ŞEİR

is. [ ər. ] Ritmik vəzndə ahəngdar poetik əsər, nəzmə çəkilmiş bədii əsər. Klassik şeir.
– Vaqif yolunun davamçısı olan Zakir şerimizə həqiqi satira gətirmişdir. A.Şaiq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ŞEİR ŞEİR (ədəb.) Xan zamanında Vaqif neçə vaxt Kür qırağında qalıb, təngişməyi və vətənə qayıtmaq arzusunu bu şeirdə yazıb (Ə

Etimologiya

  • ŞEİR Ərəb mənşəlidir, şair sözü ilə kökdaşdır. Bizdə onun əvəzinə qoşuq işlədilib (indi qoşma janrının adında qalır)
ŞEHLİK
ŞEİRLƏŞMƏ
OBASTAN VİKİ
Şeir
Şeir (ərəb. شعر‎) — ritmik vəzndə ahəngdar poetik əsər, nəzmə çəkilmiş bədii əsər. Bədii təfəkkürün nəzmlə yazılan ifadə forması. Şeir – fikri sözlə, obrazlı, qafiyələnmiş və ahəngdar bir şəkildə ifadə etmək sənəti, müəyyən məzmuna malik, ahəngdar, vəznli sözlər. Sözün bədii cəhətdən ifadəli olması üçün rəngarəng təsvir vasitələrindən geniş istifadə edilməsi, axıcılıq, musiqililik şeirdə səciyyəvi xüsusiyyətlərdir. Şeirdə cümlənin ayrı-ayrı hissələri arasında müəyyən qayda və ölçü ilə fasilələr olur, lazımi sözlər vurğularla qabarıq surətdə nəzərə çatdırılır, bəzi sözlər qəsdən təkrar edilir, sözün tərkibindəki səslərin ahəngcə bir-biri ilə uyğunlaşmasına xüsusi fikir verilir.Şeir adətən bir-biri ilə qafiyələnən sətirlərə bölünür. Şeirdə bu cür sətirlər misra adlanır. İki misra birləşərək bəzən beyt, dörd misra isə bənd yaradır. Azərbaycan şeirində bəndlərdə misraların sayı bir çox hallarda dörddən çox (məsələn, Səməd Vurğunun "Azərbaycan" şeirində bəndlər beşmisralıdır) və ya dörddən az da ola bilər (məsələn, Mikayıl Müşfiqdə üçmisralı bəndlər). == Şeir sözünün mənası == Şeiriyyət ərəbcə incəlik, ahəngdarlıq, gözəllik deməkdir.
Dramatik şeir
Mənzum dram — nəzmlə (şeirlə) yazılmış dram əsəri. Dramatik növün faciə və komediya kimi janrları hələ antik yunan ədəbiyyatında (Esxilin faciələri, Aristofanın komediyaları) mövcud olsa da, dram janrı orta əsrlərdən sonrakı dövrün məhsuludur. Dünya ədəbiyyatında mənzum dramın ilk nümunələrini U.Şekspir (XVI əsr), Azərbaycan ədədbiyyatında isə H.Cavid yaradıb. Mənzum dramın özünəməxsus səhnə həlli var. Əgər nəsrlə yazılmış dram əsərində sözlərin tam surətdə hərəkət və əməllə dolması şərtdirsə, mənzum dramda aktyor həm də şeiriyyətin gözəlliyini tamaşaçıya çatdırmağı bacarmalıdır. Poeziya sözün musiqi həddinə çatdırılması deməkdir. Burada sözün fəlsəfi tutumu aktyorun ifasında aydın verilməlidir.
Elegiya (şeir)
"Elegiya" — Leyla Əliyevanın babası Heydər Əliyevə ithaf etdiyi şeir İlk dəfə bu şeir 2008-ci il dekabrın 12-də - Heydər Əliyevin vəfatının 5-ci ildönümündə "Azərbaycan" qəzetində dərc olunmuşdur. Bir qədər sonra isə bu şeirə Kəmaləddin Heydərov mahnı bəstələmiş, Ağadadaş Ağayevin ifasında Fuad Əlişovun rejissorluğu ilə klip çəkilmişdir. 2012-ci ildə Azərbaycan məktəblərində tədris olunan 5-ci sinif şagirdləri üçün "Ədəbiyyat" dərsliyinə salınmışdır Şeir sinifdənxaric oxu üçün nəzərdə tutulub. == İstinadlar == == Xarici keçidlər == Şahnaz Bəylərqızı. Prezidentin qızının şeiri dərsliklərə necə düşüb?
Konkret şeir
Konkret şeir və ya Şəkil şeir, hər cür tipoqrafik göstərən səhifə boşluğu üzərində heç bir biçimsəl qayda olmadan düzənlənməsiylə ibarət olan şeir növüdür.Konkret şeirdə köçürülməsinə niyyətlənilən duyğu və düşüncələr sözlərin səslərindən tamamilə qopmuş olmasalar da anlayışımları çox böyük nisbətdə şeirin vizual xüsusiyyəti üzərindən reallaşır.
Leyla (şeir)
Leyla — Azərbaycan SSR xalq şairi Səməd Vurğunun 1935-ci ildə yazdığı şeir. Azərbaycanda, Qafqazda, həmçinin bütün Cənubi Avropada və Ön Asiyada ilk qadın təyyarəçi Leyla Məmmədbəyovaya həsr edilmiş əsər. == Tarixi == Səməd Vurğun "Leyla" şeirini Leyla Məmmədbəyova həsr etmişdir. Məmmədbəyova Azərbaycanın ilk peşəkar qadın təyyarəçisi olub. O, 1930-cu ildən Bakı aeroklubunun üzvü olub. Leyla Məmmədbəyova ilk uçuşunu 1931-ci ildə yerinə yetirmişdir. Təhsilini 1932-ci ildən Moskvada davam etdirən Məmmədbəyova 1933-cü il, martın 17-də Moskvanın Tuşino aerodromunda U-2 təyyarəsindən paraşüt ilə atlanaraq Sovet İttifaqının ikinci qadın paraşütçüsü olmuşdur (Nina Kamnevadan sonra). 1934-cü ildə Cənubi Qafqaz respublikaları arasında keçirilən paraşütçülər yarışında birinci yeri tutmuş və 1941-ci ilədək artıq aviasiya mayoru olmuşdu. Sonralar sənətini Bakı aeroklubunda müəllim kimi davam etdirmişdir.Leyla Məmmədbəyovanın bu uğuru diqqətdən kənar qalmamış, ona bir sıra şeir və kinofilm həsr olunmuşdur. Qadın təyyarəçiyə həsr edilmiş şeirlər sırasında ən uğurlusu Səməd Vurğunun 1935-ci ildə yazıdığı "Leyla" şeiridir.
Mənsur şeir
Mənsur şeir - lirik və epik elementlərin müştərək xüsusiyyətləri zəminində yaranan yeni bədii formalardan biridir. Mənsur şeir janrında rus ədəbiyyatında İ.Turgenev, fransız ədəbiyyatında R.Rollan, hind ədəbiyyatında R.Taqor və başqaları bu formanın ən yaxşı nümunələrini yaratmışlar. Azərbaycanda mənsur şeirin ilk nümunələrini 1908-ci ildə Məhəmməd Hadi yaratmışdır.Ondan sonra Abdulla Sur bu janra müraciət etmişdir. 1920-ci illərdən sonra bu janr ədəbiyyatımızda getdikcə daha geniş yer tutmuş, bir çox yazıçılar dəyərli mənsur şeirlər yazmışlar. == Mənbə == Hüseyn Həşimli. Azərbaycan mənsur şeirinin təşəkkülü.Bakı:Nurlan,2006, 144 s. Hüseyin Haşimli.Azerbaycan mensur şiirinin tarihi. Ankara: Gündüz kitap evi, 2007, 112 s. Гусейн Гашимли. Азербайджанское стихотворение в прозе.
Qitə (şeir)
Qitə (ərəb. قطعة‎ parça, hissə) — Klassik Şərq, o cümlədən Azərbaycan ədəbiyyatında şeir forması. Qitə ərəbcə parça, hissə deməkdir. Qitənin qafiyə quruluşu qəzələ və qəsidəyə yaxındır. Fərq ondadır ki, birinci beytin misraları qəzəl və qəsidədə həmqafiyə olduğu halda, qitədə həmqafiyə olmur. Qitədə yalnız ikinci misralar bir-biri ilə həmqafiyə olur. Həcmi 2 beytdən 10 beytə qədər olur. Qitənin sonuncu (məqtə) beytində şair, adətən, öz təxəllüsünü bildirmir. Qəzəl daha çox məhəbbət mövzusunda yazıldığı halda, qitə daha çox ictimai-siyasi, əxlaqi-tərbiyəvi məzmun daşıyır. Qazi Bürhanəddininin, Nəsiminin, Məhəmməd Füzulinin, Seyid Əzim Şirvaninin bəzi şeirləri qitə janrındadır.
Simfonik şeir
Simfonik şeir - mövzusu müəyyən bir hadisə ilə bağlı olan və əsasən orkestr tərəfindən ifa edilən musiqili bəstə növü. İlk dəfə 19-cu yüzillikdə yaranıb, banisi Ferens List olmuşdur. Bu janr həmin dönəmlərdə dahi bəstəkar Bethovenin uverturaları ilə tərəqqisinin ən pik nöqtəsinə çatmışdır. Avropada romantizm cərəyanın ən yüksək inkişaf mərhələsində formalaşmışdır. Əsasən, 10-20 dəqiqə aralığında ifa edilir.
Sərbəst şeir
Sərbəst şeir, Səpkili şeir və ya Verlibr (fr. vers libre) — sərt qafiyələnmə qaydalarından və digər ənənəvi şeir əlamətlərindən (heca sayının sabitliyi - izosillabizm, izotoniya və s.) azad olan şeir forması. Sərbəst şeirdə misralardakı heca sayı, qafiyə quruluşu, bəndlərə ayrılma və s. baxımından sərbəstlik olur, sözlər misralara ahəngdar şəkildə səpələnə bilir. Bu xüsusiyyətlər sərbəst şeirdə forma məhdudiyyətlərini azaldır və fikri ifadə etmək imkanlarını genişləndirir. == Sərbəst şeirin yaranması və inkişafı == Sərbəst şeir adətən daha yeni və müasir şeir forması kimi qəbul olunur. Belə ki, bu şeir formasının XIX əsrin sonu, XX əsrin əvvəllərində Avropa xalqlarında yarandığı və ilk dəfə Belçikada meydana çıxdığı qeyd olunur. Türk xalqları içərisində sərbəst şeir yazmış ilk şair kimi Nazim Hikmət, Azərbaycanda isə Mikayıl Rəfili qəbul olunur. XX əsr Azərbaycan şairlərinin əksəriyyəti (xüsusən Rəsul Rza, Əli Kərim və b.) öz yaradıcılıqlarında sərbəst şeirə yer vermişlər. Sərbəst şeir yeni şeir forması kimi qəbul olunsa da, heca və əruz vəznləri formalaşana qədər mövcud olmuş şeir formalarının xüsusiyyətləri məhz müasir sərbəst şeir formasının xüsusiyyətlərini özündə daşımışdır.
Vəsiyyət (şeir)
Vəsiyyətnamə (ukr. Заповіт) — Taras Şevçenkonun 25 dekabr 1845-ci ildə Pereyaslavda müraciət-"vəsiyyətnamə" şəklində yazdığı proqramlaşdırılmış şeir. Şeir Ukrayna mədəniyyətinə böyük təsir göstərmişdir və təsir göstərməkdədir. Bir sıra bəstəkarlar musiqi əsərlərini şeirə əsasən bəstələmişdilər və ümumiyyətlə mədəni həyatda onu fəal istifadə edirlər və şeir əsəri 150-dən çox dillərə tərcümə olunmuşdur. == Musiqidə == "Vəsiyyətnamə" bir çox musiqi əsərlərin əsasını təşkil edir. Əsər üçün musiqini ilk dəfə Nikolay Lısenko bəstələmişdir (1868-ci ildə kişi xoru, solo tenor və fortepiano üçün, 1877-ci ildə ikinci buraxılışı işıq üzünü görmüşdü). "Vəsiyyətnamə" üçün yazılmış ən populyar musiqi Ukrayna xalq mahnısı intonasiyalarına çox yaxın idi. O, 1870-ci illərdə Qordi Qladki tərəfindən yaradılmış, daha sonra Lısenko tərəfindən redaktə edilmiş və Poltava şəhərində G. Markeviç tərəfindən nəşr olunmuşdur. Mahnı uzun müddət xalq mahnısı olaraq qəbil edilirdi. Yakov Stepovoy, Kirill Stetsenko, Porfiri Demutski, Aleksandr Aleksandrov və s.
Vəsiyyətnamə (şeir)

Elegiya (şeir növü)
Elegiya (yun. έλεγος – şikayәt) — әdәbi-musiqi janrı. Ә d ә b i y y a t d a – meditativ vә emosional mәzmunlu (adәtәn, kәdәrli) orta uzunluqlu şeir. Çox vaxt birinci şәxsin dilindәn deyilir vә qarışıq kompozisiyalı olur. Antik yunan ədəbiyyatında lirik şeir növü. Adətən, şadlıq və kədər hisslərinin üzvi surətdə birləşdiyi elegiyalar olduğu kimi, şairin yalnız qəmli düşüncələrini ifadə edən elegiyalar da vardır. Qədim Yunanıstanda bu şeirin ən təsirli nümunələrini Arxilox və Kallimax yaratmışlar. Latın şairlərindən Ovidi və Katull, rus şairlərindən V.Trednakovski, K.Batyuşkin, V.Jukovski, A.Puşkin, M.Lermontov, N.Nekrasov, A.Blok və başqaları da elegiya yaratmışlar. Formasında, həcmində və qafiyə quruluşunda möhkəm və aydın bir mürəkkəblik olmasa da, antik poeziyada elegiya iki beytdən, sonrakı dövrlərdə isə çox vaxt 8-20 misradan (iki beş bənddən) ibarət olmuşdur.Musiqidә kәdәrli, seyrçi, ovqat yaradan әsәr (mәs., Borodinin “Uzaq vәtәnin sahillәri üçün” romansı, Massnenin fp. vә violonçelin müşayiәti ilә sәs üçün “Elegiya”sı).
Azərbaycan (şeir, Səməd Vurğun)
Azərbaycan — Azərbaycan şairi Səməd Vurğunun 1933-1935-ci illər ərzində yazıdığı şeir. == Yazılma tarixi == "Azərbaycan" şeiri 1933-cü ildə yazılmışdı. Bu şeir Vurğunun ideyasına görə "Azərbaycan" epopeyasının proloqudu, həmçinin həmin epopeyaya əsrlər boyu xalqın həyatı haqda olan daha bir neçə poema aiddi.1959-cu ildə şeir "SSRİ xalqları ədəbiyyatı üzrə müntəxəbat"a daxil edildi.Azərbaycanlı bəstəkar Ələkbər Tağıyev şeirin sözlərinə bəstələnən eyniadlı "Azərbaycan" mahnısını yazmışdı.Şeirin sətirləri şairin 1961-ci ildə Bakıda ucaldılmış postamentində həkk olunmuşdur. == Tərcümələr == Şeir rus, ingilis və s. dillərə tərcümə olunmuşdur. Rus dilinə tərcümənin müəllifi Adelina Adalis olmuşdur, Şeir yazılanan sonra Maksim Tank tərəfindən belarus dilinə tərcümə edilmişdir. Həmin tərcümə belarus dilində nəşrə hazırlanan "Sovet İttifaqının poeziya antologiyası"nda yer aldı.Şeiri ingilis dilinə Qledis Evans tərcümə etmişdi, və Mirzə İbrahimovun redaktəsi altında "Azerbaijanian Poetry: Classic, Modern, Traditional"-da (Moskva, 1969) dərc olunmuşdu. == İstinadlar == == Ədəbiyyat == Бабаев Г. Самед Вургун: Очерк творчества. — M.: Sovetsiy pisatel, 1981. — 271 səh.
Beynəlxalq Nazim Hikmət Şeir Mükafatı
Beynəlxalq Nazim Hikmət Şeir Mükafatı — Nazim Hikmət Kültür və Sənət Vəqfi Nazim Hikmətin ölümündən illər ötsə də onun yaradıcılığını sevənlərin sayı artır, yaradıcılığı və həyatı əsasında dəfələrlə əsərlər yazılaraq dərc olunur. Belə ki, Nazimin yaxın dostları bacısı Samia Yaltırımın və Prof. Dr. Aydın Aybayın başçılığı ilə onun adına vəqf yaratmağı qərara alırlar. 1990-cı ildən vəqfin qurulması üçün hazırlıq işləri başlayır. Beləliklə, 1991-ci il may ayının 22-də şairin dostlarının səyi nəticəsində Samia Yaltırım tərəfindən Nazim Hikmət Kültür və Sənət Vəqfi qurulur. Təşəbbüs qrupu yaradılır, bu qrupa Nazim Hikmətin yaşayan dostları, qohumları, şairlər, sənətkarlar, ziyalılar qoşulur. Bir çox sənətkarlar, müğənnilər, çair və yazıçılar kimi, Nazimin vaxtikən şeirlər həsr etdiyi rəssamlardan Abidin Dino, Avni Arbaş, İbrahim Balaban da vəqfin qurulması üçün vəqfə çəkdikləri tablolardan verərərək öz dəstəklərini əsirgəmədilər. Nazim Hikmət Kültür Və Sənət Vəqfinin məqsədi bütün dünyada Nazim Hikmətlə bağlı hər hansı bir yazı, kitab, məqalə, şəkil, rəsm, film, musiqi, heykəl, xatirə və s. bu tipli bütün araşdırma və əsərləri və ya onların surətlərini toplayaraq Nazim Hikməti gələcək nəsillərə tanıda biləcək bir mərkəz qurmaq idi.
Səsindən tanıdılar payızı (Yapon şeir antologiyası)
Səsindən tanıdılar payızı — Yapon şeir antologiyası. == Məzmun == Kitab klassik yapon poeziyası ilə tanışlıq imkanı verən fərqli bir nəşrdir. Klassik yapon poeziyasının zirvələri sayılan Başo (1644-1694), Buson (1716-1783) və İssanın (1763-1828) ölməz üçlükləri – seçmə haykuları ilə yanaşı, həmin şairlərin özlərinə ustad saydıqları böyük yapon şairi Saygyonun (1118-1190) qələmindən çıxan tankalar – beşliklər də ilk dəfə olaraq oxucularımıza məhz bu toplu ilə təklif edilir. Siz bu topluda böyük şairlərin şeirləri ilə yanaşı, onların həyat və yaradıcılığına işıq salan, ara-sıra yapon poeziyası tarixinə də toxunan məqalələri oxuya biləcəksiz. Unutmayın ki, yapon şeirinin özünəxas bir əsas xüsusiyyəti var: anı göstərmək; anı yaxalamaq. Bu xüsusiyyət – anı yaxalamaq cəhdi və bu cəhdi dəqiq qaydalarla hüdudlanmış qısa şeirdə icra etmək yapon poeziyasını vizuallıq baxımından dünya şeirinin baş tacına çevirib. Səsindən tanıdılar payızı... Siz də tanıyın...
Şeir mənim üçün bir kainatdır (film, 1984)
== Məzmun == Kinolent SSRİ və Azərbaycan Dövlət Mükafatları laureatı, respublikanın xalq şairi Nəbi Xəzrinin çoxcəhətli fəaliyyətinə həsr olunmuşdur. Filmdə tanınmış şairin şeirləri səslənir, ölkənin şairləri, incəsənət xadimləri və alimləri həmyerlimizin yaradıcılığı barədə fikir söyləyirlər.
Azərbaycan (Səməd Vurğunun şeiri)
Azərbaycan — Azərbaycan şairi Səməd Vurğunun 1933-1935-ci illər ərzində yazıdığı şeir. == Yazılma tarixi == "Azərbaycan" şeiri 1933-cü ildə yazılmışdı. Bu şeir Vurğunun ideyasına görə "Azərbaycan" epopeyasının proloqudu, həmçinin həmin epopeyaya əsrlər boyu xalqın həyatı haqda olan daha bir neçə poema aiddi.1959-cu ildə şeir "SSRİ xalqları ədəbiyyatı üzrə müntəxəbat"a daxil edildi.Azərbaycanlı bəstəkar Ələkbər Tağıyev şeirin sözlərinə bəstələnən eyniadlı "Azərbaycan" mahnısını yazmışdı.Şeirin sətirləri şairin 1961-ci ildə Bakıda ucaldılmış postamentində həkk olunmuşdur. == Tərcümələr == Şeir rus, ingilis və s. dillərə tərcümə olunmuşdur. Rus dilinə tərcümənin müəllifi Adelina Adalis olmuşdur, Şeir yazılanan sonra Maksim Tank tərəfindən belarus dilinə tərcümə edilmişdir. Həmin tərcümə belarus dilində nəşrə hazırlanan "Sovet İttifaqının poeziya antologiyası"nda yer aldı.Şeiri ingilis dilinə Qledis Evans tərcümə etmişdi, və Mirzə İbrahimovun redaktəsi altında "Azerbaijanian Poetry: Classic, Modern, Traditional"-da (Moskva, 1969) dərc olunmuşdu. == İstinadlar == == Ədəbiyyat == Бабаев Г. Самед Вургун: Очерк творчества. — M.: Sovetsiy pisatel, 1981. — 271 səh.
Sevgiyə səyahət (şeirlər toplusu)
Sevgiyə səyahət – Amerikalı modernist şair Uilyam Karlos Vilyamsın 1955-ci ildə çap olunmuş şeir kitabı. Şairin həyat yoldaşına həsr etdiyi kitabda olan şeirlərin böyük əksəriyyəti üç misralıq bəndlərdən ibarət olsa da, bəzilərinə “ölçünü tamamlamaq üçün qısa bir 4-cü misra” da əlavə olunub.
Sidi Bushaki şeiri
Sidi Buşaki şeiri (ərəb. أرجوزة سيدي بوسحاقي) ilahiyyatçı və dilçi Sidi Buşaki (1394-1453) tərəfindən yazılmış ərəb qrammatikasına aid şeirdir. == Sidi Buşaki haqqında == O, Quran təfsiri, fəqih və dilçi Əbu İshaq İbrahim bin Fayed əz-Zəvəvidir, Curcura əsərlərindən Teniya şəhəri yaxınlığındakı Sumaa kəndində 796-cı hicri ilində doğulmuş və hicri 857-ci ildə vəfat etmiş və növbəti dəfə dəfn edilmişdir. Xaçna dağları daxilində Zawiyet Sidi Buşakidə Meraldene çayına.Onun bir neçə kitabı var, onlardan ən məşhurları: Qurani-Kərimin “Təfsir əz-Zəvavi” (ərəb: تفسير الزواوي) adlı təfsiri. Muxtar Xəlilin Maliki fiqhinə dair üç şərhi (ərəb: مختصر خليل). "Talxis əl-Talxis", ritorika, mənalar və bəyan haqqında "Talxis əl-Miftah" kitabının izahıdır (ərəb: تلخيص التلخيص). == Təsvir == Sidi Buşaki şeiri İslam dünyasında ərəb dilinin ən məşhur kitablarından biri hesab olunur və İbn Hişam əl-Ənsari tərəfindən yazılmış “Ərəb qrammatika qaydalarını ifadə etmək” kitabının nəsr mətnini izah edərək qrammatikadan bəhs edir.Bu, Sidi Buşakinin kitabları arasında ərəb qrammatikası üzrə ən məşhur yazılardan biri hesab olunur və bu şeiri “Ərquuzat əz-Zəvavi qrammatikada” (ərəb: أرجوزة الزواوي في النحو) başlığı ilə şərh edən və izah edən bir neçə əlyazma və nəşr edilmiş kitablar mövcuddur. == Məzmun == Qrammatik Sidi Buşaki 150 beytdən ibarət şeirini rəcəz adlanan ərəb şeir sayğacına uyğun tərtib etmişdir.O, bu mətndə ərəb prosodiyası və poeziyasındakı məharətini nümayiş etdirdi ki, bu da şeirin qəbulunu, heyranlığını və dünyada yayılmasını təmin etdi. == Xülasə == Müəllif uzun şerini üç əsas hissəyə, yəni giriş, sonra əsas və nəhayət, nəticəyə ayırmışdır.Müəllif ilk altı misrada ərəb dilinin qrammatikasını və ərəb dilini öyrənənlər tərəfindən asan əzbərlənən ifadə olan rəcəz növünə görə ʾİʿrab dilini öyrətmək məqsədi daşıyan şeirin məzmununun xülasəsini təqdim etmişdir.Sonra dörd fəsildən ibarət 138 beytlik şeirin mətni gəldi, birinci fəsil cümlə haqqında (ərəbcə: الجملة), ikinci fəsil ön söz və fəsildən (ərəbcə: الجار والمجرور), üçüncü fəsildə təhlildə müstəsna sözlər, dördüncü fəsil isə təhlildə xüsusi söz birləşmələri haqqındadır.Yazıçı öz şeirini yekun bölməsində yekunlaşdırdı, burada kompozisiyasını ümumiləşdirmək, Allahı (Allaha) həmd etmək və Məhəmmədə dua etmək üçün altı beyt ayırdı. == Annotasiyalar == Bir neçə dilçi alim Sidi Buşaki şeirinin sadəliyinə və məktəblərdə saxlanması asanlığına görə onun izahı ilə bağlı kitablar yazmışdır.
Sidi Buşaki şeiri

Şeirimiz də, nəğməmiz də bir bombadır, bir bayraqdır (film, 1941)
== Məzmun == Xüsusi buraxılışdır. Film müharibə mövzusunda yazılmış mahnılara və şerlərə həsr olunmuşdur. == Filmin heyəti == === Filmin üzərində işləyənlər === Operator: Mirzə Mustafayev Səs operatoru: İlya Ozerski Montaj edən: Qriqori Braginski == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 84-85.

Digər lüğətlərdə

глупёхонький перевола́кивать по-коря́кски прокле́ить сравни́мый тошнёхонький хо́рты бренд гордя́чка попере́ться потону́ть регенера́тный териле́н amid Keeling Islands magnetosome Salvation Sal sportfisherman Warwick wild mine wire-gauge вертолётчик епархия прорасти ядро