ŞAHƏHMƏD
ŞAHƏNŞAH
OBASTAN VİKİ
Şahəli
Şahəli — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Quqark rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 25 km məsafədə yerləşir. Şəxs adı əsasında əmələ gələn antropotoponimdir. Quruluşca sadədir. Erm. SSR AS RH-nin 10. IV. 1947-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vahaqni qoyulmuşdur.
Şahəli Həsənov
Şahəli Həsənov Gülmalı oğlu — coğrafiya elmlər doktoru, professor, alim. == Həyatı == Şahəli Həsənov 1921-ci ildə Ağsu rayonunun Gəgəli kəndimdə anadan olmuşdur. 1951-ci ildə ADU-nin Geologiya-coğrafiya fakulttəsini fərqlənmə diplomu ilə bitirmişdir. Ş.Həsənov torpaqşünaslıq, torpaq coğrafiyası, torpaq aqroekologiyası və bonitirovkası və təbiətin mühafizəsi sahəsində görkəmli alim, tanınmış mütəxəssisdir. == Elmi fəaliyyəti == Akademiyanın Coğrafiya İnstitutunda baş laborant işləmiş, 1951-ci ildən 1978-ci ilə qədər isə AMEA Torpaqşünaslıq və Aqrokimya institutunda aspirant, kiçik elmi işçi, baş elmi işçivə labaratoriya müdiri vəzifələrində çalışmışdır. 1978-ci ildə ADPİ Ümumi coğrafiya kafedrasına müdir seçilmiş, 1992-ci ilə kimi bu vəzifədə işləmişdir. 1989-91-ci illərdə coğrafiya fakültəsinin dekanı olmuşdur. Hazırda Ümumi Coğrafiya kafedrasının professorudur. 1972-ci ildə AMEA Coğrafiya İnstitutunun elmi şurasında doktorluq disertasiyası müdafiə edib, coğrafiya elmlər doktoru, alimlik dərəcəsi almışdır.Prof.Ş.Həsənov 1963-65-ci illərdə elmi ekspert və sovet mütəxəsislər qrupunun rəhbəri kimi Birmaya ezam edilmiş, yerli torpaqşünas kadrların hazırlanması məqsədilə Yanqon KTİ-da mühazirələr oxumuşdur.Onun "731-gün Birmada" adlı etno-coğrafi səpgidə yazdığı elmi-kütləvi kitabı da məhz bu səfərin məhsuludur. == Elmi əsərləri == Prof.
Şahəli Şıxıyev
Şahəli Əflatun oğlu Şıxıyev (1 may 1999; İmişli rayonu, Azərbaycan — 20 oktyabr 2020; Qubadlı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şahəli Şıxıyev 1999-cu il mayın 1-də İmişli rayonunun Qaraqaşlı kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Şahəli Şıxıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şahəli Şıxıyev oktyabrın 20-də Qubadlının azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahəli Şıxıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Şahəli şəlaləsi
Şahəli (Şəli və ya Səli) — Azərbaycan Respublikasın Qax rayonunun İlisu kəndi ərazisində kaskad tipli şəlalə. == Ümumi məlumat == Şahəli və ya Şəli kaskad şəlaləsi Böyük Qafqaz sıra dağlarının cənub yamacında, Parsadan silsiləsində yerləşir. Şəlalə Qax rayonunun İlisu kəndindən 2 km şimalda, Kürmükçayının sağ sahilində, Ərtürgən dağının ətəyindədir. Şəlalə kaskad tipli olub əsas iki hissədən ibarətdir. Birinci şəlalənin hündürlüyü 10-15 metr, ikincinin hündürlüyü isə təxminən 50-60 metrdir. Şəlalənin suyu il boyu bolsuludur. Birinci şəlaləni ziyarət etmək çox asan olsa da, ikinci şəlaləni görmək üçün yetərincə çətin yolla dağa qalxmaq lazımdır. Şəlaləyə gedən yol İlisu kəndinin mərkəzindən Sarıbaş kəndi istiqamətindədir. Yol Kürmükçayının yatağı ilə, sol sahil boyu uzanır.1 km-lik məsafədən sonra yol çayın sağ sahilinə keçir. Şəlaləyə gedən yolda, həm sağ, həm də sol sahildə mineral bulaq mövcuddur.
Şahəlibəyli (Miyanə)
Şahəlibəyli (fars. شاه علي بيگلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 65 nəfər yaşayır (29 ailə).
вока́була инофи́рма коноплево́д отноше́ния расхва́тывание рейдови́к встопо́рщить наба́вить надме́нно приши́ть солёно-ки́слый томи́тельность фотофи́зика -genic lidless mutagenicity myna postmenopausal seductively shaft-furnace studiedly testa лента смалодушествовать ярус