ŞAHAN

şaha aid, şahlığa məxsus, hökmdara layiq.
ŞAHALI
ŞAHANƏ
OBASTAN VİKİ
Olcay Şahan
Olcay Şahan (26 may 1987, Düsseldorf) — Türk futbolçusu. "Beşiktaş" klubunun hücumçusudur.
Şahan Natali
Şahan Natali (Haqop der Haqobyan) (erm. Շահան Նաթալի; 14 iyul 1884 – 18 aprel 1983, Vatertaun[d], Massaçusets, ABŞ) — erməni yazıçısı, "Nemezis əməliyyatı"nın təşkilatçılarından və rəhbərlərindən biri. == Haqqında == 1884-cü ildə Osmanlı imperiyasında (Elazığ ilində) anadan olmuşdur. Boston universitetində təhsil almışdır. Şahan Natali daşnakların Osmanlı və Azərbaycan rəhbərliyində olmuş, və ermənilər tərəfindən erməni soyqırımının təşkilində günahlandırdıqları şəxslərin qətli məqsədi ilə keçirilmiş "Nemezis əməliyyatı"nın ilhamvericilərindən və rəhbərlərindən biri olmuşdur. Şahan Natali əməliyyatın maddi təminatı ilə məşğul olan xüsusi fonda rəhpərlik edirdi. 1920-ci ildə Natalinin Daşnaksütunla münasibətləri korlanır və o, partiyanı tərk edir, bir sıra antidaşnak qazetlərinin redaktoru vəzifədində çalışır. Şahan Natali "erməni məsələsi"nə dair bir sıra əsərlərin müəllifidir "Türklər və biz", "Ankaradan Bakıyacan türkçülük" "Yeni əlavə: "Necə" və "Niyə" Aleksondropol müqaviləsi" (1955 il). 1970–1980-ci illərdə Şaan Natali erməni terror dəstələrinin fəaliyyətini təqdir etmiş, və onlara bəraət qazandırmağa çalışmışdır. 1983-cü ildə Massaçusets ştatının (ABŞ) Vottertaun şəhərində vəfat etmişdir.
II Şahanduxt
Şahanduxt — Albaniya məleykəsi və Sünik çariçası. Atası Seveda – Albaniya çarı, anası Sofya – Albaniya məleykəsi olub. Sünik hakimi I Qriqora ərə getmişdir. lakin övladları olmadığına görə I Qriqorun ölümündən sonra (1072) Süniyi böyük qardaşı Sənəkərim ilə birlikdə idarə etmiş, daha sonra isə hakimiyyət Sənəkərimin oğlu I Qriqora keçmişdir. == Adı epikrafik mənbələrdə == 1086-cı ildə Vahanvəng monastırı ərazisində bacısı Kata ilə birlikdə müqəddəs Məryəm adına ikimərtəbəli kilsə tikdirmişdir. Kilsənin üzərindəki bu yazı zamanəmizədək gəlib çatıb: Monastırın ərazisində Sahanduxtun anasının qəbri də aşkarlanmışdır. Başdaşı üzərində yazılıb: == Nəsil şəcərəsi == == İstinadlar == == Həmçinin bax == Sünik sülaləsi == Ədəbiyyat == Григорян Г. М. Очерки истории Сюника. IX—XV вв (PDF). Ереван: Издательство АН Армянской ССР. Отв. ред.
Şahanə Hacıyeva
Şahanə İbadət qızı Hacıyeva (6 iyul 2000; Sumqayıt, Azərbaycan) — Azərbaycanı təmsil edən cüdoçu. 2020-ci ildə XVI Yay Paralimpiya Oyunlarının qalibi olub. == Həyatı == Şahanə Hacıyeva 2000-ci il iyulun 6-da Sumqayıt şəhərində anadan olub. Şahanə Hacıyevanın əslən Cəbrayıl rayonunun Soltanlı qəsəbəsindəndir. Hacıyevlər ailəsi Birinci Qarabağ müharibəsi zamanı 1993-cü ilin avqustunda Cəbrayıldan Sumqayıta gəliblər. Məşqçisi Fərid Ağakişiyevdir. == Karyerası == Şahanə Hacıyeva 2015-ci ildə Antalya şəhərində beynəlxalq turnirin, Sofiya şəhərində isə gənclər arasında Avropa Çempionatının qalibi oldu. 2016-cı ildə də bir sıra beynəlxalq turnirlərdə uğurlar qazanan Şahanə Hacıyeva, 2018-ci ildən para-cüdoda mübarizə aparmağa başladı. Şahanə Hacıyeva 2018-ci ildə Odivelaş şəhərində (Portuqaliya) baş tutan Dünya Çempionatının final görüşündə məğlub oldu və gümüş medala sahib oldu. Komanda turnirində isə Şahanə Hacıyeva bürünc medalın sahibi oldu.
Şahanə Nəzərova
Şahanə Nəzərova (28 may 2001; Siyəzən, Azərbaycan) — Azərbaycanı təmsil edən güləşçi. Yeniyetmələr arasında dünya və Avropa çempionu, Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı. == Həyatı == Şahanə Nəzərova 2001-ci il mayın 28-də Siyəzən şəhərində anadan olub. 2007-ci ildən idmanla məşğul olur. Məşqçisi Ağadədə Allahverdiyevdir. == Karyerası == 2017-ci il 28-30 aprel tarixlərində Türkiyənin İzmir şəhərində keçirilən ənənəvi "Zəfər" kubokunda qızıl medala layiq görülüb. 2017-ci il 24-30 iyul tarixlərində Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən yeniyetmə güləşçilər arasında Avropa birinciliyində Azərbaycanı təmsil edib. 1/4 final mərhələsində Bolqarıstan təmsilçisi Dimitrinka Sergeyeva ilə qarşılaşaraq onu tam üstünlüklə, yarımfinalda isə Ukrayna təmsilçisi Mariya Tomisiçi 8:0 hesabı ilə məğlub edib. Final görüşündə Luçana Bekbaulovanı tam üstünlüklə məğlub edərək qızıl medala layiq görülüb. 2017-ci il sentyabr ayında Yunanıstanın paytaxtı Afina şəhərində keçirilən yeniyetmə güləşçilərin Dünya çempionatında Azərbaycanı təmsil edib.

Digər lüğətlərdə

бейдж видне́ться заполитизи́роваться изловчи́ться каре́та полузабытьё пра́ведно риско́вый суперфосфа́т убыстря́ться хвоста́тые шалашо́вка затми́ться корнесло́в лимо́нница можжевёловка на загляде́нье периге́й тряси́льный adaptative biologize endemial Jayhawker безвестность внучата