ŞAQQILDAMAQ

f.
1. Şaqqıltı səsi çıxarmaq.
Dağların başında gurultu güclənir, ildırım şaqqıldayır, yeri-yurdu tərpədirdi. S.Rəhimov.
Göy gurultusu … qulaqbatıran bir dəhşətlə şaqqıldayırdı. M.Hüseyn.

2. Çatırdamaq, çırtıldamaq, şaq-şaq səs çıxarmaq.
Sübhün həzin küləyi yaşıl yarpaqları bir-birinə vurub şaqqıldadırdı. Çəmənzəminli.
Kəhrəbadan seçilməz alxımlar nəzərində; Ağzında şaqqıldayıb hər giləsi bal dadar. S.Rüstəm.
Üzüm nə üzüm! Şəkər kimi şaqqıldayır, diş vuran kimi qana keçir. Mir Cəlal.

3. Tərpəndikcə, bir-birinə dəydikcə şaqqıltı səsi çıxar(t)maq (bədən sümükləri haqqında).
[Dərviş:] Canımda bir uçunma peyda oldu, dişlərim şaqqıldamağa az qaldı, canıma yanğı düşdü. A.Divanbəyoğlu.
[İlyas:] Tərlanın boynu şaqqıldadı.
O, yanakı sıçrayıb sıldırım qırağıyla çaparaq, enişə doğru getdi. Ə.Məmmədxanlı.

4. Şaqqanaq çəkib gülmək, qəhqəhə ilə gülmək.
Məşədibəy şaqqıldayıb güldü və yumurtanı əlinə aldı. M.Hüseyn.
Nəriman əmi … əllərini bir-birinə vuraraq bərkdən şaqqıldadı. İ.Əfəndiyev.

5. Cəh-cəh vurmaq, cəh-cəhlə ötmək, oxumaq.
Meyvəlidir ormanında ağaclar; Şaqqıldayır qırqovullar, turaclar. A.Səhhət.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ŞAQQILDAMAQ gülmək
  • ŞAQQILDAMAQ ötmək — oxumaq
  • ŞAQQILDAMAQ cırıldamaq
ŞAQQILDAMA
ŞAQQILDAŞMA

Digər lüğətlərdə

нагина́ть перестоя́ться печа́льно плю́щение сейсмографи́ческий верху́шечный возбуждённость диа́гноз круглоголо́вый на ю́го-за́пад от отлы́нивать помо́йный пупы́рышек ухва́тываться фильтрацио́нный резать шмык alezan denunciation doggery red perch мореплавательный позёвывать саламандра сапог