şami

şami (xalç.)
şamı
şamil
OBASTAN VİKİ
Nizaməddin Şami
Nizaməddin Şami — Teymuri tarixçisi, Əmir Teymurun yürüşlərini tərənnüm edən "Zəfərnamə"nin müəllifi. Müəllifin təvəllüd və vəfat etdiyi il qeyri-müəyyəndir. 1393-cü ildə Bağdad teymurilər tərəfindən tutularkən orada yaşayırdı. Həmin vaxt əsir düşmüş, sonra isə Əmir Teymur Nizaməddin Şaminin əla yazı-pozu qabiliyyətini nəzərə alaraq onu öz yanına xidmətə götürmüşdür. Beləliklə, N.Şami, Əmir Teymurun sonrakı yürüşlərinin iştirakçısına çevrilir. 1401/02 (–h. 804)-cü ildə isə Əmir Teymur, N. Şami’yə öz zəfərlərini tərənnüm edən sadədilli bir tarix əsəri yazmaq barədə göstəriş verir. Bu sifariş əsasında işə başlayan N.Şami, "Zəfərnamə"ni qələmə alır və onu 1404-cü il aprelin 12-də şəxsən Əmir Teymura təqdim edir. Tarixi mənbələrdə, daha sonra N. Şaminin adına 1405-ci il, yayın ikinci yarısında Kür çayı sahilində vaqe olmuş hadisələrin şərhində təsadüf edilir. Belə ki həmin vaxt Ömər mirzanın yanında olan şəxslərdən biri də N.Şami idi.
Təvilə-i Şami (Əhər)
Təvilə-i Şami (fars. طويله شامي‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 84 nəfər yaşayır (15 ailə).
Şami
Şami — Lənkəran mətbəxinə aid yemək. Şami Lənkəran mətbəxinə aid yeməkdir. Görünüş etibarilə şami tava-kabab və kotletə oxşayır, amma şaminin tərkibinin hazırlanma qaydası onlardan bir qədər fərqlidir. Burada ət əvvəlcə bişirilir, sonra çəkilib küftəcik şəkili verildikdən sonra qızardılır. Şamini adətən plovla süfrəyə verirlər (Lənkəranda şami-plov adlanan plov var). 18–20 ədəd şami üçün 1 kg sümüksüz, yağsız qoyun əti 2 ədəd orta baş soğan — qabığını soyun, bütöv qalsınlar 2 ədəd yumurta zövqə görə duz zövqə görə istiot təxminən üçdə bir stəkan duru yağ — qızartmaq üçün Əvvəlcə əti və bütöv soğanları bir qazana qoyun. Üstünə ərzaqları örtəcək qədər su tökün. Bir çimdik duz atın. Qaynadın və təxminən 30 dəqiqə bişirin. Ət tamamilə bişməlidir.
Şami Kapur
Şami Kapur — Məşhur hind aktyoru. O, 50-60-cı illərdə Bollivudun ən populyar aktoylarından idi. Qardaşlar Rac və Şaşi ilə tanınmış "Kapur qardaşları üçlüyü"nü təşkil etmişdilər. Şammi Kapur 14 avqust 2011-ci ildə 79 yaşında vəfat edib. Onun iştirakı ilə keçmiş SSRİ-də məşhur olan "Betaab" ("Məhəbbətin gücü") və "Vidhaata" ("Qüdrətli) filmləri çəkilib. Şammi Kapur görkəmli kinematoqrafiya klanının banisi, aktyor, rejissor və prodüser Pritxviraja Kapurun oğlu və məşhur aktyor Rac Kapurun qardaşıdır.
Adi Şamir
Adi Şamir (ivr. ‏עדי שמיר‏‎; 6 iyul 1952, Tel-Əviv) — İsrailli kriptoqrafdır. O, RSA alqoritminin ixtiraçılarından biridir (digərləri Ron Rivest və Len Adleman. Bundan başqa, O, diferensial kripto-analizin yaradıcılarındandır, ümumiyyətlə, kriptoqrafiya və informatikanın bir çox sahəsinə onlarla töhfələr veribdir. == Həyatı == Adi Şamir (Adi Shamir) 6 iyul 1952-ci ildə Təl-Əvivdə anadan olmuşdur. == Təhsili == O bakalavr dərəcəsini riyaziyyat üzrə Tel-əviv universitetində 1973-cü ildə almışdır. O, magistratura və doktorantura dərəcələrini informatika üzrə Veiçman institutunda uyğun olaraq 1975 və 1977-ci ildə bitirmişdir. == Fəaliyyəti == Hesablama sistemləri nəzəriyyəsi sahəsində ixtisaslaşmış israilli alim, kriptoanalitik, Veysman institutunun informatika və tətbiqi riyaziyyat üzrə professoru Adi Şamir 2002-ci ildə Ronald Linn Rivest (Ronald Linn Rivest) və Leonard Adlemanla (Leonard Adleman) birgə açıq açarlı şifrləmə sisteminin praktiki faydalarının artırılmasına verdiyi əvəzsiz töhfəyə görə Türinq mükafatına layiq görülmüşdür. == İstinadlar == == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Albert fon Şamisso
Albert fon Şamisso (30 yanvar 1781[…], Şalon-an-Şampan – 21 avqust 1838[…], Berlin) — Fransız əsilli alman yazıçı və şairi. == Həyatı == Fransanın Şampan əyalətində Bonkur adlı qəsrdə anadan olmuşdur. Fransa inqilabı zamanı ailəsi ilə birlikdə Berlinə köçmüşdür.
Emil Şamilov
Fərid Şamilov
Həjar Şamiloğlu
Həjar Şamil oğlu Süleymanov və ya Həjar Şamiloğlu (kürd. Hejarê Şamil; 16 iyul 1966, Kəlbəcər) — azərbaycanəsilli Rusiya və Qırğızıstan yazıçısı, şairi və jurnalisti. == Həyatı == Həjar Şamil oğlu Süleymanov 16 iyul 1966-cı ildə Azərbaycanın Kəlbəcər şəhərində, Şamil Əsgərov və Nazilə Əsgərovanın ailəsində anadan olmuşdur. O, 1984–1990-cı illərdə Bakıda filologiya ixtisası üzrə təhsil almışdır. Şamiloğlu 1989–1991-ci illərdə təhsilini başa vurduqdan sonra Bakıda "Yazıcı" nəşriyyatında işləmişdir. Bundan sonra o, 1991–1993-cü illərdə Azərbaycan Mlli Məclisinə bağlı "Azərbaycan" qəzetində müxbir olaraq çalışmışdır. Şamiloğlu həmçinin, 1992–1994-cü illərdə "Kurdish Voice" jurnalının Bakıdakı bölməsinin redaktoru, 1994–1997-ci illərdə Moskvada "Kurdistan Report" jurnalının redaktoru, 2000-ci ildən sonra isə İraq Kürdüstanında "Maxmûr" jurnalının redaktoru kimi işləmişdir. O, 2008-ci ildə "Ak News"un müxbiri olmuş, 2004–2010-cu illərdə Qazaxıstanda "Nubar" jurnalının redaksiyasında işləmişdir. Şamiloğlu 2005–2010-cu illərdə Qırğızıstanda radio redaktoru işləmişdir. O, rus, Azərbaycan və türk dillərində çoxlu kitablar yazmışdır.
Maksim Şamil
Maksim Şamil və ya Maksim Müəllim (tam adı:Şamil Hümbət oğlu Cabbarov; 9 mart 1952, Daşkənd, Basarkeçər rayonu – 22 mart 2022, Bakı) — Azərbaycan şairi, baş müəllim. == Həyatı == Şamil Cabbarov 1952-ci ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. 1971–1973-cü illərdə hərbi xidmət keçmişdir. 1979-cu ildə V. İ. Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini bitirmiş və doğma kəndində 1988-ci ilə qədər müəllim və dərs hissə müdiri işləmişdir. Azərbaycan Kooperasiya Universitetinin riyaziyyat kafedrasında baş müəllim işləmişdir. == Yaradıcılığı == Onun çətinliyi artırılmış məsələ və misallardan ibarət "Riyaziyyat nəyi sevir" adlı kitabı riyaziyyat elminə böyük töhfədir. "Tufandan tez yeli çatar" şeirlər kitabında Maksim Şamilin həyata baxışlarının ərməğanı olan ürək sözləri və şeirləri toplanmışdır. Şeirlər tərbiyəvi ruhda yazılmışdır. Ustadnamələrlə zəngin olan kitabda "Sabirsayağı" tənqidi şeirlər də çap olunmuşdur. == Kitabları == "Ehtimal nəzəriyyəsi və riyazi statistika", (Teymurov Fərhad, Həsənov Əvəz və Əfəndiyev Məqsəd ilə birlikdə).
Oktay Şamil
Şamilov Oqtay İmanqulu oğlu — şair, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1988). Oktay Şamil 1944-cü il fevralın 17-də Ağsu rayonunun Bico kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir (1950-1960). ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir (1962-1967). Əmək fəaliyyətinə Şamaxı rayonu Həmyə kənd səkkizillik məktəbində müəllim kimi başlamışdır (1967-1968). "Yeni Şirvan" rayon qəzeti redaksiyası nəzdində yerli radio verilişləri şöbəsində təşkilatçı müxbir (1968), Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında incəsənət şöbəsinin əməkdaşı kimi çalışmışdır (1969-1970). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində "Uşaq" və "Gənclik" redaksiyalarında şöbə müdiri və baş redaktor müavini işləmişdir. İctimai məzmunlu ilk ciddi yazısı "Şamaxı" adlanır (1963). Ədəbi aləmə 1965-ci ildən dövri mətbuatda çap etdirdiyi şeirlərlə daxil olmuşdur. Əsərləri "İstoki" almanaxında, "Molodaya poeziya Azerbaydjana" antologiyasında işıq üzü görmüşdür.
Oqtay Şamil
Şamilov Oqtay İmanqulu oğlu — şair, 1988-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1988). Oktay Şamil 1944-cü il fevralın 17-də Ağsu rayonunun Bico kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir (1950-1960). ADU-nun filologiya fakültəsində təhsilini davam etdirmişdir (1962-1967). Əmək fəaliyyətinə Şamaxı rayonu Həmyə kənd səkkizillik məktəbində müəllim kimi başlamışdır (1967-1968). "Yeni Şirvan" rayon qəzeti redaksiyası nəzdində yerli radio verilişləri şöbəsində təşkilatçı müxbir (1968), Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasında incəsənət şöbəsinin əməkdaşı kimi çalışmışdır (1969-1970). Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində "Uşaq" və "Gənclik" redaksiyalarında şöbə müdiri və baş redaktor müavini işləmişdir. İctimai məzmunlu ilk ciddi yazısı "Şamaxı" adlanır (1963). Ədəbi aləmə 1965-ci ildən dövri mətbuatda çap etdirdiyi şeirlərlə daxil olmuşdur. Əsərləri "İstoki" almanaxında, "Molodaya poeziya Azerbaydjana" antologiyasında işıq üzü görmüşdür.
Qalaça (Şamilqala)
Şamilqala və ya sadəcə Qalaça — Qax rayonunun İlisu kəndində Yazlıq dağının üstündə inşa olunmuş qala. Qala XIX əsrin 50-ci illərində dağlıların milli azadlıq hərəkatının rəhbəri Şeyx Şamilə qarşı aparılan hərbi əməliyyatlarda müşahidə təyinatlı istehkam kimi ruslar tərəfindən inşa etdirilmışdir. El arasında "gözətçi qala" kimində deyilir Dairəvi formada inşa olunan qalaçanın diametri 7,4 metrə yaxındır. Çay daşı və əhəng məhlulu ilə tikilmiş qalaçanın ətrafı boyunca atəş açmaq və müşahidə aparmaq üçün mazğallar vardır. Qalaçada İlisuya gələn bütün yolları müşahidə etmək, eləcə də nəzarətdə saxlamaq mümkündür. Kənddən qalaçaya araba yolu salınmışdır. Qalaça tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur. Şamil qalasının xarabalıqlarından Dağıstanla Azərbaycan arasında son yaşayış məntəqəsi olan Sarıbaş kəndi görünür. Bu tip qalalar daha bir neçə yüksəklikdə inşa edilmişdir. Bir çoxları günümüzə qədər gəlib çıxa bilməmişdir.
Sarvan Şamiloğlu
Sarvan Şamiloğlu-Azərbaycan jurnalisti, Şamil Ağayevin və Zərifə Ağayevanın oğlu Sarvan Şamiloğlu 18 sentyabr 1955-ci ildə Ağdamda anadan olmuşdur. Ağdam şəhər 2 saylı orta məktəbdə oxumuş, M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda (indiki Bakı Slavyan Universiteti)ali təhsil almışdır. Sarvan Şamiloğlu ali təhsilini başa vurduqdan sonra Ağdamda 136 saylı Texniki peşə məktəbində komsomol komitəsinin katibi vəzifəsində çalışmışdır. O, 1990-cı ilin fevral ayından ömrünün sonuna kimi "Qarabağ"qəzetində işləmişdir. "Qarabağ"qəzetində müxbirlikdən baş redaktorun müavinliyinə qədər şərəfli yaradıcılıq yolu keçmişdir. Sarvan Şamiloğlu 1992 ildə Jurnalistlərin Azad Həmkarlar İttifaqının təsis etdiyi "Zəfər" mükafatına layiq görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci tarixli sərəncamı ilə milli mətbuatımızın 130 illik yubileyi münasibətilə Sarvan Şamiloğlu “Tərəqqi” medalına layiq görülmüşdür. Sarvan Şamiloğlu 17 iyul 2014-cü Bakıda faciəli şəkildə həlak olmuşdur. Sarvan Şamiloğlunun jurnalistikaya gəlişi 60-cı illərin sonlarından - orta məktəb illərindən başlayır. Onun pioner drujinasının fəaliyyətindən, məktəbli dostlarının uğurlarından bəhs edən məqlələri "Pioner" jurnalında, "Lenin yolu" (indiki "Ağdam" qəzeti) qəzetində çap olunmuşdur.
Seyfulla Şamilov
Şamilov Seyfulla Əli oğlu (10 oktyabr 1902, Ağstafa, Qazax qəzası – 25 dekabr 1974, Bakı) — nasir, publisist, tərcüməçi, 1932-ci ildən AYB-nin üzvü, Azərbaycan Yazıçılar İttifaqının sədri (1936–1938). Seyfulla Şamilov 1902-ci il oktyabrın 10-da Rusiya İmperiyasının Qazax qəzasının Tatlı kəndində anadan olmuşdur. Bakıda partiya məktəbini bitirmişdir (1921–1925). Azərbaycan Dövlət Pedaqoji İnstitutunda fəlsəfə kafedrasının dosenti (1931–1933), "Kommunist" qəzetində məsul redaktorun müavini, "Gənc işçi" qəzetinin məsul redaktoru, Azərbaycan Proletar Yazıçılar Birliyi təşkilat komitəsinin sədri (1932), Azərbaycan Yazıçılar İttifaqı idarəsinin sədri (1936–1938), "İnqilab və mədəniyyət" jurnalının, "Ədəbiyyat qəzeti"nin məsul redaktoru (1936–1937), Uşaqgəncnəşrdə baş redaktor (1955–1962) vəzifələrində işləmişdir. Repressiya dövründə həbs edilərək sürgün olunmuşdur. 1974-cü il dekabrın 25-də vəfat etmişdir. "Şərəf nişanı" ordeni və Mədəniyyət Nazirliyinin "Əlaçı işçi" fəxri medalı ilə təltif olunmuşdur. "Leninin pedaqoji üsulları" (1925) "Dördüncü il" (1929) "Laçın" (1932) "Seçilmiş əsərləri (1974) "Nigarın məcarası" (1977) Fərrux Rüstəmov. Azərbaycan pedaqogikaşünaslığı. Bakı: Elm və təhsil, 2016.
Sinan Şamil Sam
Sinan Şamil Sam (23 iyun 1974, Hamburq, Almaniya Federativ Respublikası – 30 oktyabr 2015, İstanbul) — Almaniya azərbaycanlılarından olan ağır çəkili peşəkar boksçu. Əsli Türkiyənin Qars şəhərindəndir. Əsli Cənubi Azərbaycandan Amasyanın Penbek kəndinə, oradan da 1926-cı ildə Qarsın Akyaka Şahnalar kəndində yerleşən Oruc Samın nəvəsi idi. Sinan Şamil Sam 1974-cü ildə Almaniyanın Frankfurt şəhərində anadan olub. Həvəskar boks üzrə doqquzqat Türkiyə çempionu olub. 1992-ci ildə dünya çempionu adını qazanıb. 1999-cu ildə böyüklər arasında da dünya çempionu olmağı bacarıb. 15 aprel 2000-ci ildə peşəkar boksa başlayıb. 12 oktyabr 2002-ci ildə polşalı Przemyslaw Saletı məğlub edərək Avropa çempionu olub. "Boğazın buğası" ləqəbi ilə tanınıb.
Yaşar Şamilov
Yaşar Cəlal oğlu Şamilov — AFFA-nın Şimal Regional Futbol Federasiyasının Prezidenti (2000–2015). Azərbaycanın Əməkdar Məşqçisi (1989). Yaşar Şamilov 1945-ci il oktyabr ayının 22-də Laçın rayonunun Cicimli kəndində müəllim ailəsində anadan olub. 1963-cü ildə Laçın rayonunda orta məktəbi bitirib. 3 il hərbi xidmətdə olduqdan sonra 1965-ci ildə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. 1981-ci ildə bitirib. Uzun illər SSRİ çempionatının I dəstəsində çıxış edən Sumqayıtın "Polad" daha sonralar “Xəzər” komandasının rəisi vəzifəsində çalışıb. 1989-cu ildə Azərbaycanın Əməkdar Məşqçisi adına layiq görülüb. 2000-ci ildən bu günə kimi AFFA-nın Şimal Regional Futbol Federasiyasının Prezidenti vəzifəsində çalışır. 2009-cu ildə “Tərəqqi” medalına layiq görülüb.
Yitzhak Şamir
Yitzhak Şamir (ivr. ‏יצחק שמיר‏‎; 22 oktyabr 1915 – 30 iyun 2012[…], Herzliya, Təl-Əviv dairəsi) — 1983-2004 və 1986-1992-ci illərdə iki müddət xidmət edən bir İsrail siyasətçisi və İsrailin yeddinci Baş naziri idi. İsrail dövləti qurulmazdan əvvəl Şamir sionist yaraqlı Lehi qrupunun lideri idi. İsrail dövləti qurulandan sonra 1955-1965-ci illər arasında Mossada Knesset üzvü olaraq xidmət etdi. Knessetin 6-cı spikeri və xarici işlər naziri vəzifələrini icra etdi. Şamir, David Ben-Gurion və Benyamin Netanyahudan sonra ölkənin üçüncü ən uzun müddət işləyən baş naziri idi.
İmam Şamil
Şeyx Şamil (avar. Имам Шамиль; 26 iyun (7 iyul) 1797, Gimri – 4 fevral 1871, Mədinə, Həbəşistan əyaləti) — Qafqaz dağlılarının rəhbəri, 1834-cü ildən Qərbi Dağıstan dağlılarını, çeçenləri və çərkəzləri birləşdirən teokratik dövlətin — Şimali Qafqaz imamlığının imamı kimi tanınmışdır. Qafqaz xalqlarının milli qəhrəmanı. Milliyyətcə — Avardır. Şamilin atası avar dəmirçi Denqav-Məhəmməd, anası isə avar bəyi Pirbudağın qızı Baxu Meseddir. Mariya Çiçaqovanın dediyinə görə, Şamilin ata xətti ilə ulu babası Əmirxan "Qafqazda böyük nüfuza malik tanınmış bir qumuq imiş".Şamil 26 iyun (7 iyul) 1797-ci il tarixində ― müsəlman təqvimi ilə ilin başladığı gün, məhərrəm ayının 1-də Avar Xindalal icmasına məxsus Gimri (Qenub) kəndində (indiki Unsuqul rayonu, qərbi Dağıstan) anadan olmuşdur. Ona əvvəlcə babası Əlinin adını qoymuşdular. Uşaqlıqda tez-tez xəstələndiyinə görə valideynləri inamlarına uyğun olaraq, ona dayısının adını ― Şamil (Şamuil ― "Allah eşidən") adını verdilər. Oğlana babasının şərəfinə Əli adı qoymuşdular. Uşaq ikən, o, arıq və zəif idi, tez-tez xəstələnirdi.
Ələddin Şamilov
Ələddin Xalıqverdi oğlu Şamilov (10 mart 1943, Qoşabulaq, Basarkeçər rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor. Ələddin Şamilov 1943-cü ildə Basarkeçər rayonunun Qoşabulaq kəndində kolxozçu ailəsində anadan olmuş, 1963-cü ildə Gəncə Dövlət Universitetinin Fizika-Riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, iki il əsgərlik, daha sonra isə iki il anadan olduğu kənddə müəllim işləmiş və 1967-ci ildə Azərbaycan Dövlət Universiteti (ADU) Diferensial və İntegral Tənliklər kafedrasının aspirantı və 1969-cu ildə isə müəllimi seçilmişdir. 1972-ci ildə namizədlik, 1984-cü ildə isə doktorluk dissertasiyasını Moskva V.A. Steklov İnstitutunun dəstəyi ilə Ukrayna Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunda və Novosibirsk Dövlət Universitetində müvəffəqiyyətlə müdafiə etmişdir. 1977-ci ildə M.Y. Lomosonov adına Moskva Dövlət Universitetinin İxtisas Yüksəltmə fakültəsindən məzun olmuşdur. 1978-ci ildə BDU-nun Dosenti, 1987-ci ildə Professoru elmi adını almışdır. BDU-nun Mexanika-Riyaziyyat Fakültəsi ilə yanaşı Azərbaycan və diğər ölkələrin universitet müəllimləri üçün İxtisas Yüksəltmə fakültəsində dərs vermiştir. Riyaziyyatın müxtəlif sahələrinə aid səkkiz kitabı və bir şeir kitabı vardır, on iki elmlər namizədi və elmlər doktoru yetişdirmişdir, 150-dən çox elmi əsəri beynəlxalq ve yerli jurnallarda çap olunmuşdur. BDU-da elmlər doktoru müdafiə şurasının həmsədri, Ümumi Riyaziyyat Kafedrasının müdiri (1996-2000) işləmişdir. 1999-cu ildə Türkiyə Cumhuriyyəti Eskişehir Osmangazi Universitetinə dəvət olunmuş və 2001-ci ildən etibarən Anadolu Universiteti Statistika bölümünün Professoru olaraq işləyir. BDU və fakültə elmi şuralarının üzvü olmuşdur.
Ərəb Şamilov
Ərəb Şamoyeviç Şamilov (rus. Араб Шамоевич Шамилов, kürd. Ә'рәб Шамилов), ədəbi təxəllüsü ilə Ərəbe Şamo (kürd. Erebê Şemo; 1897[…], Susuz ilçəsi, Qars vilayəti, Rusiya imperiyası – 1978[…], İrəvan) — kürd əsilli SSRİ yazıçısı. Ərəb Şamoyeviç Şamilov 1897-ci ildə Rusiya imperiyasında, Qars vilayətinin Susuz kəndində anadan olmuşdur (indiki Türkiyə). O, Rusiyada vətəndaş müharibəsində iştirak etmişdir. Şamilov 1920-1921-ci illərdə Quba şəhərində "ÇK" məxfi əməliyyatlar şöbəsinə rəhbərlik etmişdir. O, 1920-ci illərdə "Zarya Vostoka", "Riya Təzə" və "Sovet Kürdüstanı" qəzetlərində jurnalist işləmişdir. Şamilov 1920-ci illərin sonlarında İshaq Maroqulovla birlikdə kürd dili üçün latın qrafikalı əlifbanı işləyib hazırlamışdır. O, 1937-ci ilin yanvarında Stalin repressiyaları zamanı həbs edilmişdir.
Şamil Cəfərov (entomoloq)
Şamil Məmməd oğlu Cəfərov (ukr. Джафаров Шаміль Мамедович; 19 mart 1927, Azərbaycan, Azərbaycan SSR, SSRİ – 21 may 1999, Melitopol, Zaporojya vilayəti) — entomoloq. Biologiya elmləri doktoru (1963), professor (1968). 1949-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. Həmin vaxtdan Azərbaycan Elmlər Akademiyasının Zoologiya İnstitutunda çalışıb. Кровососущие мокрицы (Diptera, Heleidae) Закавказья. Баку, 1964; Учебник по зоологии беспозвоночных. Баку, 1969; Мухи-тахины (Diptera, Tachinidae) юга УССР. Дн., 1990; Паразитические мухи-тахины Крыма // Проблема изучения фаунист. комплексов юга Украины и разработки науч. основ их мониторинга.
Şamil Rzayev
Şamil Rzayev (1988, Bakı) — Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunun stomatologiya şöbəsinin müdiri. Şamil Rzayev 1988-ci ildə Bakı şəhərində həkim ailəsində anadan olub. Orta təhsilini Bakı şəhəri, Yasamal rayonunun 175 saylı məktəbində alıb. 2004-cü ildə məktəbi bitirdikdən sonra Azərbaycan Tibb Universitetinə daxil olub. 2010–2011-ci illərdə Azərbaycanın Silahlı Qüvvələrində xidmət edib. Evlidir. 2 övladı var. Hazırda həkim-stomatoloq kimi Dental Arts Studio klinikasının baş həkimidir. Həmçinin "A-qrup" sığorta şirkətində həkim ekspert vəzifəsini icra edir. Hazırda Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunun stomatologiya şöbəsinin müdiridir.
Şamil Əfəndiyev
Şamil Əfəndiyev (13 oktyabr 1972) — 1994-cü ildə Rusiyanı, 1997–2000-ci illərdə isə Azərbaycanı təmsil edən sərbəst güləşçi. Şamil Əfəndiyev 1994-cü ildə Rusiya Çempionatında mübarizə apardı və turniri gümüş medalla başa vurdu. 1997-ci ildən Azərbaycan yığmasının heyətində çıxış edən Şamil Əfəndiyev 1997-ci ildə Rusiyada Dünya Çempionatını 7-ci, 1998-ci ildə İranda Dünya Çempionatını isə 11-ci pillədə başa vurdu. 1998-ci ildə Belarusda Avropa Çempionatında 8-ci pillənin sahibi olan Şamil Əfəndiyev 2000-ci ildə Budapeşt şəhərində (Macarıstan) baş tutan Avropa Çempionatı zamanı bürünc medal uğrunda görüşdə məğlub oldu və turniri dördüncü pillədə başa vurdu. Şamil Əfəndiyev Azərbaycanı 2000-ci ildə Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi. -63 Kq. turnirində çıxış edən Şamil Əfəndiyev qrup mərhələsinin birinci görüşündə Slovakiya nümayəndəsi Stefan Fernya ilə üz-üzə gəldi. Həmin görüşdə Şamil Əfəndiyev rəqibi üzərində 6:1 hesabı ilə qələbə qazandı. Qrup mərhələsinin növbəti görüşündə onun rəqibi Yeni Zelandiya nümayəndəsi Musa İlhan oldu. Bu görüşdə də Şamil Əfəndiyev rəqibi üzərində qələbə qazandı (10:0).
Aş-Şamiyyə
Şamiyyə (ərəb. الشامية‎) — İraqın Qədisiyyə mühafəzəsində şəhər.
Poştkuh-e Şamil
Poştkuh-e Şamil (fars. پشتکوه شمیل‎) — İranın Hörmüzqan əyalətinin Bəndər Abbas şəhristanının Şamil rayonunun Şamil kənd dairəsində yerləşən coğrafi region və turistik yerdir. Nian dağının və Şamil kənd dairəsinin şimalında, Rudxanə kənd dairəsinin qərbində, Siyahu kənd dairəsinin cənubunda, xurqu və Sərxun kənd dairəsinin şərqində yerləşən Şamil rayonunun ayrıca hissəsidir. Aşağıdakı kəndlərdən ibarətdir: Kuh Lahru Kuh Dazan Solubalm Gardaneh-ye Poshtkuh Qələm Sixuran Zənhi Konar Siah gəcge poştkuh Bariku türbəsi az:Poştkuh-e Şamil پشت کوه‌ها روستایی است، جاده‌ای باید ساخت!
Şamil Zubairov
Şamil Zubairov,hazirda 92 kiloqram çəki dərəcəsində mübarizə aparan azərbaycanlı sərbəst güləşçidir. 2018-ci ildə Zubairov U23 səviyyəsində Dünya və Avropa çempionu oldu. 2019-cu ildə o, bir daha U23 Avropa çempionatında medal qazandı.

Значение слова в других словарях