsərləri == Prof.
Şahan Natali
Şahan Natali (Haqop der Haqobyan) (erm. Շահան Նաթալի; 14 iyul 1884 – 18 aprel 1983, Vatertaun[d], Massaçusets, ABŞ) — erməni yazıçısı, "Nemezis əməliyyatı"nın təşkilatçılarından və rəhbərlərindən biri. == Haqqında == 1884-cü ildə Osmanlı imperiyasında (Elazığ ilində) anadan olmuşdur. Boston universitetində təhsil almışdır. Şahan Natali daşnakların Osmanlı və Azərbaycan rəhbərliyində olmuş, və ermənilər tərəfindən erməni soyqırımının təşkilində günahlandırdıqları şəxslərin qətli məqsədi ilə keçirilmiş "Nemezis əməliyyatı"nın ilhamvericilərindən və rəhbərlərindən biri olmuşdur. Şahan Natali əməliyyatın maddi təminatı ilə məşğul olan xüsusi fonda rəhpərlik edirdi. 1920-ci ildə Natalinin Daşnaksütunla münasibətləri korlanır və o, partiyanı tərk edir, bir sıra antidaşnak qazetlərinin redaktoru vəzifədində çalışır. Şahan Natali "erməni məsələsi"nə dair bir sıra əsərlərin müəllifidir "Türklər və biz", "Ankaradan Bakıyacan türkçülük" "Yeni əlavə: "Necə" və "Niyə" Aleksondropol müqaviləsi" (1955 il). 1970–1980-ci illərdə Şaan Natali erməni terror dəstələrinin fəaliyyətini təqdir etmiş, və onlara bəraət qazandırmağa çalışmışdır. 1983-cü ildə Massaçusets ştatının (ABŞ) Vottertaun şəhərində vəfat etmişdir.
Şahanə Hacıyeva
Şahanə İbadət qızı Hacıyeva (6 iyul 2000; Sumqayıt, Azərbaycan) — Azərbaycanı təmsil edən cüdoçu. 2020-ci ildə XVI Yay Paralimpiya Oyunlarının qalibi olub. == Həyatı == Şahanə Hacıyeva 2000-ci il iyulun 6-da Sumqayıt şəhərində anadan olub. Şahanə Hacıyevanın əslən Cəbrayıl rayonunun Soltanlı qəsəbəsindəndir. Hacıyevlər ailəsi Birinci Qarabağ müharibəsi zamanı 1993-cü ilin avqustunda Cəbrayıldan Sumqayıta gəliblər. Məşqçisi Fərid Ağakişiyevdir. == Karyerası == Şahanə Hacıyeva 2015-ci ildə Antalya şəhərində beynəlxalq turnirin, Sofiya şəhərində isə gənclər arasında Avropa Çempionatının qalibi oldu. 2016-cı ildə də bir sıra beynəlxalq turnirlərdə uğurlar qazanan Şahanə Hacıyeva, 2018-ci ildən para-cüdoda mübarizə aparmağa başladı. Şahanə Hacıyeva 2018-ci ildə Odivelaş şəhərində (Portuqaliya) baş tutan Dünya Çempionatının final görüşündə məğlub oldu və gümüş medala sahib oldu. Komanda turnirində isə Şahanə Hacıyeva bürünc medalın sahibi oldu.
Şahanə Nəzərova
Şahanə Nəzərova (28 may 2001; Siyəzən, Azərbaycan) — Azərbaycanı təmsil edən güləşçi. Yeniyetmələr arasında dünya və Avropa çempionu, Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı. == Həyatı == Şahanə Nəzərova 2001-ci il mayın 28-də Siyəzən şəhərində anadan olub. 2007-ci ildən idmanla məşğul olur. Məşqçisi Ağadədə Allahverdiyevdir. == Karyerası == 2017-ci il 28-30 aprel tarixlərində Türkiyənin İzmir şəhərində keçirilən ənənəvi "Zəfər" kubokunda qızıl medala layiq görülüb. 2017-ci il 24-30 iyul tarixlərində Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən yeniyetmə güləşçilər arasında Avropa birinciliyində Azərbaycanı təmsil edib. 1/4 final mərhələsində Bolqarıstan təmsilçisi Dimitrinka Sergeyeva ilə qarşılaşaraq onu tam üstünlüklə, yarımfinalda isə Ukrayna təmsilçisi Mariya Tomisiçi 8:0 hesabı ilə məğlub edib. Final görüşündə Luçana Bekbaulovanı tam üstünlüklə məğlub edərək qızıl medala layiq görülüb. 2017-ci il sentyabr ayında Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən yeniyetmə güləşçilərin Dünya çempionatında Azərbaycanı təmsil edib.
Şaharbi Ebzeyev
Şaharbi Ebzeyev (qar.-balk:Эбзелени Кёккёзню джашы Шахарби; 1913, Cequta[d], Ust-Cequtinski rayonu – 1982, Kislovodsk, Stavropol diyarı) — qaraçay-balkar şairi, dramaturq və musiqiçi == Həyatı == Şaharbi Kekkeboviç Ebzeyev 1913-cü ildə Rusiyanın Kuban vilayətinin Cebuta aulunda anadan olmuşdur. Lakin ailəsi Kislovodska köçdüyündə orta təhsilini həmin şəhərdə almışdır. 1929-cu ildə orta məktəbi bitirdikdən sonra Kislovodsk şəhərində klun müdiri vəzifəsində çalışmışdır. === Vəfatı === 1982-ci ildə Kislovodsk şəhərində vəfat etmişdir. == Yaradıcılığı == Şaharbi Ebzeyev bədii yaradıcılığa 17 yaşında ikən “Oqurlu” adlı pyeslə başlamışdır. Əsərin premyerası 1931-ci ildə Qaraçayevsk şəhərinin teatrında olmuşdur. Elə həmin ilin dekabrın 7-də Rostov-Donda, Şimali Qafqaz xalqlarının ilk sənət olimpiadasının keçirildiyi bir dəri zavodunun Mədəniyyət Evinin səhnəsində əsər nümayiş olunmuşdur. Tamaşa çox böyük uğur qazanmışdır. O, sonralar da dramaturji fəaliyyətini davam etdirmiş, “Hamam müdiri”, “Yuyulmuş şlyapa” və başqa pyeslər yazmışdır. Bu əsərlər də müxtəlif dövlərdə Qaraçaysk şəhər teatrının səhnəsində tamaşaya qoyulmuşdur.
Şahağac
Şahağac — Azərbaycan Respublikasının Astara rayonunun inzibati ərazi vahidində kənd. == Etimologiyası == Yaşayış məntəqəsi Astara rayonunun Bursut kəndindən bir qrup əhalinin köçüb indiki Şahağac adlı ərazidə məskunlaşması nəticəsində yaranmışdır. == Tanınmış şəxslər == Məsudi Dövran — Azərbaycan Yazıçılar Birliyinin Üzvü, professor, şair, Filologiya elmləri dokturu. Yaqut Babayeva — Azərbaycanlı müğənni. Şirxan Həsənzadə (2002-2023) — Futbolçu.
Şahağac bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
в свою́ о́чередь досева́ть истонча́ние напоро́ться помо́кнуть трах хирурги́чески гробану́ть разделя́ть случа́ть напрасный chew up clotted cream eleven-plus eulogize gun barrel labor omnia vincit landing stage phytogenic Pre-Raphaelite изощриться осуществлять парламентарий предохранитель эвенкийский