ŞAHVERDİ

“Şahın verdiyi” (şahın hədiyyəsi) deməkdir. Allahverdi sözünün qəlibi üzrə yaranıb. Burada şah dedikdə, İmam Əli nəzərdə tutulur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

ŞAHSUVAR
ŞAHVƏLƏD
OBASTAN VİKİ
Şahverdi (Əhər)
Şahverdi (fars. شاه وردي‎) — İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd.
Şahverdi xan
Şahverdi xan Kəlbəli xan oğlu Ziyadoğlu-Qacar — Gəncənin ikinci xanı (1748-1765). Kəlbəli xanın оğlu Şahverdi xan Gəncə şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Bəylərbəyliyin ordusunda xidmət etmişdi. Şahverdi xan 1747-ci ildən sonra xanlıq uğrunda mübarizəyə başladı. O, Məhəmmədrəhim xana aman vеrməyərək yıxıb yеrinə kеçdi. 1749-cu ildə Pənahəli xan Qarabağ qoşunu ilə Gəncəyə yürüş etdi. Gəncəlilər qala qapılarını qayım qapayıb, savunmağa, müdafiə olunmağa başladılar. Pənahəli xan şəhərə daxil ola bilməyib, bayırda qalan şəhər əhalisindən və Kilsəkənd ermənilərindən çoxlu qənimət əldə etdi. Şahverdi xan Şəki hakimi Hacı Çələbi xandan, Car camatından və Gürcüstan hakimi II İraklidən yardım istədi.
Hacı Şahverdi hamamı
Hacı Şahverdi hamamı — Bakı şəhərinin Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən qədim hamam. == Haqqında == Hacı Şahverdi hamamı XIX əsrdə Pirşağı qəsəbəsinin sakini Hacı Şahverdi tərəfindən inşa edilmişdir. Abidə yerli əhali arasında "Qum hamamı" kimi tanınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"na daxil edilmişdir. 2008-ci ilin yayında hamamın mühafizə edilməsi məqsədilə bir sıra bərpa işləri keçirilib.
Şahverdi xan Qaradağlı
Şahverdi xan Qaradağlı (?-1589) — qızılbaş sərkərdəsi, vali. Şahverdi bəy Ənsar xəlifə oğlu Qaradağ vilayətinin Əhər şəhərində dünyaya gəlmişdi. Ərənlər ocağına mənsub idi. Şahdan əvvəlcə sultan, sonra xan ünvanı almışdı. Atası Ənsar xəlifə Qaradağlı Şirvan əyalətinə bəylərbəyi təyin ediləndə onu Qaradağ vilayətinə hakim təyin etdilər. 1583-cü ildən 1589-cu ilədək Qaradağa rəhbərlik etmişdi. Osmanlı ordusu Qızılbaşlar məmləkətinə hücum edəndə Şahverdi xan heç bir dirəniş göstərmədən tabe oldu. I Şah Abbas Qaradağı geri alandan müfəttişlərinə Qaradağ əhvalatını təftiş etməyi tapşırdı. Şahverdi xanın xəyanəti üzə çıxdı. O, 1589-cu ildə öldürüldü.
Şahverdi xan Ziyadxanov
Şahverdi xan Ziyadxanov və ya Şahverdi xan Ziyadxan (3 (15) oktyabr 1869, Yelizavetpol – 8 may 1919, 6 iyun 1919 və ya 9 iyun 1919, Gəncə) — Çar ordusunun və Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun zabiti, İsmayıl xan Ziyadxanovun qardaşı. Rus-yapon müharibəsində və Birinci Dünya Müharibəsində iştirak edib. 1905-ci ildə Rus-yapon müharibəsi dövründə üzərində "İgidliyə görə" yazılmış dördüncü dərəcəli Müqəddəs Anna ordeni və üçüncü dərəcəli Müqəddəs Stanislav (qılınclarla və bantla birlikdə) ordeni ilə təltif edilib. Birinci Dünya Müharibəsi dövründə Vəhşi diviziyanın tərkibindəki Tatar süvari alayında komandirin köməkçisi təyin olunub. 1915-ci ildə düşmənə qarşı döyüşdə fərqləndiyinə görə üçüncü dərəcəli Müqəddəs Anna (qılınclarla və bantla birlikdə) ordeni ilə təltif olunub. Azərbaycan Cümhuriyyəti ordusunda Podpolkovnik rütbəsində xidmət edib. Ziyadxanov Şahverdi xan Əbülfət ağa oğlu 3 oktyabr 1869-cu ildə Gəncə şəhərində anadan olub. Atası Əbülfət xan Gəncənin sonuncu xanı Cavad xanın nəticəsidir. Gəncə gimnaziyasını 1-ci dərəcə ilə Yelizavetqrad yunker məktəbini isə 2-ci dərəcə ilə bitirib. Şahverdi xan xidmətə 1890-cı ilin noyabr ayının 29-da 44-cü Nijninovqorod draqun polkunun 3-cü eskadronunda sıravi kimi başlayıb.
Təzəkənd-i Şahverdi (Əhər)
Təzəkənd-i Şahverdi (fars. تازه كندشاهوردي‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 137 nəfər yaşayır (32 ailə).
Şahverdi sultan Ziyadoğlu-Qacar
Kamaləddin Şahverdi sultan Ziyadoğlu-Qacar (1508, Gəncə – 1568, Gəncə) — Qarabağın ilk bəylərbəyi. XVI əsrin I yarısında I Təhmasib tərəfindən təyin olunmuş görkəmli siyasi xadim və Qızılbaş sərkərdəsi. “Böyük Sultan, Qacar sülaləsinin və bütün Qarabağ qüdrətinin banisi" Kəmaləddin Şahverdi Sultan Ziyadoğlu Qacardır (1568-ci ildə vəfat etmişdir). Şahverdi bəy Ümmət bəy oğlu I Şah Təhmasib Səfəviyə qulluq etmişdi. Şah ona sultan ünvanı vermişdi. O, Qacar Qızılbaş tayfasının və bu tayfaya daxil olan doğma Ziyadlı oymağının başçısı təyin edilmişdi. Tayfanın əyanlarına və Şahverdi Sultanın özünə Qarabağda otlaqlar və torpaqlar verilmişdi. Məşhur rus tarixçisi İ.P.Petruşevski Şahverdi Sultanı “Böyük” adlandırırdı, çünki o, İranın və Azərbaycanın tarixində silinməz izlər buraxmışdı. Onun birbaşa gələcək nəsli Qarabağ və Çuxursəəd bəylərbəyliklərini, Gəncə, İrəvan və Astrabad xanlıqlarını idarə etmiş və yüz otuz ilə yaxın İran şahı, bir çox vilayət və şəhərlərin hakimləri olmuşdur. Məhəmməd Məsum özünün “Xülasam as-siyar” kitabında yazır ki, bu nəslin başında Xəzər bəy dururdu.
Şahverdi xan Ziyadoğlu-Qacar
Şahverdi xan Kəlbəli xan oğlu Ziyadoğlu-Qacar — Gəncənin ikinci xanı (1748-1765). Kəlbəli xanın оğlu Şahverdi xan Gəncə şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Bəylərbəyliyin ordusunda xidmət etmişdi. Şahverdi xan 1747-ci ildən sonra xanlıq uğrunda mübarizəyə başladı. O, Məhəmmədrəhim xana aman vеrməyərək yıxıb yеrinə kеçdi. 1749-cu ildə Pənahəli xan Qarabağ qoşunu ilə Gəncəyə yürüş etdi. Gəncəlilər qala qapılarını qayım qapayıb, savunmağa, müdafiə olunmağa başladılar. Pənahəli xan şəhərə daxil ola bilməyib, bayırda qalan şəhər əhalisindən və Kilsəkənd ermənilərindən çoxlu qənimət əldə etdi. Şahverdi xan Şəki hakimi Hacı Çələbi xandan, Car camatından və Gürcüstan hakimi II İraklidən yardım istədi.
II Şahverdi xan Ziyadoğlu-Qacar
Şahverdi xan Kəlbəli xan oğlu Ziyadoğlu-Qacar — Gəncənin ikinci xanı (1748-1765). == Həyatı == Kəlbəli xanın оğlu Şahverdi xan Gəncə şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Bəylərbəyliyin ordusunda xidmət etmişdi. Şahverdi xan 1747-ci ildən sonra xanlıq uğrunda mübarizəyə başladı. O, Məhəmmədrəhim xana aman vеrməyərək yıxıb yеrinə kеçdi. 1749-cu ildə Pənahəli xan Qarabağ qoşunu ilə Gəncəyə yürüş etdi. Gəncəlilər qala qapılarını qayım qapayıb, savunmağa, müdafiə olunmağa başladılar. Pənahəli xan şəhərə daxil ola bilməyib, bayırda qalan şəhər əhalisindən və Kilsəkənd ermənilərindən çoxlu qənimət əldə etdi. Şahverdi xan Şəki hakimi Hacı Çələbi xandan, Car camatından və Gürcüstan hakimi II İraklidən yardım istədi.
Akif Şahverdiyev
Akif Şahverdiyev (2 aprel 1959, İmişli rayonu – 2018, Bakı) — yazıçı, publisist. == Həyatı == 2 aprel 1959-cu il İmişli rayonunda fəhlə ailəsində anadan olub. 1 sentyabr 1966-cı il İmişlirayon 1 saylı orta məktəbin birinci sinfinə gedib. 18 iyun 1967-ci il Atası Bəşir Əsədulla oğlu Şahverdiyev 42 yaşında xərçəng xəstəliyindən vəfat edib. 15 mart 1968-ci il Atasının vəfatından sonra ailəsi ilə birlikdə Beyləqan rayonuna köçmüçdür. 1 sentyabr 1968-ci ildə Beyləqan rayonundakı 2 saylı orta məktəbdə təhsilini davam etdirmişdir. 1971–1974-cü illərdə Rejissor Aqil Novruzovun Beyləqan rayon Xalq Teatrında tamaşaya qoyduğu "Nadir Şah", "Bəxtsiz cavan", "Dağılan tifaq" əsərlərində müxtəlif rolları ifa etmişdir. fevral 1974-cü ildən Ümumtifaq Lelin Kommunist Gənclər İttifaqının (komsomolun) üzvü olub. Komsomol bileti N:18490104 1 sentyabr 1974-cü il Sumqayıt şəhər 49 saylı OTPM-ə daxil olub. Sentyabr 1974-cü il SSRİ Həmkarlar İttifaqına üzv qəbul olunub.
Lütfi Şahverdiyev
Müşfiq Şahverdiyev
Müşviq Faiq oğlu Şahverdiyev (1983, Lənkəran) — azərbaycanlı komediya aktyoru, teleaparıcı, ssenarist və rejissor. Şahverdiyev Müşviq Faiq oğlu 1983-cü ildə Lənkəranda anadan olmuşdur. "Maşın" realiti-şousunun 11-ci "Revanş" sürətinin qalibi kimi bahalı avtomobil qazanmışdır. "My name is İntiqam" milli komediya filminin layihə rəhbəri və baş rolun ifaçısıdır. Xatırladaq ki, komediya filmi 2014-cü ilin 28 Noyabrından kinoteatrlarda nümayiş olunub. Azərbaycan müstəqil olduqdan sonra yerli filmlər arasında kinoteatrlarda ən çox tamaşaçı toplamış film kimi tarixə düşmüş və rekordu təzələmişdir. Yanmış körpülər (film, 2007) Niyə? (film, 2007) Niyə?
Rəsul Şahverdiyev
Səbuhi Şahverdiyev
Səbuhi Zəhmət oğlu Şahverdiyev (10 avqust 1972, Naxçıvan) — Naxçıvan Muxtar Respublikasının keçmiş prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri. Naxçıvan Muxtar Respublikasının Futbol Federasiyasının keçmiş rəhbəri. Səbuhi Zəhmət oğlu Şahverdiyev 1972-ci il avqust ayının 10-da Naxçıvan şəhərində anadan olmuşdur. 1994-cü ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsini, 2001-ci ildə isə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir. Ailəlidir, iki övladı var. 1996-cı ildən 2001-ci ilin sentyabr ayınadək Naxçıvan Muxtar Respublikası Daxili işlər orqanlarında müxtəlif məsul vəzifələrdə işləmiş, 2001-ci ilin sentyabr ayından Naxçıvan Muxtar Respublikası prokurorunun müavini vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 7 may 2018-ci il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsinə təyin olunmuşdur. 31 yanvar 2023-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilmişdir. Səbuhi Şahverdiyev 21 iyul 2004-cü il tarixində keçirilmiş Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının növbədənkənar üçüncü konfransında federasiyanın rəhbəri seçilmişdir.
Tofiq Şahverdiyev
Tofiq Rzaqulu oğlu Şahverdiyev (12 sentyabr 1938, Bakı, SSRİ) — Sovet və rus rejissoru, ssenarist və fotoqraf, Rusiya Federasiyasının əməkdar artisti (2005), Azərbaycanın xalq artisti (2018). Tofiq Şahverdiyev, əslən Azərbaycanlıdır və Bakı şəhərində anadan olub lakin Taqanroq-da böyüyüb. Atası II Dünya müharibəsi zamanı şəhid olub. 1960-cı ildə o, Taqanroq Radio Energetika İnstitutunu bitirmişdir. Daha sonra o, Riqa və Minsk zavodlarında mühəndis işləmişdir. 1964-cü ildə , o, səs texnik kimi Riga kinostudiya işləməyə başladı. 1971-ci ildə o, yaradıcı birliyin direktoru və ssenaristi üç il sonra , teatr Artisti(seminar Voytetskogo) və Şahverdiyev kinofakultet Kiyev Dövlət İnstitutunu bitirib "Ekran ". Sonra 1991-ci ilədək o, onlara , studiyalarda işləmişdir. Acı , " kiçik ", " Mosfilm " və VPTO "Movie ". Onun yaradıcılıq dövrü Sovet dövrünə təsadüf edir, o uşaq film jurnalı "-nın bir neçə seriyasının direktoru olmuşdur.
Zəhmət Şahverdiyev
Zəhmət Əbülfət oğlu Şahverdiyev (11 noyabr 1942, Kotanlı, Paşalı rayonu – 5 mart 2022, Bakı) — Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor. AMEA-nın müxbir üzvü (2014). Zəhmət Şahverdiyev 1 noyabr 1942-ci ildə Qərbi Azərbaycanın Dərələyəz mahalının Kotanlı kəndində anadan olmuşdur. 1949–1958-ci illərdə Kotanlı kəndində səkkizillik, 1958–1961-ci il illərdə Qovuşuq kəndində tam orta məktəbi bitirmişdir. 1966–1970-ci illərdə Bakı şəhərində, ADPİ-də əyani şöbə üzrə təhsil almış, buranı tarix ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir. 1968–1970-ci illərdə həmin institutda "Beynəlxalq münasibətlər üzrə mühazirəçi" ixtisası almışdır. 1970-ci ildə Azərb.SSR Ali və Orta Təhsil Nazirliyinin göndərişi ilə ADPİ-nun Naxçıvan filialına müəllim təyin edilmişdir. 1978–1981-ci illərdə Azərb.SSR EA Tarix İnstitutunun aspiranturasında qiyabi şöbə üzrə təhsil almışdır. 1984-ci ildə elmlər namizədi adı almaq üçün dissertasiya müdafiə etmişdir. 1978-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutunda baş müəllim, 1989-cı ildən isə dosent vəzifələrində çalışmışdır.
İsrafil Şahverdiyev
İsrafil Şahverdi oğlu Şahverdiyev (11 iyun 1952, Laçın rayonu – 13 yanvar 1994, Füzuli rayonu) — Azərbaycanın Milli Qəhrəmanı (15 yanvar 1995); Qarabağ müharibəsi şəhidi. İsrafil Şahverdiyev 11 iyun 1952-ci ildə Laçın rayonunun Unannovu kəndində anadan olmuşdur. 1959-1969-cu illərdə Unannovu kənd orta məktəbində təhsil almışdır. 1971-1974-cü illərdə hərbi xidmətdə olmuşdur. 1975-ci ildə Laçın rayon Daxili İşlər Şöbəsində milis nəfəri kimi əmək fəaliyyətinə başlamışdır. Erməni yaraqlıları torpaqlarımıza hücum edərkən İsrafil Şahverdiyev cəsur bir polis işçisi kimi ilk günlərdən torpaqlarımızın müdafiəsinə qalxmışdı. Qaladərəsi kəndində iki erməni kəşfiyyatçını ələ keçirmişdi. Şəhid jurnalist Salatın Əsgərovanın qatillərinin ələ keçməsində onun rolu böyük idi. 1991-ci ildə Qala dərəsi kəndinin azad edilməsi üçün plan hazırlandı. Gecədən səhərə qədər davam edən qanlı döyüşdə erməni işğalçıları ağır itkilər verərək geri çəkildilər.
Şahverdikəndi (Marağa)
Şahverdikəndi (fars. ‎‎‎شاه وردي كندي‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 171 nəfər yaşayır (29 ailə).
Şahverdili
Şahverdili — Azərbaycan Respublikasının İmişli rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə İmişli rayonunun Rəsullu kənd Sovetinin Şahverdili kəndi Göbəktala kənd Sovetinin tərkibinə verilmişdir. Keçmiş adı Ərəbşahverdilli olmuşdur. Oykonim Şirvanda yaşamış eyni adlı ərəb tayfasının adı ilə bağlıdır. Kənd əvvəllər Araz çayı sahilində, Qaradonlu kəndi yaxınlığında idi. 1946-cı ildə Araz çayının daşması ilə əlaqədar olaraq kənd indiki yerində məskunlaşmışdır. Kənd əhalisinin sayı 1433 nəfərdir ki, onun da 715 nəfəri kişi, 718 nəfəri isə qadındır. Kənddə "Əhli-beyt" məscidi dini icması fəaliyyət göstərir.
Şahverdilər (Gorus)
Şahverdilər (erm. Որոտան; Vorotan) — Ermənstanın Gorus rayonunun Sünik mərzində kənd. Şahverdilər kəndi Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasına bağlı olmuşdur. Andronikin və Nijdehin quldur dəstələri 1918-ci ilin avqust-sentyabr aylarında kəndə basqın edib dağıtmış, kənd camaatını qətlə yetirmişlər. Sağ qalan əhali kəndi tərk etmək məcburiyyəti qarşısında qalmışdır. SSRİ dövründə bəzi kənd sakinləri geri dönmüş və kənddə yaşamağa başlamışlar. 1961-ci ildə Tatev su-elektrik stansiyası tikilərkən kəndin adı dəyişdirilərək, "Vorotan" qəsəbəsi adlandırılmışdır. 1988-ci ildə kənddə yaşayan azərbaycanlılar Ermənistan SSR-də yaşayan digər soydaşları kimi deportasiyaya məruz qalmışlar və öz yurd-yuvalarını tərk etmişlər. 1933-cü ildə kənddə kolxoz qurulmuş, 1935-ci ildə isə ibtidai məktəb açılmışdır. Şahverdilərdə 8 illik məktəb, kitabxana, klub, tibb məntəqəsi, poçt binası, mağaza fəaliyət göstərirdi.
Əzizağa Şahverdiyev
Əzizağa Şahverdiyev (azərb. Şahverdiyev Əzizağa Xanbaba oğlu, rus. Шахвердиев Азизага Ханбаба оглы; d. 1951-ci il, 10 yanvar, Əli Bayramlı rayonu, Azərbaycan SSR, SSRİ) - Texnika elmləri doktoru, professor. Moskvada Neft və Qaz Hasilatı Proseslərinin Sistemli Tədqiqi İnstitutunun baş direktoru. Şahverdiyev Əzizağa Xanbaba oğlu 1951-ci il yanvarın 10-da Azərbaycan Respublikasının Əli Bayramlı rayonunun (indiki Şirvan rayonu) Ağaməmmədli kəndində anadan olub. 1973-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini “maye və qazın mexanikası” ixtisası üzrə bitirib. Elmi fəaliyyətə Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda kiçik elmi işçi kimi başlayıb. SSRİ Elmlər Akademiyasının Yerin Fizikası İnstitutunda və akademik A.P.Krılov adına Ümumittifaq Neft-Qaz Elmi-Tədqiqat İnstitutunda təcrübə keçmək üçün Moskvaya göndərilib. Aspiranturada təhsilini başa vurduqdan sonra namizədlik dissertasiyası müdafiə edib, daha sonra Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda işləyib.
Müşviq Şahverdiyev
Müşviq Faiq oğlu Şahverdiyev (1983, Lənkəran) — azərbaycanlı komediya aktyoru, teleaparıcı, ssenarist və rejissor. Şahverdiyev Müşviq Faiq oğlu 1983-cü ildə Lənkəranda anadan olmuşdur. "Maşın" realiti-şousunun 11-ci "Revanş" sürətinin qalibi kimi bahalı avtomobil qazanmışdır. "My name is İntiqam" milli komediya filminin layihə rəhbəri və baş rolun ifaçısıdır. Xatırladaq ki, komediya filmi 2014-cü ilin 28 Noyabrından kinoteatrlarda nümayiş olunub. Azərbaycan müstəqil olduqdan sonra yerli filmlər arasında kinoteatrlarda ən çox tamaşaçı toplamış film kimi tarixə düşmüş və rekordu təzələmişdir. Yanmış körpülər (film, 2007) Niyə? (film, 2007) Niyə?
Daniel Şahverdiyan
Daniel (Danuş) Aleksandroviç Şahverdiyan (erm. Դանիել (Դանուշ) Ալեքսանդրի Շահվեդյան; 11 yanvar 1882, Aygehad, Borçalı qəzası – 24 oktyabr 1941) — Ermənistan bolşevik inqilabçısı, siyasətçisi, RSDF(b)P üzvü (1902), Ermənistan Sovet Sosialist Respublikasının prokuroru (1922–1923). == Həyatı == Daniel Aleksandroviç Şahverdiyan 11 yanvar 1882-ci ildə Borçalı qəzasında yerləşən Aygehad kəndində anadan olmuşdur. Orta təhsilini Tiflisdə almışdır. 1911-ci ildə Peterburq Universitetinin hüquq fakültəsini bitirmişdir. Ermənistan Sosial Demokratları İttifaqının yaradılmasında, bolşevik "Kayt", "Mer xrev" və "Banvori kriv" qəzetlərinin nəşrində, RSDF(b)P Qafqaz təşkilatlarının 1-ci qurultayının işlərində iştirak etmişdir (1903). 1902-ci ildən inqilabi fəaliyyətlə məşğul olmuş, 1904-cü ildən partiya üzvü olmuşdur. 1921-ci və 1924–1928-ci illərdə SSRİ və SSRİ-nin Türkiyədəki ticarət nümayəndəsi olmuşdur. 1922–1923-cü illərdə Ermənistan SSR Xalq Ədliyyə Komitəsində Xalq Komitəsi sədrinin müavini olmuşdur. Repatriasiyanın təşkilində Şahvedyanın böyük əməyi var.
Ehtiram Şahverdiyev
Ehtiram Şahverdiyev (1 oktyabr 1996, Bakı) — azərbaycanlı futbolçu, Turan Tovuz FK klubunun yarımmüdafiəçisi. == Həyatı == Extiram Şahverdiyev 1996-cı il oktyabrın 1-də Bakıda anadan olub. 2003-2013-cü illərdə Bakı şəhər 159 nömrəli (1-3-cü siniflər), 13 nömrəli (3-7-ci siniflər) və 2 nömrəli (8-11-ci siniflər) tam orta məktəblərində orta təhsil alıb. Futbola 11 yaşında Rəşad Əliyevin rəhbərliyi altında "Təhsil" FK-da başlayıb. Daha sonra 2008-ci ildə müəllimi Elbrus Rzayev olan "Xudafərin" FK-ya keçid edib. == Karyerasl == 14 yaşından "Qəbələ" FK-nın futbol akademiyasının yetirməsi olan Ehtiram Şahverdiyev 23 aprel 2016-cı il tarixində Azərbaycan Premyer Liqasının XXXI turunun Xəzər Lənkəran FK komandası ilə oyununda klubun əsas komandasında debüt edib. Matçın 82-ci dəqiqəsində əvəzedici kimi meydana çıxıb. O, həmçinin komandanın əvəzedici kimidə oynayıb, 2015/16 mövsümündə vurduğu 17 qolla onun bombardiri olub. 2017-ci ilin yanvarında 2,5 illik müqavilə bağladığı Sumqayıt FK-ya keçid edib. O, klubda 77 nömrə altında çıxış edirdi.
Rafiq Şahverdiyev
Rafiq Şahverdiyev — peşəkar idarəçi, Azersun Holdinqin Müşahidə Şurası sədrinin aparat rəhbəri, Qarabağ Futbol Klubunun İdarə Heyətinin üzvü, Azərbaycan Sənaye Bankının Audit Komitəsinin üzvü, Sabis Sun Beynəlxalq Məktəbində sədrin xüsusi nümayəndəsi, Aqrar Məşvərət Şurası sədrinin köməkçisi, Azərbaycan Sahibkarlar Konfederasiyası Aqrar İnkişaf komissiyasının katibi. == Həyatı == Rafiq Şahverdiyev 11 iyun 1987-ci il tarixdə Naxçıvan şəhərində dünyaya gəlib. == Elmi araşdırmaları == Azərbaycan və Türkiyə bank sektorunun rəqəmsal marketinq alətlərindən istifadəsindəki fərqlə və oxşarlıqlarla bağlı 2016-cı ildə araşdırma etmişdir. Araşdırma Ankara şəhərində yerləşən Türkiyənin Ziraat Bankı baş ofisində və Bakı şəhərində yerləşən Azərbaycanın Kapital Bankı arasında olmuşdur. == Məqalələri == Gözlənti nəzəriyyəsi Decision-Making Pitfalls You Should Avoid Group decision making Pazarlamanın Tarihi ve Alternatif Pazarlama Tanımları Dijital Pazarlama İnanılmaz Bir Hızla Gelişiyor Qərar vermə mexanizmi olaraq - Fərdi qərar vermə Hər kəsin cavabını bildiyi sual - Brend nədir Biznes qaydalarını dəyişən Piter Draker Reaksiyanın profillərə görə anatomiyası Mobil Bankacılık ve Dijital Cüzdanlar Dijital araçlar yüzde %33 daha etkili! Dijital Pazarlamanın Adımları Grup karar alması Karar alma sürecindeki tuzaklar Yemeksepeti gibi nasıl başarılı olunur?

Digər lüğətlərdə