ŞAHBANU

şah banusu, şah arvadı (Şahban, Şaban kimi ixtisar forması da vardır).
ŞAHBACI
ŞAHBƏYİM
OBASTAN VİKİ
Şahbanu
Şahbanu (fars. شهبانو‬‎) — Səfəvi, Əfşar, Qacar və Pəhləvi İmperiyalarında şahın əsas (baş) xanımına verilən titul. Səfəvi İmperiyasının tarixində Orta Əsrlər dünyasına ilk dəfə Şahbanuluq sistemi gətirildi və onun təsisçisi Aləmşah bəyim, son üzvü isə Şəhribanu Bayramxatın bəyim Səfəvi olmuşdur. Amma Səfəvi İmperiyasının çökməyindən sonra da, digər böyük imperiyalarda və bəzi başqa İslam və Türk sülalələrində Şahbanu ənənəsi yaşadı və günümüzdə belə mövcuddur. Səfəvi sülaləsi tarixində 22 Şahbanu olmuşdur, onların əksəriyyəti başqa millətlərin, dinlərin nümayəndələri olmuş, lakin sonradan yerli İslam adını və dinini qəbul etmişdirlər. Onlar təkcə Səfəvi imperiyası daxilində (Ərəb yarımadası, Hind torpaqları, Anadolu yurdu, bütün Qafqaz və Türküstan eli) deyil, eləcə də, bütün dünyada tanınır və ən ali Məşhidcahani Şabhanuye-Mübarəkqədəm olaraq qəbul olunurdular. Şahın bir və ya bir-neçə həyat yoldaşı ola bilərdi, lakin onlardan hansı siyasi baxımdan həm ailədə, həm sülalə, həm də imperiyada böyük gücə, nüfuza, hörmətə malik olsaydı, ailə tərəfindən ona Şahbanu ünvanı verilər, tac taxılardı. Şahın neçənci xanımı olması, ən sevimli yoldaşı olmağı kimi məsələlərin Şahbanuluq adının əldə edilməsinə heç-bir aidiyyətı yoxdur. Tarix bunu göstərmişdir ki, ailədə olan ən ağıllı, uzaqgörən xanımlar bu ünvanı əldə etmiş və həm imperiyanın, həm də öz avtoritetlərinin güclənməyinə öz töhfələrini vermişdirlər. Şahın xanımlarından yalnız biri bu statusa sahib ola bilərdi, əgər o vəfat edərsə, bu zaman şahın başqa xanımı adı əldə edə bilərdi.
Şahbanu Raziyə Sultan Səfəvi
Şahbanu Raziyə sultan Səfəvi və ya Aləmiyan Raziyə bəyim Səfəvi (1700, İsfahan – 1775) — Səfəvilər xanədanlığının nümayəndəsi. IX Səfəvi hökümdarı Sultan Hüseynin Fərda sultandan olan qızı. 1729-cu ildə Nadir xan Əfşarla etdiyi izdivacla Əfşar-Səfəvi blokunun yaranmasına səbəb olmuşdur. Nadir xan 1736-cı ildə Suqovuşanda "şah" elan edildikdən sonra Raziyə bəyim "şahbanu" tituluna yiyələnərək Nadir şahdan sonra ölkədə ikinci ən vacib şəxs olmuşdur. 1736–1749-cu illərdə şahbanu, 1773–1775-ci illərdə isə naibə olan Raziyə sultan Nadir şahın Osmanlılarla müharibəsi zamanında külli maliyyə yardımı etmişdir. Raziya Sultan 1700-ci ildə İsfahanda doğulmuşdur. Saray təlim-tərbiyyəsi götürmüş, xüsusi müəllimlərdən dərs almışdır. Hər zaman olduğu kimi onun da dövründə iğtişaşlı saray intriqaları mövcud idi. Lakin uşaqlıq illəri dövlət üçün bəzi üsyanlar olsa da, yenə də "sabit dövr"ə təsadüf edirdi. Raziya Sultan hər zaman xalqının və dövlətinin qeydinə qalan bir xanım idi.
Midiya Şahbanusu
Şahbanu (شهبانو‬‎) — Qədim Midiya İmperiyası dövründə ilk dəfə istifadə olunmuş dövlət statusudur və şahın əsas (baş) xanımına deyilirdi, hansı ki, o xanım həm iqtidarda, həm ailədə, həm də xalq arasında böyük hörmətə və qarşısıalınmaz gücə malik idi. Belə desək, şahbanuluqla bağlı ilk qayda-qanunlar bu imperiyanın dövründə formalaşmışdır. Midiya, Mada və ya Maday (yun. Μηδία) — E.ə. 728-ci ildən – E.ə. 549-cu ilədək mövcud olmuş qədim dövlət, şərqdə ilk imperiya. Dövlət ilkin dövrdə tarixi Azərbaycan və ya Şimali İran ərazisində yaransa da tezliklə genişlənərək Ön Asiyanın ən güclü dövlətinə çevrilmiş, bölgə xalqlarının tarixində böyük iz qoyaraq, mədəniyyətinə güclü təsir etmişdir. Mada tayfa ittifaqı əsasən Cənubi Azərbaycandan şərqdə və cənub-şərqdə yerləşən vilayətlərdə təşəkkül tapmışdı. Midiya İmperiyasının 200 illik tarixində altı hökmdarı və yeddi şahbanusu olmuşdur (Kiaksar dövründə onun xanımı, ardınca nəvəsi). İlk şahbanu Zənən xanım, sonuncusu Mandana olmuşdur.
Qacar Şahbanusu
Qacar şahbanusu və ya Şahənşahül Şahbanuye-Qacariyyə (شهبانو‬) — Qacar imperiyası dövründə ən yüksək dövlət adlarından biridir, Qacar İmperiyasını idarə edən şahın qanuni xanımı olan əsas (baş) xanımına deyilirdi. Qacariyyə Şahbanusu anlayışı XVIII əsrdə formalaşmışdır, şahın anası isə "Məhdi Ülya" adlandırılırdı. Qacarlar sülaləsinin ilk şahbanusu Ağa Məhəmməd şah Qacarın həyat yoldaşı olan Xanbacı adını almış Andriana adlı ABŞ səfirinin qızı olmuş xanımdır. Sonuncu şahbanu isə Əhməd şah Qacarın sonuncu həyat yoldaşı Fatiməbanu xanım olmuşdur. Məlum məsələdir ki, şahbanu adını şahın həyatda olan xanımı əldə edirdi, o vəfat edərdisə, digər bir xanımı və yaxud şahın bacısı şahbanu ola bilirdi. Həyat yoldaşı vəfat edəndən və yaxud hakimiyyətdən gedəndən sonra xanım şahbanu ola bilməzdi. Şahbanu adını alan bir hökmdar xanımının nəvələri və övladları da var idi. Qacar İmperiyasını tarixində 16 nəfər şahbanu olmuş və onlardan 10 nəfəri Azərbaycan Türkü olmayan başqa millətlərin nümayəndələri idilər. Şahbanu (yaxud Şərəbanu) sözünün mənası "Şahın Xanımı" deməkdir. Qacar İmperiyası dövründə heç-vaxt tacqoyma mərasimi keçirilməmiş, yalnız son şahbanu Fərəh Pəhləviyə Tacqoyma Mərasimi keçirilmişdir.
Səfəvi Şahbanularının siyahısı
Şahbanu (fars. شهبانو‬‎) — Səfəvi, Əfşar, Qacar və Pəhləvi İmperiyalarında şahın əsas (baş) xanımına verilən titul. Səfəvi İmperiyasının tarixində Orta Əsrlər dünyasına ilk dəfə Şahbanuluq sistemi gətirildi və onun təsisçisi Aləmşah bəyim, son üzvü isə Şəhribanu Bayramxatın bəyim Səfəvi olmuşdur. Amma Səfəvi İmperiyasının çökməyindən sonra da, digər böyük imperiyalarda və bəzi başqa İslam və Türk sülalələrində Şahbanu ənənəsi yaşadı və günümüzdə belə mövcuddur. Səfəvi sülaləsi tarixində 22 Şahbanu olmuşdur, onların əksəriyyəti başqa millətlərin, dinlərin nümayəndələri olmuş, lakin sonradan yerli İslam adını və dinini qəbul etmişdirlər. Onlar təkcə Səfəvi imperiyası daxilində (Ərəb yarımadası, Hind torpaqları, Anadolu yurdu, bütün Qafqaz və Türküstan eli) deyil, eləcə də, bütün dünyada tanınır və ən ali Məşhidcahani Şabhanuye-Mübarəkqədəm olaraq qəbul olunurdular. Şahın bir və ya bir-neçə həyat yoldaşı ola bilərdi, lakin onlardan hansı siyasi baxımdan həm ailədə, həm sülalə, həm də imperiyada böyük gücə, nüfuza, hörmətə malik olsaydı, ailə tərəfindən ona Şahbanu ünvanı verilər, tac taxılardı. Şahın neçənci xanımı olması, ən sevimli yoldaşı olmağı kimi məsələlərin Şahbanuluq adının əldə edilməsinə heç-bir aidiyyətı yoxdur. Tarix bunu göstərmişdir ki, ailədə olan ən ağıllı, uzaqgörən xanımlar bu ünvanı əldə etmiş və həm imperiyanın, həm də öz avtoritetlərinin güclənməyinə öz töhfələrini vermişdirlər. Şahın xanımlarından yalnız biri bu statusa sahib ola bilərdi, əgər o vəfat edərsə, bu zaman şahın başqa xanımı adı əldə edə bilərdi.
Şirvanşahlar Şahbanuları
Şahbanu (شهبانو‬‎) — Şirvanşahlar dövləti (شروانشاهان) dövründə şahın əsas (baş) xanımına deyilirdi və ən yüksək dövlət adlarından biridir. Azərbaycan tarixində bizim eramızda yaradılmış dövlətlər arasında ilk dəfə Şirvanşahlarda bu titul istifadə edildi. Baxmayaraq ki, 700 ilə yaxın müddət hökm sürmüş Şirvanşahlar dövlətinin tarixində 50 nəfər şahı olub, onların xanımlarından təkcə 17 qadının adı və taleləri tarixə məlumdur. Ümumillikdə, Şirvanşahlar dövlətində hakimiyyətdə olmuş üç sülalədən – Məzyədilər, Kəsranilər və Dərbəndilər nəslindən olan hökmdarlar dövləti idarə ediblər. Şirvanşahlar dövlətinin tarixində ilk şahbanu Heysam ibn Xalidin həyat yoldaşı Dilşahpəsənd Bəyim, ən sonuncusu isə Əbubəkr mirzə Dərbəndin xanımı Məleykəcahan xatın olmuşdur. 9-cu əsrdən hakimiyyətə gələn Şirvanşahların isə elmi ədəbiyyat son zamanlardək Məzyədilər, Kəsiranilər və Dərbədilər adı ilə ayrı-ayrı sülalərdən ibarət olduğunu göstərilirdi, ancaq son tədqiqatlar hər üç sülalənin vahid xanədana mənsub olduğunu sübut edir. Ərəb istilasına qədərki erkən Şirvanşahlar haqqında məlumat yoxdur. Sara Aşurbəyliyə görə, çox güman ki, bu ilk Şirvanşahlar yerli əhalidən deyil, Sasani şahlarına qohum olub, onlara tabe olan və sonuncuların ölkənin şimal sərhədlərinin qorunmasını etibar etdikləri adamlar idilər. Beləliklə onların İran məşəli olmaları güman edilir. Sonrakı Şirvanşahlar Ərəb əsilli sonradan farslaşmış hakim sülalə idi.

Значение слова в других словарях