ŞAHVƏLİ

şahın himayəçisi, qəyyumu; hökmdarın dostu.
ŞAHVƏLƏD
ŞAHZAMAN
OBASTAN VİKİ
Qışlaq-i Şahvəli (Kəleybər)
Qışlaq-i Şahvəli (fars. قشلاق شاه ولي‎) və ya Şahvəli Qışlağı - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 217 nəfər yaşayır (41 ailə).
Əhmədov Qədim Şahvəli oğlu
Qədim Şahvəli oğlu Əhmədov (30 yanvar 1929, Mirili, İmişli rayonu – 2015) — Azərbaycanın dövlət və siyasi-ictimai xadimi, Azərbaycan SSR Ali Sovetinin deputatı. == Həyatı == Qədim Əhmədov 1929-cu ildə İmişli rayonunun Mirili kəndində anadan olmuşdur. Əmək faliyyətinə 1947-ci ildə İmişli rayon İcrayyə Komitəsində başlamış, 1948-1951-ci illərdə İmişli rayon Partiya Komitəsində təlimatçı, 1951-1953-cü illərdə İmişli RİK-də şöbə müdürü, 1953-1955-ci illərdə İmişli rayon Komsomol Komitəsinin 1-ci katibi, 1955-1956-cı illərdə İmişli rayon Partiya Komitəsinin Qaradonlu MTS üzrə katibi işləmişdir. Bacarıqli iş fəaliyyətinə görə Bakı Ali Partiya Məktəbinə təhkim edilmiş, 1956-1960-cı illərdə Ali Partiya Məktəbində oxumuişdur. İmişli rayon Partiya Komitəsində 1960-cı ildə təlimatçı, 1961-1965-ci ilin yanvar ayına kimi 2-ci katib vəzifəsində işləmişdir. İkinci Ali təhsili Azərvaycan Xalq Təsərrüfatı İnstitutunda almışdır. 1965-ci ildən 1969-cu ilə kimi Qasım-İsmayılov rayon Partiya Komitəsinin 1-ci katibi vəzifəsində işləmişdir. 1969-1981-ci ilə kimi Füzuli rayon Partiya Komitəsinin 1-ci katibi vəzifəsində işləmişdir. Azərbaycan SSR Ali Sovetinin dalbadal 4 dəfə ( 6, 7, 8 və 9-cu çağırış) deputatı seçilmişdır. 1981-ci ildən Azərbaycan Respublikası Melorasiya və Su Təsərrüfatı Nazirliyində Kadrlar üzrə müavin, 2008-ci ilə kimi Kadrlar İdarəsinin rəisi vəzifəsində işləmiş, 2008-ci ildən Fəxri Təqaudə layiq görülmüşdür.
Şahvəlilər
Şahvəlilər — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Bərdə rayonunun Xanərəb kənd Sovetindən Şahvəlilər kəndi Əmirli kənd Sovetinin tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Bərdə rayonunun Şahvəlilər kəndi Əmirli kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şahvəlilər kənd Soveti yaradılmışdır. == Tarixi == Kəndin tarixi Sultan Mahmud Qəznəlinin dövrünə gedib çıxır. Kənddə tanınmış Qarabağ seyidləri yerləşmişdi. == Coğrafiyası və iqlimi == Kənd Xaçınçay sahilində yerləşir. Kəndin ərazisində Sultanbud yasaqlığı var. Ağdam rayonunun Ayaq Qərvənd kəndi ilə həmsərhəddir. == Əhali == Etnik tərkibi azərbaycanlılardır. == İqtisadiyyatı == Kənd əhalisinin məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Şahvəlilər bələdiyyəsi
Bərdə bələdiyyələri — Bərdə rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Xarici əlaqələri == Bərdə rayonunda fəaliyyət göstərən Bərdə (şəhər) bələdiyyəsi və Türkiyə Respublikası İstanbul şəhəri Beykoz bələdiyyəsi arasında 11 oktyabr 2021-ci il tarixində qardaş şəhər protokolu imzalanmışdır. İmza mərasimində VI çağırış Milli Məclisin deputatı Fatma Yıldırım, Beykoz bələdiyyəsinin başçısı Murat Aydın, Bərdə şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov və Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov iştirak etmişdir. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
осла́биться сда́ться собира́тельство ужо́вые уксусноки́слый бишь вгоня́ться выше... гастри́ческий колго́тки популяриза́ция cragsman dischargee dog-tooth metabolism mutagen polybasic Social Darwinism tunoscope visiting валкий достаться сортовой увольнительный хризантема