ŞAİQ
ŞAQQA
OBASTAN VİKİ
Aşıq Şakir
Aşıq Şakir Hacıyev (1922, Xəlilli, Ağsu rayonu – 1978) — məşhur el aşığı, Aşıq Bilal məktəbinin yetirməsi və Şirvan aşıq məktəbinin ən tanınmış nümayəndələrindən biri. == Həyatı == Aşıq Şakir 1922-ci ildə Ağsu rayonunun Xəlilli kəndində dünyaya gəlmişdir. Sonralar Kürdəmir şəhərində yaşamışdır.1939-cu ildə Ərəbmehdiyev kənd məktəbinin 8-ci sinifini bitirmişdir. Aşıq Mirzə Bilal məktəbinin yetirməsi olan sənətkar özü də ifaçılıq qüdrətinə görə bir məktəbə çevrilib, Şirvan aşıq sənətinin inkişafında müstəsna xidmətlər göstərib. Aşıq Şakir saz havalarını və muğamı ustalıqla sintez edərək fərqli ifa tərzi yaratmağa nail olmuşdu. Şirvan məktəbi onun şəxsində tərəqqi dövrünü yaşayırdı, söyləsək, yəqin ki, yanılmarıq. Onun lirik havacatları ilə yanaşı oxuduğu şux və oynaq ritmlər də xalqın yaddaşında əbədi olaraq yaşayır. "Kəndimiz", "Maral", "Telli sazım", "Nə bağ bildi , nə də bağban", "Şirvan şikəstəsi", "Döymə Kərəm", "Bakı", "Bala nərgiz" havalarını yəqin ki, sazsevərlər ömür boyu unutmayacaqlar. O, mugam sənətinin də mahir bilicisi və bənzərsiz ifaçısı olmuşdur. Aşıq Şakir aşıq sənətinə yeni nəfəs gətirmişdi.
Günel Şakir
Rejissor. Ssenari müəllifi. Aktrisa. Prodüser. == Həyatı == Günel Şakir qızı Əlibəyli (Tağıyeva)- 19 avqust 1981-ci ildə Bakıda anadan olub. 1998-2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rejissorluq" fakültəsinin kinorejissorluq ixtisasında təhsil almışdır. Müəllimi xalq artisti, professor Eldar Quliyev olub. 2000-ci ildən "Azad Azərbaycan" İctimai-siyasi radiosu və qəzetinin müxbiri vəzifəsində çalışıb. 2004-cü ildə "Lider" TV-nin "Azərbaycan" redaksiyasında rejissor assistenti və prodüser kimi çalışıb. 2005-2007-ci illərdə "CNF production"da rejissor işləyib.
Kral Şakir
Kral Şakir — Cartoon Network (Türkiyə) üçün Grafi2000 şirkəti tərəfindən yaradılan televiziya animasiya serialıdır. Cartoon Network (Türkiyə)nin ilk yerli istehsalıdır. Serial premyerası 23 aprel 2016-cı ildə göstərildi və 16 May 2016-cı ildə yayımlanmağa başladı. == Məzmun == Bir şir ailəsinin balaca üzvü olan Şakirin ailəsi və dostları ilə yaşadığı macəralar izah edilir. Şakirin atası şir, anası pişikdir. Bacısı Canan, anası kimi bir pişikdir və tısbağa babası var. Remzinin Necati adlı bir dostu var və fildir. Həmişə onların evindədir, ancaq yemək yeyir və videooyun oynayır. Məktəbdə qapıçıdır və çox bacarıqsızdır. Evi olmayan, zibilxanalarda yaşayan və vafli sevən Tanju adlı bir sahibsiz it var.
Pərvin Şakir
Pərvin Şakir (ing. Parveen Shakir; 24 noyabr 1952, Kəraçi, Sind[d] – 26 dekabr 1994, İslamabad) — şairə, pedaqoq. == Həyatı == 24 noyabr 1952-ci ildə Pakistanın Karaçi şəhərində doğulan Pərvin Şakir, orta sinif və son dərəcə tutucu bir ailənin ikinci uşağı olaraq dünyaya gəlir. Məktəb illərində öncələri nəsrdə, sonraları da şeirdə var olan istedadını sübut edərcəsinə, məktəb dərgilərində yazmağa başlar. Şakir, yenə məktəb dərgisi üçün yazdığı "Barsat" (Musson yağmurları) adlı ilk şeirini oxuyan atasının, şeir yazması barəsindəki bütün qarşı çıxışlarına rəğmən, bir qohumunun da dəstəyi ilə şeir yaradıcılığına başlayır. Müəlliminin israrı üzərinə, Pakistanın Qurtuluş günü səbəbiylə yazdığı "Subuh-i vətən" adlı şeiri, bu yaradıcılığın ilk ciddi və uğurlu meyvəsi olur. Ali təhsil üçün burs qazanan Şakir, meylini İngilis ədəbiyatına salır və 1969-cu ildə Karaçi universitetindəki özəl təhsil proqramına qatılır. Bu sıralarda, musiqiyə duyduğu ilgi nədəniylə musiqi dərsləri də almağa başlamışdır. Ali təhsilindən sonra, şeir və yazıları müxtəlif qəzet və dərgilərdə nəşr olunmağa davam etmiş və bu durum onun gedərək daha çox şöhrət qazanmasına səbəb olmuşdur. Ünlü bir şair olaraq, özəl yaşamı gedərək skandallara dönüşən Şakir, ailəsinin zoruyla 1976-cı ildə xalasının oğlu ilə evləndirilir.
Şakir Ağakişiyev
Şakir Ağakişiyev (tam adı: Şakir Xandadaş oğlu Ağakişiyev; 31 yanvar 1961, Sitalçay, Abşeron rayonu, Azərbaycan SSR, SSRİ – 19 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1961-ci il yanvarın 31-də Abşeron rayonunun Sitalçay kəndində anadan olub. Sumqayıt qaz idarəsində çilingər işləmişdir. İki oğlu, bir qızı yadigar qalmışdır: Elçin, Vəfa, Əvəz. 3-cü uşaq atasının ölümündən sonra dünyaya gəlib — 1990-cı il iyunun 21-də. Övladı Elçin 2-ci Qarabağ müharibəsinin iştirakçısıdır. == Qanlı Yanvar faciəsi == Xırdalan pivə zavodunun yanında dostu Mövlamverdinin maşınında odlu silahla vurulmuşdur. Sinəsində beş güllə yarası olmuşdur. Mövlamverdi isə yaralınmışdır.Ağakişiyev Şakirin həyat yoldaşı Qızbacı xanım hadisənin baş verdiyi günü belə xatırlayır: Mövlamverdinin qohumunun sözlərindən: Yanvarın 21-də gündüz saat 3-də Şakirin meyidi Semaşko adına xəstəxanadan tapılmışdır. Yanvarın 22-də Şəhidlər xiyabanında dəfn edilmişdir.
Şakir Cəmilli
Şakir Arif oğlu Cəmilli (4 dekabr 1992; Füzuli, Azərbaycan — 23 oktyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şakir Cəmilli 1992-ci il dekabrın 4-də Füzuli şəhərində anadan olubb. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Şakir Cəmilli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şakir Cəmilli oktyabrın 23-də Hadrutun azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şakir Cəmilli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şakir Cəmilli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Şakir Cəmilli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Şakir Hüseynov
== Həyatı == Şakir Hüseynov 1960-cı il mart ayının 17-si Ermənistan Respublikasında anadan olub.Şakir Hüseynov 1-ci Qarabağ müharibəsində Şəhid olmuşdur.
Şakir Həsənov
Şakir Həsənov (tam adı: Şakir Rəfi oğlu Həsənov) 15 iyun 1947, Boradigah, Masallı rayonu – 26 mart 2022) — Azərbaycanlı mühəndis. == Həyatı == Şakir Həsənov 15 iyun 1947-ci ildə Masallı rayonunun Borodigah kəndində ziyalı ailəsində anadan olmuşdur. 1954-cü ildə Masallı rayonu Borodigah kənd orta məktəbin 1-ci sinfinə getmiş, 1965-ci ildə oranı bitirmişdir. 1965-ci ildə Azərbaycan Politexnik İnstitutuna daxil olmuşdur. 1976-cı ildə Azərbaycan İnşaat-Mühəndislər İnstitutunun İnşaat mühəndisləri fakültəsini bitirmiş, tikinti-mühəndis ixtisasına yiyələnmişdir. Həmin illərdən də karyerasına tikinti inşaat sənayesi ilə başlamışdır. 1969-cu ildə Azərbaycan Tikinti Sənaye Nazirliyinin 74 saylı Tikinti İdarəsində TİŞ-nində fəaliyyətə başlamışdır. 1971-ci ildən 12 saylı Tikinti İdarəsinə fəhlə kimi işə qəbul edilmiş və az müddətdə usta vəzifəsinə keçirilmişdir. 1972-ci ildə 18 saylı Tikinti idarəsinə iş icraçısı təyin olunmuşdur. Bakı şəhərinə çəkilən Kür su kanalının tikintisində mühəndis kimi çalışmışdır.
Şakir Kərimov
Şakir Kərim oğlu Kərimov — Azərbaycan dövlət və partiya xadimi, Azərbaycan Respublikasının Daimi Yaşayış Yerlərini Məcburi Tərk Etmiş Şəxslərlə İş üzrə Dövlət Komitəsinin sədri (1991–1992), Azərbaycan SSR avtomobil nəqliyyatı naziri (1979–1986), Azərbaycan Kommunist Partiyası Lenin Rayon Komitəsinin birinci katibi (1971–1979). == Həyatı == Şakir Kərim oğlu Kərimov 1936-cu ildə qulluqçu ailəsində anadan olmuşdur. M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunu bitirmişdir.1958-ci ildə "Əzizbəyovneft" Mədənlər İdarəsində neftçıxarma operatoru işləmişdir. 1959-cu ildək komsomol işində — Bakı Şəhər Komsomol Komitəsinin təlimatçısı, Əzizbəyov Rayon Komsomol Komitəsinin birinci katibi, Azərbaycan SSR Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin tələbə gənclər şöbəsinin müdiri, Bakı Komitəsinin birinci katibi vəzifələrində çalışmışdır. 1965–1969-cu illərdə dövlət təhlükəsizliyi orqanlarında xidmət etmişdir. 1969–1971-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin baş referenti, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin təşkilat-partiya işi şöbəsinin inspektoru olmuşdur. 1971-ci ildən Lenin Rayon Partiya Komitəsinin birinci katibi, 1979-cu ildən isə Azərbaycan SSR avtomobil nəqliyyatı naziri olmuşdur.Şakir Kərimov Azərbaycan KP Təftiş Komissiyasının üzvü olmuş və Azərbaycan SSR Ali Sovetinin deputatı (8–11-ci çağırış) seçilmişdir.
Şakir Musayev
Şakir Musayev (Şakir Məzlum oğlu Musayev; d. 15.03.1957, Ağdam rayonu, Eyvazxanbəyli kəndi) — AMEA-nın müxbir üzvü (30.06.2014), Tibb elmləri doktoru, professor. == Həyatı == Şakir Musayev 15 mart 1957-ci ildə Azərbaycan Respublikası Ağdam rayonunun Eyvazxanbəyli kəndində anadan olmuşdur, milliyyəti azərbaycanlıdır. 1974-cü ildə orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş və 1980-cı ildə müalicə-profilaktika fakultəsini bitirərək həkim, 1997-ci ildə isə M.Rəsulzadə adına BDU-nin hüquq fakultəsini bitirərək hüquqşünas ixtisaslarını almışdır. 1983-cü ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya" ETT Birliyində işləyir. Əvvəlcə Birliyin tibbi kriminalistika şöbəsində məhkəmə tibb eksperti-kriminalist, 1991-1992-ci illərdə təşkilati-metodik, 1992-1994-cü illərdə məhkəmə-tibbi kriminalistika şöbələrində müdir, 1994-1997-ci illərdə Baş direktorun ekspertiza işləri üzrə müavini və 1997-ci ildən hal-hazıra kimi Birliyin Baş direktoru vəzifəsində çalışır. 1994-cü ildən Ə.Əliyev adına Az.DHTİ-nun "Məhkəmə təbabəti, hüququn əsasları və patoloji anatomiya" kafedrasına rəhbərlik edir. Respublika məhkəmə tibbi ekspertləri və patoloq anatomların elmi cəmiyyətinin və atestatsiya komissiyasının sədridir. 1992-ci ildən ali dərəcəli məhkəmə-tibb ekspertidir. Səhiyyə Nazirliyinin Baş məhkəmə-tibb ekspertidir, məhkəmə-tibb ekspertləri və patoloq anatomlar elmi cəmiyyətinin sədridir.
Şakir Nağıyev
Şakir Məmməd oğlu Nağıyev (5 mart 1949, Marneuli rayonu) — azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru (1995), professor (2012), Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutunun “Nüvə və yüksək enerjilər fizikası” laboratoriyasının rəhbəri. == Həyatı == Şakir Məmməd oğlu Nağıyev 15 mart 1949-cu ildə Gürcüstan SSR-nin Marneuli rayonunun Qasımlı kəndində müəllim ailəsində anadan olmuşdur. 1966-ci ildə Qasımlı kənd orta məktəbini qızıl medalla bitirmiş və Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. Diplom işini 1970 – 1971-ci illərdə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ, Moskva vilayəti, Dubna ş.) Nəzəri Fizika Laboratoriyasinda yerinə yetirmiş, burada MDU-nun Nüvə Elmi Tədqiqat İnstitutunun Dubna filialında tələbələrlə birlikdə mühazirələri dinləmişdir. Diplom işində Kulon sahəsində səpilmə amplitudu üçün Lippman-Şvinger inteqral tənliyinin Fredholm determinantlar metodu ilə həllinə baxmışdır. 1971-ci ildə Fizika fakultəsini “Nəzəri və riyazi fizika” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş və təyinatla AEA Fizika İnstitutunun “Nüvə Tədqiqatları” laboratoriyasında laborant vəzifəsində elmi fəaliyyətə başlamışdır. 1972-ci ildə Fizika İnstitutunda “Nəzəri və riyazi fizika” ixtisası üzrə aspiranturaya daxil olmuş və aspirant təhsilini BNTİ-nin Nəzəri Fizika Laboratoriyasinda almışdır. Aspirant dövründə relyativistik Hamilton kvant sahə nəzəriyyəsini işıq konusunda kovariant şəkildə formulə etmiş və 1979-cu ildə “Relyativistik Hamilton nəzəriyyəsinin işıq konusunda kovariant formulirovkası və onun bəzi tətbiqləri ” mövzusunda namizədlik dissertasiyasını, 1995-ci ildə isə “Relyativistik bağlı halların sonlu-fərq modelləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1975-1983-сü illərdə Fizika İnstitutunda kicik elmi işçi, 1983-1993-ci illərdə böyük və aparıcı elmi işçi, 1993-1995-ci illərdə isə baş elmi işçi vəzifələrində çalışmışdır. 1995-2019-cu illərdə “Nüvə Tədqiqatları” laboratoriyasının, 2019-cu ildən isə “Nüvə və yüksək enerjilər fizikası” laboratoriyasının rəhbəridir.
Şakir Orucov
Şakir Bakir oğlu Orucov (24 mart 1999; Qəhrəmanlı, Beyləqan rayonu - 6 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu), İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Şakir Orucov 1999-cu il martın 24-də Beyləqan rayonunun Qəhrəmanlı kəndində anadan olub. 2005-2016-cı illərdə Qəhrəmanlı kənd tam orta məktəbində təhsil alıb. Subay idi. == Hərbi xidməti == Şakir Orucov 2017-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2017-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib. 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət edirdi. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Şakir Orucov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzuli və Cəbrayıl rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Şakir Orucov oktyabrın 6-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Beyləqan rayonunun Qəhrəmanlı kəndində torpağa tapşırılıb.
Şakir Qasımov
Şakir Nəbi oğlu Qasımov — biologiya elmləri doktoru, dosent, AMEA Mərkəzi Nəbatat Bağının Örtülü şəraitdə becərilən bitkilər laboratoriyasının müdiri == Həyatı == Şakir Qasımov 25 dekabr 1959-cu ildə Cəbrayıl rayonunun Minbaşılı kəndində anadan olmuşdur.1966-cı ildə Cəbrayıl rayonunun Minbaşılı kənd orta məktəbinə daxil olmuş və oranı 1976-cı ildə qurtarmışdır. 1978-ci ildə Bakı Dövlət Universitetinin biologiya fakultəsinə daxil olmuş və 1983-cü ildə biologiya kimya müəllimi üzrə qurtarmışdır. 1983-cü ilin sentyabr ayından təyinatla AMEA Botanika İnstitutunda işləməyə başlamışdır. === Ailəsi === Evlidir, 2 övladı var. == Elmi Fəaliyyəti == 1984-85-ci illərdə göndərişlə Ukraynada təhsili davam etdirmişdir. 1987-ci ildə AMEA Botanika İnstitutunda "Botanika" ixtisası üzrə aspiranturaya daxil olmuş və oranı 1990-cı ildə bitirmişdir. 1992-ci ildə dissertasiya işi müdafiə edərək biologiya elmləri namizədi elmi dərəcəsi almışdır. 1985-93-cü illərdə AMEA Botanika İnstitutunda kiçik elmi işçi, 1993-cü ildən istixanaların müdiri, 1994-2004-cü illərdə böyül elmi işçi, 2004-2014-cü illərdə aparıcı elmi işçi, 2014-cü ildən isə baş elmi işçi vəzifəsində çalışır. 2004-cü ildə dosent elmi adı verilmişdir. Çoxillik məhsuldar elmi pedogoji xidmətləri nəzərə alınaraq AMEA Rəyasət Heyəti tərəfindən Fəxri Fərmanla Təltif edilmişdir.
Şakir Quliyev
Quliyev Şakir Məhərrəm oğlu və ya Şakir Ulubəyli — yazıçı, politoloq. == Həyatı == Şakir Quliyev 1956-cı ilin mart ayının 5-də Zəngilan rayonunda ziyalı ailəsində anadan olmuşdur. 1963-1973-cü illərdə Zəngilanda orta məktəbdə, 1965-1970-ci illərdə orta musiqi kollecində təhsil almışdır. Moskvada Plexanov adına İqtisad institutunu bitirmişdir. 1989-cu ildə Milli azadlıq hərəkatının üzvü olmuş, kommunist rejiminin və SSRİ imperiyasının dağılmasında fəal iştirak etmişdir. 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin yaradılmasının və təşkilatlanmasınin təşəbbüskarlarından, eləcə də rayon idarə heyətinin üzvü olmuşdur. 1991-ci ildə Azərbaycan Dünyəvi Bozqurdlar Partiyasının təşkilat komitəsinin sədri olmuş, partiyanın 1992-ci il qurultayında sədri seçilmişdir. == Kitabları == Siqaret ölüm mələyi. Bakı: Şirvannəşr, 2003. Freyd.
Şakir Salahov
Şakir Şamil oğlu Salahov (15 iyun 1966, Cəmilli – 28 yanvar 1992, Qarabağ) — Azərbaycanın Milli Qəhrəmanı. == Həyatı == Şakir Salahov 15 iyun 1966-cı ildə Xocalı rayonunun Cəmilli kəndində anadan olmuşdur. 1981-ci ildə Cəmilli kənd orta məktəbini bitirmişdir. 1984-cü ildə hərbi xidmətə çağırılır. 1986-cı ildə xidmətini başa vurur və Xankəndi Daxili İşlər Şöbəsinə işə qəbul olunur. == Təhsili == Şakir Salahov 1991-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialının fizika-riyaziyyat fakültəsinin qiyabi şöbəsinə daxil olub. == Cəsur döyüşçü == Qarabağ müharibəsinin cəsur döyüşçüsü ilk günlərdən erməni yaraqlılarının hücumlarının qarşısını məharətlə alırdı. 1991-ci il 26 fevral ermənilər Cəmilli kəndinə hücum edəndə Şakir xeyli sayda qulduru məhv etmişdi. 1991-ci il 23 avqust erməni quldurları Kosalar-Cəmilli kəndləri arasındakı "Darlı" adlanan yerdə "UAZ" markalı maşını atəşə tutdular. Bu hadisə zamanı üç nəfər şəhid oldu.
Şakir Səlim
Şakir Səlim (10 aprel 1942, Razdolne rayonu[d], Krım MSSR – 18 noyabr 2008, Simferopol) — Görkəmli Kırım tatar şairi, ictimai xadim, tərcüməçi == Həyatı == Şakir Səlim 1942-ci ilin Aprel ayının 10-da Kırımın Ağşeyx rayonundakı Böyük As kəndində doğulmuşdur. Ailənin 8-ci uşağı olan Şakir 2 yaşı tamam olmamış, yəni 1944-cü ilin mayın 18-də xalqı ilə birlikdə Ural dağlarına, oradan da Türküstana, indiki Özbəkistan cümhuriyyətinin Cambay rayonuna sürgün edilmişdir. Sürgün həyatının acılarına dözməyən anası 7 yaşlı Şakiri əzabların ixtiyarına buraxıb dünyasını dəyişib. Şakir kiçik yaşlarından yetimliyin acısını dadsa da, ruhdan düşməyib. Özbəkistanın Cambay rayonunda yaşadıqları zaman da, Səmərqənd şəhərinə köçdükdən sonra da oxuduğu məktəbin əlaçı şagirdi kimi tanınıb və 1958-ci ildə orta məktəbi bitirib. Onun gəncliyi Sovetlərdə bir dəyişiklik dönəminə düşür. Sov. İKP XX qurultayında Sovet rejiminin nöqsanlarını İ. Sitalinin adına yazmaqla çökməkdə olan hökumətin ömrünü uzatmağa çalışırlar. Sürgün olunmuş xalqların bəzilərinə, çeçenlərə, inquşlara, qaraçaylara, balkarlara vətənə dönmək üçün icazə verirlər. Kırım tatarlarına, axıska Türklərinə və digər xalqlara isə vətənə dönməyə icazə verilmir.
Şakir Ulubəyli
Quliyev Şakir Məhərrəm oğlu və ya Şakir Ulubəyli — yazıçı, politoloq. == Həyatı == Şakir Quliyev 1956-cı ilin mart ayının 5-də Zəngilan rayonunda ziyalı ailəsində anadan olmuşdur. 1963-1973-cü illərdə Zəngilanda orta məktəbdə, 1965-1970-ci illərdə orta musiqi kollecində təhsil almışdır. Moskvada Plexanov adına İqtisad institutunu bitirmişdir. 1989-cu ildə Milli azadlıq hərəkatının üzvü olmuş, kommunist rejiminin və SSRİ imperiyasının dağılmasında fəal iştirak etmişdir. 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin yaradılmasının və təşkilatlanmasınin təşəbbüskarlarından, eləcə də rayon idarə heyətinin üzvü olmuşdur. 1991-ci ildə Azərbaycan Dünyəvi Bozqurdlar Partiyasının təşkilat komitəsinin sədri olmuş, partiyanın 1992-ci il qurultayında sədri seçilmişdir. == Kitabları == Siqaret ölüm mələyi. Bakı: Şirvannəşr, 2003. Freyd.
Şakir (Arxangel)
Şakir (başq. Шакир, rus. Шакировка) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Krasnokurt kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Arxangel): 35 km, ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 36 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (80 %) üstünlük təşkil edir.
Şakir Abuşov
Şakir Zəkəriyyə oğlu Abuşov (20 mart 1950, Qızılağac, Masallı rayonu) — Sumqayıt şəhəri İcra hakimiyyətinin başçısı (1993–2000). == Həyatı == 1950-ci ilin mart ayında Masallı rayonunun Qızılağac kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetini və Bakı Sosial-İdarəetmə və Politologiya İnstitutunu bitirib. İlk əmək fəaliyyətinə Masallı rayonunun "Kalinin" adına sovxozunda mühasib kimi başlayıb. Hərbi xidməti başa vurduqdan sonra Sumqayıta gəlmiş, Səthi Aktiv Maddələr zavodunda aparatçı işləyib. Sonralar zavod birlik komsomol komitələrinin katibi, Sumqayıt şəhər partiya komitəsində təlimatçı, şöbə müdirinin müavini, şöbə müdiri, partiya komitəsinin katibi vəzifələrində çalışıb. 1991-ci ildən 1993-cü ilədək Sumqayıt şəhər Xalq Deputatları Sovetinin sədri olub. Şakir Abuşov 7 ilə yaxın Sumqayıt Şəhər İcra Hakimiyyətinə rəhbərlik edib. O, vəzifəsindən 28 iyun 2000-ci ildə azad edilib.
Şakir Abışov
Şakir Zəkəriyyə oğlu Abuşov (20 mart 1950, Qızılağac, Masallı rayonu) — Sumqayıt şəhəri İcra hakimiyyətinin başçısı (1993–2000). == Həyatı == 1950-ci ilin mart ayında Masallı rayonunun Qızılağac kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetini və Bakı Sosial-İdarəetmə və Politologiya İnstitutunu bitirib. İlk əmək fəaliyyətinə Masallı rayonunun "Kalinin" adına sovxozunda mühasib kimi başlayıb. Hərbi xidməti başa vurduqdan sonra Sumqayıta gəlmiş, Səthi Aktiv Maddələr zavodunda aparatçı işləyib. Sonralar zavod birlik komsomol komitələrinin katibi, Sumqayıt şəhər partiya komitəsində təlimatçı, şöbə müdirinin müavini, şöbə müdiri, partiya komitəsinin katibi vəzifələrində çalışıb. 1991-ci ildən 1993-cü ilədək Sumqayıt şəhər Xalq Deputatları Sovetinin sədri olub. Şakir Abuşov 7 ilə yaxın Sumqayıt Şəhər İcra Hakimiyyətinə rəhbərlik edib. O, vəzifəsindən 28 iyun 2000-ci ildə azad edilib.
Şakir Yaqubov
Şakir Hənifə oğlu Yaqubov (d.25 fevral 1951, Astara Bala Şahağac kəndi}} — jurnalist, iki dəfə Azərbaycanın əməkdar mədəniyyət işçisi, Ali Media mükafatı, "Qızıl qələm" və Həsənbəy Zərdabi mükafatları laureatı, Azərbaycan Respublikasının fəxri auditoru (2011) == Həyatı == Şakir Yaqubov 1951-ci il fevralın 25-də Astaranın Bala Şahağac kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indi Bakı Dövlət Universiteti) kitabxanaçılıq fakültəsini, Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunu və Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetini fərqlənmə diplomu ilə bitirib. Leytenant rütbəsində iki il keçmiş Almaniya Demokratik Respublikasında hərbi xidmətdə olub. İki övladı, dörd nəvəsi var. == Fəaliyyəti == 1974–2000-ci illərdə "Azərbaycan gəncləri", "Kommunist" (indiki "Xalq qəzeti"), "Həyat" (indiki "Azərbaycan"), "Sirdaş", "Səhər" və "AFFA news", "Panorama" qəzetlərində müqaviləli xüsusi müxbirlikdən baş redaktorun birinci müavini və baş redaktoracan ən müxtəlif vəzifələrdə, sonrakı 10 ildə isə Azərbaycan Respublikası Auditorlar Palatasının redaksiya-nəşriyyat şöbəsinin müdiri, "İqtisadiyyat və audit" elmi-praktik jurnalının məsul redaktoru vəzifəsində çalışıb. O, dövri mətbuatda çap olunmuş onlarca digər dəyərli əsərin tərcüməçisi, Vasif Səmədov, Bəxtiyar Sadıqov, Müsəllim Həsənov, Adil Qaçayoğlu və digər yazarların publisistik kitablarının, habelə auditə dair 35-dən çox elmi-kütləvi nəşrin redaktorudur. Müxtəlif janrlı yazıları ayrı-ayrı toplulara, o cümlədən əxlaq mövzusunda "Sevirsə, qayıdacaq…" adlı oçerki IX siniflər üçün "Ailə həyatının etika və psixologiyası üzrə müntəxabat"a (Bakı, 1989-cu il) daxil edilib. === Kitabları === "Mən şahidəm ki…"; "Qətiyyətin təntənəsi"; "Hakim mərkəzi göstərər"; "Bizim səfər haçandı?!"; "Banişevski olduğu kimi"; "Taleyimdən keçənlər"; "Yaddaşımın küncündən…"; "Bir az da futbol(umuz)dan". ==== Həmmüəllifi olduğu əsərlər ==== "Vətən bizim şöhrətimiz…" (kitab); "Bizim müasirimiz" (kitab); "On ikinci şeyxülislam" (kitab); "Qanlı Yanvar dialoqu" (kitab); "Klassik islam" (monoqrafiya, məşhur islamşünas alim Q. E.fon Qrünebaumun əsəri); "Onlar belə sevirdilər" (kitab, Ə. Ağalarov və E. Cabbarovla birgə tərcümə) == Mükafatları == İki dəfə – sovet dövründə (1989-cu il) və müstəqillik illərində (2005-ci il) "Əməkdar mədəniyyət işçisi" fəxri adına, 2014-cü ildə Azərbaycan mətbuatının inkişafındakı xidmətlərinə görə Azərbaycan Mətbuat Şurasının Ali Media Mükafatına, habelə "Qızıl qələm" və Həsən bəy Zərdabi mükafatlarına, 10-dək yaradıcılıq müsabiqəsinin mükafatlarına layiq görülüb. "Azərbaycan Respublikasının fəxri auditoru" adını almış ilk və yeganə peşəkar jurnalistdir.
Şakir İravbi
Şakir İravbi — Azərbaycan aşığı. == Həyatı == Şakir İravbi 1972-ci ildə Qaradağın Xudavər məntəqəsinin Heydərxanlı kəndində dünyaya gəlib. Ustadı atası Allahqulu olub. 12 il atasına şəyirdlik edib. Yaxşı balabançı kimi tanınıb. O, Aşıq Məhbubla, Aşıq Əhməd Cəmşidi və başqa aşıqları müşayiət edir. == Mənbə == Tacir Səmimi. Qaradağ aşıqları. "Elimiz. Günümüz" qəzeti.
Şakir İsgəndərov
Şakir İsgəndərov (d. 1958, Oğuldərə, Laçın rayonu, Azərbaycan SSR, SSRİ) — Qarabağ müharibəsi iştirakçısı. == Həyatı == === Erkən illəri === Şakir İsgəndərov 1958-ci ildə Laçın rayonunun Oğuldərə kəndində anadan olmuşdur. O, 1975-ci ildə orta məktəbi bitirdikdən sonra Bakıya gəlir və orada fəhlə işlədi. 1977-1979-cu illərdə Rusiyanın Çita şəhərində hərbi xidmət keçdikdən sonra Bakıya qayıdır. O, həmin illərdə zavodda fəhlə işləyirdi. === Qarabağ müharibəsi və döyüşlərdə iştirakı === 1991-ci ildə Arif Paşayevin könüllülərdən ibarət batalyonuna qoşulmuşdur. 1992-ci ilin fevral ayında Zabux dərəsi tərəfdə 29 və 30-cu postlarda xidmət etmişdir. O, 1992-ci ilin martında könüllü kimi döyüşlərə gedəndə Azərbaycan bayrağı da götürmüşdü. 1992-ci ilin may ayında Qubadlı rayonunun Muradxanlı kəndinə, oradan da Kəlbəcərdə, 1993-cü ilin martın axırlarında Pçanik kəndində ermənilərlə qarşı döyüşüb.
Şakir Şirvani
Şakir Şirvani - XVIII əsr Azərbaycan şairi. Klassik və xalq ədəbiyyatı üslubunda əsərlər yazmışdır. == Ümumi məlumat == Şakir Şirvani Füzuli ədəbi məktəbinin davamçısıdır. Divanı günümüzədək gəlib çatmasa da, şairin cönklərdə bir çox əsərləri qalmaqdadır. Şairin əsas əsərlərindən biri "Əhval-i Şirvan” adlı tarixi mənzumədir. Bu əsərində Nadir Şah Əfşarın 1743-cü ildə Şirvana hücumunu təsvir etmiş, zülm və pisliyə qarşı çıxmışdır. “Əhval-i Şirvan” əsəri, tarixi gerçəklikdən bəhs etdiyindən, dövrün olaylarını və durumunu araşdırmaq baxımından faydalıdır.
Şakir Şıxəliyev
Şakir Şıxəliyev (19 noyabr 1990, Bakı) — Azərbaycanı təmsil edən idman gimnastı. == Karyerası == Şakir Şıxəliyev dəfələrlə Dünya və Avropa Çempionatlarında çıxış eləsə də, ciddi uğurlara imza ata bilmədi. Şakir Şıxəliyev 2012-ci ildə Azərbaycanı London şəhərində (Birləşmiş Krallıq) baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil elədi. Şakir Şıxəliyev bu idman növü üzrə Azərbaycanı Olimpiya Oyunlarında təmsil edən birinci idmançı olaraq tarixə düşdü. Şakir Şıxəliyev ümumi nəticədə təsnifat mərhələsini 80.364 balla 40-cı pillədə başa vurdu və final mərhələsinə vəsiqə qazana bilmədi. Ayrı-ayrı alətlərdə də Şakir Şıxəliyev final mərhələsinə vəsiqə qazana bilmədi.
Ağasif Şakiroğlu
Ağasif Şakiroğlu (Ağasif Şakiroğlu; 30 sentyabr 1988, Bakı) — azərbaycanlı siyasətçi, Gələcək Azərbaycan Partiyasının sədri. 2012-ci ildən Rəsul Quliyevin Azərbaycandakı hüquqi və səlahiyyətli nümayəndəsi olan Şakiroğlu, 2014-cü ildən Azərbaycan Demokratik Gənclər Hərakatının təsiscisidir.[mənbə göstərin] == Həyatı == Ağasif Şakiroğlu 30 sentyabr 1988-ci ildə Bakı şəhərində anadan olub. 2005-ci ildə 276 saylı orta məktəbi bitirmişdir və bitirmiş və həmin il Müstəqil Azərbaycan Universitetinin (MAU) Beynəlxalq Münasibətlər fakültəsinə daxil olmuşdur. Ardınca, ali təhsilini Azərbaycan Beynəlxalq Universitetinin (ABU) Beynəlxalq Münasibətlər fakültəsində davam etdirmiş, lakin tamamlamamışdır. 2012-ci ildə Ukraynanın Taras Şevçenko adına Kiyev Milli Universitetinin Hüquq fakultəsinin qiyabi bölməsinə qəbul olmuş, 2017-ci ildə ali təhsilini bitirmişdir.[mənbə göstərin] == Fəaliyyəti == 2006-cı ildən ictimai-siyasi həyata qoşulan Ağasif Şakiroğlu bir qrup gənclə bərabər "Azərbaycan Demokratik Gənclər Hərəkatı" adlı qurum təsis edərək ictimai-siyasi fəaliyyətə başlamışdır. [mənbə göstərin] 2007-ci ilin sonlarında isə Müsavat Partiyasına qoşulub.[mənbə göstərin] 2008-ci ildə 7 fərqli gənclər hərəkatlarının birləşməsi nəticəsində yaradılmış HƏDƏF Gənclər Koalisiyasının sədri seçilmişdir. 2011-ci ilin dekabr ayının 19-da üzvü olduğu Müsavat Partiyasından istefa verərək, öz siyasi fəaliyyətini Azərbaycan Respublikasının eks-spikeri Rəsul Quliyevin lideri olduğu Açıq Cəmiyyət Partiyasında (ACP) davam etdirmişdir. 2012-ci ilin fevral ayının 13-ü eks-spiker Rəsul Quliyevin müşaviri təyin edilmişdir.2013-cü ilin yanvar ayının 12-də isə eks-spiker Rəsul Quliyevin Azərbaycandakı hüquqi və səlahiyyətli nümayəndəsi olaraq çalışmaqdadır. 2013-cü ilin noyabr ayından eks-spiker Rəsul Quliyev ACP liderliyindən ayrıldığından və dekabr ayında ACP-nin bir partiya olaraq fəaliyyətinə xitam verildiyindən Ağasif Şakiroğlu da ACP-dən təmsil etdiyi Rəsul Quliyevlə bərabər ayrılmışdır. 20 dekabr 2013-cü il tarixində yeni Gələcək Azərbaycan adlı siyasi partiya təsis edən Ağasif Şakiroğlu və tərəfdarları 23 fevral 2014-cü ildə ilk təsis qurultaylarını keçirtmişlər.Gələcək Azərbaycan Partiyasının (GAP) qurultayında eks-spiker Rəsul Quliyevin Azərbaycandakı nümayəndəsi Ağasif Şakiroğlu 5 il müddətinə Gələcək Azərbaycan Partiyasının sədri seçilmişdir.
Aşıq Şakir Hacıyev
Aşıq Şakir Hacıyev (1922, Xəlilli, Ağsu rayonu – 1978) — məşhur el aşığı, Aşıq Bilal məktəbinin yetirməsi və Şirvan aşıq məktəbinin ən tanınmış nümayəndələrindən biri. == Həyatı == Aşıq Şakir 1922-ci ildə Ağsu rayonunun Xəlilli kəndində dünyaya gəlmişdir. Sonralar Kürdəmir şəhərində yaşamışdır.1939-cu ildə Ərəbmehdiyev kənd məktəbinin 8-ci sinifini bitirmişdir. Aşıq Mirzə Bilal məktəbinin yetirməsi olan sənətkar özü də ifaçılıq qüdrətinə görə bir məktəbə çevrilib, Şirvan aşıq sənətinin inkişafında müstəsna xidmətlər göstərib. Aşıq Şakir saz havalarını və muğamı ustalıqla sintez edərək fərqli ifa tərzi yaratmağa nail olmuşdu. Şirvan məktəbi onun şəxsində tərəqqi dövrünü yaşayırdı, söyləsək, yəqin ki, yanılmarıq. Onun lirik havacatları ilə yanaşı oxuduğu şux və oynaq ritmlər də xalqın yaddaşında əbədi olaraq yaşayır. "Kəndimiz", "Maral", "Telli sazım", "Nə bağ bildi , nə də bağban", "Şirvan şikəstəsi", "Döymə Kərəm", "Bakı", "Bala nərgiz" havalarını yəqin ki, sazsevərlər ömür boyu unutmayacaqlar. O, mugam sənətinin də mahir bilicisi və bənzərsiz ifaçısı olmuşdur. Aşıq Şakir aşıq sənətinə yeni nəfəs gətirmişdi.
Baba bəy Şakir
Baba bəy Şakir (tam adı: Baba bəy Məhəmmədəli bəy oğlu Sarıcalı-Cavanşir; 1772, Şuşa – 1844, Şuşa, Kaspi vilayəti) — şair. == Həyatı == Baba bəy Şakir Qarqar çayının sahilində, qədim Mehriban kəndində dünyaya gəlib. Araşdırmalarda, xüsusilə də Mir Möhsün Nəvvabın təzkirələrində, Firidun bəy Köçərlinin əsərlərində o, "Mehribanlı Baba bəy" kimi təqdim edilir. Baba bəy Şakirin həyatı və yaradıcılığı ilə bağlı məlumat olduqca azdır. Bəzi mənbələrdə onun 1780-ci ildə doğulduğu qeyd olunub. Akademik Feyzulla Qasımzadə onun 1769-cu ildə anadan olduğunu qeyd edib. Rus tədqiqatçıları Baba bəy Şakirin təvəllüd tarixini qeyri-müəyyən tarixlə yazıblar. Firidun bəy Köçərli isə Baba bəy Şakiri müasirləri ilə müqayisə edərək 1772-ci ildə anadan olduğunu göstərib. Baba bəy Şakir mükəmməl mədrəsə təhsili alıb. Ana dili ilə yanaşı bir neçə şərq dilini də bilib.
Kral Şakir (Cizgi Film, 2016)
Kral Şakir — Cartoon Network (Türkiyə) üçün Grafi2000 şirkəti tərəfindən yaradılan televiziya animasiya serialıdır. Cartoon Network (Türkiyə)nin ilk yerli istehsalıdır. Serial premyerası 23 aprel 2016-cı ildə göstərildi və 16 May 2016-cı ildə yayımlanmağa başladı. == Məzmun == Bir şir ailəsinin balaca üzvü olan Şakirin ailəsi və dostları ilə yaşadığı macəralar izah edilir. Şakirin atası şir, anası pişikdir. Bacısı Canan, anası kimi bir pişikdir və tısbağa babası var. Remzinin Necati adlı bir dostu var və fildir. Həmişə onların evindədir, ancaq yemək yeyir və videooyun oynayır. Məktəbdə qapıçıdır və çox bacarıqsızdır. Evi olmayan, zibilxanalarda yaşayan və vafli sevən Tanju adlı bir sahibsiz it var.
Tamara Şakirova
Tamara Şakirova (26 noyabr 1955, Daşkənd – 22 fevral 2012, Daşkənd) — Aktrisa.
Yaqub Şakirəli
Yaqub Şakirəli — krım tatar yazıçı, və şairi. == Haqqında == Yaqub Şakirəli 1890-cı ildə Baxçasarayda xırda tacirin ailəsində anadan olub. İbtidai və orta təhsilini Baxçasarayda alıb. 1905-ci ildə Tərcüman qəzetinin nəşriyyatında mətn yığan kimi işə başlayır. İlk dəfə elə bu qəzetdə öz əsərlərini yayımlamağa başlayır. 1916-cı ildən müəllim kimi fəaliyyət göstərir. Türkiyəyə və Kazana yerli ziyalılarla münasibət qurmaq üçün səfərlər edib. "Oxu yaz" (1915), "Məktəb və milli dil" (1916) kimi əsərləri yaradıb. Yaradıcılığında "Qış", "Dan", "Dəniz ilə yel" şeirləri xüsusən fərqlənir. 1917-ci ildə müəllimlər cəmiyyəti onun "Duyğularım" adlı əsərlər toplusunu Baxçasarayda çap etdirir.
İlham Şakirov
İlham Şakirov (tam adı: İlham Qılmetin oğlu Şakirov, tatar. Илһам Гыйльметдин улы Шакиров; 15 fevral 1935, Yeni Bülək[d], Tatarıstan MSSR, RSFSR, SSRİ – 16 yanvar 2019, Kazan) — tatar əsilli SSRİ və Rusiya müğənnisi və incəsənət xadimi. == Bioqrafiya == İlham Qılmetin oğlu Şakirov 15 fevral 1935-ci ildə SSRİ-nin Tatarıstan MSSR-nin Sarman rayonunun Yeni Bülək kəndində anadan olmuşdur.1954-cü ildə Kazan Musiqi Kollecinə daxil olmuş, bir il sonra isə Kazan Dövlət Musiqi Akademiyasının Vokal Fakültəsinə qəbul edilmişdir.1960-cı ildə Şakirov Kazan Dövlət Musiqi Akademiyasından məzun olmuşdur. Həmin il Şakirov Qabdulla Tukay adına Tatar Dövlət Filarmoniyasının baş vokalisti olmuşdur.İlham Qılmetin oğlu Şakirov 16 yanvar 2019-cu ildə Rusiyanın Kazan şəhərində vəfat etmişdir.
Şakir Sabir Zabit
Şakir Sabir Zabit (1913, Kərkük – 1990, Bağdad) — folklorşünas, etnoqraf və tarixçi. == Həyatı == Şakir Sabir Zabit 1913-cü ildə Kərkükdə anadan olub. İlk okulu Kafridə, orta okulu Kəlkükdə, liseyi Bağdadda bitirib. 1933-cü ildə Hərbiyyədən məzun olmuş Şakir Sabir Zabit İraq ordusunda zabit kimi xidmət edib. 1938-də hərbi məktəbi bitirib. 1953-cü ildə isə polkovnik rütbəsində təqaüdə çıxıb. Şakir Sabirın peşəsi zabit olduğuna görə ədəbi-bədii, elmi-publisistik əsərlərində “Zabit” təxəllüsündən istifadə edib. 1959-cu ildə general Şakir Sabir təqaüdə çıxır. == Fəaliyyəti == İraqda yaşayan özlərini türkman adlandıran türklərin tarixindən, soy köklərindən bəhs edən “Mə’cəzu-tərixu —t—türkmani filıraqi” kitabını 1961-ci ildə nəşr etdirir. Ərəbcə yazılmış bu kitab nəinki türkmanlar, hətta ərəb araşdırıcıları tərəfindən də maraqla qarşılanır.

Значение слова в других словарях

визжа́ние морепроду́кты повы́трясти поссо́риться презу́мпция рак-отше́льник солновосхо́д упусти́ть эпиля́ция бескри́зисный высококла́ссно глухома́нь голеносто́пный обка́пать разворкова́ться социокульту́рный временщик automatism cachexy green-louse porphyrite rubber обозревать пенсионный разодетый