ŞAHİN

is.
1. Möhkəm əyridimdikli, uzun, itiqanadlı yırtıcı quş.
Şahin, şunqar sürbənizi dağıdar; Boyanarsız qızıl qanə, durnalar! M.V.Vidadi.
[Tərxan:] Ovçu şahinə qırqovul neylər! Tükün qanlı caynağında didər! A.Şaiq.

2. məc. Cəsur, mərd, igid, qorxmaz adam haqqında.
…Təbriz, inqilablar ocağı Təbriz; Aslanlar, şahinlər oylağı Təbriz. Şəhriyar.

// məc. Obrazlı təşbehlərdə. Təyyarə və təyyarəçilərə verilən təntənəli ad.
Bəzən də qartal kimi sən iki qanad üstdə; Şahinlərin qonduğu zirvələrə dayanır… A.İldırım.

Etimologiya

  • ŞAHİN Şahın ov quşlarının hamısında birlikdə şahin (şah quşu) deyiblər. Bizdə onun yerinə bayqu işlədilib (“Əsli və Kərəm”də “Bayqunun məskənin sar aldı get
ŞAHİDLİK
ŞAHİNCƏSİNƏ
OBASTAN VİKİ
Bahar Şahin
Bahar Şahin (4 may 1997, Ankara) - Türk aktrisa == Həyatı və Karyerası == Bahar Şahin 1997-ci ildə Ankara-da anadan olub. Ailəsi əslən Artvinlidir. 12 yaşında ailəsi ilə birlikdə İstanbul-a köçdü və burada təhsil və təlim həyatına davam etdi. Məktəb illərində teatr dərslərinə qatıldı. Şahin 2015-ci ildə O Hayat Benim serialı ilə televiziyaya başladı. Daha sonra Yol Arkadaşım, Yol Arkadaşım 2, İyi Oyun kimi filmlərdə rol aldı və "Lise Devriyesi", "Servet" kimi seriallarda rol aldı. 2019–2020-ci illər arasında Ən yaxşı aktrisa nominasiyasında Qızıl Kelebek Mükafat-ına namizəd göstərildiyi "Zalim İstanbul" serialında "Ceren" obrazını canlandıraraq gündəmə gəldi. == Filmoqrafiya == Film Televiziya == Mükafatlar == Ümid vəd edən aktrisa- 2.
Emil Şahin
Emil Şahin oğlu Qonaqov (19 may 1987, Bakı) — azərbaycanlı bəstəkar. == Həyat və yaradıcılığı == Emil Şahin oğlu Qonaqov 19 may 1987-ci ildə Bakı şəhərində anadan olub. 1995-ci ildə Eldar Məmmədov adına orta məktəbə daxil olmuşdur.Musiqiyə olan həvəsi uşaq yaşlarından formalaşdığı üçün, məktəbdən əlavə həmin illərdə Səbail rayonunda fəaliyyət göstərən incəsənət dərnəklərində, eləcə də Bülbül adına orta ixtisas musiqi məktəbində təşkil olunan müxtəlif konsertlərdə fəal iştirak edərək laureat olmuşdur. İlk bəstələdiyi melodiya 11 yaşı olarkən ərsəyə gəlib. "Vətən" adlı bu bəstə illər ötməsinə baxmayaraq onun yaradıcılığında özünəməxsus yer tutur. Bu əsər daha da təkmilləşdirilərək, Azərbaycan Respublikasının Xalq artisti Qara Qarayev adına Dövlət Kamera Orkestrının bədii rəhbəri və dirijoru Teymur Göyçayevlə birlikdə xüsusi layihə kimi dinləyicilərə təqdim olunacaqdır. Əsərin ifaçısı Azərbaycan muğamlarını dünyaya tanıdan xalq artisti , “Şöhrət” ordenli Alim Qasımov olacaq. Emil Şahin haqqında məlumatda onu da vurğulamaq istərdik ki, 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxaq İqtisadi Münasibətlər" fakültəsinə daxil olmuşdur. Onu Emil Şahin kimi tanıdan "Xəyallar" kompoziyasını da elə həmin ildə yazmışdır. Bu əsər çox qısa müddət ərzində ona şöhrət qazandırıb.
Hacı Şahin
Hacı Şahin (tam adı: Şahin Hüseyn oğlu Həsənli; 7 iyul 1974, Bakı – 2 mart 2023, Bakı) — azərbaycanlı ilahiyyatçı, xeyriyyəçi, din xadimi, ictimai xadim; Məşədi Dadaş məscidinin sabiq axundu, imam-camaatı; "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri (2007–2023); Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi (2014–2023); QMİ-nin Qazilər şurasının sabiq üzvü. == Həyatı == Şahin Hüseyn oğlu Həsənli 7 iyul 1974-cü ildə Bakı şəhərində dünyaya gəlib. 1981-ci ildə Bakı şəhəri, Səbail rayonu 189 saylı orta məktəbin (indiki 189–190 №-li məktəb) rus bölməsinə daxil olub, 1991-ci ildə həmin məktəbi bitirib. 1991-ci ildə Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsinə daxil olub. 1995–1997-ci illərdə hərbi xidmətdə olub. 1999-cu ildə ADTU-dakı təhsilini bitirib. 2001–2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb. === İctimai fəaliyyəti === 1998–2001-ci illərdə təsisçilərindən olduğu "İkmal" Gənclər Birliyinə sədrlik edib. Rəhbərlik etdiyi qurum ölkənin müxtəlif rayonlarında nümayəndəliklər açıb, ümumrespublika miqyasında müxtəlif tədbirlər keçirib. Fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub.
Mir Şahin
Mirşahin Dilavər oğlu Ağayev (12 noyabr 1963, Perimbel, Yardımlı rayonu) — Real TV-nin baş direktoru (2018-ci ildən), ANS Şirkətlər Qrupunun vitse-prezidenti, telejurnalist, Azərbaycan Respublikasının əməkdar jurnalisti, 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni laureatı. == Həyatı == Mir Şahin Ağayev 1963-cü ildə Yardımlı rayonunun Perimbel kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Jurnalist fəaliyyətinə Qarabağa Xalq Yardımı Komitəsinin "Azərbaycan" qəzetində başlayıb. Vahid və Seyfulla Mustafayevlərlə birgə ANS-in təsisçisidir. Müharibə reportyorudur. Azərbaycanın jurnalist və publisistlərindən biri kimi tanınır. 1992–2005-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS-TV) Baş Redaktoru olan Mir Şahin Ağayev, 2016-cı ilə qədər şirkətin vitse-prezidenti postunu tutub. O, 102 FM radiostansiyasının 1994-cü ildən, 2016-cı ilədək prezidenti vəzifəsində çalışıb. 1992–2005-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin Baş Redaktoru olub.
Nuri Şahin
Nuri Şahin (5 sentyabr 1988) — karyerasını "Borussiya Dortmund"da davam etdirən Almaniyada doğulan türk əsilli futbolçu. Qismən də olsa Almaniya vətəndaşlığına sahibdir. == Bioqrafiya == Kırşəhərli işçi bir ailənin 2 övladınnan biridir. Ufuk adında qardaşı var.
Qara Şahin
Qara Şahin (ing. Black Hawk) - Şimali Amerika hindilərin başçısı, Sauk qəbiləsinin başçısı. == Həyatı == Qara Şahin Sauk Sautenuk bölgəsində dünyaya gəlmişdir. O, Saket Foks qəbiləsinin başçısı olduğu müddətdə, ABŞ dövləti tərəfindən 1804-cü ildə İllinoys və Missisipi arasında qəbiləyə məxsus, ov ərazilərinin tərk edilməsi haqqında olan bəyanatı imzalamaqdan imtina etmişdir. 1812-ci il müharibəsində Qara Şahin Böyük Britaniyanın tərəfindən döyüşmüşdür. 1815-ci ildə Qara Şahin, ABŞ-la sülh müqaviləsi imzalamağa razı olur. Müqavilə imzalanandan sonra, müqaviləyə sonradan Sauk qəbiləsinin yaşadığı ərazilərdən çıxarılması barədə, bəndin əlavə olunmasından sonra, qiyama başlamışdır. ABŞ prezidenti Cekson Qara Şahinin üzərinə tam silahlanmış 3 tabor göndərmişdir. Tərəflər arasında yaşanan Qara Şahin döyüşündə hindular, dövrünə görə müasir silahlarla silahlanan Amerikan əsgərlərinə məğlub oldular. Sağ şəkildə tutulan Qara Şahin ətraf şəhərlərdə, təhqir edici formada bir neçə gün kütlə qarşısında nümayiş olunmuşdur.
Sıla Şahin
Sıla Şahin (türk. Sıla Şahin; 3 dekabr 1985, Berlin, AFR) — Türk əsilli alman aktrisası. Yaxşı Vaxtlar, Pis Vaxtlar sabun operasında çəkilərək populyarlıq qazandı. Playboy-da çəkilən birinci müsəlman olan Sıla Şahin (may, 2011) müsahibələrinin birində bildirmişdi ki, özünü Çe Gevara kimi hifz edir, lakin o birində etiraf edib ki, Janna d'Ark kimi olmaq istəmir. == Bioqrafiya == Sıla Şahin Berlində, 3 dekabr 1985-ci ildə anadan olub. O, Berlindəki Avropa Teatr İnstitutunda təhsil almışdır. Aktyorluq incəsənəti və balet dərslərinə getmişdir. Birinci aktyor işi "Verfolgt"-da idi, lakin populyarlığı məhz "Yaxşı Vaxtlar, Pis Vaxtlar-da" çəkilərək qazanıb.
Şahin
Şahin (lat. Falco pelegrinoides) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü.
Tülin Şahin
Tülin Şahin (d. 13 dekabr 1980, Odense)—Türk əsilli modelyer, aparıcı və aktrisa. == Həyatı == Tülin Şahin Danimarkanın Odense şəhərində doğuldu və uşaqlığını orada keçirdi.
Uğur Şahin
Uğur Şahin (19 sentyabr 1965, İskəndərun, Hatay ili) — xərçəng tədqiqatlarında ixtisaslaşmış türk əsilli alman immunoloq. Biotexnologiya şirkəti olan "BioNTech"in qurucusu və icraçı direktoru. 2006-cı ildən Mayns Universitetinin III Tibb Klinikasında Eksperimental Onkologiya üzrə professor, 2008-ci ildən bəri həyat yoldaşı Özləm Türeci ilə birlikdə qurduğu şirkət olan BioNTech SE-nin İdarə Heyətinin sədridir. Şahin COVID-19 peyvəndinin qabaqcıl istehsalçılarından biri sayılır. == Həyatı və təhsili == Uğur Şahin 19 sentyabr 1965-ci ildə Hatayın İskəndərun şəhərində Ələvi ailəsində anadan olub. Dörd yaşında anası ilə birlikdə Almaniyanın Köln şəhərinə Ford Motor Şirkətində çalışan atasının yanına köçür. Orta təhsilini başa vurduqdan sonra Köln Universitetinin tibb fakültəsində tibb təhsili aldı və 1992-ci ildə məzun oldu. Doktorluq dərəcəsini 1993-cü ildə "şiş hüceyrələrində immunoterapiya" mövzusunda araşdırmalarına görə həmin universitetdə Maykl Freundşunun rəhbərliyi ilə almışdır. 2000-2001-ci illər arasında Şahin, 1996-cı il Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatları Rolf Tsinkernagel və Hans Henqartner ilə birlikdə Sürix Universiteti Xəstəxanasında laboratoriyada müxtəlif araşdırmalarda iştirak etdi. == Təhsili == Şahin hələ 20 yaşında tələbə ikən laboratoriyada işləməyə başladı.
Yasəmən Şahin
Yasəmən Şahin (d. 25 iyun 1988) — Türkiyəni təmsil edən həndbolçu. Yasəmən Şahin, Türkiyə yığmasının heyətində 2017-ci ildə baş tutan IV İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb. == Karyerası == Yasəmən Şahin, 2017-ci ildə Türkiyə yığması ilə birgə IV İslam Həmrəyliyi Oyunlarına qatıldı. Yarışların həlledici, final görüşündə Türkiyə yığması, gərgin oyunun sonunda Azərbaycan yığmasına 26:28 hesabı ilə məğlub oldu və IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Şahin Cəfərli
Şahin Şamil oğlu Cəfərli (28 iyun 1994, Xalxalqışlaq, Oğuz rayonu – 1 oktyabr 2020, Murovdağ) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şahin Cəfərli 28 iyun 1994-cü ildə Oğuz rayonunun Xalxalqışlaq kəndində anadan olub. 2000-2011-ci illərdə şəhid İntizam Rəhimov adına Qumlaq kənd tam orta məktəbini bitirmişdir. Şahin Cəfərov uşaqlıqdan texnikaya xüsusi maraq göstərirdi. Onda bu həvəs atası traktorçu olduğu üçün yaranmışdır. Ailəli idi, 1 övladı yadigar qaldı. == Hərbi xidməti == Şahin Cəfərli 2012-2014-cü illərdə Gəncə şəhərində N saylı hərbi hissədə hərbi xidmətdə olmuşdur. Xidmətdə olarkən atası Şamil dayı dəfələrlə komandanlığın təşəkkür məktublarını almışdır. Şahinin ən böyük arzusu torpaqlarımızın düşməndən azad edilməsi idi. 2016-cı ildə Aprel döyüşlərində sərrast atıcı kimi iştirak etmişdir.
Şahin Cəfərqulu
Şahin Tuma Cəfərqulu (23 yanvar 1997, Suonsi və ya Uels) — azərbaycanlı aktyor və müğənni. == Həyatı == Şahin Tuma Cəfəroğlu 1997-ci il yanvarın 27-də Böyük Britaniyada, Uels bölgəsinə aid Svansea şəhərində anadan olub. İran azərbaycanlısı olan atası ilə anası Şahin kiçik yaşlarında olarkən boşanıblar. Hazırda Şahin anası ilə birlikdə Uelsdə yaşayır. 12 yaşlı Şahin Svanseada ictimai məktəbin 7-ci sinfində oxuyur, eyni zamanda həftəsonları səhnə dərsləri alır. Bir sıra filmlərə və seriallara çəkilib. BBC-nin altı ay davam edən "Ulduz zərbəsi" sənədli film seriyasının qəhrəmanı olub. "Həyat" adlanan trillerdə isə Maykl Ceksonun cavanlığını oynayıb. Cekson heyranı olan Cəfəroğlu Britaniyada 2009-cu ilin mayında məşhurlaşıb. "Britaniyanın istedadları" adlanan televiziya yarışmasına qatılan Cəfəroğlu Maykl Ceksonun "Who’s Lovin’ You" ("Səni kim sevir") mahnısı ilə bütün zalı ayağa qaldırıb.
Şahin Diniyev
Diniyev Şahin Xudakərim oğlu (12 iyul 1966, Jdanov) — Azərbaycanın futbol mütəxəssisi, keçmiş futbolçu. == Həyatı == Şahin Diniyev 12 iyul 1966-cı ildə anadan olub. == Karyerası == Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi baş məşqçi karyerasına 2001-ci ildə Rusiya Terekində başlayıb. Sonradan o, Ağdamın Qarabağ, Gəncənin Kəpəz klublarının, eləcə də Azərbaycan millisinin sükanı arxasına keçib. 2005–2007-ci illərdə Azərbaycan milli futbol komandasının baş məşqçisi olub. 2009-cu ildə Şahin Diniyev ikinci dəfə Rusiyanın Terek klubunun baş məşqçisi təyin olunub. Həmyerlimiz bu postda Vyaçeslav Qroznını əvəzləyib. 2013-cü ildə Rəvan Bakı klubunun baş məşqçisi postuna təyin olunub. Diniyev 2015/16 mövsümünün sonuna qədər Rəvanın baş məşqçisi olmalı idi. Amma 2014-cü ilin əvvəlində istefaya göndərilib.
Şahin Fazil
Şahin Fazil oğlu Fərzəliyev (27 mart 1940, Quba) — Azərbaycan tarixçisi, şair, şərqşünas və tərcüməçi; 2016-cı ildən AMEA A. A. Bakıxanov adına Tarix İnstitutunun "Mənbəşünaslıq və tarixşünaslıq" şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əfqanıstanın üç dövlət medalı və SSRİ-nin fəxri fərmanları, AMEA-nın Fəxri Fərmanı ilə təltif olunmuş tarix üzrə elmlər doktoru (1997), professor (2004). == Həyatı == 27 mart 1940-cı ildə Quba şəhərində anadan olmuş Şahin Fazil oğlu Fərzəliyev 1958-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş, 1964-cü ildə fərqlənmə diplomu ilə oranı bitirmişdir. Ş. F. Fərzəliyev 1963–1966-cı illərdə Əfqanıstanda tərcüməçi, 1966–1968-ci illərdə ADU-nun Şərqşünaslıq fakültəsində dekan müavini, 1968–1970-ci illərdə yenə Əfqanıstanda tərcüməçi vəzifəsində fəaliyyət göstərmişdir. 1970–1973-cü illərdə EA Tarix İnstitutunun əyani aspiranturasında təhsil alaraq, 1974-cü ildə namizədlik dissertasiyasını müdafiə etmiş, 1974–1978-ci illərdə bu İnstitutun "Orta əsrlər tarixi" şöbəsində elmi işçi vəzifəsində çalışmış, 1978–1982-ci illərdə Əfqanıstanda üçüncü dəfə tərcüməçi vəzifəsində işləmiş, 1983–1985-ci illərdə institutun baş elmi işçisi olmuş, 1985–1988-ci illərdə yenidən Əfqanıstanda tərcüməçilik fəaliyyətini davam etdirmiş, vətənə qayıtdıqdan sonra həmin institutda aparıcı və baş elmi işçi vəzifəsində işini davam etdirmişdir. == Elmi fəaliyyəti == 1996-cı ildə "Azərbaycan və Osmanlı imperiyası XV–XVI əsrlərdə" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, 17 yanvar 1997-ci ildə ona AAK-ın qərarı ilə tarix elmləri doktoru alimlik dərəcəsi verilmişdir. 2004-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə (8 oktyabr 2004-cü il) professor elmi adına layiq görülmüşdür. Hazırda Tarix İnstitutunda "Tarixin nəzəriyyəsi, mənbəşünaslıq və tarixşünaslıq" şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərir. Həm də görkəmli şair olan Şahin Fazil XX əsrin birinci mətbu "Divan"ını yazmış və çap etdirmişdir (1996). İndiyədək onun daha dörd "Divan"ı işıq üzü görmüşdür. 142 yaşlı "Məcməüş-şüəra" ("Şairlər məclisi") ədəbi məclisinin tarixini yazmış və onu "Təzkireyi-Şahin" adı ilə nəşr etdirmişdir (2006).
Şahin Fətaliyev
Şahin Şamxal oğlu Fətaliyev (30 iyul 1999; Bolsulu, Beyləqan rayonu, Azərbaycan — 30 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şahin Fətaliyev 30 iyul 1999-cu ildə Beyləqan rayonunun Bolsulu qəsəbəsində anadan olmuşdur. Əmisi — Rahib Fətəliyev də İkinci Qarabağ müharibəsi şəhididir. Ailəli idi, 2020-ci il təvəllüdlü Zəhra adlı qızı var. == Hərbi xidməti == Orta təhsilini aldıqdan sonra müddətli həqiqi hərbi xidmətə yollanan Fətaliyev hərbi xidmət müddəti bitdikdən sonra 2-ci Ordu Korpusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Azərbaycan Ordusunun əsgəri olan Şahin Fətaliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində olaraq iştirak etmişdir. Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Şahin Fətaliyev 30 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Fətaliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Fətaliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şahin Fətaliyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Şahin Gəray
Şahin Gəray (1745, Ədirnə – 7 avqust 1787, Rodos) — Krımın sonuncu xanı. Birinci dəfə 1777–1782, ikinci dəfə isə 1782–1783-cü illərdə hakimiyyətdə olmuşdu. Gəraylardan şahzadə Topal Əhmədin (ö. 1750) oğlu və Krım xanı II Dövlət Gərayın nəvəsi idi. == Həyatı == Şahin Gəray 1745-ci ildə Ədirnədə anadan olmuşdur. Yunanıstan və İtaliyada təhsil almış, Krım tatarcası və osmanlıcayla yanaşı yunanca və italyancanı da öyrənmişdi. Şahin Gərayın gənclik illərinə təsadüf edən Rus-türk müharibəsi (1768-1774) Krım tatarları üçün büyük itkilərlə nəticələnmişdi. Xüsusilə, 21 iyul 1770-ci il tarixində baş vermiş Qartal döyüşündə Osmanlı-Tatar ordusu ağır məğlubiyyətə uğradı. Bü döyüş nəticəsində ruslar Krımdakı bütün strateji qalaları ələ keçirdilər. Döyüşün sonunda — 21 iyul 1774-cü il tarixində, imzalanmış Kiçik Qaynarca sülh müqaviləsinə görə isə Krım Osmanlı dövlətinin nüfuz dairəsindən çıxdı və Rusiyanın nəzarətinə keçdi.
Şahin Hümbətov
Şahin Əlicuvan oğlu Hümbətov (24 noyabr 1986; Sabirabad rayonu, Azərbaycan SSR — 28 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şahin Hümbətov 1986-cı il noyabrın 24-də Sabirabad rayonunun Minbaşı kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Şahin Hümbətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağın, Cəbrayılın, Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şahin Hümbətov oktyabrın 28-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Hümbətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Hümbətov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şahin Hümbətov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şahin Hümbətov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Şahin Hüseynli
Şahin Vaqif oğlu Hüseynli (4 may 1995, Beyləqan rayonu – 27 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şahin Hüseynli 1995-ci il mayın 4-də Beyləqan şəhərində anadan olub. 2002-2013-cü illərdə Beyləqan şəhərində R. Abbasov adına 4 nömrəli tam orta məktəbdə təhsil alıb. == Hərbi xidməti == Şahin Hüseynli 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Şahin Hüseynli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şahin Hüseynli sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Hüseynli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Hüseynli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Şahin Hüseynquliyev
Şahin Yusif oğlu Hüseynquliyev (30 aprel 1991, Qıvraq, Naxçıvan Muxtar Respublikası) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının polkovnik-leytenantı, İkinci Qarabağ müharibəsinin qazisi, Vətən Müharibəsi Qəhrəmanı. == Hərbi xidməti == Heydər Əliyev adına Hərbi Lisey (2006-2009) Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyası(2009-2013) Azərbaycan Ordusunun polkovnik-leytenantı olan Şahin 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Hüseynquliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verildi.
Şahin Həsənli
Şahin Həsənli (rəssam) — Rəssam, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvü. Hacı Şahin Həsənli — din xadimi.
Şahin Həsənov
Şahin Hümmət oğlu Həsənov (30 sentyabr 1962, Laçın, Kəlbəcər rayonu) — Texniki elmləri doktoru, professor. == Həyatı == Şahin Hümmət oğlu Həsənov 30 sentyabr 1962-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Laçın kəndində anadan olmuşdur.1969-cu ildə Laçın kənd ibtidai məktəbinin birinci sinfinə qəbul edilmişdir.1979-cu ildə Zülfüqarlı kənd orta məktəbinin onuncu sinfini bitirmişdir.Həmin ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun “ Avtomobil yolları üzrə mühəndis-inşaatçı” fakültəsinə qəbul olmuşdur və müvəffəqiyyətlə bitirmişdir. YAP-nın üzvüdür. == Fəaliyyətləri == 1984—1985–ci illərdə Azərbaycan Respublikası Meşə Təsərrüfatı Nazirliyi sistemində məsul vəzifədə işləmişdir. 1985—1993-cü illərdə Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyində texniki idarənin eksperti, Yol hərəkətinin təşkili və təhlükəsizlik texnikası şöbəsinin böyük mühəndisi, Nəzarət-Təftiş İdarəsində mühasib-təftişçisi, aparıcı mütəxəsis, rəis müavini, rəis və digər rəhbər vəzifələrdə işləmişdir. 1993—2003-cü illərdə ”Azəravtoyol” Dövlət Şirkətinin birinci vitse-prezidenti vəzifəsində çalışmışdır. Avtomobil Yollarının Tikintisi və İstismarı Nazirliyində və "Azəravtoyol" Dövlət Şirkətində işlədiyi illərdə Texniki Şuranın, Tender Komissiyasının, Avtomobil yollarının və körpülərin mühafizəsi və istismarı zamanı fövqəladə hallar üzrə komissiyanın sədri, uzun müddət (12 il ərzində) Kollegiya üzvü,Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvü kimi, Baş nazirin yanında yol hərəkətinin təhlükəsizliyi üzrə komissiyasının üzvü olmuşdur. 1994—1996-cı illərdə Azərbaycan İnşaat Mühəndisləri İnistitutunda Dövlət İmtahan Komissiyasının sədri olmuşdur. 1996-cı ildə "Avtomobil yollarında çatların inkisafının kostruktiv dayandırılması mexanikası məsələləri" mövzusunda namizədlik disertasiyasını müdafiə etmişdir. Rusiya,Finlandiya,Almaniya və Yaponiyada Ali inşaat tədris kursları keçirmişdir.
Şahin Meğriyan
Şahin Zinuvari Meğriyan (erm. Շահեն Մեղրյան; 2 yanvar 1952, Gülüstan, Şaumyan rayonu – 17 aprel 1993, Gülüstan, Goranboy rayonu) — Ermənistan terrorçusu, siyasətçisi, hərbi komandiri,, Qondarma DQR qəhrəmanı (2014). O, Şaumyan qartalı (erm. Շահումյանի արծիվ, translit. Shahumiani Ardziv) ləqəbi ilə tanınırdı. == Bioqrafiya == Şahin Zinuvari Meğriyan 2 yanvar 1952-ci ildə Goranboy rayonunun Gülüstan kəndində bir erməni ailəsində anadan olmuşdur. O, Gülüstan kəndində yerli bir məktəbi bitirdikdən sonra 1969-cu ildə İrəvan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinə daxil olmuşdur. 1975-ci ildə ali təhsilini başa çatdırdıqdan sonra Meğriyan Goranboy rayonunun manufaktura və istehsal üzrə baş iqtisadiyyatçısı olmuşdur. == Qarabağ müharibəsi == 1988-ci ildə birinci Şaumyan müdafiə briqadasını qurmuşdur. O, 1990-cu ildə Daşnaksütun partiyasına qoşulmuşdur.
Şahin Musaoğlu
Şahin Musaoğlu (Şahin Əbilov; 11 iyul 1963, Qızılağac, Masallı rayonu) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, AYB Hərbi Vətənpərvərlik Komisiyasının sədri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, İlesam Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məsləklər Birliyinin üzvü, MDB Beynəlxalq Yazıçılar Birliyinin üzvü, "Qızıl Qələm" mükafatı laueratı. Dünya Tibbi Araşdırmalar Texnik və Etik Bilimlər Akademiyasının (WAMBES) idarə heyətinin üzvü. Türk Dünyası Araştırmaları Beynəlxalq Elmlər Akademiyası fəxri professorudur. == Bioqrafiya == Şahin Musa oğlu Əbilov 1963-cü il iyulun 11-də Masallı rayonunun Qızılağac kəndində anadan olub. Bu kənddə orta məktəb təhsili alan Şahinin sonrakı taleyi isə qısa fasilələrlə Bakı şəhəri ilə bağlanıb.1980–86-cı illərdə N. Nərimanov adına Azərbaycan Tibb institutunda (indiki ATU) təhsili alan Ş. Musaoğlu müalicə-profilaktika fakültəsini bitirərək həkim kimi fəaliyyətə başlayır. İlk təyinatı isə Biləsuvar rayonuna olur. 4 il burada həkim kimi çalışdıqdan sonra paytaxta dönür. 1990-cı ildə Qədirli adına Xəzər Dəniz Hövzə Xəstəxanasında işə düzələn Ş. Musaoğlu o zaman çox da geniş yayılmayan bir sahə — USM üzrə öz həkimlik ixtisasını artırmağa başlayır. Müasir texnoloji biliklərə əsaslanan tibbin bu modern sahəsində əldə etdiyi təcrübəsi sonradan onu bu işin ən yaxşı mütəxəssislərindən birinə çevirir. Ş. Musaoğlunun Bakıdakı həkimlik fəaliyyətinin ilk illərində ölkədə müharibə hökm sürürdü.
Şahin Musayev
Şahin Musayev — Azərbaycan Respublikasının Müdafiə naziri (yanvar 1992–24 fevral 1992), general == Həyatı == Şahin Xeyrəddin oğlu Musayev General-mayor Şahin Musayev müdafiə nazirinin müavini, baş qərərgah rəisi işləmişdir. Baş Qərərgah rəisi Şahin Musayev rusdilli idi. Müdafiə Nazirinin müavini, baş qərargah rəisi Şahin Musayev müəyyən çatışmayan hərəkətlərə yol versə də, çox savadlı taktiki döyüş hazırlığını bacaran hərbçi idi. Erməni ordusuna qarşı hücum planını Şahin Musayevlə bərabər Müdafiə Nazirinin baş qərargah rəisinin birinci müavini polkovnik Şikarov Şikar Şükür oğlu hazırlayırdı. == Fəaliyyəti == 17 fevral 1992-ci ildə Azərbaycanın Müdafiə Nazirliyinin rəhbərliyində növbəti dəyişiklik olmuşdur. 26 yanvar 1992-ci ildəki Daşaltı faciəsinin günahkarı hesab edilən Tacəddin Mehdiyev müdafiə naziri vəzifəsindən azad edilib. Bu vəzifənin müvəqqəti icrası nazirin 1-ci müavini, Baş Qərargah rəisi Şahin Musayevə tapşırılıb. Azərbaycanın Qarabağdakı itkilərində xüsusi "rolu" olan general Şahin Musayev 1992-ci ilin mayında Şuşanın işğalından sonra ölkədən qaçmışdır.
"Şahin" Xüsusi Təyinatlı Dəstəsi
"Şahin" Xüsusi Təyinatlı Dəstəsi — Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsidir. == Yaradılması == Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Şahin" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir. "Şahin" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir. Komandirləri Vətən Müharibəsi Qəhrəmanı Zəfər Yusibovdur. == Tarixi == "Şahin" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşmışdır.
Ayşegül Çelik Şahin
Ayşegül Çelik Şahin (1968, Ankara) — Türk yazar. Hacettepe Universiteti İqtisadi ve İdari Programlar və Ankara Universiteti Dil və Tarix-Coğrafiya fakültəsi Teatr yazarlığı bölmələrində təhsil almışdır. Hacettepe Universitetində Sosial Antropologiya üzrə yüksek lisans programına qatılmışdır. Hekayə, şeir ve məqalələri; "Varlık", "Milliyet","Sanat", "Hürriyet" "Gösteri", "Doxa","Bütün Dünya", "Kent ve Gençlik", :Bireşim", "Hoşça kal","Bay Düzyazı" kimi dergilərdə çap olunmuşdur. Televiziya, kino və səhnə üçüb ssenari yazarlığı bəzənsə, televiziya üçün bir uşaq proqramının yazarlığını həyata keçirdi. Radio oyunları isə TRT tərəfindən mükafatlandırıldı. 2002-2007 illər arasında, Ankara Universiteti Dövlət Konservatoriyasında, Dünya ədəbiyyatı derslərini tədris emişdir. Hüseyin Rahmi Gürpınarın 'Kaynanam nasıl kudurdu?' romanı əsasında hazırladığı ssenari, 2009-2010-ci illərdə Dövlət teatları tərəfindən səhnələndirildi. "Kadın öykületinde Ankara" v "Belki Varmış Belki Yokmuş" adlı çox müəllifli kitablara hekayələri ilə qatıldı. "Şehper; Dehlizdeki Kuş" adlı hekayə kitabı, 2009-cu ildə "Notre Dame De Sion" Ədəbiyyat mükafatlarında yer aldı.
Elxan Şahinoğlu
Elxan Şahinoğlu (25 avqust 1971, Bakı) — siyasi analitik, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəridir. == Həyatı == 1971-ci ildə Bakıda anadan olub lakin əslən Xankəndi yaxınlığındakı Malıbəyli qəsəbəsindəndir. Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinin məzunudur (1988–1993). SSRİ illərində tələbə hərəkatının fəal üzvlərindən olub. Tələbəlik illərində müxtəlif nəşrlərlə əməkdaşlıq edib. Universiteti bitirdikdən sonra Dövlət Quruculuq və Beynəlxalq Münasibətlər İnstitutunda analitik qrupun rəhbəri kimi fəaliyyətə başlayıb. İnstitutda araşdırmalar və sorğuların keçirilməsi ilə məşğul olub. Elxan Şahinoğlu 1994–2005-ci illərdə Azərbaycanın müxtəlif media orqanlarında, o cümlədən "Millət", Azadlıq", "Gün səhər" qəzetlərində beynəlxalq əlaqələr və xarici siyasət şöbələrinin müdiri vəzifələrində, Türkiyənin TRT televiziyasının və "Anadolu" agentliyinin Bakıdakı bürolarında çalışıb. Bu illərdə yüzlərlə analitik məqalənin və müsahibələrin müəllifi olub. Bu yazılarına görə müxtəlif mükafatlara layiq görülüb.
Fəthabad (Şahindej)
Fəthabad (fars. فتح اباد‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Şahindej şəhristanı ərazisinə daxil olan kənd.
Gecəyarısı Şahinləri
Gecəyarısı Şahinləri (ing. Midnight Hawks) Finlandiya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. 1997-ci ildə qurulmuşdur. Uçuşlar üçün BAE Systems Hawk təyyarələri istifadə olunur. Təyyarələrin xüsusi dizaynı yoxdur.
Gümüşü Şahinlər
Gümüşü Şahinlər Cənubi Afrika Respublikası Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Uçuşlar üçün Pilatus PC-7 təyyarələri istifadə olunur. == Tarixi == İlk komanda 1953-cı ildə Bumbling Bees adı altında yaradılmışdır. 20-cu əsrin 50-ci illərində isə ləğv olunmuşdur.1966-cı ildə komanda yenidən quruldu. Bu komanda uçuşlar üçün Aermacchi MB-326 təyyarəsi istifadə edirdi. 1986-cı ildə şoudakı təyyarələrin sayı 5-ə qədər artırıldı. Təyyarə o vaxtkı Cənubi Afrika bayrağını təmsil etmək üçün narıncı, ağ və mavi rənglərə boyanmışdı. 1994-cü ildə yeni dövlət bayrağı qəbul olunduğuna görə təyyarələr CAR Hərbi Hava Qüvvələrinin rənglərini təmsil etmək üçün yenidən rəngləndi: mavi, açıq mavi və ağ. 1998-ci ildə təyyarələrin sayı yenidən 4-ə endirildi. Doqquz il ərzində komanda Astra donanmasının standart qırmızı və ağ boya sxemində uçdu.
Hacı Şahin Həsənli
Hacı Şahin (tam adı: Şahin Hüseyn oğlu Həsənli; 7 iyul 1974, Bakı – 2 mart 2023, Bakı) — azərbaycanlı ilahiyyatçı, xeyriyyəçi, din xadimi, ictimai xadim; Məşədi Dadaş məscidinin sabiq axundu, imam-camaatı; "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyini təsisçisi və sədri (2007–2023); Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi (2014–2023); QMİ-nin Qazilər şurasının sabiq üzvü. == Həyatı == Şahin Hüseyn oğlu Həsənli 7 iyul 1974-cü ildə Bakı şəhərində dünyaya gəlib. 1981-ci ildə Bakı şəhəri, Səbail rayonu 189 saylı orta məktəbin (indiki 189–190 №-li məktəb) rus bölməsinə daxil olub, 1991-ci ildə həmin məktəbi bitirib. 1991-ci ildə Azərbaycan Texniki Universitetinin Maşınqayırma fakültəsinə daxil olub. 1995–1997-ci illərdə hərbi xidmətdə olub. 1999-cu ildə ADTU-dakı təhsilini bitirib. 2001–2004-cü illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsində ikinci ali təhsil alıb. === İctimai fəaliyyəti === 1998–2001-ci illərdə təsisçilərindən olduğu "İkmal" Gənclər Birliyinə sədrlik edib. Rəhbərlik etdiyi qurum ölkənin müxtəlif rayonlarında nümayəndəliklər açıb, ümumrespublika miqyasında müxtəlif tədbirlər keçirib. Fəaliyyətinin əsas istiqaməti milli-mənəvi dəyərlərin, sağlam həyat tərzinin və vətənpərvərlik hissinin gənclər arasında təbliği olub.
Minilliyin şahini
Millennium Falcon və ya Minilliyin şahini — "Ulduz müharibələri" franşizasında uydurma kosmik gəmi. Co Conston tərəfindən "Ulduz müharibələri: IV Epizod – Yeni ümid" filmi (1977) üçün yaradılmışdır. Bu, daha sonra "Ulduz müharibələri: Bayrama özəl" (1978), "İmperiya cavab zərbəsi vurur" (1980), "Cedayın qayıdışı" (1983), "Gücün oyanması" (2015), "Sonuncu ceday" (2017), "Han Solo: Ulduz müharibələri. Hekayələr" (2017) və "Skayuolkerin yüksəlişi" (2019) filmlərində nümayiş edilmişdir. Bundan əlavə, "Şahin" kitablar, komikslər və oyunlar da daxil olmaqla "Ulduz müharibələri"nin müxtəlif spin-offlarında nümayiş edilmişdir. Ceyms Lukenonun "Minilliyin şahini" romanı eyniadlı kosmik gəmi haqqındadır. gəmisinə diqqət yetirir. Bu, həmçinin 2014-cü ildə yayımlanmış "Leqo filmi" animasiya filmində nümayiş edilmişdir. "SpaceX"in "Falcon 1" roketləri bu "Ulduz müharibələri" kosmik gəmisinin şərəfinə adlandırılmışdır.
Mir Şahin Ağayev
Mirşahin Dilavər oğlu Ağayev (12 noyabr 1963, Perimbel, Yardımlı rayonu) — Real TV-nin baş direktoru (2018-ci ildən), ANS Şirkətlər Qrupunun vitse-prezidenti, telejurnalist, Azərbaycan Respublikasının əməkdar jurnalisti, 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni laureatı. == Həyatı == Mir Şahin Ağayev 1963-cü ildə Yardımlı rayonunun Perimbel kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Jurnalist fəaliyyətinə Qarabağa Xalq Yardımı Komitəsinin "Azərbaycan" qəzetində başlayıb. Vahid və Seyfulla Mustafayevlərlə birgə ANS-in təsisçisidir. Müharibə reportyorudur. Azərbaycanın jurnalist və publisistlərindən biri kimi tanınır. 1992–2005-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin (ANS-TV) Baş Redaktoru olan Mir Şahin Ağayev, 2016-cı ilə qədər şirkətin vitse-prezidenti postunu tutub. O, 102 FM radiostansiyasının 1994-cü ildən, 2016-cı ilədək prezidenti vəzifəsində çalışıb. 1992–2005-ci illərdə ANS Müstəqil Yayım və Media Şirkətinin Baş Redaktoru olub.
Məşədi Əbdül Şahin
Məşədi Əbdül Hüseynəli oğlu Muradlı (Məşədi Əbdül Şahin) – şair. == Həyatı == Məşədi Əbdül Şahin 1844-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Ticarətlə məşğul idi. Əsasən Petrovskidə alış-veriş edirdi. Şahin və Rahzən təxəllüsləri ilə şeirlər yazırdı. Tarixçi və təzkirəçi Mir Möhsün Nəvvab onun haqqında yazır: "Qarabağın xoştəb və əhli-zövq şüəralarından birisi də Əbdül ibn Hüseynəli ibn Məşhədi Muraddır, amma mərhum Əbdül anasının adı ilə məşhur idi. Belə ki, cəmi Qarabağ əhli ona Fatıoğlu Əbdül deyərdi. Təvəllüdü və həmçinin təlimü tərbiyəsi Şuşa qalasında olubdur. İyirmi il bundan əqdəm köçüb Petrovskiyə orada alış-veriş ilə məşğul olurdu.
Otaqlı (Şahindej)
Otaqlı (fars. اطاقلو‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Şahindej şəhristanı ərazisinə daxil olan kənd.
Qara Mustafa Şahin Paşa
Qara Mustafa Şahin Paşa (ö. 1565) — Sultan Süleyman Qanuni səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi və əsli haqqında məlumat yoxdur. Sultan Süleyman Qanuni dönəminin ilk illərində saraya alındığı məlumdur. Əndərunda təlim-tərbiyə aldıqdan sonra 1544-cü ildə Ərzurum, 1548-ci ildə Diyarbəkir bəylərbəyi oldu. Ardından Şahzadə Bəyazidin lələsi təyin edildi və onunla birlikdə təyin olunduğu Konya, Kütahya və Amasya sancaqbəyliklərinə yollandı. Ancaq şahzadənin üsyan edərək Səfəvilərə sığınmasının ardından (1559) o da cəzalandırıldı və Qəzzə sancaqbəyliyi ilə mərkəzdən uzaqlaşdırıldı. Ancaq çox keçmədən günahsız olduğu aşkar oldu və 1560-cı ildə vəfat edən Sofu Əli Paşanın yerinə Misir bəylərbəyliyinə gətirildi. Ancaq 1563-cü ildə vəzifədən alındı və çox keçmədən 1565-ci ildə vəfat etdi. Övladlarından Rizvan Paşa və Bəhram Paşa özü kimi müxtəlif əyalətlərdə fəaliyyət göstərmişdir.
Qara Şahinlər
Black Falcons (azərb. Qara Şahinlər‎) — Yeni Zelandiya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. == Yaradılması == Komanda 2000-ci ildə yaradılmışdır. Uçuşlar üçün 5 ədəd Aermacchi MB-339 istifadə olunurdu. Təqribən 1 ildən sonra komanda ləğv olunmuşdur. == Bərpası == 2016-cı ilin yanvarında Qırmızı Damalar eskadronunun ləğvi ilə Black Falcons yenidən bərpa olundu. Yeni komanda uçuşlar üçün Beechcraft T-6 Texan II təyyarəsi istifadə edir.
Qız körpü (Şahindej)
Qız körpü (fars. قيزكرپي‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Şahindej şəhristanı ərazisinə daxil olan kənd.
Qızıl quyruqlu şahin
Rus Şahinləri
Rus Şahinləri (rus. Соколы России) — Rusiya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. 2006-cı ildə yaradılmışdır. Uçuşlar üçün Su-25, Su-27 , Su-30 , Su-34, Su-35 və MiQ-29 təyyarləri istifadə olunur.
Snowdonia şahin otu
Snoudoniya şahin otu və ya Hieracium snowdoniense — Şimali Uelsin Snoudoniya bölgəsi üçün endemik bitki. Parlaq sarı çiçəkləri olan çoxillik bitkidir. Onun 1950-ci illərin əvvəllərində həddindən artıq otlaq nəticəsində məhv olduğu güman edilirdi. 2002-ci ildə Bethesda üzərindəki Cwm Idwal Milli Təbiət Qoruğunun dik yamaclarında bu növ yenidən kəşf edildi. Adından da göründüyü kimi, Snoudoniya şahin otu Uelsdə, Böyük Britaniyada, Snoudoniya vadisində tapılır. Bu nadir bitki sarı ləçəkləri olan məxməri kənarları olan olduqca sadə çiçəklərə malikdir. Bir neçə il əvvələ qədər bu bitkilər çiçək verməyi dayandırdı, bu da botanikləri onun nəsli kəsilməkdə olduğunu düşünməyə vadar etdi. 2002-ci ildə çiçəklər botaniklərin yanlış təsəvvürünü qıraraq yenidən çiçək açmağa başladı.
Sumqayıt Şahinləri RK
"Sumqayıt Şahinləri" Reqbi Klubu — Sumqayıt şəhərini təmsil edən reqbi klubu. == Tarixi == Sumqayıt Şahinləri reqbi klubu 2004-cü ildə Sumqayıt şəhərində yaradılmışdır.

Digər lüğətlərdə

бре́нный второго́дница вы́лететь зазелене́ться кабачко́вый перепончатокры́лые по бездоро́жью подстрочи́ть подти́скивать припеча́тывать ра́мщик залётный о́ттепель охарактеризова́ть поколеба́ть умозаключе́ние теплич ягляне battle-ax firstling protrusive uncia единовластие надпалубный полураздетый