ŞAHBAZ

is. [ fars. ]
1. Tərlan, şahin.
Ələsgər, torunu sən tərlana qur; Bəlkə tora düşən bir şahbaz ola. Aşıq Ələsgər.
Qızılcadır soyuq bulaq yaylağı; Bərələri şahin, şahbaz oylağı. Aşıq Dilqəm.

2. məc. İgidliyi, qoçaqlığı, cəsarəti ilə fərqlənən adam haqqında.
Çanaqqala, Sarıqamış; İgidləri şahbaz gördüm. Koroğlu”.

// məc. Xalq şerində məğrur gözələ işarə.
Vaqifi atəşi-hicran öldürdü; Aman, verin o şahbaza bir xəbər. M.P.Vaqif.

// Şairanə təşbehlərdə: gözəlin məğrur gözlərinə, baxışına işarə.
O şahbaz gözlərini görəndə; Uçar mürğiruhum, durmaz bədəndə. Q.Zakir.
O mələk simalım, şahbaz baxışlım; O dodağı ballım, ceyran yerişlim. S.Vurğun.

Etimologiya

  • ŞAHBAZ Baz farsca “şahin” deməkdir. Şahbaz “şahinlərin şahini” (seçiləni) mə­na­sını verir. Başının rəngi sarışın olan şahinə deyirlər, ağ şahinlər isə sadəc
ŞAHBAL
ŞAHBEYT
OBASTAN VİKİ
Derəfş Şahbaz
Şahbaz (fars. شَهباز or شاه‌باز‎) — fars mifologiyasında əfsanəvi quş adı. Onun qartala bənzəyən bədən quruluşuna malik olması, şahin və ya qızılquşdan daha böyük olduğu, Böyük İran daxilində Zaqros, Əlburz və Qafqazın daxilində bir ərazidə məskunlaşdığı bildirilir. Qədim fars mifologiyasında Şahbaz İrandilli xalqlara kömək edən, Fərəvaharı İranzəminə istiqamətləndirən tanrı idi. == Tarixi == "Şahbaz" sözü hərfi tərcümədə "şahın şahini" deməkdir. İran şahı üçün şahin və ya başqa bir yırtıcı quş saxlamaq standart təcrübə idi. Bu simvol həm gücü, həm də aqressivliyi təmsil edirdi. Qədim Misir tanrısı Horun Əhəmənilər imperiyasının əsasını qoyan Böyük Kirin bayraqlarının arxetipi olması haqqında fərziyyələr irəli sürülmüşdür. Britaniya kəşfiyyatçısı Riçard F. Burton rəmzini tetraçalan olduğunu güman etmişdir. Şahbaz alternativ olaraq İran yaylasının səmasında başqa bir quş olan mərzar qartalını təmsil edə bilərdi.
Şahbaz
Şahbaz (fars. شَهباز or شاه‌باز‎) — fars mifologiyasında əfsanəvi quş adı. Onun qartala bənzəyən bədən quruluşuna malik olması, şahin və ya qızılquşdan daha böyük olduğu, Böyük İran daxilində Zaqros, Əlburz və Qafqazın daxilində bir ərazidə məskunlaşdığı bildirilir. Qədim fars mifologiyasında Şahbaz İrandilli xalqlara kömək edən, Fərəvaharı İranzəminə istiqamətləndirən tanrı idi. == Tarixi == "Şahbaz" sözü hərfi tərcümədə "şahın şahini" deməkdir. İran şahı üçün şahin və ya başqa bir yırtıcı quş saxlamaq standart təcrübə idi. Bu simvol həm gücü, həm də aqressivliyi təmsil edirdi. Qədim Misir tanrısı Horun Əhəmənilər imperiyasının əsasını qoyan Böyük Kirin bayraqlarının arxetipi olması haqqında fərziyyələr irəli sürülmüşdür. Britaniya kəşfiyyatçısı Riçard F. Burton rəmzini tetraçalan olduğunu güman etmişdir. Şahbaz alternativ olaraq İran yaylasının səmasında başqa bir quş olan mərzar qartalını təmsil edə bilərdi.
Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi
Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi — 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə" qurublar. "Məhkəmə"nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.2020-ci il dekabrın 14-də erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilmişdir. == Zəmin == Dilqəm Əsgərov Kəlbəcər rayonunu ilk dəfə işğaldan 5 il sonra, 1998-ci ildə Hidayət Abdullayevlə ziyarət edib. O, daha sonralar 1999-cu (yevlaxlı Rəfi ilə), 2005-ci (Şahbaz Quliyev ilə), 2007-ci, 2009-cu və 2010-cu (Anar Əliyev ilə) illərdə Kəlbəcər rayonunu yenidən ziyarət edib.2009-cu ildə Dilqəm Əsgərov və Şahbaz Quliyevin Kəlbəcərin Şaplar kəndində olmasının videosu yayılmışdı. Videoda çıxış edən Dilqəm Əsgərov Kəlbəcər rayonunun Şaplar kəndinin onlar üçün "ikinci Mədinə" olduğunu deyib. O, videoda həm də qeyd edirdi ki, o, iki ildir dalbadal 16 gün ac-susuz buranı ziyarət edirdi. == Hadisə == 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər. Həmin gün Şaplar kəndində Ermənistan Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərdə girov götürüblər. Həsən Həsənov isə güllələnərək öldürülüb.2014-cü il oktyabrın 2-də Həsən Həsənovun nəşi qarşı tərəfdən alınıb və oktyabrın 4-də Həsən Həsənov Bakının Binəqədi qəbiristanlığında dəfn edilib.
Şahbaz Muradov
Şahbaz Muradov (Şahbaz Musa oğlu Muradov; d. 10 avqust 1940, Laçın rayonu Xumarta) — Azərbaycan iqtisadçısı, AMEA-nin müxbir üzvi (2001), professor. == Həyatı == Şahbaz Musa oğlu Muradov 10 avqust 1940-cı ildə Azərbaycan Respublikasının Laçın rayonu­nun Xumarta kəndində anadan olmuşdur. O, 1946-50–ci illərdə Xumarta kəndində yenicə açılmış ibtidai məktəbdə, 1950-1953-cü illərdə isə Köhnə­kənd 7 illik məktəbində təhsil almışdır. 1953-cü il­də həmin məktəbin 7-ci sinfini əla qiymətlərlə biti­rib, Azərittifaqın Bakı Kooperativ texnikumuna da­xil olmuşdur. 1956-cı ildə texnikumu əla qiymətlər və tərifnamə ilə bitirib, əlaçıların 5%-i hesabı ilə Azərittifaqın İdarə Heyətinin xüsusi qərarına əsa­sən, ali təhsil almaq üçün K.Marks adına Azərbay­can Dövlət Xalq Təsərrüfatı İnstitutuna göndərilir. O vaxt texnikumları əla qiymətlər və tərifnamə ilə bitirənlərin 5%-i hesabı ilə ali məktəbə təhsil al­mağa göndərilənlər orta məktəbləri “Qızıl medalla” bitirənlərə bərabər tutulduğundan Ş.Muradov qə­bul imtahanları vermədən həmin instituta daxil ol­muşdur. Ancaq, 1959-cu ildə institut ləğv edildiyi üçün Ş.Muradov təhsilini Azərbaycan Dövlət Uni­versitetinin İqtisadiyyat fakultəsində davam etdir­mişdir. O, 1961-ci ildə oranı əla qiymətlər və “fərq­lənmə” diplomu ilə bitirib gənc mütəxəssis kimi iş­ləməyə Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna göndə­rilmişdir. Həmin vaxtdan fasiləsiz olaraq burada işləyən Ş.Muradov 1961-1966-cı illərdə kiçik elmi işçi, 1966-1968-ci illərdə böyük elmi işçi, 1968-1991-ci illərdə şöbə müdiri, 1991-1998-ci illərdə elmi işlər üzrə direktor müavini, 1999-2008-ci illərdə isə institutun direktoru vəzifəsində çalışmış­dır.
Şahbaz Quliyev
Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi — 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə" qurublar. "Məhkəmə"nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.2020-ci il dekabrın 14-də erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilmişdir. == Zəmin == Dilqəm Əsgərov Kəlbəcər rayonunu ilk dəfə işğaldan 5 il sonra, 1998-ci ildə Hidayət Abdullayevlə ziyarət edib. O, daha sonralar 1999-cu (yevlaxlı Rəfi ilə), 2005-ci (Şahbaz Quliyev ilə), 2007-ci, 2009-cu və 2010-cu (Anar Əliyev ilə) illərdə Kəlbəcər rayonunu yenidən ziyarət edib.2009-cu ildə Dilqəm Əsgərov və Şahbaz Quliyevin Kəlbəcərin Şaplar kəndində olmasının videosu yayılmışdı. Videoda çıxış edən Dilqəm Əsgərov Kəlbəcər rayonunun Şaplar kəndinin onlar üçün "ikinci Mədinə" olduğunu deyib. O, videoda həm də qeyd edirdi ki, o, iki ildir dalbadal 16 gün ac-susuz buranı ziyarət edirdi. == Hadisə == 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər. Həmin gün Şaplar kəndində Ermənistan Silahlı Qüvvələri tərəfindən keçirilən əməliyyat zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyevi Kəlbəcərdə girov götürüblər. Həsən Həsənov isə güllələnərək öldürülüb.2014-cü il oktyabrın 2-də Həsən Həsənovun nəşi qarşı tərəfdən alınıb və oktyabrın 4-də Həsən Həsənov Bakının Binəqədi qəbiristanlığında dəfn edilib.
Şahbaz Xuduoğlu
Şahbaz Xuduoğlu (24 iyun 1968) — naşir; tərcüməçi-yazar; "Qanun" nəşriyyatının direktoru; Elmar Hüseynov Fondunun həmtəsisçisi; "Qanun" jurnalının baş redaktoru. == Həyatı və fəaliyyəti == 24 iyun 1968-ci ildə anadan olmuşdur. Natiq Səfərov ilə birlikdə 1992-ci ildə "Qanun" jurnalını yaratmışdır. Eyni vaxtda jurnalın redaksiyasının tərkibində "Qanun" nəşriyyatı da fəaliyyət göstərmişdir. "Qanun" nəşriyyatı ayrıca təşkilat kimi 1995-ci il 6 oktyabr tarixində qeydiyyatdan keçmişdir. Hər iki təşkilatın təsisçisidir. "Qanun" jurnalı elmi hüquq jürnalıdır. Ayda bir dəfə nəşr edilir. "Qanun" Nəşriyyatı əvvəllər əsasən hüquq kitabları nəşr edirdi, 1995-ci ildən sonra bütün sahələrdə kitablar nəşr edir. == Ailəsi == == Təltifləri == 23 noyabr 2015-ci ildə Dalğa Gənclər Təşkilatının "Rafiq Tağı mükafatı"na layiq görülüb.2021-ci ildə Fransanın "İncəsənət və Ədəbiyyat" ordeninin (Ordre des Arts et des Lettres) "Cəngavər" rütbəsi ilə təltif edilmişdir.
Şahbaz Şahbazov
Şahbaz Şahbazov (əsgər)
Şahbaz Şamıoğlu
Şahbaz Şamı oğlu Musayev (20 aprel 1961, Qızılkilsə, Dmanisi rayonu) — Azərbaycan ədəbiyyatşünası, filoloq, jurnalist; AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr" şöbəsinin aparıcı elmi işçisi; Bakı Slavyan Universitetinin "Jurnalistika nəzəriyyəsi və təcrübəsi" kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru; Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == Şahbaz Musayev 20 aprel 1961-ci ildə Gürcüstan SSR-in Dmanisi rayonunun Qızılkilsə kəndində ziyalı ailəsində doğulub. Atası orta məktəbdə kimya-biologiya müəllimi, anası laborant olub. 1979-cu ildə Dmanisi rayonu, Qızılkilsə kənd orta məktəbini əla qiymətlərlə bitirib. 1979-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə daxil olub. 1983-cü ildə həmin ali məktəbi fərqlənmə diplomu ilə bitirib. 1983-1990-cı illərdə Qusar rayonunun Yuxarı Zeyxur kəndində Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyib. 1990-cı ildən Təhsil Nazirliyinin "Ana sözü" jurnalında, "Yurddaş", "Baku Tayms", "Azərbaycan gəncləri", Azərbaycan-Türk Agentliyi, "Hər gün", "Xəzər" qəzetlərində müxbir, redaktor, baş redaktor vəzifələrində çalışıb. Jurnalistika ilə yanaşı elmi fəaliyyətini davam etdirib. AMEA Milli Münasibətlər İnstitutunda (1999-2002) çalışıb.
Şahbaz Şərif
Mian Məhəmməd Şahbaz Şərif (pəncab və urdu: میاں محمد شہباز شریف, tələffüz olunur [miˈãː mʊˈɦəmːəd̪ ʃɛhˈbaːz]; 23 sentyabr 1951, Lahor) — Pakistan Müsəlman Liqasının (N) (PML-N) hazırkı prezidentidir. Əvvəllər o, siyasi karyerasında üç dəfə Pəncabın Baş Naziri vəzifəsində çalışıb və onu Pəncabın ən uzun ömür sürən Baş Naziri edib.O, 11 aprel 2022-ci ildə Pakistanın baş naziri seçilib. == Həyatı == Şahbaz Şərif 23 sentyabr 1951-ci ildə anadan olub.
Şahbaz xan Dünbili
Şahbaz xan Mürtəzaqulu xan oğlu Dünbili (1699-1767) — Xoy xanlığının ilk hakimi. == Həyatı == Şahbaz xan Mürtəzaqulu xan oğlu Xoy şəhərində anadan olmuşdur. Nəvab Mahmud xanın tarixinə görə Şahbaz xan, H.1125 (M.1713) ildə Azərbaycandakı bütün Dünbili elinin əmiri idi. Fətəli xan Araşlı-Avşar ilə biriikdə Kərim xan Zəndə qarşı getdiyi savaşda əsir düşdü. Ancaq Kərim xan ona çox hörmət göstərdi. Şahbaz xan qızını onun oğlu Əbulfəth xana verərək dostluq ilişgisi qurdu. == Hakimiyyəti == == Ailəsi == Şahbaz xanın Məhəmməd bəy adlı oğlu vardı. == Mənbə == Ənvər Çingizoğlu, Xoy xanlığı, Bakı: Mütərcim, 2012; Ənvər Çingizoğlu, Avşarlardan qacarlaradək bölgə xanları, Bakı: Mütərcim, 2015, 288 səh.
Şahbaz Şahbazov (həkim)
Şahbaz Hüseynqulu oğlu Şahbazov- 1926-cı ildə Bakı şəhəri Binə kəndində anadan olub. == Həyatı == Şahbaz Şahbazov Hüseynqulu oğlu 1926-cı ildə Binə kəndində aəanad olub. Orta məktəbi bitirdikdən sonra Bakı feldşerlik məktəbinə daxil olmuş və 1948-ci ildə oranı fərqlənmə ilə bitirmişdir. 1948-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin sanitar-gigiyena fakültəsinə daxil olmuşdur. 1954-cü ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. == Fəaliyyəti == 1954-1961-ci illərdə Türkmənistan Respublikasında əvvəlcə Taşauz vilayətinin sanitariya-epidemoloji stansiyasında epidemologiya şöbəsinin müdiri sonralar isə Taşauz şəhər sanitar epidemioloji stansiyasında Baş həkim və çəhər səhiyyə şöbəsinin müdiri vəzifəsində çalışır. 1961-ci ildən 1964-cü ilə kimi o, Azərbaycan Respublikası Elmi Tədqiqat Epidemiologiya və Gigiyena İnstitutunun uşaq damcı infeksiyaları laboratoriyasında kiçik elmi işçi,1964-1970-ci illərdə Virusologiya, Mikrobiologiya və Gigiyena İnstitutunun təşkilat şöbə müdiri vəzifələrində çalışmışdır. 1977-ci ildə Azərbaycan Respublikasının baş epidemoloqu təyin edirlər. 1981-ci ilə qədər bu vəzifədə çalışır. 1974-1988-ci illər ərzində institutun qarın yatalağı laboratoriyasına və epidemoloji şöbəsinə rəhbərlik etmişdir.
Şahbaz Şahbazov (əsgər)
Şahbaz Mirzə oğlu Şahbazov (22 iyun 1996; Qaracəmirli, Şəmkir rayonu, Azərbaycan — 25 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şahbaz Şahbazov 1996-cı il iyunun 22-də Şəmkir rayonunun Qaracəmirli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Şahbaz Şahbazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şahbaz Şahbazov oktyabrın 25-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahbaz Şahbazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahbaz Şahbazov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahbaz Şahbazov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Şövkət Şahbaz qızı Səlimova
Şövkət Şahbaz qızı Səlimova (25 dekabr 1920, Lahıc, Şamaxı qəzası – 2 iyul 1999, Bakı) — iqtisad elmləri namizədi (1964); Qadın gəmi kapitanı; İkinci dünya müharibəsi dövründə dünyada iki qadın gəmi kapitanından biri olmuşdur. == Həyatı == Səlimova Şövkət Şahbaz qızı 25 dekabr 1920-ci ildə İsmayıllı rayonunun Lahıc kəndində anadan olmuşdur. 1940-cı ildə Bakı Dənizçilik məktəbini bitirmişdir. 1999-cu ildə Bakı şəhərində vəfat etmişdir. == Ailəsi == Neftçi ailəsində böyümüş və 10 uşaqdan ən böyüyü olmuşdur. == Müharibə illəri == İkinci dünya müharibəsi illərində Xəzər gəmiçiliyi idarəsində gəmi kapitanı müavini və gəmi kapitanı işləmişdir. Müharibə illərində Aralıq, Mərmərə, Egey və Qara dəniz limanlarına qədər gedib çıxmışdı. Gəmi ilə neft, silah daşınmasında böyük əməyi olmuşdur. == Elmi-pedaqoji fəaliyəti == 1954–1974-cü illərdə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda siyasi iqtisad kafedrasının dosenti, tərbiyə üzrə prorektor və kafedra müdiri, 1974–1989-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında ictimai elmlər kafedrasının müdiri vəzifəsində işləmişdir. 1964-cü ildə iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır.
Abas Şahbazov
Abas Cavad oğlu Şahbazov (13 noyabr 1996, İmişli rayonu – 5 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Abas Şahbazov 1996-cı il noyabrın 13-də İmişli rayonunun Qulubəyli kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Abas Şahbazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Abas Şahbazov oktyabrın 5-də Füzulinin azad edilməsi zamanı şəhid olub. İmişlidə dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Abas Şahbazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Abas Şahbazov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Aidə Şahbazova
Şahbazova Aidə Heybət qızı — Azərbaycan dilçi alimi, professor, Bakı Slavyan Universitetinin Rus dili və onun tədrisi metodikası kaferdasının müdiri. == Həyatı == Aida Şahbazova 7 may 1945-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1962-ci ildə M.F.Axundov adına АPRDƏİ-nə daxil olmuş, 1967-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini Rus dili və ədəbiyyatı ixtisası üzrə bitirmişdir. Həmin ili M.F.Аxundov adına АPRDƏİ –də müəllimlik fəaliyyətinə başlamışdır. 12 may 1981-ci ildə pedaqoji elmlər nazmizədi, 22 avqust 1984-cü ildə dosent vəzifəsinə layiq görülmüşdür. 1995-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 20 iyun 1997-ci ildə professor elmi adı almışdır. 1991-ci ildə BSU-nun Praktik rus dili kafedrasında, 2003-cü ildə isə Rus dili və onun tədrisi metodikası kafedrasının müdiri işləyir. 39 illik pedaqoji stajı var. 100-ə qədər nəşr olunmuş elmi əsərin, monoqrafiya, dərslik və dərs vəsaitinin müəllifidir. Ümumtəhsil məktəblər və filologiya fakültəsinin tələbələri üçün hazırlanmış bir çox dərslik və dərs vəsaitlərinin rəyçisi olmuşdur.
Akif Şahbazov
Akif Rəhim oğlu Şahbazov (15 dekabr 1957, Yuxarı Cürəli, Puşkin rayonu – 20 iyun 2023) — Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı, dövlət qeydiyyatına alınmamış Açıq Cəmiyyət Partiyasının sədri (2007-2012). == Həyatı == 1957-ci il dekabrın 15-də Biləsuvar rayonunun Yuxarı Cürəli kəndində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirmişdir. Rus dilini bilir. Evlidir, 5 övladı var. == Siyasi fəaliyyəti == Yeni Azərbaycan Partiyasının sıralarından 1995-ci il noyabrın 12-də 58 saylı Biləsuvar seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Aqrar siyasət komissiyasının üzvü olmuşdur. 1998-ci ildə Yeni Azərbaycan Partiyasından istefa edərək Azərbaycan Demokrat Partiyasına üzv olmuşdur. 2007-ci ildə Rəsul Quliyev və tərəfdarları ilə birgə Azərbaycan Demokrat Partiyasından ayrılmış, Açıq Cəmiyyət Partiyasının quruculuğunda iştirak edərək həmin partiyanın sədri seçilmişdir. 24 iyun 2009-cu ildə Açıq Cəmiyyət Partiyası sədrliyindən istefa vermişdir.2014-cü ildən Gələcək Azərbaycan Partiyasının fəxri üzvüdür.
Aqif Şahbazov
Aqif Hasif oğlu Şahbazov (10 mart 1991, Soltanabad, Saatlı, Azərbaycan — 18 oktyabr 2020;, Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Aqif Şahbazov 1991-ci il martın 10-da Saatlı rayonu Soltanabad kəndində dünyaya gəlib. 2009-2010-cu illərdə müddətli həqiqi hərbi xidmətdə olmuşdur. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Aqif Şahbazov Füzuli, Cəbrayılın azad edilməsində savaşıb. Aqif Şahbazov 2020-ci il oktyabrın 18-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Saatlıda dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqif Şahbazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Aqif Şahbazov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Aqif Şahbazov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Aqif Şahbazov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Aqif Şahbazov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Dair Şahbazov
Dair Şahbazov (azərb. Şahbazov Dair Ayatulla oğlu‎) — 1975-ci ilin 7 may tarixində Qusar rayonunun Hil kəndində anadan olmuşdur. O, 1981-ci ildə Hil kənd orta məktəbinə daxil olmuş, ibtidai təhsilini bitirdikdən sonra təhsilini Hil kənd tam orta məktəbində davam etdirmişdir. 1994-cü il yanvrın 12-də hərbi idmətə çağrılmış və aprelin 24-ə kimi Azərbaycan Silahlı Qüvvələri sıralarında xitmət etmişdir. Birinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzuli rayonunun Yuxarı Veysəlli kəndi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur.
Eldar Şahbazov
Eldar Həşəm oğlu Şahbazov (29 yanvar 1948) — texnika üzrə elmlər doktoru, professor, AMEA-nın İdarəetmə Sistemləri İnstitutu Laboratoriya rəhbəri. == Həyatı == Şahbazov Eldar Həşəm oğlu, 29 yanvar 1948-ci ildə Azərbaycan Respublikasının Zəngəbasar anadan olmuşdur. Namizədlik (PhD) dissertasiyasının mövzusu: - 05.04.07 – "Neft və qaz sənayesinin maşın və aqreqatları", "Режимы технического обслуживания и ремонта подъемных установок для текущего и капитального ремонта нефтяных и газовых скважин". Doktorluq dissertasiyasının mövzusu: 05.04.07 – "Neft və qaz sənayesinin maşın və aqreqatları", "Səyyar neft-mədən qurğularının etibarlığın artırılmasının elmi əsasları və təcrübi metodların işlənməsi". == Əmək və elmi fəaliyyəti == === Elmi əsərlərin sayı === Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 145 Xaricdə çıxmış elmi əsərlərinin sayı: 10 Respublikada çıxmış elmi əsərlərinin sayı: 82 Konfrans məruzələri və tezislər sayı: 14 Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 15 === Əsas elmi nailiyyətləri === Küylə qarışıq siqnalların robast korrelyasiya və spektral analizi nəzəriyyəsi və texnologiyaları. Stasionarlıq, normal paylanma qanunu və başqa klassik şərtlər ödənməyən stoxastik proseslər üçün identifikasiyanın və diaqnostikanın adekvatlığını təmin etməyə imkan verən informasiya texnologiyaları. === Əsas elmi əsərlərinin adları === "Система диагностики и управления штагновых глубинно-насосных установок нефтяных скважин с использованием робастной noise-технологии". Мехатроника, автомати-зция, управление, М., №10, т.16, 2015, с. 686-698 == Elmi qurumlarda üzvlüyü == Ali Attestasiya Komissiyasının rəyasət heyətinin üzvü. Respublika Veteranlar şurasının bürosunun üzvü.
Elnur Şahbazov
Elnur Şahbazov (20 avqust 2001; Yeni Suraxanı, Azərbaycan — 23 oktyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsinin şəhidi. == Haqqında == Şahbazov Elnur Qədir oğlu 20 avqust 2001-ci ildə Bakı şəhəri Suraxanı rayonunda anadan olub. 2007-2015-ci illərdə Suraxanı rayonu 89 nömrəli məktəbində orta təhsil alıb. 2019-cu il oktyabr ayında həqiqi hərbi xidmətə yollanıb. Xidməti dövründə xüsusi təyinatlı dəstəyə qoşulub. 27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsində iştirak edib. Cəbhənin müxtəlif istiqamətlərində döyüşlərdə iştirak edib. 23 oktyabr 2020-ci ildə Laçın dəhlizi uğrunda gedən döyüşlərdə 6 şəhidi döyüş meydanından çıxararaq özü şəhid olub. Ölümün gözünə dik baxan şəhidimiz Elnur Şahbazov böyüyüb boya-başa çatdığı Yeni Suraxanı qəsəbəsində dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalı ilə təltif edilib.
Esmiralda Şahbazova
Şahbazova Esmiralda Məmmədəli qızı — azərbaycanlı aktrisa. == Həyatı == Orta məktəbi bitirdikdən sonra Bakı Mədəni-Maarif Texnikumunda təhsil alıb. 1985-ci ildə təyinatla M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrına göndərilib: bu teatrda çalışdığı 5 il ərzində onlarla tamaşada çıxış edib. 1990-1992-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrında fəaliyyətini davam etdirmişdir. 1992-ci ildən Bakı Bələdiyyə Teatrında çalışır. "Dronqo" serialında mehmanxana inzibatçısı rolunu oynamışdır. 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür. Aktrisa Yağmur Şahbazovanın anasıdır. == Əsas rolları == Adamın adamı (Anar) — Nazlı-qəmzəli Ovod (E.L.Voyniç) — Cemma Mumu (İ.Turgenyev) — xanımMingəçevir Dövlət Dram Teatrı Vaqif (S.Vurğun) — Gülnar Nabat xalanın çörəyi (N.Həsənzadə) — FərəhBakı Bələdiyyə Teatrı Tomris (Altunbay) — Qövhərşah; rəqqasə qız Vətənə igidlər gərəkdir (R.İçərişəhərli) — Əsmər Nadir şah (N.Nərimanov) — Gülcahan Dəli Domrul (A.Məmmədov) — Banı İnsan və iblis (Ə.Pəhləvan) — Dilbər Dönüş (C.Cabbarlı) — Xurşud İblis (H.Cavid) — Xavər Xəyanətin müsibəti (İ.Kərimov) — Cuda Damokl qılıncı (N.Hikmət) — arxitektorun arvadı Elektra (Sofokl) — qız Türk sancağı (A.Qurbani) — ana Məhsəti (N.Rəfibəyli) — Məhsəti == Filmoqrafiya == Salur Qazanın evi talandığı boy (film, 2001) Yoxlama (film, 2006) Tək olanda qorxma...
Fəxrəddin Şahbazov
Fəxrəddin İbrahim oğlu Şahbazov (22 yanvar 1950, Bakı – 20 noyabr 1991, Qarakənd, DQMV) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fəxrəddin Şahbazov 22 yanvar 1950-ci ildə Bakı şəhərində doğulmuşdur. 1957–1967-ci illərdə Bakı şəhərindəki 20 saylı orta məktəbdə təhsil almışdır. 1969-cu ildə hərbi xidmətə çağırılmış və 1971-ci ildə ordudan tərxis edilmişdir. Fəxrəddin 1972-ci ildən Azərbaycan Teleradio Şirkətində işə başlamış və 20 il burada fasiləsiz olaraq operator peşəsində çalışmışdır. Əslən Lerik rayonunun Kəlvəz kəndindəndir. == Döyüşlərdə iştirakı == 1988-ci ildən başlayaraq ermənilərin azərbaycanlıları Dağlıq Qarabağ və eləcə də, Qərbi Azərbaycan torpqlarından zorla, silah gücü ilə çıxartması Fəxrəddin Şahbazovu da narahat edirdi. Fəxrəddin könüllü olaraq cəbhəyə gedər qaynar döyüş meydanlarından reportajlar hazırlayar və xalqa eləcə də xarici ölkələrə çatdırardı. Dəfələrlə təhlükə ilə üzləşməsinə baxmayaraq cəbhəyə getməkdə davam edirdi. 1991-ci ildə ermənilər Xocavənd rayonunda ağılasığmaz vəhşiliklər törətmişdilər.
Kamil Şahbazov
Kamil Şahbazov Ağazaman oğlu (14 fevral 1949, Bakı) ― iqtisadçı alim, iqtisad elmləri doktoru (1994), professor. == Həyatı == Kamil Şahbazov 14 fevral 1949-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, 1967-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Əməyin iqtisadiyyatı ixtisasına daxil olmuş, 1971-ci ildə həmin universitetdən məzun olmuşdur. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Kamil Şahbazov 1964–1967-ci illərdə istehsalat yönümlü müəssisələrdə çalışıb. 1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda əmək fəaliyyətinə başlayan Kamil Şahbazov həmin müəssisədə laborant, müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb. Daha sonra 1988-ci ildən "İqtisadiyyatın idarə edilməsi", 1994-cü ildən "Menecment və sahibkarlığın fəaliyyəti", 2004-cü ildən isə "Menecment" kafedrasının müdiri vəzifəsində çalışır. === Elmi fəaliyyəti === Kamil Şahbazov 1976-cı ildə namizədlik dissertasiyasını, 1994-cü ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. O,idarəetmə və menecment problemləri ilə məşğul olur. Alim 5 monoqrafiyanın, 85 elmi-metodiki əsərin müəllifidir. Onun rəhbərliyi ilə 10 elmlər namizədi hazırlanmışdır.
Kənan Şahbazov
Kənan Natiq oğlu Şahbazov (23 iyul 2002; Masallı rayonu, Azərbaycan — 2 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Kənan Şahbazov 2002-ci il iyulun 23-də Masallı rayonunun Kəlbəhüseynli kəndində anadan olub. Subay idi. Xətai rayonu 138 sayli tam orta məktəbini 2019-cu ildə bitirmişdir. == Hərbi xidməti == Kənan Şahbazov 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Kənan Şahbazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Kənan Şahbazov oktyabrın 2-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Masallı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Şahbazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Şahbazov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Müseyib Şahbazov
Müseyib Əli oğlu Şahbazov (1898, Petrovsk-Port, Dağıstan vilayəti – 2 yanvar 1938, Bakı) — Azərbaycan-sovet partiya və dövlət xadimi, inqilabçı, Azərbaycan SSR xalq maarif komissarı (1932–1933, 1935–1937). == Həyatı == Müseyib Əli oğlu Şahbazov 1898-ci ildə Dağıstan vilayətinin Petrovsk-Port şəhərində (hazırkı Mahaçqala) xırda tacir ailəsində anadan olmuşdur. İlk təhsilini kənd məktəbində aldıqdan sonra atası ilə Həştərxana gedib, bir müddət sonra Dərbənddəki realnı məktəbdə təhsilini davam etdirmişdir. Həmin dövrdə burada təhsil alan Məzahir Rzayev, İsay Yakimoviç, Kərim Məmmədbəyov və başqaları ilə tanışlıq etmişdir, onda ictimai işlərlə maraqlanmağa başlamışdır.Məktəb yaşlarından ictimai həyatla yaxından maraqlanaraq bədii dərnəklərə qoşulmuş və qadağan edilmiş kitablar oxumuşdur. Tədricən marksist ədəbiyyatını öyrənməyə, fəhlə yığıncaqları və mitinqlərə getməyə başlamışdır. Onun inqilabi fəaliyyətinin ilk dövrləri Dağıstanda keçmişdir. Sonra hökumət tərəfindən təqiblərə məruz qalmış və Həştərxana getmişdir. 1918-ci il aprelin əvvəlində Həştərxana gələn Müseyib Şahbazov, Nəriman Nərimanovun başçılıq etdiyi RK(b)P quberniya komitəsi yanında təşkil edilmiş müsəlman bölməsi ilə əlaqə yaratmış və partiya sıralarına qoşulmuşdur.Müseyib Şahbazov RK(b)P quberniya komitəsinin zəmanəti ilə Moskvaya oxumağa göndərilmiş, Moskva Qırmızı Professura Ədəbiyyat İnstitutunu bitirdikdən sonra XIII Ordunun siyasi şöbəsində işləməyə səfərbər edilmişdir. 1918-ci ildən həmin ordunun siyasi şöbəsində təbliğatçılıq etmiş, Həştərxanda "Hümmət" təşkilatının katibi, Dərbənd inqilab komitəsinin katibi, RK(b)P Cənubi Dağıstan və və Qaytaq-Tabasaran dairə komitələrinin katibi olmuşdur.1921-ci ildə Sovet Azərbaycanına gəlmiş, əvvəlcə əksinqilabla mübarizə aparan Fövqəladə Komissiyada işləməyə başlamış, sonra Gəncə Qəza İcraiyyə Komitəsinə rəhbərlik etmiş, Azərbaycan SSR xalq ədliyyə komissarının müavini işləmişdir. 1923-cü ildən AK(b)P MK-nın təbliğat-təşviqat şöbəsinin müdiri, AK(b)P Gəncə Qəza Komitəsinin katibi işləmişdir.Müseyib Şahbazov 22 iyun 1929-cu ildə Tağı Şahbazinin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar Azərbaycan Dövlət Universitetinə rektor seçilmişdir.
Oqtay Şahbazov
Oqtay Qəşəm oğlu Şahbazov (1 noyabr 1941, İrəvan) — Dövlət xadimi, Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri (2016–2021), Dövlət qulluğunun 1-ci dərəcə Dövlət müşaviri, "Əməkdar dövlət qulluqçusu"(2015) Fəxri adı və "Şöhrət" ordeni ilə təltif edilmişdir (2011). == Həyatı == Oqtay Qəşəm oğlu Şahbazov 1941-ci il noyabrın 1-də İrəvan şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra əmək fəaliyyətini 7 nömrəli Bakı Dövlət diyircəkli yastıq zavodunda cilalayıcı fəhlə kimi başlamışdır. 1959–1964-cü illərdə Azərbaycan Xarici Dillər Pedaqoji institutunda oxumuş, Azərbaycan və Alman dili müəllimi ixtisasına yiyələnmişdir. Əmək fəaliyyətini 126 nömrəli orta məktəbın alman dili müəllimi kimi davam etmişdir, sonra uzun illər S.M.Kirov adına Ali Xəzər Hərbi-dəniz Məktəbinin Xarici dillər kafedrasının alman dili müəllimi işləmişdir. 1980-ci ildən Azərbaycan SSR Nazirlər Sovetinin İşlər İdarəsində müxtəlif rəhbər vəzifələrində işləmiş, 1990-cı ildə Azərbaycan KP MK-nin İşlər müdiri vəzifəsinə təyin olunmuşdur. 1991-ci ildə XII çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmiş, fəal və səmərəli işinə görə Azərbaycan Respublikası Ali Sovetinin Fəxri fərmanı ilə təltif olunmuşdur. 1991-ci ildən Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin birinci müavini, 2016-cı ildən 2021-ci ilin yanvarın 26-dək Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri vəzifəsində çalışıb. [1] == Ailəsi == Evlidir, iki övladı var.
Pərviz Şahbazov
Pərviz Oqtay oğlu Şahbazov (24 noyabr 1969, Bakı) — dövlət xadimi, Azərbaycan Respublikasının Energetika naziri. == Həyatı == Pərviz Oqtay oğlu Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1988–1989-cu illərdə hərbi xidmətdə olub. == Təhsili == 1986–1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1991-ci ildən diplomatik xidmətə qəbul olunub. İngilis, alman və rus dillərini bilir. == İş təcrübəsi == 1991–1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992–1996-cı illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996–1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997–1998-ci illərdə birinci katib, 1998–2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib. 1998–2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub.
Rauf Şahbazov
Rauf Oktay oğlu Şahbazov (1970, Qubadlı) — Tibb üzrə fəlsəfə doktoru, Virciniya ştatındakı Universitet Xəstəxanasının həkimi, Azərbaycan-Amerika Tibb Assosiasiyasının rəhbəri., Nyu-York ştatında yerləşən Albany Tibb Mərkəzinin yeni yaradılan transplantalogiya cərrahiyyəsi şöbəsinin rəhbəri, == Həyatı və təhsili == Qubadlı rayonunun Tarovlu kəndində doğulub. 5 nömrəli kimya-biologiya təmayülü məktəbi qızıl medalla bitirib. 1993-cü ildə Tibb Universitetinin müalicə-profilaktika fakültəsini bitirib. == Əmək fəaliyyəti == Bakıdakı 5 nömrəli kliniki şəhər xəstəxanasında ümumi cərrah işləyib.Sonra üç il hərbi səhra hospitalında hərbi cərrah kimi fəaliyyət göstərib. Daha sonra Rauf Şahbazov 5 il Səudiyyə Ərəbistanının Əl-Taif şəhərindəki Kral Feysəl xəstəxanasında çalışıb. Klinika cərrahiyyə rezidentura təlimləri verdiyindən orada həm də Edinburq Cərrahlar Kollecinin standartlarina uyğun olaraq ümumi cərrahliq ixtisasina yiyələnib. Bakıya qayıdandan sonra Xəzər Universitetinin tibb fakültəsində pedaqoji fəaliyyətlə məşğul olan cərrah N.Tusi klinikasında praktik fəaliyyətini də davam etdirib. 2007-ci ildən sonra iki il qardaş Türkiyənin Ankara şəhərindəki Başkənd Universitetində transplantasiya cərrahiyyəsi üzrə təlimlərdə iştirak edib. Həmin təlimlərdən sonra iki il Bakıdakı Mərkəzi Neftçilər Xəstəxanasında transplantasiya əməliyyatları aparıb. Sonrakı bir il Elmi Cərrahiyyə Mərkəzində peşə fəaliyyətini davam etdirən Rauf həkim 2011-ci ildə Amerika Cərrahlar Kollecinin qrant layihəsində qalib gələrək Birləşmiş Ştatlarda Los-Anceles, Klivlend və Beylor klinikalarında qısamüddətli təcrübə keçib.
Ruslan Şahbazov
Ruslan Mahir oğlu Şahbazov (14 iyul 1991; Tərtər rayonu, Azərbaycan SSR — 29 sentyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan Şahbazov 1991-ci il iyulun 14-də Tərtər rayonunun Ələsgərli kəndində anadan olub. Əslən Laçın rayonunun Mayis kəndindəndir. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Ruslan Şahbazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Şahbazov sentyabrın 29-da Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Şahbazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Şahbazov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Səccad Şahbazzadə
Səccad Şahbazzadə (fars. سجاد شهباززاده‎‎, d. 1990 23 yanvar, İran, Ərdəbil) - azərbaycanlı peşəkar futbolçudur. Karyerası ərzində Saypa, İstiqlal, Alanyaspor, Neft Tehran, Qətər SC, Sepahan kimi klublarda oynamışdır. 2018-ci ilin may ayından Sepahanda oynamaqdadır. == Klub karyerası == === Gənclik dövrü === Futbolla ilk dəfə doğulduğu Ərdəbil şəhərində məşğul olmağa başlamışdır. Uşaq yaşlarında İnter Kampus proqramının Ərdəbildəki akademiyasına qəbul edilmişdir. 14 yaşında Ərdəbilin Zob Ahan Ərdəbil futbol komandasına keçmişdir. === Saypa === Səccad Şahbazzadə 2010-2014-cü illərdə Saypa komandasında karyerasını davam etdirmişdir. Bütün oyunlar daxil olmaqla burada 9 dəfə fərqlənməyi bacaran Səccad 2014-cü ildə İran futbol liqasının nə güclü komandalarından olan İstiqlala transfer olmuşdur.
Səlcuq Şahbazi
Səlcuq Şahbazi (az.-əbcəd آشیق سلجوق شهبازی‎; 6 yanvar 1962, Ağcaqışlaq, Şərqi Azərbaycan ostanı) — Cənubi Azərbaycan aşığı, İran Aşıqlar Birliyinin sədri. == Həyatı == Səlcuq Şükür oğlu Şəhbazi 1962-ci ilin 6 yanvar tarixində keçmiş Miyananın Ağcaqışlaq kəndində anadan olub. 1975-ci ildə ailəlikcə köçüb Tehran şəhərinin Nəmətabad məhəlləsində yaşamışlar. Aşıq Yədullanın məsləhəti ilə tanınmış aşıq və məşhur sazbənd Aşıq Əvəzin yanına gedib ona şəyird olub. Gənc Səlcuq ondan iki müqəddəs peşə öyrənir. Onun biri aşıqlıq, biri də saz düzəltmək peşəsi olur. Düz 4 il ustadıyla bir yerdə olur. 1980-ci ildə hərbi qulluğa yollanır. İki ildən sonra hərbi qulluqdan qayıdanda ustadının vəfatına çox acıyır. Özünə ikinci ustad kimi Tehranın “Xaksıfid” məhəlləsində Girişanlı Aşıq Hüseyn Əsədini ustad seçir.
Sərvan Şahbazov
Sərvan və ya Sarvan Əliməmməd oğlu Şahbazov (14 iyul 1993; Gündüzqala, Qusar rayonu, Azərbaycan — 1 noyabr 2020; Cütcü, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Sərvan Şahbazov 14 iyul 1993-cü ildə Qusar rayonunun Gündüzqala kəndində anadan olmuşdur. == Hərbi xidməti == Sərvan Şahbazov müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Müdafiə Nazirliyinin Qusar rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi.Azərbaycan Ordusunun əsgəri olan Sərvan Şahbazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Sərvan Şahbazov 1 noyabr 2020-ci ildə Xocavənd rayonunun Cütcü kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Uzun müddət nəşi tapıla bilməmişdir. 7 yanvar 2021-ci ildə Qusar rayonunun Gündüzqala kəndində dəfn olunmuşdur.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sərvan Şahbazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sərvan Şahbazov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sərvan Şahbazov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sərvan Şahbazov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Tağı Şahbazi
Tağı Şahbazi Simurq (1892, Bakı – 2 yanvar 1938, Bakı) — Bakı Dövlət Universitetinin ilk azərbaycanlı rektoru (sayca dördüncü) (1926–1929-cu illər), yazıçı, publisist, pedaqoq. == Həyatı == Tağı Şahbazi Simurq 1892-ci ildə Bakının Fatmayı kəndində anadan olmuşdur. İbtidai təhsilini mollaxanada almışdır. 1902–1905-ci illərdə İçəri şəhərdə 9 saylı məktəbdə, sonra Həbib bəy Mahmudbəyovun müdir olduğu birinci rus-tatar məktəbində təhsilini davam etdirmişdir. Məktəbi bitirdikdən bir il sonra, 1913-cü ildə Bakıda Üçüncü Gimnaziyada latın dilindən imtahan verib şəhadətnamə almış, onun əsasında həmin il Xarkov Darülfünunun Fizika və Riyaziyyat fakültəsinin Təbiyyat şöbəsinə daxil olmuşdur. Tələbəlik həyatı inqilabi hadisələr mühitində keçmişdir. 1914-cü ildə Darülfünunu Tibb şöbəsinə keçməsi onu inqilabçı tələbələrə daha da yaxınlaşdırmışdır. 1915-ci ildə "Sosial-Demokrat Bolşevik Firqəsi"nin tələbə fraksiyasına daxil olmuşdur. 1917-ci ildə Bakıda "Hümmət" təşkilatında, 1918-ci ildə Xarkovda "Cənub türk-tatar işçisi" hərəkatında fəal çalışmışdır. == Fəaliyyəti == 1919-cu ildə Ukrayna K(b)P MK yanında "Hümmət" müsəlman bürosunun sədri, RSFSR Xalq Milli İşlər Komissarlığı Zaqafqaziya müsəlmanları şöbəsinin katibi, Şərq Xalqları Kommunist təşkilatları bürosunda məlumat şöbəsinin müdiri olmuşdur.
Tağı Şahbazi Simurq
Tağı Şahbazi Simurq (1892, Bakı – 2 yanvar 1938, Bakı) — Bakı Dövlət Universitetinin ilk azərbaycanlı rektoru (sayca dördüncü) (1926–1929-cu illər), yazıçı, publisist, pedaqoq. == Həyatı == Tağı Şahbazi Simurq 1892-ci ildə Bakının Fatmayı kəndində anadan olmuşdur. İbtidai təhsilini mollaxanada almışdır. 1902–1905-ci illərdə İçəri şəhərdə 9 saylı məktəbdə, sonra Həbib bəy Mahmudbəyovun müdir olduğu birinci rus-tatar məktəbində təhsilini davam etdirmişdir. Məktəbi bitirdikdən bir il sonra, 1913-cü ildə Bakıda Üçüncü Gimnaziyada latın dilindən imtahan verib şəhadətnamə almış, onun əsasında həmin il Xarkov Darülfünunun Fizika və Riyaziyyat fakültəsinin Təbiyyat şöbəsinə daxil olmuşdur. Tələbəlik həyatı inqilabi hadisələr mühitində keçmişdir. 1914-cü ildə Darülfünunu Tibb şöbəsinə keçməsi onu inqilabçı tələbələrə daha da yaxınlaşdırmışdır. 1915-ci ildə "Sosial-Demokrat Bolşevik Firqəsi"nin tələbə fraksiyasına daxil olmuşdur. 1917-ci ildə Bakıda "Hümmət" təşkilatında, 1918-ci ildə Xarkovda "Cənub türk-tatar işçisi" hərəkatında fəal çalışmışdır. == Fəaliyyəti == 1919-cu ildə Ukrayna K(b)P MK yanında "Hümmət" müsəlman bürosunun sədri, RSFSR Xalq Milli İşlər Komissarlığı Zaqafqaziya müsəlmanları şöbəsinin katibi, Şərq Xalqları Kommunist təşkilatları bürosunda məlumat şöbəsinin müdiri olmuşdur.
Tağı Şahbazi Simurğ
Tağı Şahbazi Simurq (1892, Bakı – 2 yanvar 1938, Bakı) — Bakı Dövlət Universitetinin ilk azərbaycanlı rektoru (sayca dördüncü) (1926–1929-cu illər), yazıçı, publisist, pedaqoq. == Həyatı == Tağı Şahbazi Simurq 1892-ci ildə Bakının Fatmayı kəndində anadan olmuşdur. İbtidai təhsilini mollaxanada almışdır. 1902–1905-ci illərdə İçəri şəhərdə 9 saylı məktəbdə, sonra Həbib bəy Mahmudbəyovun müdir olduğu birinci rus-tatar məktəbində təhsilini davam etdirmişdir. Məktəbi bitirdikdən bir il sonra, 1913-cü ildə Bakıda Üçüncü Gimnaziyada latın dilindən imtahan verib şəhadətnamə almış, onun əsasında həmin il Xarkov Darülfünunun Fizika və Riyaziyyat fakültəsinin Təbiyyat şöbəsinə daxil olmuşdur. Tələbəlik həyatı inqilabi hadisələr mühitində keçmişdir. 1914-cü ildə Darülfünunu Tibb şöbəsinə keçməsi onu inqilabçı tələbələrə daha da yaxınlaşdırmışdır. 1915-ci ildə "Sosial-Demokrat Bolşevik Firqəsi"nin tələbə fraksiyasına daxil olmuşdur. 1917-ci ildə Bakıda "Hümmət" təşkilatında, 1918-ci ildə Xarkovda "Cənub türk-tatar işçisi" hərəkatında fəal çalışmışdır. == Fəaliyyəti == 1919-cu ildə Ukrayna K(b)P MK yanında "Hümmət" müsəlman bürosunun sədri, RSFSR Xalq Milli İşlər Komissarlığı Zaqafqaziya müsəlmanları şöbəsinin katibi, Şərq Xalqları Kommunist təşkilatları bürosunda məlumat şöbəsinin müdiri olmuşdur.
Yavər Şahbazov
Yavər Şahbazov — Azərbaycanın Milli Qəhrəmanı. == Həyatı == 1 noyabr 1973-cü ildə Xaçmaz rayonunun Qıraqlı kəndində anadan olmuşdur. 1981-1991-ci illərdə burada orta məktəbdə təhsil almışdır. Vətənpərvərliyi ilə müəllimlərinin və sinif yoldaşlarının diqqətini çəkən Yavər müharibəyə getmək və torpaqlarımızın bütövlüyü uğrunda savaşmaq istəyirdi. 1994-cü il 8 iyunda o, öz arzusuna çatdı. Rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına çağırıldı. 1995-ci il 13-17 mart hadisələri baş verdi. Silahlı dəstə bir neçə dəfə xəbərdarlığa baxmayaraq silahı yerə qoymadı. Milli Ordu işə qarışmalı oldu Yavər də bu silahlı dəstənin zərərsziləşdirilməsində iştirak edirdi. Güclü atışma başlayanda o, bir neçə yaralı döyüşçünü xilas etdi özü isə qəhrəmancasına həlak oldu.

Digər lüğətlərdə

бума́ги возмужа́лость джази́ст застро́иться корректи́роваться навива́льный са́жистый стра́шно аноди́роваться берегозащи́тный вопию́щий попусти́тельский прого́рклый уди́льщица централиза́ция мандарин сени allochthonous close out eucalyptus Greek Nottingham sloop-of-war неугодный теплоэнергетика