ŞAHİD

is. [ ər. ]
1. Bir hadisəni, əhvalatı, işi öz gözü ilə görmüş və ya görən adam. Mən bu hadisələrin şahidiyəm.
– Mənim sakin olduğum otağın üzü [Sarıköynəkgilin] həyətinə olduğu üçün hər işinə şahid olurdum. S.Hüseyn.
Onsuz da evin hər tərəfində keçmiş vuruşmaların şahidi olan bir çox uçuqsöküklər var idi. H.Nəzərli.
Mən bir çox belə hadisələrin nəinki şahidi, hətta bir neçə dəfə iştirakçısı da olmuşam. M.Rzaquluzadə.

2. Özünə məlum olan bir iş haqqında şəhadət vermək üçün məhkəməyə çağırılan şəxs. Şahidləri dinləmək. – Dava üçün bir qazı, isbat üçün min şahid. ( Ata. sözü ).
[Səfər Həmzəyə:] Ağa, şahidlərin biri mən. C.Cabbarlı.
İslam, ərizəsində bir çox şahidlər göstərirdi. S.Hüseyn.
Şahid lazım olmadı, çünki Şəfiqə özü boynuna götürdü. İ.Musabəyov.

□ Şahid çağırmaq (çəkmək, göstərmək) – bir şeyin həqiqətən olub-olmadığını sübut etmək üçün rəsmi şəkildə adam göstərmək, ona isnad etmək.
Uçurub kökündən nəmli zindanı; Şahid çağıraram bütün dünyanı. S.Rüstəm.
Qədir üzünü qonşulara tutub şahid çəkirdi. Mir Cəlal.

Şahid durmaq (olmaq) – öz gözü ilə gördüyü bir şey, hadisə haqqında ifadə, məlumat verməklə onun doğru olub-olmadığını göstərmək.
[Çimnaz Səriyyəyə:] Özüm gedib şahid duraram ki, sən özün-özünü öldürmüşsən. C.Cabbarlı.
[Maral:] Sözlərini təkrar elə, Mirzə Qərənfil mənim şahidim olacaq. S.Rəhman.

Etimologiya

  • ŞAHİD Ərəbcədir, bizdə tanımaq feilindən əmələ gəlmiş tanıq sözü işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
ŞAHI
ŞAHİD-SÜBUT
OBASTAN VİKİ
Şahid
Şahid (ərəb. الشاهد‎) və ya tanıq, hansısa bir hadisəni görən ya bilən şəxs. Ədalət məhkəməsi araşdırmalarında bildiyi məlumatı söyləmək üçün əhəmiyyətlidir. Azərbaycan Respublikasının Cinayyət-prossesual məcəlləsinə əsasən cinayət işi üzrə hər hansı əhəmiyyət kəsb edən hallardan xəbərdar olan şəxs ittiham tərəfindən ibtidai araşdırma və ya məhkəmə baxışı zamanı, müdafiə tərəfindən isə məhkəmə baxışı zamanı çağırılıb şahid qismində dindirilə bilər.
Hüseyn Şahid
Hüseyn Şahid (8 sentyabr 1892 – 5 dekabr 1963, Beyrut) — Pakistan İslam Respublikasının 5-ci baş naziri.
Şahid Kapur
Şahid Kapur (25 fevral 1981) — tanınmış Bollivud aktyoru. Şahid Kapur karyerasına Taal (Ritm) adlı filmdə ikinci dərəcəli rolu ifa etməklə başlamışdır. 4 il sonra iştirak etdiyi Ishq Vishk (Romantik Sevgi) filminə görə Filmfare mükafatına layiq görülmüşdür. Ən uğurlu rolları Jab We Met (Görüşdüyümüz vaxt) və Kaminey (Əclaf) filmlərində olmuşdur. Məhz bu filmlərə görə yenidən Filmfare mükafatına layiq görülmüşdur. == Həyatı == Kapur 25 fevral 1981-ci ildə anadan olmuşdur. Atası tanınmış aktyor Pankac Kapurdur. Anası Nilima Əzim isə aktrisa və klassik rəqqas kimi tanınır. Şahid 3 yaşındaykən valideynləri boşanmış və anasının yanında böyümüşdür. Onun atası və ögey anası Supriya Patakla kifayət qədər yaxşı əlaqələri olmuşdur.
Şahid dağ
Bir zamanlar yüksək olan ölkənin dağılmayıb təcrid olunmuş stolvari şəkildə qalan hissəsidir.Onlar zaman keçdikcə dağılır və düzənliklər əmələ gəlir.
Şahid Əbdülkərimov
Şahid Əbdülkərimov – Azərbaycan bəstəkarı, bir çox məşhur mahnının müəllifi. == Həyatı == 1956-cı ildə Şahid Nuxa (Şəki) şəhərindəki mədəniyyət evi nəzdində Respublikanın əməkdar artisti Məmmədkəbir Hacıoğlunun rəhbərliyi ilə dram dərnəyində iştirak edirdi. Şahid 1957-ci ildə orta məktəbi bitirdikdən sonra 1959-1960-cı illərdə Bakı Mədəni Maarif Texnikumunun xor dirijorluğu şöbəsində təhsil almış və ümumdünya festivalının laureatı, həvəskar bəstəkar, xanəndə Qulu Əsgərov onun sevimli müəllimi və dostu olmuşdu. Təhsilini başa vurduqdan sonra Şahid Xırdalandakı 1 saylı qəsəbə orta məktəbində musiqi müəllimi işləməklə əmək fəaliyyətinə başlamışdı. O, 1961-1966-cı illərdə M.Əliyev adına Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsinin axşam şöbəsində təhsil almışdı. Tələbəlik illərində görkəmli bəstəkarımız Şəfiqə Axundova ilə sıx əlaqə saxlamışdır. Şahidin 100-dən artıq mahnısı var. Onun efirdə ilk səslənən mahnısı "Hanı bəs vəfan sənin" mahnısıdır. Həmin mahnı Ümumittifaq səsyazma fondunda, patefon valına yazılıb. İlk ifaçısı xalq artisti İslam Rzayev olub.
Şahid Əhmədli
Şahid Gülməmməd oğlu Əhmədli (17 oktyabr 1992; Saatlı rayonu, Azərbaycan — 12 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şahid Əhmədli 1992-ci il oktyabrın 17-də Saatlı rayonunun Qaracalar kəndində anadan olub. 2007-2010-cu illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2010-2014-cü illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Ailəli idi. 2 qızı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun leytenantı olan Şahid Əhmədli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şahid Əhmədli oktyabrın 12-də Talış döyüşləri zamanı snayper gülləsi nəticəsində şəhid olub. Saatlı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahid Əhmədli ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahid Əhmədli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Şahid Hüseynov
Hüseynov Şahid Güləhməd oğlu (10 dekabr 1971, Qoşaqışlaq – 24 mart 1993, Qaradağlı, Ağdam rayonu) — şəhid. == Həyatı == 10.12.1971-ci ildə Bakı şəhəri Əzizbəyov Rayonu Qışlaq kəndində anadan olub. 1978-ci ildə Bakı şəhəri Əzizbəyov ra yonu 231-nömrəli məktəbə daxil olub, 1986-cı ildə həmin məktəbi bitirib 101-nömrəli Binə peşə məktəbində sürücülük oxuyub, 1989-cu ildə bitirib. İlk hərbi xidmətə 1989-cu ildə Əzizbəyov rayon Hərbi Komisarlığı tərəfindən Sovet ordusuna çağrılıb. Xidmətinin ilk 6 ayını Gürcüstan Respublikasında, qalan 1 il 6 ayını Azərbaycan Respublikasının Gəncə şəhərində başa vurub. Hərbi xidməti 1991-ci il may ayında bitirib 1992-ci ilin Sentyabr ayından Daxili Qoşunlara Hərbi qulluqçu kimi daxil olub. 1992-ci ilin Noyabr ayından N-nömrəli Hərbi hissə Kapitanı Nağıyevin batalyonunda Ağdərə, Ağdam, Qaradağlı və Xındırıstan uğrunda gedən döyüşlərdə iştirak edib. 21 mart 1993-cü ildə Qalayçılar yaşayış məntəqəsi uğrunda gedən döyüşlərdə yaralanmış, Ağdam rayon Qaradağlı hərbi səhra hospitalına göndərilmişdir. 24 mart 1993-cü ildə həmin hospitalda Şəhidlik zirvəsinə ucalmışdır.
HESA Şahid-136
Səssiz şahid (roman)
Səssiz şahid — britaniyalı yazıçı Aqata Kristi tərəfindən ilk dəfə 5 iyul 1937-ci ildə Böyük Britaniyada Collins Crime Club və ABŞ-da Dodd, Mead və Company tərəfindən daha sonra Puaro adı ilə nəşr edilmiş detektiv fantastika romanıdır. == Haqqında == Emili Arundell adlı varlı, Berkşirdəki evində yıxıldıqdan sonra qətlə cəhdin qurbanı olduğu inancı ilə Herkul Puaroya məktub yazır . Bununla belə, ailəsi və ailəsi onun tülkü teriyeri Bob tərəfindən qoyub getdiyi topu aşdıqdan sonra təsadüfən yıxıldığını düşünür. Puaro məktubu alanda onun artıq öldüyünü öyrənir; onun həkimi Dr. Grainger onun ölümünün xroniki qaraciyərdən olduğunu bildirir problemlər. Əvvəlki payızdan sağalarkən, etdiyi yeni vəsiyyət onun böyük sərvətini və evini yoldaşı Miss Minnie Lawsona vəsiyyət edir. Emilinin kiminsə onu öldürmək istədiyinə dair inancını araşdırmaq istəyən Puaro, dostu Artur Hastinqsin müşayiəti ilə qeyd edir ki, onun əvvəlki vəsiyyətinə əsasən, qardaşı oğlu Çarlz Arundell, qardaşı qızları Tereza Arundell və Bella Taniosla birlikdə miras alacaqdı. Hər üçü iradəyə qarşı çıxmaq istəyir, lakin bu hərəkəti davam etdirmir. Evi almaq bəhanəsi ilə ziyarət edən Puaro, pilləkənlərin yuxarı hissəsində lak ilə örtülmüş bir mismar tapır və ona ipin bağlandığını düşünür. Emilinin son sözləri ilə o, Bobun bütün gecəni çöldə keçirdiyini və buna görə də onun tıxac nəticəsində pilləkənlərdən yıxıldığını və Emily-nin həqiqətən də öldürülmə ehtimalının olduğunu başa düşür.
Şahid (film, 1969)
Şahid (mac. A tanú) – 1969-cu ildə Macarıstanın satira filmi olub, rejissoru Péter Bacsoʼdur. Film 1950-ci il və və 1956 -cı il üsyanının müzakirəsinin qadağan edildiyi bir vaxtda gərgin siyasi mühitdə çəkilib. Filmin kommunist hökuməti tərəfindən çəkilməsinə və maliyyələşdirilməsinə icazə verilsə də, sonradan göstərilməsinə qadağa qoyuldu. Xarici ölkələrdə bu lentlərin izlənməsi nəticəsində kommunist hakimiyyət orqanları bu filmin Macarıstandakı nümayişinə icazə verdilər. 1981-ci ildə Kann Film Festivalında nümayiş etdirildi. Sonradan davamı 1994-cü ildə "Megint Tanu" (" yenidən Şahid ") adı altında çəkildi . == Süjet == Filmdə Jozef Pelikan əvvəllər Macarıstanda İkinci Dünya müharibəsi dövründə kommunist hərəkatına qatılan və indi bir dambada işləyən tək bir atadır. O, yeraltı kommunist hərəkatından köhnə bir dostu Zoltan Daniyellə görüşür, indi o, Dunayda balıq tutan bir hökumət rəsmisidir. Daniyel çaya düşür və Pelikan onu xilas edir və onu evinə dəvət edir.
Şahid Xaqan Abbasi
Şahid Xaqan Abbasi (urdu شاہد خاقان عباسی; d. 27 dekabr 1958-ci il) 2017-ci ilin avqust ayından etibarən Pakistan İslam Respublikasının Baş naziri, pakistanlı siyasətçi. Pakistan Müsəlman Liqasının üzvü, 2008-ci ildən etibarən Pakistan Milli Assambleyasının üzvüdür. Abbasi öz siyasi karyerasına 1988-ci ildə başlamış və ard-arda altı dəfə Milli Assambleyaya üzv seçilmişdir. Pakistan Müsəlman Liqası 1997-ci ildə baş tutmuş seçkilərdə qalib gəldikdən sonra Pakistan Beynəlxalq Hava Yollarının sədri vəzifəsinə təyin olunmuş və 1999-cu ildə dövlət çevrilişi baş verənə qədər bu vəzifəni icra etmişdir. 2008-ci ildəki seçkilərdən sonra koalisiya hökumətinin tərkibində Kommersiya naziri vəzifəsinə təyin olunmuşdur. 2013-cü ildəki seçkilər nəticəsində isə Neft və Təbii Resurslar naziri təyin olunmuş və 2017-ci ilin iyul ayında Nəvaz Şərif istefaya göndərilənə qədər bu vəzifəni icra etmişdir. 1 avqust 2017-ci il tarixində istefaya göndərilmiş Nəvaz Şərifin əvəzinə Baş nazir təyin olunmuşdur. == İlk illəri və təhsili == 1958-ci ildə Pakistanın Sind əyalətində yerləşən Kəraçi şəhərində Xaqan Abbasinin ailəsində anadan olmuşdur. Orta təhsilini Lourens Kollecində almışdır.1978-ci ildə ABŞ-nin Los-Anceles Kaliforniya Universitetində elektrik mühəndisliyi ixtisası üzrə bakalavr təhsili almışdır.
Şəhid Şahid Hüseynov
Hüseynov Şahid Güləhməd oğlu (10 dekabr 1971, Qoşaqışlaq – 24 mart 1993, Qaradağlı, Ağdam rayonu) — şəhid. == Həyatı == 10.12.1971-ci ildə Bakı şəhəri Əzizbəyov Rayonu Qışlaq kəndində anadan olub. 1978-ci ildə Bakı şəhəri Əzizbəyov ra yonu 231-nömrəli məktəbə daxil olub, 1986-cı ildə həmin məktəbi bitirib 101-nömrəli Binə peşə məktəbində sürücülük oxuyub, 1989-cu ildə bitirib. İlk hərbi xidmətə 1989-cu ildə Əzizbəyov rayon Hərbi Komisarlığı tərəfindən Sovet ordusuna çağrılıb. Xidmətinin ilk 6 ayını Gürcüstan Respublikasında, qalan 1 il 6 ayını Azərbaycan Respublikasının Gəncə şəhərində başa vurub. Hərbi xidməti 1991-ci il may ayında bitirib 1992-ci ilin Sentyabr ayından Daxili Qoşunlara Hərbi qulluqçu kimi daxil olub. 1992-ci ilin Noyabr ayından N-nömrəli Hərbi hissə Kapitanı Nağıyevin batalyonunda Ağdərə, Ağdam, Qaradağlı və Xındırıstan uğrunda gedən döyüşlərdə iştirak edib. 21 mart 1993-cü ildə Qalayçılar yaşayış məntəqəsi uğrunda gedən döyüşlərdə yaralanmış, Ağdam rayon Qaradağlı hərbi səhra hospitalına göndərilmişdir. 24 mart 1993-cü ildə həmin hospitalda Şəhidlik zirvəsinə ucalmışdır.
Sonuncu şahid (film, 2004)
== Məzmun == "Sonuncu Şahid" Selcan (Məsmə Aslanqızı) adlı qızdır. O, qətl hadisəsinin şahidi olur. Qətli törədən Samir (Vüqar Əbdülov) digər şahidləri müxtəlif yollarla susdurmağa nail olur. Təkcə Selcandan başqa. Selcan hədə-qorxulara rəğmən öz vicdanının əksinə gedə bilmir və son məqamda məhkəmədə ifadə vermək qərarına gəlir. Çünki bütün günahlar həmin gecə Selcanı canilərin əlindən xilas edən Azər Səmədzadənin (Samir Qulamov) üstünə atılmışdı. Selcanın ifadəsindən sonra Azər azadlığa buraxılır, lakin, hadisələr daha da qabarıq hala gəlir. Samir öz dəstəsi ilə bir-bir şahidləri aradan götürməyə başlayır. Əlbəttə Selcan da təhlükə altında qalır. Hətta Samirin dəstəsi işi aparan hakim Sədi Həsənzadənin (Əliabbas Qədirov) nəvəsi Fərruxu (Murtuz Ələsgərov) da qaçırır ki, məhkəmədə işi Samirin xeyrinə həll etsin.
Şahid qız (film, 1990)
== Məzmun == Film anti-demokratik və qeyri-hüquqi dövlətdə baş verən sosial-siyasi hadisələr barədə söhbət açır.
Allah şahiddir (film, 1992)
Allah şahiddir (Rom: Khuda Gawah; film, həmçinin də Allah mənim şahidimdir adı altında da tərcümə edilmişdir) — Mukul S. Anand tərəfindən ssenarisi yazılmış və rejissorluğu edilmiş 1992-ci ildə çəkilmiş Hind epik dram filmidir. Əsas rollarda Amitabh Bachchan, Nagarjuna, Sridevi, Shilpa Shirodkar, Denni Denzonqpa, Kiran Kumar çəkilmişdirlər. Filmin musiqisini Laxmikant-Pyarelal bəstələnmişdir. Film Şridevi və Baççanın üçüncü müştərək filmi olmuşdur. Filmdə Badşah Xan Bənazirin atasının qatilini tapmaq üçün Əfqanıstandan Hindistana gedir ki, onu heyran etsin və onunla ailə həyatı qursun. O, bu işdə müvəffəqiyyət qazanır, lakin tezliklə özünü bir cinayətdə ittiham olunmuş və Hindistan həbsxanasında tələyə düşmüş vəziyyətdə görür. == Süjet xətti == Ekran əsəri bir sevgi və şərəf dastanıdır. Kabil şəhərinin qorxmaz Bədşah xanı ilə klan başçılarından birinin qızı Bənazir arasında olan ülvi məhəbbətdən bəhs edir. Bədşahın evlilik təklifinə Bənazir müsbət cavab verir, ancaq bu izdivacın baş tutması üçün bir şərt irəli sürür: əri olmaq istəyirsə mütləq atasının qatili Həbibullanı axtarıb tapıb, onun başını Bənazirə gətirməlidir. Həbibullanın axtarışına çıxan Bədşah yolda qohumları Paşa və Ranbir Sinqhə rast gəlir.
Keçmişin Şahidləri (1956)
== Məzmun == Filmdə Azərbaycanın qədim tarixi abidələrindən danışılır.
Keçmişin şahidləri (film, 1956)
== Məzmun == Filmdə Azərbaycanın qədim tarixi abidələrindən danışılır.
Yahova şahidləri
Yehova şahidləri (ing. Jehovah's Witnesses; 1931-ci ilə qədər Müqəddəs Kitab tədqiqatçıları) — beynəlxalq dini təşkilat. Yehova şahidləri 1931-ci ilə, müasir adı qəbul olunana qədər bu "Müqəddəs Kitab tədqiqatçıları" adlanırdı. Təşkilatın özünün hesablamalarına görə, 2020-ci ildə bu dini təşkilatın üzvlərinin maksimal sayı 8695808 nəfərə çatmışdır. == Adı == Yehova şahidləri — adı 1931-ci ildə əksər "Müqəddəs Kitab tədqiqatçıları" tərəfindən qəbul olunub. Onlar bu adı Müqəddəs Kitabdan, Yeşaya peyǧəmbərin kitabından götürüblər. Müqəddəs Kitabdan olan bu cümlə aşaǧıda gətirilir: Rəbb "Yehova" bəyan edir: "Sizsiniz Mənim şahidlərim, seçdiyim qullarım, elə ki Məni tanıyıb, Mənə arxalanasınız, Mənim O olduǧumu anlayasınız. Məndən əvvəl tanrı mövcud olmayıb, Məndən sonra da olmayacaq. Mənəm Rəbb, yalnız Mənəm, Məndən başqa qurtarıcı yoxdur. Mən dedim və Mən qurtardım, Mən bəyan etdim, aranızda başqa tanrılar yox idi.
Yehovanın Şahidləri

Yəhova şahidləri

Şahiddin Əliyev
Şaitdin Sərdar oğlu Əliyev (18 sentyabr 1947) — Azərbaycan dövlət və siyasi xadimi; Azərbaycan Milli Məclisinin I və II çağırış üzvü. == Həyatı == Şaitdin Əliyev 1947-ci il sentyabrın 18-də anadan olub. Azərbaycan Politexnik İnstitutunda hidromeliorasiya üzrə ali, S. Kirov adına Azərbaycan Dövlət Universitetində isə hüquq üzrə ali təhsil alıb. Rus dilini bilir. Əvvəl bitərəf olub, 2000-ci ildən isə Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. Şaitdin Əliyev ailəlidir, beş övladı var. == Fəaliyyəti == 1995-ci il noyabrın 26-da baş tutan Parlament seçimlərində 18 nömrəli Əzizbəyov dairəsindən bitərəf namizəd olan Şaitdin Əliyev, I çağırış Milli Məclisin deputatı seçildi. 1995-ci il noyabrın 26-dan səlahiyyətlərinin icrasına başlayan Şaitdin Əliyev, Milli Məclisin Sosial siyasət Daimi Komissiyasının sədr müavini, Azərbaycan—Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isi rəhbəri oldu.Daha sonra 2000-ci il noyabrın 5-də baş tutan Parlament seçimlərində 18 saylı Əzizbəyov dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Şaitdin Əliyev, II çağırış Milli Məclisin deputatı seçildi. 2000-ci il noyabrın 12-dən səlahiyyətlərinin icrasına başlayan Şaitdin Əliyev, Milli Məclisin Regional məsələləri Daimi Komissiyasının sədr müavini, Azərbaycan—Albaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Azərbaycan—Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə rəhbəri oldu.Şaitdin Əliyev Mərkəzi Seçki Komissiyasının 2010-cu il iyunun 8-dən üzvü, iyunun 10-dan isə sədr müavinidir.Şaitdin Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2007-ci ildə "Şöhrət" ordeni, 2017-ci ildə isə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Şahidiyə
Şahidiyə--İranın Yəzd ostanının Yəzd şəhristanının Mərkəzi bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 14,374 nəfər və 3,773 ailədən ibarət idi.
Şahidli (Miyanə)
Şahidli (fars. شهيدلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 9 nəfər yaşayır (5 ailə).
Əhməd Şahidov
Əhməd Şair oğlu Şahidov — azərbaycanlı hüquq müdafiəçisi, Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin Arxivləşdirilib 2021-05-06 at the Wayback Machine koordinatoru. == Həyatı == Əhməd Şahidov 1982-ci ildə Qax rayonunda anadan olub. 1999-cu ildə humanitar təmayüllü liseyi bitirib və həmin il Bakı Slavyan Universitetinin pedaqoji fakültəsinə daxil olub. 2003-cü ildə BSU-nun magistratura pilləsində təhsilini davam etdirib. 2005-ci ildə magistraturanı qırmızı diplomla bitirib, aspirant kimi elmi fəaliyyətə başlayıb. 2005-2008-ci illərdə Bakı Slavyan Universitetinin pedaqoji fakültəsinin Müasir rus dili kafedrasında aspirant kimi elmi tədqiqatlar aparıb. Üzərində çalışdığı dissertasiya işi "Rus və Azərbaycan dillərində hecanın fonetik quruluşu və sözün sillabik quruluşu (ikihecalı sözlərin materialları əsasında)" adlanır. Mövzuyla bağlı yerli və xarici elmi jurnallarda xeyli məqalələri dərc olunub. 23 iyun 2009-cu il tarixdə Bakı Slavyan Universitetinin D.02.071 Dissertasiya Şurasının iclasında namizədlik dissertasiyanın rəsmi müdafiəsi keçirilib. Yekdilliklə ona 10.02.03 – Slavyan dilləri (Rus dili) və 10.02.01 – Azərbaycan dili ixtisasları üzrə filologiya elmləri namizədi elmi dərəcəsinin verilməsi qərara alınıb.
Yehova şahidləri
Yehova şahidləri (ing. Jehovah's Witnesses; 1931-ci ilə qədər Müqəddəs Kitab tədqiqatçıları) — beynəlxalq dini təşkilat. Yehova şahidləri 1931-ci ilə, müasir adı qəbul olunana qədər bu "Müqəddəs Kitab tədqiqatçıları" adlanırdı. Təşkilatın özünün hesablamalarına görə, 2020-ci ildə bu dini təşkilatın üzvlərinin maksimal sayı 8695808 nəfərə çatmışdır. == Adı == Yehova şahidləri — adı 1931-ci ildə əksər "Müqəddəs Kitab tədqiqatçıları" tərəfindən qəbul olunub. Onlar bu adı Müqəddəs Kitabdan, Yeşaya peyǧəmbərin kitabından götürüblər. Müqəddəs Kitabdan olan bu cümlə aşaǧıda gətirilir: Rəbb "Yehova" bəyan edir: "Sizsiniz Mənim şahidlərim, seçdiyim qullarım, elə ki Məni tanıyıb, Mənə arxalanasınız, Mənim O olduǧumu anlayasınız. Məndən əvvəl tanrı mövcud olmayıb, Məndən sonra da olmayacaq. Mənəm Rəbb, yalnız Mənəm, Məndən başqa qurtarıcı yoxdur. Mən dedim və Mən qurtardım, Mən bəyan etdim, aranızda başqa tanrılar yox idi.

Digər lüğətlərdə

груз-200 непого́дь отделе́ние самоло́в трактородро́м укрупнённый и́грек нечистокро́вный опусте́ние подпи́ска пола́ститься стенгвант хорват accrete Balboa Heights genethliacs gold-digger hew down pinching-nut unpunished вздуваться дрожь разувериться торжествовать трёхгодичный