ŞAHVƏLƏD
ŞAKİR
OBASTAN VİKİ
Abdulla Şaiq
Abdulla Şaiq (əsl adı: Abdulla Axund Mustafa oğlu Talıbzadə; 24 fevral 1881, Tiflis – 24 iyul 1959, Bakı) — azərbaycanlı şair, yazıçı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan uşaq ədəbiyyatının banilərindən biri, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1940). == Həyatı == === Erkən illəri və təhsili === Abdulla Şaiq Mustafa oğlu 1881-ci ilin fevralın 21-də Tiflisin Şeytanbazar məhəlləsində anadan olmuşdur. Onun valideynləri Axund Mustafa və Mehri xanım bir neçə il idi ki, Tiflisə köçərək orada məskunlaşmışdılar. Abdulla böyük qardaşı Yusifdən sonra evin ikinci övladı idi. Onun əkiztayı olan qız övladı doğulandan az sonra tələf olmuşdu. Atası Axund Mustafa Süleyman oğlu dövrünün seçilən bir ruhani ziyalısı idi. O, 1881-ci ilədək Tiflis şəhəri üzrə qazinin müavini, sonra isə Qafqaz şeyxülislamının müavini işləmişdi. Oğlanları Yusif və Abdulla ilk təhsillərini Tiflisdə müsəlman uşaqları üçün nəzərdə tutulan altısinifli ruhani məktəbində almışdılar. Bu məktəb təkcə dini təhsil ocağı deyildi. Onun tədris proqramı rus-tatar (Azərbaycan) məktəblərinin layihəsinə uyğun idi.
Şaiq Bəşirov
Bəşirov Şaiq — Qarabağ müharibəsi şəhidi. 1974-cü il sentyabr ayının 26-da anadan olmuşdur. 1981-1991-ci illərdə Sumqayıt şəhəri 26 nömrəli tam orta məktəbdə təhsil almışdır. Sənaye və qeyri-sənaye texnikumunu bitirmişdir. === Hərbi illəri === 26 sentyabr 1992-ci ildə hərbiyə çağırılmışdır. Şaiq Bəşirov 1993-cü ildə aprel ayının 3-də Laçın rayonu uğrunda gedən döyüşdə mühasirədə qalmış əsgər yoldaşlarına çörək və silah-sursat gətirərkən snayper ilə vurularaq dünyasını dəyişmişdir.
Şaiq Cavadzadə
Şaiq Faiq oğlu Cavadzadə (28 noyabr 1995 — 4 oktyabr 2020) — İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Cavadzadə Şaiq Faiq oğlu 1995-ci il 28 noyabrda Azərbaycan Respublikasının Ağsu rayonunda anadan oldu. 2002-ci ildə Ağsu rayonundakı Zahid Hüseynov adına tam orta məktəbdə başladığı təhsilini 2013-ci ildə tamamladı. 2014-cü ildə hərbi xidmətini başa vurdu. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Şaiq Cavadzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Şaiq Cavadzadə oktyabrın 4-də şəhid olub. Ağsu şəhərində dəfn olunub.
Şaiq Həmidov
Həmidov Şaiq Məmməd oğlu — Azərbaycan Milli Paralimpiya Komitəsinin Vitse-prezidenti.[mənbə göstərin] == Həyatı == 9 oktyabr 1951-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. Özbəkistan Respublikası Daşkınd Rus dili və ədəbiyyatı institutunu bitirmişdir. 1969-cu ildə Mingəçevir şəhərində əmək fəaliyyətinə başlamış və bir sıra idarə və müəssisələrdə müxtəlif işlərdə çalışmışdır. 1983-cü ildən 1995-ci ilə kimi Azərbaycan "Spartak" Könüllü İdman cəmiyyəti Mingəçevir şəhər şurasının sədri, Azərbaycan OAD KYC Mingəçevir avtomobil məktəbində rəis müavini, xalq deputatları Sovetində təşkilat şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1991-ci ildən 2006- cı ilə kimi Mingəçevir şəhər İcra hakimiyyəti başçısının müavini, Mingəçevir şəhər avtomobil məktəbinin rəisi, Azərbaycan Respublikası KHVTİC RS-i sədrinin müavini vəzifələrində çalışmışdır.2006-cı ildən 08 fevral 2013-cü ilə kimi Azərbaycan Milli Paralimpiya Futbolu İctimai Birliyinin Vitse prezidenti , Azərbaycan Əlillər Futbolu Federasiyasının prezidenti və Milli Paralimpiya Komitəsinin İcraçı Direktoru vəzifələrində işləmişdir. 08fevral 2013-cü il tarixdə Milli Paralimpiya Komitəsinin IV hesabat Seçki Konqresində Milli Paralimpiya Komitəsinin Vitse prezidenti vəzifəsinə seçilmişdir.2008-ci ildə Pekin, 2012-ci ildə London Yay Paralimpiya Oyunlarında iştirak edən Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini olmuşdur.
Şaiq Kəlbiyev
Şaiq Kəlbiyev (əsgər, 1971) — Qarabağ müharibəsi şəhidi. Şaiq Kəlbiyev (əsgər, 1994) — Vətən müharibəsi şəhidi.
Şaiq Mirzəyev
Şaiq Məmmədov
Şaiq Məmmədov və ya Şaiq Məmmədoğlu (tam adı: Şaiq Məmməd oğlu Məmmədov; 7 avqust 1980, Muğanlı, İliç rayonu) — azərbaycanlı jurnalist, dilçi və ictimai xadim. == Həyatı == Məmmədov Şaiq Məmməd oğlu 7 avqust 1980-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Muğanlı kəndində ziyalı ailəsində anadan olub. 1986-cı ildə Sumqayıt şəhəri 32 saylı orta məktəbin birinci sinifinə gedib. 1997-ci ildə Sumqayıt şəhəri 4 saylı orta məktəbi bitirib, elə həmin il Azərbaycan Dillər Universitetinin “Dilşünaslıq” fakültəsinin "Sinxron Tərcümə" ixtisasına daxil olub. 2002-ci ildə "Lider" Televiziyasında "Xəbərlər" informasiya proqramının gündəlik ingilis dilindəki buraxılışının müəllifi və aparıcısı kimi əmək fəaliyyətinə başlayıb. 2005-2006-cı illərdə ordu sıralarında həqiqi hərbi xidmət keçib. 2007-ci ildə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də "Xəbərlər" informasiya proqramının gündəlik ingilis dilindəki buraxılışının və "Həftənin mənzərəsi" analitik-informasiya proqramının aparıcı-redaktoru vəzifəsində çalışıb. 2008-ci ildən iş fəaliyyətimi APA informasiya agentliyində redaktor vəzifəsində davam etdirib. 2010-2014-ci illərdə Naxçıvan Dövlət Universitetinin “Sosial İdarəetmə və Hüquq” fakültəsinin “Hüquqşünaslıq” ixtisası üzrə təhsil alıb. 2013-cü ilin sentyabr ayından 2017-ci ilin may ayınadək İctimai Televiziya və Radio Yayımları Şirkətində Baş direktorun informasiya və ictimai-siyasi proqramlar üzrə müavini vəzifəsində çalışıb.
Şaiq Məmmədoğlu

Şaiq Qədimov
Şaiq Qədimov — tibb elmləri namizədi , Mirzə Qədim İrəvaninin nəvəsi Mirzə Rza Qədimovun oğlu. Şaiq Qədimov 1926-cı ildə İrəvanda anadan olmuş, orta təhsilini burada almış, Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir.O, 1974-cü ildə müdafiə edərək tibb elmləri namizədi adını almışdı. "Qan qohumluğu" (1989), "Mustafa Topçubaşov" (1989), "Ailənin intim dünyası" (1990), , "İnsanlar üçün bəla" (1990), "Xalq təbabətinin ensiklopediyası" (1997) əsərlərinin müəllifi olan Ş.Qədimov həm də bədii və publisistik yaradcılıqla məşğul olur və müntəzəm olaraq dövrü mətbuatda çıxış edir.
Şaiq Tarverdiyev
Şaiq Kamal oğlu Tarverdiyev (21 mart 1983, Masallı rayonu) — Aykido və Ciu-Citsu üzrə Baş məşqçi, Aykido üzrə 4-cü dan və Ciu-Citsu üzrə 2-ci dan qara kəmər sahibi. Beynəlxalq Aykido Akademiyasının Bakıdakı nümayəndəsi. == Həyatı == Şaiq Tarverdiyev 21 mart 1983-cü ildə Masallı rayonunda anadan olmuşdur. Erkən yaşlarından ailədə, yaxın ətrafında, məktəbdə sakit xarakteri və gözəl tərbiyəsi ilə seçilməyə başlamışdır. Hər zaman dərslərinə yaxşı hazırlaşır və çox keçmir ki, fəal və intizamlı bir şagird kimi müəllimlərinin rəğbətini qazanır. Məktəb dərslərini yaxşı səviyyədə saxlamaqla yanaşı, fiziki fəallığı ilə də seçilirdi. Onda idmana güclü meyl hiss olunur. Bir müddət sonra Rusiya Federasiyasına köçməli olur. İdmana meylliyi, onu yaşadığı şəhərdə aykido idman növünün təşkil olunduğu bir kluba aparır. O, burada bu idman növü ilə tanış olur və bu idmana onda böyük maraq oyanır.
Şaiq Teymurov
Şaiq Vidadi oğlu Teymurov (6 noyabr 1996; Aranlı, İmişli rayonu, Azərbaycan — 29 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şaiq Teymurov 6 noyabr 1996-cı ildə İmişli rayonunun Aranlı kəndində anadan olmuşdur. Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmətdə idi. Azərbaycan Ordusunun əsgəri olan Şaiq Teymurov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Şaiq Teymurov 29 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Doğulduğu İmişli rayonunun Aranlı kəndində dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şaiq Teymurov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şaiq Teymurov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şaiq Teymurov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Şaiq Vəli
Şaiq Vəli (dekabr 1950, Yuxarı Əskipara, Qazax rayonu – 6 fevral 2013, Sumqayıt) — Tanınmış şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü == Həyatı == Şaiq Vəli 1950-ci ilin dekabr ayında Qazax rayonunun Yuxarı Əskipara kəndində anadan olub. Şair Şaiq Vəli Moskvada Qorki adına Ədəbiyyat İnstitutunun Poeziya şöbəsini bitirib. O, 1990–1993-cü illərdə Qarabağ cəbhəsində döyüşüb. Cəbhədən qayıtdıqdan sonra sosial durumu ağır olduğu üçün Rusiyada işləməyə gedib. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Şaiq Vəlinin şeirləri uzun müddət dövri mətbuatda çap olunub. 1996-cı ildən YAP üzvü olan yazar Şaiq Vəli 9 sentyabr 2011-ci ildə Yeni Azərbaycan Partiyasının sıralarını tərk etmişdir. Şaiq Vəli 6 fevral 2013-cü ildə axşam saatlarında uzun sürən xəstəlikdən sonra Sumqayıt şəhərində 62 yaşında vəfat edib. == Ailəsi == Ömrünün son illərini Sumqayıtda yaşayan şairin 7 övladı dünyaya gəlmişdir. Şairin böyük oğlu 1994-cü ildə Bakıda hərbi xidmət keçərkən aldığı güllə yarasından həlak olub. İkinci oğlu Gəncədə yol qəzasında dünyasını dəyişib.
Şaiq İbrahimov
Şaiq Rəhim oğlu İbrahimov (3 yanvar 1951, Bakı) — Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutunun "Su heyvanları şöbəsi", professor. == Həyatı == Şaiq Rəhim oğlu İbrahimov 1 mart 1951-ci il Bakı şəhərində anadan olub. 1967-ci ildə Bakı şəhəri 190 saylı orta məktəbi, 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) biologiya fakültəsini bitirmişdir. 1973-cü ildə AMEA Zoologiya İnstitutunun aspirantı olmuş, 1977-ci ildə "Lənkəran təbii vilayəti su hövzələri balıqlarının parazitləri" mövzusunda namizədlik,1991-ci ildə "Xəzər dənizi balıqlarının parazitləri (növ tərkibi, ekologiyası, faunasının mənşəyi və formalaşması" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2010-cu ildə professor elmi adını almışdır. AMEA Zoologiya İnstitutu nəzdindəki D.01.071 Dissertasiya Şurasının üzvü, Müxtəlif universitetlərdə,o cümlədən xaricdə) zoologiya, ekologiya, parazitologiya, tibbi biologiya və genetika fənlərindən mühazirələr (Azərbaycan, rus və ingilis dillərində) mühazirələr oxumuşdur. Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının biologiya və kənd təsərrufatı elmləri üzrə ekspert şurasının üzvü olmuşdur. == Elmi fəaliyyəti == Elmi fəaliyyətinin ilk dövrlərində 1973-cü ildə Azərbaycan MEA Zoologiya İnstitunda baş laborant, 1973-cü ildə aspirant, 1976-cı ildə kiçik elmi işçi, 1981-ci ildə böyük elmi işçi, 1988-ci ildə yaradıcı qrup rəhbəri, 1992-ci ildə laboratoriya müdiri və 2012-ci ildə şöbə müdiri vəzifələrində çalışmışdır. Onun apardığı tədqiqatlar nəticəsində Azərbaycanın daxili sularında 324 növ, Xəzər dənizində isə 357 növ parazitin ixtioparazitin olduğu müəyyən edilmişdir. O, balıqların parazit faunasının ətraflı morfoloji, sistematik, ekoloji və zoocoğrafi təhlilini, epizootoloji və epidemioloji qiymətləndirilməsini həyata keçirmişdir.
Şaiq Əsgərov
Əsgərov Şaiq Əhəd oğlu - Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru . == Həyatı == 10 yanvar 1966-cı ildə Ağsu rayonunun 1-ci Qaraqaşlı kəndində anadan olub. 1983-cü ildə şəhər 2 saylı orta məktəbi bitirib. 1984-1986-cı illərdə Uzaq Şərqdə hərbi xidmətdə olub. 1992-ci ildə Bakı Dövlət Universitetinin «Jurnalistika», 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin «Xarici iqtisadi əlaqələrin təşkili və dövlət tənzimlənməsi», 2002-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının «Dövlət və bələdiyyə idarəetməsi» ixtisaslarını və Təhsil Nazirliyinin göndərişi ilə Azərbaycan Respublikası Silahlı Qüvvələr Hərbi Akademiyasının Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunu müvəffəqiyyətlə bitirmişdir. O, müxtəlif illərdə çilingər, korrektor, müxbir, məsul katib müavini, redaktor, baş redaktor vəzifələrində çalışmışdır. 2001-ci ildən 2006-cı ilin dekabrınadək Azərbaycan Dövlət İqtisad Universitetinin tərbiyə işləri üzrə prorektoru vəzifəsində çalışmışdır. Elmi-tədqiqat və tədris işləri ilə 1995-ci ildən «Marketinq və ticarət» kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışır. 2006-cı ildən 2015-ci ilədək Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini işləmişdir.. 2007-ci ildən Respublika Təhsil Şurası İdarə Heyətinin üzvüdür.2015-ci ilin avqustun 26-da yenidən Azərbaycan Dövlət İqtisad Universitetinin inzibati və təşkilati məsələlər üzrə prorektoru vəzifəsinə təyin edilmişdir.
Şaiq Qəribzadə
Orxan Şaiq Gökyay
Orxan Şaiq Gökyay (d. 16 iyul 1902 - ö. 2 dekabr 1994) Türk yazıçıdır. == Həyatı == 16 iyul 1902-ci ildə atasının müəllim olaraq vəzifə yerinə yetirdiyi İnebolu'da dünyaya gəldi. İlk tədrisinə Kastamonuda başladı. Kastamonu İdadisinin doqquzuncu sinfində oxuyarkən, ailəsinin maddi çətinliyə düşməsi səbəbiylə təhsilinə ara verdi. == Təhsili == Katip olaraq xüsusi idarədə işə başladıqdan sonra ədəbiyyatla maraqlandı. İlk şeiri Kastamonu'daki Açıksöz qəzetində 1922-ci ildə nəşr olundu. Eyni il təhsilini tamamlamaq üzrə Ankaraya getdi. Ankara Darülmuallimin'dən məzun olduqdan sonra Piraziz, Samsun və Balıkəsirdə müəllimlik etdi.
Şaiq Kəlbiyev (əsgər)
Şaiq Kəlbiyev (əsgər, 1971) — Qarabağ müharibəsi şəhidi. Şaiq Kəlbiyev (əsgər, 1994) — Vətən müharibəsi şəhidi.
Şaiq Məmmədov (əsgər)
Şaiq Şükür oğlu Məmmədov (d. 26 dekabr 1999; Gəncə – ö. 9 noyabr, 2020; Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. == Həyatı == Şaiq Məmmədov 26 dekabr 1999-cu ildə Gəncə şəhərində anadan olmuşdur. == Hərbi xidməti == Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan İkinci Qarabağ müharibəsində iştirak etmiş, noyabrın 9-da Şuşanın Daşaltı kəndi istiqamətində həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şaiq Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Şaiq Kəlbiyev (əsgər, 1971)
Şaiq Tahir oğlu Kəlbiyev (18 iyun 1971, Aşağı Cürəli, Puşkin rayonu – 12 iyun 1993, Mərzili, Ağdam rayonu) — "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmiş döyüşçü, Qarabağ müharibəsi şəhidi. == Həyatı == === Erkən illəri === Şaiq Kəlbiyev 1971-ci ilin iyunun 18-də Biləsuvar rayonu Aşağı Cürəli kəndində anadan olmuşdur. 1977-ci ildə Aşağı Cürəli kənd orta məktəbin 1-ci sinfinə daxil olmuşdur. 1984-cü ilə həmin orta məktəbi bitirdikdən sonra Şaiq 146 saylı peşə məktəbində təhsilini davam etdirmişdir. === Hərbi illəri === 2 il Belarusanın paytaxtı Minsk şəhərində tank alayında hərbi xidmətdə olan Şaiq Biləsuvara qayıdaraq burada sürücülük peşəsi ilə təhsil alıb. Sürücülük təhsilini başa vuran Şaiq 1992-ci ilin oktyabrında Azərbaycan ordusunda xidmətə başlayıb. Şaiq Kəlbiyev 1993-cü ilin yanvarından motoatıcı taborda xidmətini davam etdirir. Şaiq Kəlbiyevin rus ordusu çəkiləndə yararsız hala saldığı bəzi texnikaların bir mütəxəssis kimi döyüş vəziyyətinə gətirilməsində böyük rolu olmuşdur. === Ölümü === İyunun 12-nin ikinci yarısında xəbər gəldi ki, erməni silahlı qüvvələri ağır texnika ilə Ağdam rayonunun cənub – şərqində yerləşən Mərzili kəndini alıb, artıq Yusifcanlı kəndinə soxulmaqdadır. Düşmənin qarşısını almaq üçün xüsusi tapşırıq alan Şaiq və dostları PDM ilə Yusifcanlıya doğru hərəkət etdilər.
Şaiq Kəlbiyev (əsgər, 1994)
Şaiq Namiq oğlu Kəlbiyev (10 sentyabr 1994, Sahil – 15 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şaiq Kəlbiyev 1994-cü il sentyabrın 10-da Bakı şəhərində anadan olub. 2002-ci ildə Qaradağ rayonunun Sahil qəsəbəsində E. Eyyubov adına 273 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olub və 2007-ci ilə qədər orada təhsil alıb. 2007-ci ildə təhsilini Qaradağ rayonunun Sahil qəsəbəsində 319 nömrəli tam orta məktəbdə davam edib və 2012-ci ildə məzun olub. 2012–2014-cü illərdə Sosial-İqtisadi Kollecində təhsil alıb. == Hərbi xidməti == Şaiq Kəlbiyev 2014–2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət olub. 2016-cı ilin 2–5 aprelində baş verən döyüşlərdə savaşıb. Döyüş meydanından yaralı hərbçilərin çıxarılmasında və Cəbrayıl rayonu istiqamətində Lələtəpə strateji nöqtəsinin işğaldan azad edilməsi zamanı fərqlənib. Könüllü olaraq SHXÇDX-nin Qaradağ Rayon Şöbəsinə müraciət edən Şaiq Kəlbiyev, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın, Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şaiq Kəlbiyev oktyabrın 15-də Füzulinin azad edilməsi zamanı şəhid olub.
Şaiq Məmmədov (əsgər, 1967)
Şaiq Vilayət oğlu Məmmədov — Azərbaycanlı şəhid. == Həyatı == Məmmədov Şaiq Vilayət oğlu 1967-ci ildə Gədəbəy rayonunun Zamanlı kəndində anadan olmuşdur. 1975-ci ildə Gədəbəy rayonu Zamanlı kənd orta məktəbinin birinci sinfinə getmişdir. 1985-ci ildə həmin məktəbin onuncu sinfini əla qiymətlərlə bitirərək, həmin ildə Ukraynanın Dnepropetrovsk şəhərində Metallurgiya institutunun birinci kursuna daxil olmuşdur. Həmin institutu bitirib təhsil aldığı şəhərdə işləyirdi. 1991-ci ildə Xocalı faciəsi Məmmədov Şaiqin də bütün rahatlığını alt-üst etdi. O, könüllü olaraq Azərbaycan ordusu sıralarında erməni quldurlarına qarşı döyüşməyə başladı. Bir neçə döyüş yolu keçdikdən sonra Azərbaycan xalqının igid oğlu Məmmədov Şaiq Vilayət oğlu Ağdam rayonu Xramurd uğrunda gedən döyüşlərin birində 1992-ci ildə qəhrəmanlıqla şəhid olmuşdu. == İstinadlar == http://www.gedebey-ih.gov.az/userfiles/files/%C5%9Eehidlerimiz.doc.
Abdulla Şaiq adına Dövlət Kukla Teatrı
Azərbaycan Dövlət Kukla Teatrı – 1931-ci ildə Bakıda uşaqlar üçün yaradılmışdır. Ayrı-ayrı illərdə (1931–1941; 1946–1950) müstəqil teatr kimi, müəyyən çağlarda isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı (1941–1946) və Azərbaycan Dövlət Filarmoniyası yanında (1950 ildən) fəaliyyət göstərmişdir. 1965-ci ildən müstəqil teatrdır. == Ümumi məlumat == İndiki Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının əsasını 1931-ci ildə Mollağa Bəbirli qoymuşdur. Bu teatrın ilk tamaşası 1932-ci ildə ("Sirk" adlı tamaşa) göstərilmişdir. Müxtəlif illərdə (1931–1941-ci illər); (1946–1950-ci illər) müstəqil teatr kimi, müəyyən dövrlərdə isə Azərbaycan Gənc tamaşaçılar teatrı (1941–1946-cı illər) və Azərbaycan Dövlət Filarmoniyasının nəzdində (1950-ci ildə) fəaliyyət göstərmişdir. Azərbaycan və rus bölmələri var. 1964-cü il aprel ayının 15-də teatra "Dövlət" statusu verilib. 1975-ci ildən teatrda böyüklər üçün də tamaşalar göstərilir. == Tamaşalar haqqında == Azərbaycan Dövlət Kukla Teatrının azərbaycan dili və rus dili bölmələri var.
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı

Abdulla Şaiqin Ev Muzeyi
Abdulla Şaiqin ev-muzeyi – azərbaycanlı şair, yazıçı, dramaturq, publisist, əməkdar incəsənət xadimi Abdulla Şaiqin 1916–1959-cu illərdə yaşadığı ev; Memorial Muzeyinin ekspozisiyası yaşayış evinin quruluşu ilə birlikdə şairin həyat və fəaliyyətini əks etdirən kompleksdən ibarətdir.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeçiliyindədir. Muzey, Bakı şəhəri, A. Şaiq küç.21 ünvanında yerləşir. == Tarixi == Abdulla Şaiq 1900-cü ildə Tiflisdən Bakıya köçərək ilk illər anası Mehri xanım və böyük qardaşı Yusif Ziya Talıbzadə ilə İçəri şəhərdə kiçik bir mənzildə yaşamışdır. Bundan sonra, o, öz yaşayış yerini bir neçə dəfə dəyişmiş, şəhərin müxtəlif yerlərində mənzil kirayə etmişdir. 1916-cı ildə bu gün "Abdulla Şaiqin mənzil muzeyi" adını daşıyan, Yuxarı Dağlıq küçəsində (indiki A. Şaiq adlı küçədə) 21 saylı evin II mərtəbəsində beş otaqdan ibarət mənzilə köçmüş, orada 1957-ci ilin son gününə qədər yaşamışdır. A. Şaiqin qələm və sənət dostlarından N. Vəzirov, S. S. Axundov, H. Cavid, Bülbül, Y. V. Çəmənzəminli, S. Hüseyn, Ə. Cavad, Ə. Abid, A. Musaxanlı, T. Ş. Simurğ, M. M. Seyidzadə, M. Rzaquluzadə, H. Mehdi, Q. Xaliqov, H. Əlizadə və xüsusən, Səməd Vurğun bu mənzilin əziz qonaqlarından idi. Mehriban yazıçı elmi və yaradıcılıq məsləhətləri almağa gələn aspirantlar, tələbələr, hətta məktəb şagirdləri ilə bu mənzildə dəfələrlə görüşmüş, öz yeni əsərlərini onlara oxumuş, maraqlı söhbətlər edib məsləhətlər vermişdir.Abdulla Şaiqin ev-muzeyi 1991-ci ildən fəaliyyətə başlamışdır. == Direktorları == Kamal Talıbzadə (1991-2006) Rəfiqə Talıbzadə (2006-2009) Ülkər Talıbzadə (2009-cu ildən) == Həmçinin bax == Bakı muzeylərinin siyahısı Abdulla Şaiq == Xarici keçidlər == http://www.abdullashaig.com/ Arxivləşdirilib 2019-07-07 at the Wayback Machine http://www.ashaig.aznet.org/ "Abdulla Şaiqin mənzil-muzeyi". kataloq.gomap.az. İstifadə tarixi: 09.02.2021.
Abdulla Şaiqin ev-muzeyi

Значение слова в других словарях

ручьёвина жела́тельность замши́ться менеджери́зм прельсти́ться приёмщик ровным счётом слеса́рная шарма́нщик гайтан кряк gelatinate heel tendon journey-cake kibbler mortality table Tehran trapezohedron интерьер напарить очервиветь погремушка поллюция сазан флора