1. Nə edəcəyini bilməyəcək dərəcədə fikirli, özünü itirmiş, çaşmış, çaşıb qalmış, qarıxmış, çaşqın. Hikmət İsfahani ağır bir təəssürat altında saraydan çıxdı.
Fikri şaşqın, qəlbi həyəcanlı idi.
Qız [oğlanın] şaşqın tərəddüdünü görüb gülümsədi.
// Zərf mənasında.
Gülzar bir şey axtaran və ya kömək gözləyən kimi, şaşqın o yan-bu yanına baxdı.
Gülyaz gecəyarısı şaşqın halda oyanıb, Səmədi evdə görmədi, onun haraya getdiyini dərhal anladı.
2. Sərsəm, ağlını itirmiş.
[Qızlar:] Şaşqındır o divanə; Gəl, gəl, oluruz rüsva.
// is. Şaşqın adam.
[Rauf:] Əvət, şaşqınlar daim əsəbi və bədbin olurlar.