ŞAHANƏ
ŞAHBALA
OBASTAN VİKİ
Şahbaba Məcidov
Şahbaba Yaqub oğlu Məcidov (9 may 1920, Şin, Şəki rayonu, Azərbaycan SSR) — İkinci Dünya müharibəsi iştirakçısı, İtaliya Xalq Müqavimət Hərəkatının iştirakçısı. == Həyatı == Şahbaba Yaqub oğlu Məcidov 9 may 1920-ci ildə Şəki rayonunun Şin kəndində anadan olub. Orta təhsilini kənd məktəbində aldıqdan sonra, 1937-ci ildə Şəki şəhəri V.İ. Lenin adına Pedaqoji Texnikuma daxil olub. Texnikumun III kursunda təhsil alarkən həqiqi hərbi xidmətə çağırılıb və Qızıl Ordu sıralarında xidmət edib. Məcidov Böyük Vətən Müharibəsi illərində Ukraynanın Sumı vilayəti Romnı şəhəri yaxınlığında ağır yaralanıb və əsir düşüb. 1944-cü ilin sentyabr ayında İtaliyanın Ravenna vilayətində hərbi əsir düşərgəsindən başqa yerə aparılarkən yolda qaçıb və partizanlara qoşulub. 1944–1945-ci illərdə 28-ci Qaribaldi briqadasının 7-ci bölüyünün tərkibində vuruşub. Partizanlar arasında "Franko" ləqəbi ilə tanınırdı. 1945-ci ildə İtaliya Kommunist Partiyası sıralarına qəbul edilmişdir. Müharibədən sonra İtaliyanın Punta Marina kəndində ilk iri kooperativ yaradıb, 8 il ərzində burada sədr vəzifəsini icra edib.
Güləddin Şahbabayev
Güləddin Zəfər oğlu Şahbabayev (21 may 2001; Şabran rayonu, Azərbaycan — 17 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Güləddin Şahbabayev 2001-ci il mayın 21-də Şabran rayonunun Düz Bilici kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Güləddin Şahbabayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Güləddin Şahbabayev oktyabrın 17-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Şabran rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Güləddin Şahbabayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Güləddin Şahbabayev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
-и-(я) во цве́те лет недопи́ть повреме́нщик фуфа́ечка шугну́ть гре́шник невку́сно огради́ть поле́зть рафина́дный саме́ц ура́вниваться скрагли bothy death grip Gorgon microbic precent quindecennial terpenes вертеп вылежать злодеяние щёточник